Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   15   16   17   18   19   20   21   22   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
57 
Bir  qisim  Ģairlərin  maddə  baĢı  olaraq  adı  və  təxəllüsü 
verilir:  Məhəmməd  Hüseyn,  Nəvvab  Mir  Möhsün,  Nəbati  Seyid 
Əbülqasım,  Məhəmməd  Hüseyn  Məhsun,  Əhdi  DərviĢ,  Bağır 
Ġbək, Balə Həsən və s. 
Bəzi  Ģairlərin  ləqəblərinin  mənası  da  maddə  içərisində 
özünə yer tapır. Məsələn: 
«Bağır  Ġbək  altibarmaq  adı  ilə  məĢhur  olan  Mirzə  Bağır 
(ibək  –  altıbarmaq  deməkdir)  Ġsfahanın  Abbasabad  qəsəbəsində 
yaĢayan təbrizlilərindəndir». 
«Balə Həsən – ... Ərəb dilində «balə» sözü böyük, igid və 
səxavətli mənasında iĢlədilir». 
ġairlərin  yaĢadığı  və  ya  doğulduğu  məkanın  adının 
təxəllüs  xüsusiyyəti  daĢıdığı  hallara  təzkirədə  kifayət  qədər  çox 
təsadüf olunur: 
Əbu  Qalib  Həkim  Təbrizi,  Zakir  Ərdəbili,  Məhsəti 
Gəncəvi,  Zülfüqar  ġirvani,  Ġrəc  Təbrizi,  Lütfi  Təbrizi,  Xəlil 
Naxçıvani, Fikri Ordubadi, Fəthi ġirvani. 
Bir çox Ģairlər ancaq təxəllüsü ilə tanınır. 
Bəzi Ģairlərin məsləki, sənəti və s. xüsusiyyətləri təxəllüsü 
yerinə keçmiĢdir. 
II. Məkan (ġairin doğum, yaĢayıĢ və səyahət etdiyi yerlər) 
Təzkirələrdə  bildirilən  və  ya  bildirilmək  istənilən  coğrafi 
məkanın əsasını  doğum və  yaĢayıĢ  yerləri təĢkil edir.  Doğum və 
ya  yaĢayıĢ  yerindən  hansı  olduğu  bildirilmədən  verilən 
tanıtmaların  bir  Ģəkli  də  «Sədi  Ərdəbili»  «NiĢani  ġirvani», 
«Mətini Təbrizi»dir ki, burada Ģairin məkanı onun ayaması kimi 
iĢlədilmiĢdir. 
Təzkirədə  müəllif  mümkün  qədər  Ģairin  doğulduğu, 
yaĢadığı,  təhsil  aldığı,  səyahət  etdiyi,  yaxud vəzifəsi ilə  əlaqədar 
olaraq  getdiyi,  vəfat  etdiyi,  məzarının  yerləĢdiyi  yerlər  haqqında 
da  məlumat  verməyə  çalıĢmıĢdır.  Məkanı  haqqında  müfəssəl 
məlumat aldığımız Ģəxslər bunlardır: 
Nəbati Seyid Əbülqasım, Naci Oqdubadi, Mütia, Məftun, 
GülĢəni,  Saib Təbrizi, Mirzə Fətəli Axundov,  ġah Ġsmayıl Xətai, 


Könül  Nəhmətova   
 
 
58 
Xətib  Təbrizi,  Sani,  Sami  Sam  Mirzə,  Sadiq  Ordubadi,  Sadiqi 
ƏfĢar və b. 
Təzkirədə  bir  çox  Ģairlərin,  alimlərin  məzarının  yeri  də 
göstərilir  ki,  müəllif  bu  qeydləri  Həqiri  Təbrizinin  1602-ci  ildə 
yazdığı  «Rövzeyi-əbrar»  və   «Rövziyi-əthar» mənzum əsərlərinə 
istinad edərək yazmıĢdır. Bəzi Ģairlərin məkanı haqqında məlumat 
yalnız haralı olduğu qeyd olunmaqla bir kəlmədə keçir. Bir qisim 
Ģairlər  isə  xırda  ticarətçilərdir  və  ara-sıra  Ģeir  yazdıqları  qeyd 
olunur. 
III.  Zaman  (ġairin  həyatında  olan  mühüm  hadisələrin 
tarixi) 
Təzkirələrdə  zaman  məsələsi  sistemli  bir  biçimdə 
iĢlədilməklə  olduqca  önəmli  yer  tutur.  Bunun  təzkirəçidən 
təzkirəçiyə  artdığı və  ya  əksildiyi  görünür, amma  heç bir zaman 
yox olmaz. 
Təzkirələrdə Ģairin həyatında baĢ verən hadisələr üzərində 
dayanarkən söhbətin ən baĢında təvəllüdü durur. Burada üzərində 
ən çox durulan hadisə də ölüm tarixidir. Orta əsrlər təzkirələrində 
məlumat  çatıĢmazlığından  yaranan  bu  vəziyyət  bir  ənənə  halına 
keçərək,  XIX  və  XX  əsr  təzkirələrinə  də  sirayət  etmiĢdir.  Bu 
vəziyyətə  «DaniĢməndani–Azərbaycan»da  da  sıx-sıx  təsadüf 
edirik. Müəllif tarixi hadisələrlə bağlı məlumatların doğruluğuna, 
dolğunluğuna  nə  qədər  diqqət  versə  də,  ələ  aldığı  təzkirələrin, 
mənbələrin kəm-kəsirini və yanlıĢlığını o da öz əsərində tamamilə 
aradan qaldıra bilməmiĢdir. 
IV. Ailə, soy və qohum-əqrabalıq. 
Təzkirələrdə ən çox görə bildiyimiz tanıtmalardan biri də 
Ģairin  ailə,  soy  və  qohum-əqrabalıq  vəziyyətləriylə  bağlıdır. 
Təzkirələrdə ailənin təməl ünsürlərindən həmiĢə ata qeyd olunur. 
Bəzən qardaĢlardan biri və ya bir neçəsi haqda da bilgi olur. Nadir 
halda  isə  anadan  da  danıĢılır.  Ayrıca  olaraq  bu  tanıtma  ailə 
kökənindən bəzi isim və Ģəxsiyyətlərə dayana bildiyi kimi, ailənin 
yaĢanan dövrdəki ən uzaq qollarına, uzaq qohum-əqrabalarına da 
gedə  bilir.  Təzkirələrdə  bir  Ģairin  bu  üç  ünsürdən  hamısıyla 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
59 
birlikdə tanıdıldığı vəziyyətlər çox azdır (3). 
Yuxarıda  sadaladığımız  xüsusiyyətlər  baxımından 
«DaniĢməndani–Azərbaycan»  təzkirəsində  haqqında  söhbət  edən 
Ģairləri ailə vəziyyətlərinə görə aĢağıdakı kimi qruplaĢdıra bilərik: 
a) atasına görə tanıdılanlar: Lütfi Təbrizi, Məqsud Bənna, 
Sakit,  Sani,  Nizaməddin  Ərdəbili,  Rəhim  Təbrizi,  Səhab,  Qalib, 
Faiz Molla Heydərəli, Fəna Mirzə Əbdürrəsul və s. 
«Rəhim  Təbrizi  –  Mirzə  Rəhim  Mirzə  Saib  Təbrizinin 
oğludur».  
«Fəzli–  Azərbaycanın  böyük  Ģairi  məĢhur  Füzulinin 
oğludur». 
b)  özündən  böyük  və  ya  daha  məĢhur  qardaĢlarına  görə 
təqdim olunanlar: 
Guya  Təbrizi,  Kirami  Təbrizi,  Mahi  xanım,  Sadiq 
Ordubadi, Fəzli Xalxali və s. 
«Nami Təbrizi – Qövsinin qardaĢıdır».  
«Nuri Təbrizi – Qövsinin qardaĢıdır». 
c) Hər ikisinə (atasına və qardaĢına görə tanıdılanlar). 
Məsələn:  «Sami Sam Mirzə – birinci ġah  Ġsmayılın oğlu 
və ġah Təhmasibin qardaĢıdır». 
ç) Qohum-əqrabalıq münasibətləri qeyd olunanlar. 
Məsələn:  Məsum,  Heydər  ġeyxurrəyis,  Heyran  xanım, 
Həsənbər, Naseh, Mirzə Ərəb, GülĢəni, Qərib və s. 
«Xədicəsultan  xanım  –  Dağıstanlı  Həsənlixanın  qızı  və 
«RiyazüĢ-Ģüəra»  əsərinin  müəllifi  Əliqulu  xan  Valehin  əmisi 
qızıdır». 
«Həsənbər  –  Ata  tərəfindən  onun  qohumluğu  baharlı 
tayfası  böyüklərindən  olan  ƏliĢəkər  bəyə  və  ana  tərəfindən  isə 
qohumluğu CahanĢah padĢaha çatır». 
Bu  qruplaĢdırmanı  kifayət  qədər  artırmaq  mümkündür, 
çünki təzkirədə Ģairlərin müasirləri, müəllimlərinə, dostlarına, ədə-
bi və Ģəxsi əlaqələrinə də mümkün qədər diqqət ayrılmıĢ, onların 
ictimai  fəaliyyətləri,  təhsili,  kamal  dərəcələrinin  iĢıqlandırılması 
üçün bu ünsürlərdən istifadə olunmuĢdur.  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə