Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   2   3   4   5   6   7   8   9   ...   40

Könül  Nəhmətova   
 
 

mədəniyyətinin  müxtəlif  sahələrinin  öyrənilməsinə  həsr  olunmuĢ 
elmi  əsərləri  içərisində  «DaniĢməndani-Azərbaycan»  təzkirəsinin 
xüsusi yeri vardır. Tərbiyət bir çox əsərlərində, elmi axtarıĢlarında, 
o  cümlədən,  «DaniĢməndani-Azərbaycan»  təzkirəsində  ədəbiyyat 
tarixinin mübahisəli,  qaranlıq və  kölgəli  cəhətlərini iĢıqlandırmağa 
çalıĢmıĢdır. M.Tərbiyətin Azərbaycan mədəniyyətinə etdiyi böyük 
xidmətlərindən  biri  də  onun  «F.Köçərlinin  qarĢısına  çıxmıĢ  əsas 
maneəni  aradan  qaldıraraq  Azərbaycan  ədəbiyyatı  tarixindəki  bir 
çox  boĢluğu  doldura  bilməsidir».  «DaniĢməndani-Azərbaycan» 
təzkirəsinin  ədəbiyyat  tariximizin  öyrənilməsindəki  xüsusi 
əhəmiyyəti ondadır ki, bu təzkirə Azərbaycan mənbələri içərisində 
ilk  əsərdir  ki,  ədəbiyyat  tariximizi  bütövlükdə  -  VII  əsrdən 
baĢlayaraq  XX  əsrə  qədər  əks  etdirir.  Göründüyü  kimi, 
«DaniĢməndani-Azərbaycan» ədəbiyyat tarixçiliyimizdə həm də XI 
əsrə qədərki Azərbaycan ərəbbilli poeziyası haqqında ehtiva etdiyi 
bilgilərə  görə  əhəmiyyətli  yerlərdən  birini  tutur.  Bundan  əlavə, 
təzkirə  Cənubi  Azərbaycan  ədəbiyyatının  XVIII,  XIX  əsrlərdə  və 
XX  əsrin  əvvəlində  yaĢayıb  yaratmıĢ  görkəmli  nümayəndələri 
haqqında  verdiyi  məlumatlarla  da  ədəbiyyat  tariximizi 
zənginləĢdirmiĢdir.  
Aydındır ki, M.Tərbiyət sistemli Azərbaycan ədəbiyyatı tari-
xi yazmamıĢdır və qarĢısına da belə bir məqsəd qoymamıĢdır. «Da-
niĢməndani-Azərbaycan»  adlanan  ensiklopedik  əsərində  Azər-
baycan  ədəbiyyatı  tədqiqatının  axıradək  düĢünülmüĢ,  sistemli  bir 
plan  əsasında  getmədiyi  və  pərakəndə  səciyyə  daĢıdığını  görürük. 
Lakin tarixi xidmətlərə qiymət verilərkən tarixi xadimlərin fəaliyyə-
ti  müasir  tələblərə  nisbətdə  deyil,  dövrün  inkiĢafı  nisbətində 
qiymətləndirilməlidir. Tədqiqat iĢində də Məhəmmədəli Tərbiyətin 
«DaniĢməndani-Azərbaycan»  əsərindəki  ədəbiyyat  məsələləri  ona 
qədərki  təzkirələr  və  yaĢadığı  dövrdə  yaranan  ədəbiyyat  tarixi 
əsərləri  ilə  müqayisəli  öyrənilmiĢ,  müasir  tədqiqatda  əsərin  elmi 
əhəmiyyəti üzə çıxarılmıĢdır. Müasir elmi-nəzəri fikirdə ədəbiyyat 
tarixi  konsepsiyalarına  ehtiyac  yarandığından  ədəbi-bədii  irsimizin 
tədqiqi  sahəsində  əhəmiyyətli  olan  əsərlərin  öyrənilməsi  olduqca 
aktualdır.  
Tədqiqatın  əsas  məqsədi  ədəbi  irsin  öyrənilməsində  baĢlıca 
qaynaqlardan biri olan təzkirəçiliyin ədəbiyyat tarixçiliyimizin ilkin 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 

mərhələsi 
kimi 
keçdiyi  inkiĢaf  yolunu,  «DaniĢməndani-
Azərbaycan» əsərini təzkirəçilik ənənəsinin davamı kimi və əsərin 
əhatə  etdiyi  ədəbiyyat  məsələlərini  öyrənməkdir.  Bu  məqsədlə 
müəllif aĢağıdakı vəzifələri həll etməyə çalıĢmıĢdır: 

 
Azərbaycan  təzkirçiliyinin  öyrənilməsi  tarixinə  ümumi 
bir nəzər salmaq; 

 
Elmi-ədəbi janr olaraq təzkirənin yaranması və formalaĢ-
ması  tarixini  nəzərdən  keçirmək;  Azərbaycan  təz-
kirəçiliyini Yaxın və Orta ġərq kontekstində öyrənmək; 

 
Azərbaycan təzkirəçiliyinin keçdiyi inkiĢaf mərhələlərini 
müəyyənləĢdirmək,  hər  mərhələnin  özünəməxsus  cə-
hətləri və təzkirə ənənəçiliyi ilə ortaq xüsusiyyətlərini üzə 
çıxartmaq; 

 
Orta əsrlər təzkirəsinin modern nümunəsi sayıla biləcək, 
Azərbaycan  və  Ġran  ədəbiyyatĢünaslığında  sonuncu  təz-
kirə  hesab  olunan  «DaniĢməndani-Azərbaycan»  əsərin-
dəki ədəbiyyat məsələlərini öyrənmək və bütövlükdə təz-
kirənin  ədəbiyyat  tariximizdəki  yerini  müəyyənləĢ-
dirmək. 
 Təzkirələrin tədqiqi tarixi buradakı klassik irsin araĢdırıl-
ması ilə eyni vaxta düĢür. Lakin təzkirəçiliyin inkiĢaf tarixinin elmi 
Ģəkildə  öyrənilməsinə  1960  -  cı  illərdən  baĢlanılmıĢdır.  Günümü-
zədək bu sahədə müxtəlif tədqiqatlar aparılmıĢ, «Məcməül-xəvas», 
«GülĢənüĢ-Ģüəra»,  «AtəĢkədə»,  «Təzkireyi-Nəvvab»,  «Riyazül-
aĢiqin»  təzkirələrinin  ədəbiyyat  tariximiz  üçün  məziyyətləri  və 
qiymətləri  müəyyənləĢdirilmiĢdir.    Məhəmmədəli  Tərbiyətin 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsi  ədəbiyyat  tarixi  əsərlərinin 
yazılmasında dəyərli bir  məxəz kimi tədqiqata cəlb olunsa da,  ilk 
dəfə  bu  monoqrafiyada  sistemli  və  əhatəli  təhlilə  cəlb  edilmiĢ, 
buradakı  müxtəlif  çeĢidli  ədəbi-elmi  materiallar  üzrə  təsnif  olun-
muĢ,  ədəbiyyat tarixi  prinsiplərinə uyğun  Ģəkildə  araĢdırılmıĢ,  on-
ların əhəmiyyəti göstərilmiĢdir. Monoqrafiyada təzkirəçilikdə ənənə 
və novatorluq məsələləri də aydınlaĢdırılmıĢdır.  
 
 


Könül  Nəhmətova   
 
 

 
 
 
I  F Ə S İ L 
 
TƏZKİRƏ - AZƏRBAYCAN ƏDƏBİYYATI 
TARİXÇİLİYİNİN  
BİR JANR VƏ MƏRHƏLƏSİ KİMİ 
 
1.1. Təzkirələrin tədqiqi tarixinə baxış 
 
Azərbaycan  ədəbiyyatı  tarixi  haradan  baĢlayır  sualı  XIX 
əsrin ikinci yarısından etibarən ortaya çıxaraq XX əsrin ilk rübün-
də  müəyyən  qədər  cavablandırıldı.  Milli  özünüdərkin  inkiĢafı 
nəticəsində  meydana  çıxan  Azərbaycan  ədəbiyyatı  tarixi  ideyası 
müasir  ədəbiyyatĢünaslığımızda  artıq  müstəqil  konsepsiya,  yəni 
ədəbiyyata konkret baxıĢ və anlama sistemi kimi dərk edilir . XX 
əsrin son rübündə isə Azərbaycan ədəbiyyatı tarixçiliyi araĢdırma-
ya cəlb edilmiĢdir. Yəni, get-gedə ədəbi irsin daha qədim qaynaq 
və örnəklərinə baĢ vurulmaqdadır. Bu qaynaqlardan biri də təzki-
rələrdir. XXI əsrin astanasında artıq müəyyən dərəcədə təzkirələ-
rin  araĢdırılması  bu  janrın  tədqiqi  tarixindən  danıĢmağımıza  im-
kan verir. 
Təzkirələrin tədqiqi tarixi onların yaranması ilə baĢlamıĢdır 
desək, əlbəttə ki, yanılmarıq. Məsələn, Sadiqi ƏfĢarın «Məcməül-
xəvas»,  Lütfəli  bəy  Azərin  «AtəĢkədə»,  Seyid  Əzim  ġirvaninin 
«TəzkirətüĢ-Ģüəra» və s. əsərlərində özlərindən əvvəlki təzkirələr 
və onların müəllifləri haqqında bilgilərə də rast gəlinir və yeri gəl-
dikcə bu əsərlərin adı qaynaq kimi qeyd olunur. Öz əsərində təz-
kirəçilərdən ən çox danıĢan müəllif isə Məhəmmədəli Tərbiyətdir. 
M.Tərbiyətin «DaniĢməndani - Azərbaycan» təzkirəsi Azərbaycan 
və Yaxın ġərq təzkirələrinin saf-çürük edilərək ən gərəkli və mö-
təbər faktlar, məlumatlar əsasında  yazıldığı üçün bu ədəbi janrın 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə