Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Könül  Nəhmətova   
 
 
66 
[88.  268].  Bu  cümlədə  Purxətib  və  Tacəddin  Əhməd  ayrı-ayrı 
Ģəxslər kimi baĢa düĢülür. Lakin Purxətib Tacəddin Əhmədin lə-
qəbi  olmuĢdur.  Buradakı  «və»  bağlayıcısı  cümlənin  mənasını 
tamamilə dəyiĢmiĢdir. 
«Həqiqi» bölməsində isə «Qara Yusifin oğlu Mirzə CahanĢa-
hın təxəllüsüdür» cümləsi yanlıĢ olaraq «Mirzə CahanĢahın oğlu Qa-
ra Yusifin təxəllüsüdür» kimi tərcümə olunmuĢdur [88. 382] və s. 
Təzkirədəki Ģeir parçaları da aĢağı səviyyədə tərcümə olun-
muĢ,  nümunələr  tərcümə  nüsxəsində  sənətkarlıq  xüsusiyyətlərini 
itirmiĢ,  bəzən  mənaları  da  təhrif  olunmuĢdur.  Məsələn,  Ġbrahim 
Mirzə  Əbülfətin  ustalıqla  yazılmıĢ  «hənuz»  rədifli  rübaisinin  əsli 
ilə tərcüməsinə nəzər salaq: 
Orijinalda: 
An Ģux bemən düĢmən, cani əst hənuz, 
Bimehr çu ruzgar  fani əst hənuz, 
Bi anke məra tab nəmand təcəlliĢ, 
Ba mən biməğam ləntərani
*
 əst hənuz[87.113]. 
Tərcümədə: 
 
Dilbər canma qəsd edir, öcəĢir yenə, 
Davamsız dünya tək ondan vəfa gözləmə. 
Camalın görməyə tabım yox, baxmayaraq 
«Ləntərani» deyir, tənə vurur o mənə [88. 162]. 
 
Lakin  bütün  bu  kəsir  cəhətlərinə  baxmayaraq,  təzkirənin 
dilimizə  tərcümə  olunaraq  geniĢ  oxucu  auditoriyasına  təqdim 
olunması təzkirəçiliyin tədqiqində atılmıĢ ən mühüm addımlardan 
birincisidir. Çünki heç bir tədqiqat əsəri təzkirənin oxunması kimi 
onun haqqında düzgün və dolğun təsəvvür yarada bilməz.  
                                                           

Ləntərani - (Qurandan bir ayədən) «məni görə bilməzsən» ifadəsi 
 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
67 
 
 
II FƏSİL 
 
MƏHƏMMƏDƏLİ TƏRBİYƏTİN «DANİŞMƏNDANİ-
AZƏRBAYCAN» TƏZKİRƏSİNDƏ ƏDƏBİYYAT 
MƏSƏLƏLƏRİ 
 
2.1. Təzkirədə  XI əsrə qədərki Azərbaycan şeri 
 
XX əsrin ikinci yarısına qədər Azərbaycan ədəbiyyatı tarixi-
nin ən qaranlıq qalan səhifəsi ədəbi irsimizin ən qədim dövrüdür. 
Ərəbdilli  Azərbaycan  poeziyasının tədqiqatçısı mərhum  ədəbiy-
yatĢünas  Malik  Mahmudovun  «Ərəbcə  yazmıĢ  azərbaycanlı  Ģair 
və  ədiblər»  (1983)  əsərinə  qədər  ədəbi  irsimizin  bu  mərhələsi 
öyrənilməmiĢ qalmıĢdır.  Azərbaycan  ədəbiyyatı tarixçiliyində bu 
sahədə  ilk  təĢəbbüs  Məhəmmədəli  Tərbiyətin  adı  ilə  bağlıdır. 
Azərbaycan təzkirəçiləri və ədəbiyyatĢünasları içərisində M.Tərbi-
yət birinci Ģəxsdir ki, ədəbi-estetik fikir tarixinin yazılı səhifələri-
nin VII əsrdən baĢlaması ideyasını irəli sürmüĢdür. M.Mahmudov 
Tərbiyətin  bu  xidmətini  yüksək  qiymətləndirərək  yazır:  «Ərəb 
dilində yazmıĢ Azərbaycan Ģair və ədiblərinə həsr olunmuĢ müasir 
tədqiqatçıların siyahısı çox cüzidir. Azərbaycan ədəbiyyatına gəl-
dikdə  isə  vəziyyət  daha  acınacaqlıdır.  Məhəmmədəli  Tərbiyətin 
«DaniĢməndani-Azərbaycan»  əsəri  və  «Müxtəsər  Azərbaycan 
ədəbiyyatı tarixi» əsərində Həmid Araslının qiymətli mülahizələ-
rini istisna etsək, cəsarətlə deyə bilərik ki, bu sahədə heç bir iĢ gö-
rülməmiĢdir. M. Tərbiyət yeganə XX əsr  Azərbaycan alimidir ki, 
Əbül-Abbas əl-Ə’ma və Musa ġəhəvat haqqında məlumat vermiĢ-
dir» [55. 26]. 
Tərbiyət Musa ġəhəvat haqqındakı məlumatı Əbu Məhəm-
məd Abdullah ibn Muslim ibn Qüteybənin «ƏĢ Ģe’r rəĢ-Ģuəra» və 
«Uyun  əl-əxbar»  əsərlərinə  və  Əbülfərəc  əl-Ġsfahaninin  «əl-


Könül  Nəhmətova   
 
 
68 
Əğani»  adlı  ensiklopedik  əsərinə  əsaslanaraq  vermiĢdir.  M. 
Tərbiyət yazırdı: «Musa Yəsar oğlu, Ģöhrəti ġəhavat olmuĢdur. Bu 
adın ona verilməsinin səbəbi odur ki, Abdulla ibn Cəfərin bir sıra 
mətalar almağa həvəsi var idi. Musa bu malları onun üçün alar və 
faiz tələb edərdi. Buna görə də ona «ġəhavat» (həvəsləndirici) adı 
verilmiĢdir. O, Bəni Səhm tayfasının azad edilmiĢ qulu idi. Onun 
əsli Azərbaycandandır. Əbülyəqzan Cüveyriyyənin dilindən  nəql 
edilmiĢdir  ki,  Mədinədə  elə  bir  Ģair  yoxdur  ki,  əsli  azərbaycanlı 
olmasın.  O,  bu  sırada  Ġsmayıl  ibn  Yəsarın,  onun  qardaĢı  Musa 
ġəhavatın və Əbülabbasın adlarını çəkmiĢdir. Əbu Übeyd Əlbükri 
Qalinin  «Əmali»  əsərinin Ģərhində demiĢdir:  «Musa ġəhavat-Yə-
sar oğlu Musa quzey tayfasının məvalisindən olmuĢ, Azərbaycan-
dan Mədinə Ģəhərinə qənd, Ģəkər gətirərdi…» [88. 434]. 
Malik Mahmudova görə, Musa ġəhavatın atasının adı barə-
sində  müxtəlif  rəvayətlər  mövcuddur.  Əbülfərəc  əl-Ġsfahani  və 
Yaqut  əl-Həməvi  Musanın  atasının  adının  BəĢĢar,  Əbdülqadir     
əl-Bağdadi isə Yəsar olduğunu xəbər verirlər. Bəkri isə daha çox 
irəli gedərək göstərir ki, Musa ibn Yəsar Ġsmayıl ibn Yəsarın qar-
daĢıdır və o, burada Musanın atasının adının Yəsar olmasına əsas-
lanır [55. 38]. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  Musa  ġəhavatla 
Ġsmayıl ibn Yəsarın qardaĢ olmaları haqqındakı məlumatlar dola-
Ģıqdır. Müəllif Musa ġəhəvat və Əbülabbas maddələrində onların 
qardaĢ  olmalarını  söyləyirsə,  Ġsmayıl  ibn  Yəsar  haqqındakı  bəh-
sində bu fikri təkzib edir [88. 109, 173, 434]. ġairin həyatına dair 
ən  etibarlı  mənbələrdən  hesab  olunan  «Əğani»də  Ġsmayılın  qar-
daĢlarının adları qeyd olunur və əlbəttə ki, Musanın adı çəkilmir. 
M.Mahmudova görə isə, mənbələrdə Ģairin atasının BəĢĢar və Yə-
sar kimi göstərilməsi ərəb orfoqrafiyasının xüsusiyyətlərindən do-
ğan dolaĢıqlıqdan baĢqa bir Ģey deyildir [55. 38]. 
Təzkirədə Ġsmayıl ibn Yəsar Nisai-Azərbaycani haqqındakı 
bilgilər  də  «ƏĢ-Ģe’r  vəĢ-süəra»  və  «əl-Əğani»  əsərlərindən 
götürülmüĢdür.  Burada  qeyd  olunur  ki,  Ģair  uzun  ömürlü  olmuĢ, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə