Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
69 
Bəni  Üməyyə  xəlifələrinin  sonuncusunu
*
  görənədək  yaĢamıĢdır. 
Ġsmayılın qardaĢları Məhəmməd və Ġbrahim də Ģair olmuĢ, onların 
üçü  də  yad  ölkədən  gətirilmiĢ  döyüĢçü  olmuĢlar.  O,  əcəmlərin 
təəssübünü  çəkən  və  Ģüubilərdən  idi.  Əcəmlərin  mədhində  və 
onların Ģan-Ģərəfi haqqında bir çox Ģeirləri vardır [88. 173]. 
M.Tərbiyət  Əbülabbas  haqqında  da  ətraflı  məlumat  ver-
məyə çalıĢmıĢdır: Kor Əbülabbas adı ilə məĢhur olmuĢ, adı Saib 
Fərrux  oğlu,  Bəni  Deyl  tayfasının  qulu  olmuĢdur.  O,  keçmiĢdən 
belə Bəni Üməyyəni mədh edən və onlara haqq qazandıran, onlara 
məhəbbət bəsləyən Ģairlərdən imiĢ. Bəni Üməyyənin mədhində və 
Zübeyr  qəbiləsinin  həcvində  onun  bir  çox  Ģeirləri  vardır. 
Əbülabbas  Bəni  Üməyyə  dövrünün  məĢhur  Ģairlərindən  olmuĢ 
hicri  qəməri  100  (718)-cü  ilə  yaxın  vəfat  etmiĢdir.  MəĢhur  Əbu 
Tüfeylin müasiri olmuĢ, onun əleyhinə çıxmıĢdır [88. 109]. 
M.Mahmudov  təzkirədə  qeyd  olunan  ölüm  tarixi  ilə 
razılaĢmayaraq  yazır:  «Əbdülabbasın  ölüm  tarixi  dolaĢıq  və 
qaranlıqdır.  Tərbiyət  onun  hicri  qəməri  100  (718)-cü  illər 
hüdudunda olduğunu qeyd edirsə də, bunu qəbul etmək mümkün 
deyildir.  Çünki  «Əl-Əğani»də  verilən  məlumatlardan  aydın  olur 
ki, Ģair Abbasi xəlifəsi əl-Mənsurun (754-775) hakimiyyətinin ilk 
illərində hələ sağ imiĢ. Ömər Fərruxun fikrincə Ģair təxminən 140 
(757)-ci ildən bir qədər əvvəl vəfat etmiĢdir» [55. 68]. 
X əsrdə yenə bəzi azərbaycanlı sənətkarların ərəbcə yazdığı 
Ģeir parçalarına rast gəlirik. «Yətimətül-dəhr fi məhasin əhlil-əsr» 
adlı  təzkirədən  aĢkar  edilmiĢ  bu  Ģeirlər  və  onların  müəllifləri 
haqqındakı məlumat Azərbaycanda Ģeir yazmaq ənənəsinin qədim 
və  ardıcıl  olduğunu  bir  daha  təsdiq  etməkdədir.  Əs-Səalibi 
tərəfindən  tərtib  edilən  «Yətimətüd-dərh»  təzkirəsi  912-1010-cu 
illərin ədəbi məhsullarını əhatə edir. Burada Bərakəveyh Zəncani 
                                                           

Bəni Üməyyə, Əməvilər xilafəti (611-750) paytaxtının adı ilə DəməĢq 
xilafəti də adlanır. Əməvilər xilafətinin xəlifələri QüreyĢilər tayfasının 
Üməyyə qoluna mənsub idilər. Sonuncu xəlifə II Mərlan (744-750) 
olmuĢdur. 
 


Könül  Nəhmətova   
 
 
70 
və  Əbu  Abdulla  əl-Məraği  əl-Müğəlləsi  kimi  iki  Azərbaycan 
Ģairindən danıĢılır və əsərlərindən parçalar verilir. Səalibi onların 
tərcümeyi-halından  danıĢmır.  «Yətimətüd-dəhr»  təzkirəsində  adı 
çəkilən həmin Ģairlərin nəinki yaradıcılığına, hətta adlarına da heç 
bir mənbədə təsadüf olunmur [79.  22]. XI əsrə qədərki Azərbay-
can mühiti haqqında təsəvvür yaratmağa çalıĢaraq ədəbiyyat tari-
ximizin  ən dərin qatlarına  qədər  enən  Məhəmmədəli  Tərbiyət  də 
öz təzkirəsində «Yətimətül-dəhr»in adını çəkmədiyi kimi, Bərakə-
veyh Zəncani və Əbu Abdulla əl-Məraği əl-Muğəlləsi haqqında da 
heç bir məlumat verməmiĢdir. 
Göründüyü kimi, XIX əsrin ikinci yarısından etibarən orta-
ya qoyulan – Azərbaycan ədəbiyyatı tarixi haradan baĢlayır – sua-
lını ən doğru cavablandırmaq Ģansı uzunmüddətli və geniĢ axtarıĢ-
lar sayəsində ilk dəfə məhz M. Tərbiyətə nəsib olmuĢdur. Bu ba-
xımdan hətta ədəbiyyat  tarixçiliyimizin banisi Firidun bəy Köçər-
linin görə bilmədiyi iĢi Məhəmmədəli Tərbiyət görmüĢdür. 
F.Köçərli  Azərbaycan  ədəbiyyatı  tarixinin  ilkin  mərhələsi 
haqqında  düĢünərək  yazırdı:  «Azərbaycan  türklərinin  ədəbiyyatı 
az  zamandan  bəri  baĢlayıbdır  ki,  kök  və  riĢə  salıb  bina  tutmağa. 
KeçmiĢdə  Ģövkət  və  qüvvət  sahibi  olan  Ġran  dövləti  müddəti-
mütəmadiyyə  ilə  təmami  Azərbaycan  vilayətinə  sahiblik  və 
hökmranlıq edibdir. Azərbaycan türkləri bu dövləti əziməni təhti-
hökumətində  xeyli  zaman  zindəganlıq  edibdir.  Bu  cəhətə  Ġranın 
müfuz və təsiri Azərbaycan təzkirəsinə həddən ziyadə olubdur. Bu 
tə’sirat zahiri, yəni hey’ət və qiyafətdə, tərzi-libas və xörəkdə və 
sair  övra  və  əhvalda  və  əmri-məaĢda  görsəndiyi  kimi,  batini  və 
mə’nəvi  surətdə  dəxi  olubdur  ki,  onlar  əxlaqü  ətvarda  və  ayinü 
adabda  və  lisanü  ədəbiyyatda  müĢahidə  olunan  əsərlərdir» 
[50.81]. 
Milli ədəbiyyat tarixi yaratmaq ideyası ilə silahlanan F.Kö-
çərli bu qənaətində yanılmıĢ, orta əsrlər ədəbiyyatında türk ruhu-
nu,  məfkurəsini  görə  bilməmiĢdir.  Lakin  «DaniĢməndani-Azər-
baycan» əsərindəki bir məqam M.Tərbiyətin bu mövzuya münasi-
bətini  müəyyənləĢdirməyimizə  imkan  verir.  M.Tərbiyət  Ġsmayıl 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
71 
ibn Yəsarın qiymətli bir Ģeir parçasını öz təzkirəsinə əlavə etmiĢ-
dir: 
 
Bir çox taclı dayım, əmim var mənim, 
Səxavətli, Ģanlı nəslim var mənim. 
Onlar nəcib yanar ocaq olmuĢlar, 
At belində gələn qoçaq olmuĢlar. 
Çox fəxr etmə bizə ey imam, dayan, 
Cəfanı at, doğru danıĢ sən bir an. 
Siz və biz haqqında soruĢ, mən deyim, 
Ötənlərdən nağıl edib, söyləyim. 
Böyütdük qızları elmlə, biliklə, 
Torpağa gömdüz siz qara cəhl ilə  [88.173]. 
 
Əlbəttə ki, Tərbiyətin bu Ģeir parçasını təzkirəsinə əlavə et-
məsi təsadüfi deyildir. Bununla o, ərəb istilası altında belə türk dü-
Ģüncəsinin  ölmədiyini,  yaĢadığını,  özünü  dərk  etdiyini  söyləmək 
istəmiĢdir.  
Təzkirədə  «mehman»  sözünün  genezisi  barəsində  söhbət 
açılmasını da Tərbiyətin milli təəssübkeĢliyinin bir təzahürü kimi 
qəbul edirik. Tərbiyət əsərinin bir yerində yazırdı: «Mehman» və 
«mihman» sözləri  eyni mənadadır. Bu iki söz «meh» və «man» 
sözlərindən  düzəlmiĢdir.  Ġranlılar  arasında  hər  kim  birinin  evinə 
qonaq gedərsə, nə müddət ki, oradadır, o evin sahibi kimi olur və 
evin yuxarı baĢında oturmalıdır. Səalibi «Lətaifül-məarif» (Elmin 
incəliyi) əsərində yazmıĢdır: «Qonaq üçün ilk hazırlanan yer evin 
yuxarı baĢıdır. Bəhramgur qonaq evin ağası deyə «mehman» adını 
qonağa  vermiĢdir.  Buna  görə  də  Ģair  demiĢdir:  Əcəmlər  qonağa 
hər kim olursa olsun, məhz hörmət üçün «mehman» adı vermiĢlər. 
Allah onların böyüyüdür, «man» evləridir və qonaq evin hörmətli 
ağasıdır». Müasir fars dilində «meh»
*
 və «kəh»
*
 sözləri Avesta və 
                                                           
*
 Böyük, ulu. 
*
 Saman. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə