Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

Könül  Nəhmətova   
 
 
54 
ocaqları ilə tanıĢ ola bilmiĢdir. O, Bakı kitabxanalarında saxlanılan 
əlyazmalarını nəzərdən keçirmiĢdir. Tərbiyət Azərbaycan alimləri 
ilə  apardığı  danıĢıqlarında  «DaniĢməndani-Azərbaycan»ın 
üzərində  necə  iĢləməsindən  danıĢaraq  yaradıcılıq  planını  Ģərh 
etmiĢdir.  Bakıda  qocaman  alimə  F.Köçərli,  S.Mümtaz  və  b-nın 
əsərləri  hədiyyə  verilmiĢdir.  O,  sonralar  yazdığı  elmi  əsərlərində 
bu kitablardan istifadə etmiĢdir [88.8]. M.Tərbiyət bir çox Qafqaz 
alimləri  ilə  də  yaxından  dostluq  edirdi.  O,  Azərbaycan  jurnalisti 
Məhəmmədağa  ġahtaxtinski  ilə  1905-ci  ildə  Tiflisdəki  görüĢünü 
xatırlayaraq yazırdı: «1323 (1905) –cü ildə «ġərqi-rus» qəzetinin 
redaktoru  ġahtaxtinski  adı  ilə  məĢhur  olan  Məmmədağa  ilə  mən 
Tiflisdə  görüĢdüm.  O  da  əlifbanın  dəyiĢdirilməsi  haqqında  bir 
kitabça  yazmıĢ,  türk  dilində  çıxan  bu  qəzetdə  öz  əlifbasını 
tanıtdırıb,  qəbul  etdirməyə  çalıĢmıĢdır»  [88.33].  Ədəbi  mühitlə 
yaxından  tanıĢ  olan  ədib  Azərbaycan  alimlərindən  danıĢarkən, 
Ģübhəsiz ki, müasirlərinə laqeyd qala bilməzdi. 
«DaniĢməndani–Azərbaycan» ifadəsinin mənası fars dilində 
«Azərbaycan  alimləri»  deməkdir.  Əsər  fars  dilində  yazılmasına 
baxmayaraq öz dövründə M.Tərbiyət tərəfindən göstərilən bir cə-
sarət idi. «Azərbaycan» məfhumunun son ucqar nöqtələrinə qədər 
ədəbiyyatımızı  öyrənmək  baxımından  çox  dəyərli  mənbələrdən 
biri olan bu təzkirə 919 Ģəxsiyyət – Ģair,  yazıçı, filosof, təzkirəçi, 
ədəbiyyatĢünas,  rəssam,  həkim,  münəccim,  mühəndis,    memar, 
riyaziyyatçı, musiqiĢünas, jurnalist, tarixçi, xəttat, nəqqaĢ, səyyah, 
ilahiyyatçı  alimlər  haqqında  məlumat  verən  ensiklopedik  əsərdir. 
Bu əsər müəllifin 40 ildən artıq elmi araĢdırmalarının nəticəsidir. 
«DaniĢməndani-Azərbaycan»  əsərinin janr məsələsi ədəbiyyatĢü-
naslıqda  mübahisəli  görünür.  Məmməd  Əmin  Rəsulzadə  «Niza-
mi» əsərində onu «təzkirə», Qafar Kəndli «ensiklopediya», Nazif 
Qəhrəmanlı isə «ğamus tipli lüğət» kimi səciyyələndirmiĢlər.  
«DaniĢməndani-Azərbaycan» əsəri özündən əvvəlki təzkirə-
lərdən  fərqli  olaraq  fəsillərə  bölünməmiĢ,  əlifba  sırası  ilə  tərtib 
olunmuĢ sadə bir quruluĢa malikdir. Təzkirə quruluĢuna daxil olan 
müqəddimə ünsürünü «DaniĢməndani–Azərbaycan»da görmürük.  


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
55 
Bu  təzkirənin  özündən  əvvəlki  təzkirələrdən  fərqi  ondadır 
ki,  tarixi  aspektdən  geniĢ  bir  mərhələni  XI  əsrdən  baĢlayaraq 
1935-ci  ilə  qədərki  dövrdə  yaĢamıĢ  görkəmli  Ģəxsiyyətləri  çevrə-
ləyir.  Təzkirənin  yazılmasında  yüzdən  artıq  ədəbiyyatdan, 
mənbədən  istifadə  olunmuĢdur  və  bu  mənbələr  mümkün  qədər 
göstərilir. 
Məsələn: 
Müxlisi – «Məcməül–Xəvas» əsərində deyilir: 
«Həsən Müxlisi Azərbaycanın Bənis qəsəbəsindəndir...» 
və yaxud 
«Münim Təbrizi, – aĢağıdakı beyt onundur: 
«Hər kim ki, bir hünər öyrənib göstərir iĢdə hünər, 
Mirvari dolu sədəfdir, çopur olsa da əllər».  
(«Ovsaful-əmin», YəzdanbəxĢ Qacar Pərvin) 
Tərbiyət təzkirənin yazılmasında aĢağıdakı mənbələrdən ge-
niĢ  faydalanmıĢdır:  DövlətĢah  təzkirəsi,  «Gülüstani-hünər», 
«Riyazül-üləma»,  «HəĢt  behiĢt»,  «ƏĢ-Ģəqayiqün-nömaniyyə», 
«ġəzəratüz-zəhəb»,  «KəlimatüĢ-Ģüəra»,  «Töhfeyi-Sami»,  «Məc-
məül-xəvas», «Təzkireyi-Nəsrabadi», «Ruzi-rövĢən», «HədiqətüĢ-
Ģüəra»,  «Təzkireyi-DilgüĢa»,  «Rövzeyi-əthar»,  «Səadətnamə», 
«Xülasətül-əĢar», «Ərəfatül-aĢiqin», «Tarixül-mükəma», «Rövzə-
tül-cənnət»,  «AtəĢkədə»,  «Bəyazi-Saib»,  «Sühufi-Ġbrahim»,  «Ta-
rixi-güzidi»,  «Fəvatül-vəfəyat»,  «Riyazül-cənnət»,  «Ənsabüs-Sə-
mani»,  «Ənüsül-arifin»,  «Nəfəxatül-üns»,  «Təzkireyi-Yusif  Əli-
xan»,  «Nigaristani-Dara», «Nətayicül-əfkar», «Təbəqatül-Ġsnəvi», 
«Məcməül-füsəha»,  «Nigaristani-suxən»,  «Məcalisün-nəfais», 
«Qisəsül-Xaqani»,  «Övsaful-əmin»,  «Lətafül-xəyal»,  «Riyazül-
aĢiqin»,  əlyazması cüngləri və s. 
Təzkirədə göstərilən bu cür qeydləri toplayaraq ədəbiyyat 
tarixini öyrənmək baxımından çox dəyərli əsər adlarını çevrələyən 
biblioqrafiya tərtib etmək olar.  Tərbiyət bu mənbələr içində Azər-
baycan təzkirələrinə daha çox önəm vermiĢdir, bu da onun ədəbi 
irsin  tədqiqi  üçün  milli  mənbələrə  böyük  əhəmiyyət  verdiyini 
göstərirdi. 


Könül  Nəhmətova   
 
 
56 
Təzkirənin  quruluĢu  haqqında  daha  ətraflı  təsəvvür 
yarartmaq  üçün  aldığımız  zəngin  məlumatları  aĢağıdakı  kimi 
səciyyələndirməyi lazım bilirik: 
I. Ad, ünvan, və ləqəb. 
 
Məqsədləri çağdaĢ Ģairləri haqqında müxtəlif baxımlardan 
məlumat vermək, beləliklə də onların tanınmasına, xatırlanmasına, 
unudulmamasına  vasitə  olmaq  üzrə  təzkirəçilərin  ilk  gördükləri 
iĢin  Ģairin  adı-sanı,  ləqəbi  və  Ģəxsiyyətini  tanıtmaq  olacağı 
mübahisə mövzusu ola bilməz. 
Təzkirələrin quruluĢuna Ģairin adı, ləqəbi və s. dolayısıyla 
bir  nəzər  yetirməli  olsaq,  iĢin  ən  baĢında  Ģairlərin  təxəllüslərinə 
görə  sıralandığı  və  hər  maddənin  baĢında  o  Ģairə  məxsus 
təxəllüsün verildiyininı görürük. Az da olsa təxəllüs daĢımayan və 
yaxud xüsusi adını təxəllüs olaraq qəbul edən Ģairlər də vardır ki, 
təzkirələrdə  onlar  adlarına  görə  yer  alırlar.  Əksər  təzkirələrdə 
maddə baĢı olaraq göstərilən bu ünvanların Ģair haqqında məlumat 
verən  qisimlərə,  adətən,  heç  bir  canlı  əlaqəsi  olmur,  daha  çox 
təzkirənin  küllü  içərisində  ümumi  bir  bəlirləmə,  bölüm  və  ya 
maddə baĢı və bir təsnif funksiyası daĢıyır. ġairin adı, ləqəbi və s. 
üzərinə göstərilən əsil təqdim və tanıtma ona aid məlumat verən 
qisimdə və müstəqil bir biçimdə olur. 
Lakin 
bu 
xüsusiyyəti  «DaniĢməndani-Azərbaycan» 
təzkirəsinə  bütövlükdə  Ģamil  etmək  olmaz.  Çünki  müəllif  bəzi 
maddələrin  baĢında  ad,  təxəllüs,  künyə  və  ayamaları  verməsini 
Ģairi Ģəcərəsi ilə birlikdə göz önünə gətirmək məqsədiylə etmiĢdir. 
Məsələn: «Nizami əbu Məhəmməd Nizaməddin Ġlyas ibn Müəy-
yəd Gəncəvi» maddəsində Nizaminin ailəsindən bir daha söz aç-
mamıĢdır. 
O  cümlədən,  «Xaqani  Sultanülfusəha  Hüssanül-Əcəm 
Əfzələddin  Bədilülhəqayiq  Ġbrahim  ibn  Nəcibəddin  Əli  Nəccar 
ġirvani». 
«Xətai  ġah  Ġsmayıl  ibn  Sultan  Heydər  ibn  ġeyx  Cüneyd 
ibn ġeyx Ġbrahim ibn ġeyx Əli ibn Sədrəddin Musa ibn Səfiyyədin 
Ġshad» və s. Ģairlərin adını çəkmək olar. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə