Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

Könül  Nəhmətova   
 
 
60 
Ayrıca  qeyd  etməliyik  ki,  bütün  təzkirələr  kimi  ələ 
aldığımız  təzkirədə  də  Ģairlərin  fiziki  və  mənəvi  özəlləkləri 
üzərində  dayanılmıĢ,  qabiliyyətləri  və  sənətkarlıq  xüsusiyyətləri 
ümumi sözlərlə tənqid və təqdir olunmuĢdur. 
Məsələn:  
«Fəthi ġirvani – ġirvaninin  orta səviyyəli Ģairlərindəndir, 
o, dərviĢsifət və qələndərxasiyyət idi». 
«Xari-rindsifət və yetimtəbiət bir adam olmuĢdur».  
«Zəki Lətifəddin Marağayı – dünyanın incə düĢüncəli və 
dərin bilikli Ģəxsiyyətlərindən olmuĢdur və s.» 
«DaniĢməndani–Azərbaycan»da  verilən  Ģeir  nümunələri 
təsadüfi  verilməyib,  müəyyən  bir  məqsədə  xidmət  edir.  Bir  sıra 
Ģeir parçaları Ģairin sənətkarlıq dərəcəsini nəzərə çatdırmaq üçün, 
digər  bir  qism  beytlər  janrlar  haqqında  danıĢarkən  ona  nümunə 
gətirilərək,  bəziləri    məsnəvilərin  birinci  beyti  olduğu  üçün 
təzkirədə  özünə  yer  tapmıĢdır.  Müəllif  özünü  bir  sənətkar  kimi 
danılmaz  dəcərəcədə  təsdiqləmiĢ  üstad  Ģairlərin  əsərlərindən 
nümunə verməyə ehtiyac duymamıĢdır.  
Təzkirədə nümunə üçün verilən Ģeir parçaları əsasən fars 
dilində  olsa  da,  türkcə  yazılmıĢ  bir  sıra  Ģeirlərə  də  rast  gəlirik. 
Məsələn,  Mahmud  ġəbüstəri,  Əbdülqadir  Maraği,  Rəmzi  Baba, 
Mövci  ġeyxülislam  Əhəri,  Sabit  Hacı  Məhəmmədəli  təbrizi, 
Yəlda  ağa  Ġsmayıl,  Dəruni,  Hüsaməddin,  Həqir,  Həbibi,  Fəzli, 
Sərraf, Hacı Rza, Saleh, Saib Təbrizi, Sabit Xalxali, Zahir və b.-
nın yaradıcılığından göstərilən nümunələr türk dilindədir. 
Həbibinin  türkcə  qəzəlindən  bir  bənd  təzkirəyə  daxil 
edilmiĢdir: 
 
Səndən özgə yarım olsa ey pərivəĢ simtən, 
Görüm olsun o qəba əynimdə pirahən kəfən. 
Çıxmaya sevdayi-zülfün baĢdan ey məh, yüz il, 
Üstüxani-kəlləm içrə tuta əqrəblər vətən [88. 381]. 
 
Təbrizdə Sabit Xalxalinin farsca Ģeirləri ilə  yanaĢı türkcə 
yazılmıĢ aĢağıdakı bir bənd Ģeiri də nümunə göstərilmiĢdir: 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
61 
Dağıdıb qamətinə sərv səmənbər geysu, 
Kim görüb sərvdə bir böylə müənbər qeysu. 
Gah zəncirim olur, gah könül mürgünə dam, 
Gətirir baĢimə Sabit, nə bəlalar geysu [88. 277]. 
 
Sabit  Hacı  Məhəmmədəli  Təbrizi  haqqında  isə  deyilir: 
«Onun fars və türk dillərində Ģeirlərdən ibarət divanı vardır. Sabit 
vəfatından  əvvəl  bir  divana  bərabər  olan  aĢağıdakı  beyti  türk 
dilində mənə (M.Tərbiyətə – N.K.) oxumuĢdur: 
Yığıbsan baĢına bu xətti-xali, zülfü-müjganı, 
Yenə peyğəmbəri-xuban, bu nə icmai-ümmətdir  
[88. 278]. 
Bu  misaldan  görünür  ki,  M.Tərbiyət  əsərini  farsca  yazsa 
da,  Ģeir  nümunələrini  əsas  farsdilli  poeziyadan  seçsə  də,  türk 
dilindəki yaradıcılığa laqeyd qalmamıĢ, əksinə, ana dilində yazılan 
əsərlərə daha çox önəm vermiĢdir. 
Təzkirədə  Qasım  bəy  Zakirin  yaradıcılığı  haqqında  isə 
deyilir: «Onun Ģeirləri türk dilindədir. AĢağıdakı beyt ondandır: 
 
TökülmüĢ hər tərəf zülfi-siyahın, müĢkbulənmiĢ, 
PəriĢanlıq görüb badi-səbadan, tündəculənmiĢ. 
 
Fransız Adolf Berje 1868-ci ildə Leypsiq Ģəhərində «Azər-
baycan Ģairlərinin Ģeirləri» kitabını yazmıĢ, əsərin 46-cı səhifəsin-
dən  113-cü  səhifəsinədək  Zakirin  Ģeirlərindən  verilmiĢdir»  [88. 
145]. 
Buradan göründüyü kimi, təzkirəçinin Adolf Berjenin Azər-
baycan Ģairlərinə həsr olunmuĢ əsərindən xəbəri olmuĢdur. Yuxa-
rıda qeyd olunan cümlə belə fikirləĢməyimizə əsas verir ki, müəl-
lif bu kitabı nəzərdən keçirmiĢdir. Bu və digər bir sıra qeydlər onu 
göstərir ki, M.Tərbiyət yalnız fars mənbələrindən istifadə etməklə 
kifayətlənməmiĢ, həm də Rusiya və Azərbaycan tədqiqatlarını da 
araĢdırmaya cəlb etmiĢdir. M.Tərbiyət öz təzkirəsinin bəzi yerlə-
rində  Rumskinin  «Türk  ədəbiyyatı  tarixi»  və  F.Köçərlinin 


Könül  Nəhmətova   
 
 
62 
«Azərbaycan  ədəbiyyatı  tarixi  materialları»  əsərlərinə  də  istinad 
etmiĢdir.  M.F.Axundovun  tərcümeyi-halını  «KəĢkül»  jurnalının 
1877-ci  il  43,44  və  45-ci  nömrələrində,  A.Bakıxanov  haqqında 
bilgilərini  «Füyuzat»  jurnalından  götürmüĢdür.N.Qəhrəmanlı 
Tərbiyətin  bu  təĢəbbüsünü  onun  təzkirəsinin  yeniliklərindən  biri 
kimi qiymətləndirərək yazır ki, “əsərin daha bir məziyyəti Rusiya-
da və ġimali Azərbaycandakı tədqiqatlara reaksiya verməsi və on-
lardan  az  və  ya  çox  dərəcədə  istifadə  etmək  meylidir»  [37.56]. 
N.Qəhrəmanlıya  görə,  «DaniĢməndani-Azərbaycan»  təzkirəsinin 
ikinci  bir  məziyyəti  isə  Lütfəli  bəy  Azərdən  fərqli  olaraq, 
M.Tərbiyətin  «Azərbaycan» adını kitabın sərlövhəsinə çıxarması, 
ümumən Azərbaycan ədəbiyyatı tarixi gediĢini (klassik proses) və 
nümayəndələrinin  yaradıcılığını  (XX  əsrədək)  ətraflı  iĢıqlandıra 
bilməsidir [37.56]. 
ġərqĢünas  German  Ete  təzkirələrdə  bioqrafik  materiallara 
nisbətən Ģeirlərin çox olduğunu göstərmiĢdir. Lakin Məhəmmədə-
li Tərbiyət öz əsərində təzkirələrin bu çatıĢmazlığını aradan qaldır-
mıĢ, Ģairlərin Ģəxsi həyatını və ədəbi mühitini ətraflı iĢıqlandırma-
ğa çalıĢmıĢdır. Müasir Ġran ədəbiyyatĢünası, təzkirə sənətinin gör-
kəmli tədqiqatçısı Gülçin Məani təzkirənin iki növünün daha çox 
populyar olduğunu göstərir: 1) Ümumi təzkirələr; bu halda təzki-
rəçi özünədək yaĢamıĢ Ģairlər haqqında məlumat yığmaq üçün ya-
zılmıĢ əsərlərə müraciət edir, ya onların əməyinə vicdanla yanaĢır, 
ya da öz adına çıxır; 2) ikinci qrup təzkirələr müəyyən dövrü əhatə 
edir.  Bu  qrup  ümumi  təzkirələrin  bir  hissəsi  olmaqla,  ya  hansı 
Ģahınsa  müasirlərini,  ya  da  müəllifin  öz  müasirlərini  əhatə  edir. 
Gülçin Məalinin bu uğurlu qruplaĢdırılması Azərbaycan təzkirələ-
rinə də tətbiq edə  bilərik. M.Tərbiyətin  “DaniĢməndani-Azərbay-
can”  əsəri  birinci  qrup  təzkirələrə  aiddir.  Yuxarıda  söylədiyimiz 
kimi, Tərbiyət özündən əvvəlki təzkirəçilərin əsərlərindən vicdan-
la faydalanmıĢ, istifadə etdiyi mənbələri qeyd etməklə əsərini daha 
da zənginləĢdirmiĢdir. 
Sovet dövrü ədəbiyyatĢünaslığında Tərbiyətin təzkirəsi layi-
qincə qiymətləndirilməmiĢ, əsərin elmi əhəmiyyəti üzə çıxarılma-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə