Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

Könül  Nəhmətova   
 
 
72 
pəhləvi dilində «mec» və «kəs» sözləri ilə ifadə edilir. Bu sözlərdə 
«sin» hərfi «h» hərfinə çevrilmiĢdir. Ġslamın əvvəllərində yazılmıĢ 
kitablarda  «mesməğan»  və  «mesmüğan»  sözüdür  ki,  müğan 
baĢçıları və böyükləri mənasındadır» [88.408]. 
Bu misal da bir daha onu göstərir ki, Tərbiyət əsrlərlə türkə 
məxsus ola-ola özgələrin vətəndaĢlığını qəbul etmiĢ mədəniyyətə, 
düĢüncəyə, bu düĢüncəni, dünyagörüĢünü ifadə edən sözlərə sahib 
çıxmağın zamanının çatdığını dərk etmiĢdir. 
Məhəmmədəli  Tərbiyətin  XI əsrə  qədərki  Azərbaycan 
ədəbiyyatı  haqqındakı  məlumatlarının  ikinci  mühüm  cəhəti  isə 
onun  yazılı  ədəbiyyat  tariximizi  daha  qədim  qatlara qədər  aparıb 
çıxarmasıdır.  Hələ 1925-ci ildə Salman Mümtaz  yazırdı:  «Çünki 
Vaqif  ilə  Füzuli,  Xətai,  Həbibi,  Nəsimi  və  Nəsimidən  daha  neçə 
əsr  qabaqca  gəlmiĢ  Ģairlərimizin  aralarında  sənətkarlar  əlləri  ilə 
iĢlənilib,  uzadılan  o  silsiləyi-Ģeirin  zərif  və  zərrin  həlqələri  artıq 
bir-birlərindən  ayrılmıĢ  və  daha  doğrusu,  qırılıb  tökülmüĢdür.  O 
silsiləni  qurmaq  və  qırılan  ədəbi  zəncirləri  gözəl  bir  surətdə  bir-
birlərinə bitiĢdirmək üçün iki alın cəbhədə də çalıĢmalıyam. Yəni, 
XVIII əsrdən XII-yə, XII-dən də VIII-yə qədər geri çəkilməliyəm. 
Eyni  zamanda  «Nəsimi  əsri  olan  VIII  əsrdə  də  dayanmayaraq 
bizim  üçün  türkcə,  farsca  yadigarlar,  ərmağanlar  buraxıb  gedən 
böyük  və  ulu  Azərbaycan    qam  (filosof)  və  bilkə  (həkim)lərinin 
özləri  ilə  bərabər  Ģahkar  əsərlərini  də  tapıb  meydana  çıxarmalı-
yam.  Çünki  onlar  tapılmayıb  və  əsərləri  müəyyən  eldilmədikcə 
«Azərbaycan  tarixi  ədəbiyyatı»  könlümüzün  istədiyi  kimi  araya 
çıxmayacaqdır  ki,  bu  da  ədəbiyyatımızı  üçün  olduqca  böyük  bir 
nöqsan və açıqlıq təĢkil edəcəkdir» [67. 26]. 
Salman  Mümtazın  təbirincə  desək,  Məhəmmədəli  Tərbiyət 
tərəfindən də «silsileyi-Ģerin» həlqələrinin bərpasına cəhd göstəril-
miĢ, müasirləri kimi o da bu müqəddəs iĢin öhdəsindən gəlməyə 
çalıĢmıĢdır.  Təzkirədə  bu  baxımdan  diqqəti  çəkən  məsələlərdən 
biri də Azərbaycan ictimai, əxlaqi, dini, siyasi, fəlsəfi görüĢlərinin 
                                                                                                                            
 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
73 
banisi ZərdüĢt haqqında verilən bilgilərdir. Qədim azərbaycanlıla-
rın müqəddəs saydığı kitablardan olan «Avesta»da müxtəlif ədəbi 
janrların ünsürləri olduğu üçün bu əsər bir yaradıcılıq məhsulu ki-
mi ədəbiyyatĢünaslığın  da  diqqətini  çəkmiĢdir.  Lakin  M.Tərbiyət 
öz  təzkirəsində  «Avesta»nın  bu  cəhətindən  danıĢmadığından  biz 
də  bu  barədə  ətraflı  bəhs  açmayacağıq.  Burada  sadəcə  maraqlı 
məsələ  Tərbiyətin  ZürdüĢtü  azərbaycanlı  olaraq  tanıtmaq  və 
«Avesta»nın türkcə  yazıldığını sübut etmək təĢəbbüsüdür. Tərbi-
yət burada öz fikirlərini «Əbu Reyhan Biruninin qısa qeydləri ilə 
söyləmiĢdir.  O,  ZərdüĢtün  milli  mənsubiyyəti  haqqında  yazırdı: 
«…Sonra Muğanin ə’yan və əĢrafından, Mənciçöhr Ģahın nəslin-
dən olan azərbaycanlı Səfidtumanın oğlu ZərdüĢt gəldi» [88. 151]. 
M.Tərbiyət  bu bəhsdə Berlində ədiblər və alimlərin bir yı-
ğıncağında  ZərdüĢtün  tərcümeyi-halı  və  əsəri  haqqında  məruzə 
oxuduğunu da bildirmiĢdir. 
Bütün bu deyilənlər onu göstərir ki, M. Tərbiyət öz ömrünü 
bütünlüyü  ilə  Azərbaycan  mədəniyyətini,  dünyagörüĢünü  öyrən-
məyə sərf eləmiĢ, sadəcə öyrənməklə kifayətlənməyib, xalqın mə-
nəvi sərvətini özünə qaytarmağa çalıĢmıĢdır. 
 
2.2. Təzkirədə klassik ədəbi irsin tədqiqi (XI-XII əsrlər) 
 
XI-XII əsrlərin ədəbi irsinin  görkəmli  yaradıcıları olan Ey-
nülqüzat Miyanəci, Əbül-Üla Gəncəvi, Fələki Əbünizzam Həkim 
ġirvani, Əmir Ġzzəddin ġirvani, Əbdülməkarim Mücirəddin Bey-
ləqani, Qivami Mütərrizi Gəncəvi, Qətran Təbrizi, Xətib Təbrizi, 
Məhsəti  Gəncəvi,  Xaqani  ġirvani,  Nizami  Gəncəvi  haqqında  ən 
dolğun məlumatı XX əsrə qədərki Azərbaycan təzkirələri arasında 
«DaniĢməndani-Azərbaycan» əsərindən alırıq. Bu dövrün bir çox 
baĢqa  Ģairləri  –  Kuhi,  Nərgizi  Marağayi,  Xətibi  Ürməvi,  Nazüki 
Marağayi haqqında isə ilk dəfə bu təzkirə məlumat vermiĢdir. 
Təzkirədə  haqqında  geniĢ  bilgilər  aldığımız  «ərəbdilli 
mədəniyyətimizin  ən  görkəmli nümayəndələrindən biri, bəlkə də 
birincisi» XI əsrin dahi ədəbiyyatĢünası və dilçisi Yəhya Əli oğlu 


Könül  Nəhmətova   
 
 
74 
Xətib Təbrizidir [54. 3]. M. Tərbiyət Xətib Təbrizinin ömür yolu 
haqqında ətraflı danıĢmıĢ, müəllimləri və Ģagirdləri  haqqında da 
bəhs etmiĢdir. Alim onu «ədəbiyyatĢünaslıqda ən görkəmli  Ģəx-
siyyətlərdən hesab edərək, «ərəb dilinin anası» adlandırmıĢdır».  
Azərbaycanın bu böyük aliminin elmi-ədəbi irsinin öyrənil-
məsinə iki qiymətli əsər həsr etmiĢ Malik Mahmudov Tərbiyətin 
Xətib Təbrizi haqqındakı məqaləsini elmi araĢdırmalar üçün qiy-
mətli mə’xəz hesab edərək yazır: «Xətib Təbrizinin həyat və yara-
dıcılığının öyrənilməsində  onun  doğma  yurdu  Azərbaycanda da 
müəyyən iĢlər görülmüĢdür. HinduĢah Naxçivanidən sonra bu yol-
da ilk mühüm elmi addımı vətənpərvər alim Məhəmmədəli Tərbi-
yət atmıĢdır. Ərəb, fars, türk və Avropa mənbələrini dərindən təh-
lil edən tədqiqatçı özünün məĢhur «Azərbaycan alimləri» əsərində 
xalqımızın  digər  böyük  Ģəxsiyyətləri  ilə  birlikdə  Xətib  Təbriziyə 
də ayrıca məqalə həsr etmiĢdir. Tərbiyət bu məqaləsində alim haq-
qında  ətraflı  məlumat  verərək  onun  həyatı  və  yaradıcılığını  elmi 
ardıcıllıqla təhlil etmiĢdir. O, göstərir ki, Xətib Təbrizi Azərbayca-
nın məĢhur ədiblərindəndir. Tərbiyət xüsusən Yaqutun iki rəvayə-
tinə qiymət verərək, onların elmi əhəmiyyətini dərk etdiyindən öz 
əsərinə daxil etmiĢdir. Bunlardan biri alimin Təbrizdən Əbül-əla-
nın yanına getməsi, digəri isə məsciddə qonĢusu ilə etdiyi məĢhur 
söhbətdir  ki,  onların  Xətib  Təbrizinin  həyatını  öyrənməkdə  çox 
mühüm əhəmiyyəti vardır. Tərbiyət ilk dəfə olaraq əl-Baxəzrinin 
topladığı  Ģeir  məcmuəsində  Azərbaycan  aliminin  də  böyük  bir 
Ģeirinin olduğu barəsində xəbər vermiĢdir» [53]. 
M.Tərbiyət  Xətib  Təbrizinin  Ģeirinin  olması  haqqında  belə 
məlumat verirdi: «Baxəzri (h.q. 467/1074) «Dumyətül-qəsr» (Ən 
yüksək  arzuların  parlaq  təsviri)  əsərində  Xətibin  qısa  tərcümeyi-
halını  verir  və  Nizamülmülkün  tərifində,  XirĢinin  alınması  və 
Fəzlunun (h.q. 464/1071) tutulması haqqında 64 beytdən ibarət bir 
qəsidəsi olduğunu demiĢdir. AĢağıdakı Ģeir bu qəsidədəndir: 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə