Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

Könül  Nəhmətova   
 
 
78 
Ģairin  olması  haqqında  da  xəbər  verir.  Bu  Qətran  Tərməz  Ģəhə-
rindən olub ömrünün çox hissəsini Bələd Ģəhərində keçirmiĢdir və 
onun  Ənvəri  adlı  bir  Ģagirdi  də  olmuĢdur.  M.Tərbiyətin  bu 
məlumatı  iki  dolaĢıqlığı  aydınlaĢdırmağa  imkan  verir.  Ola  bilsin 
ki, DövlətĢah təzkirəsində adı çəkilən Ģəxs məhz bu Qətrandır. Bu 
məsələ  belə  düĢünməyə  əsas  verir  ki,  XII  əsrin  ortalarında 
tərməzli  bir  Qətran  adlı  Ģair  də  yaĢayıb  və  özü  də  «Qövsnamə» 
adlı  bir  mənzumənin  müəllifi  olmuĢdur.  Onu  Əmir  Məhəmməd 
ibn  Qumanca  ithaf  etmiĢdir.  Çünki  əgər  təbrizli  Qətranın  hələlik 
əlimizə gəlib çatmamıĢ «Qövsnamə» adlı əsəri olsa belə, Ģair onu 
Əmir Məhəmməd ibn Qumaca ithaf edə bilməzdi. Məlumdur ki, 
əsrlər  boyu  Qətranın  təbrizli  və  ya  tərməzli  olması  məsələsi 
ətrafındakı mübahisə XX əsrə  qədər  gəlib çıxmıĢdır.  M.Tərbiyət 
qısa  bir  qeydi  ilə  bu  məsələyə  aydınlıq  gətirmiĢdir.  Yəni,  həm 
Qətran  Təbrizi,  həm  də    Tərməzli  Qətran  tanınmıĢ  Azərbaycan 
Ģairləri  olmuĢlar.  Yuxarıda  söylədiyimiz  fikirlər  M.Tərbiyətin 
Əmin  Əhməd  Raziyə  əsaslanaraq  verdiyi  məlumatı  da  Ģübhə 
altına alır. Çünki Əmin Əhməd Razi də öz təzkirəsində təbrizli və 
tərməzli Qətranları qarıĢdıraraq hər ikisinin əsərlərinin  yalnız bir 
Qətrana aid olduğunu söyləmiĢdir. 
Bütün  bu  mübahisələrə  baxmayaraq  M.Tərbiyətin  Qətrana 
həsr  etdiyi  məqalə  sonrakı  tədqiqat  iĢləri  üçün  əhəmiyyətli 
mə’xəzlərdən biri kimi qəbul olunmuĢdur. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  XII  əsrin  tanın-
mıĢ Ģairlərindən Əbül Üla Gəncəvi, Qivami Mütərrizi, Eynəlqüzat 
Miyanəci, Fələki ġirvani, Ġzəddin ġirvani, Mücirəddin Beyləqani 
haqqında da söhbət açılır, Ģəxsiyyətinə, yaradıcılığına iĢıq salınır. 
XII əsr  Azərbaycan  Ģeiri  tarixində  Məshəti  Gəncəvi 
özünəməxsus bir yer tutur. XII əsrdən baĢlayaraq Ģeirləri müxtəlif 
cüng və təzkirələri bəzəmiĢ, hətta bəzi Ģeir həvəskarlarının tərtib 
etdiyi  müntəxabatlarda  onun  rübailərinə  baĢqa  Ģairlərin  həmin 
janrda  yazdıqları  Ģeirlərdə  çox  yer  verilmiĢdir.  «DaniĢməndani-
Azərbaycan»  əsərində  Məhsətinin  Puri-Xətib  Gəncəvinin  arvadı 
olduğu  və  hər  ikisinin  hicri  V  əsrdə  (XI)  yaĢadıqları,  Sultan 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
79 
Mahmud  Qəznəvinin  müasiri  olduqları  göstərilir.  Çox  güman  ki, 
burada  müəllif  Həmdullah  Qəzvini  və  Əmin  Əhməd  Razi  kimi 
müəlliflərin  səhv  qeydlərinə  istinad  etmiĢdir.  Məshəti  Gəncəvi 
yaradıcılığının tədqiqatçısı Xəlil Yusifov M.Tərbiyətin bu fikrinə 
münasibətini  bildirərək  yazır:  «Əgər  Qiyasəddin  Xondəmirin  bu 
barədəki  qeydlərini  bilsəydi,  M.Tərbiyət,  bəlkə  də,  Məhsətinin 
Sultan  Mahmud  Qəznəvinin  (1030-cu  ildə  ölmüĢdür)  müasiri 
olduğunu, yəni X əsrin axırı, XI əsrin əvvəllərində yaĢağıdı fikrini 
irəli  sürməzdi»  [90.  15].  Qiyasəddin  Xondəmir  isə  Həmdullah 
Qəzvinin  səhvini  düzəldərək  Məhsətinin  Sultan  Mahmud 
Səlcuqinin sarayında yaĢadığını qeyd edir [79. 60]. 
Xəlil  Yusifov  daha  sonra  Tərbiyətin  Məhsəti  Gəncəvinin 
yaradıcılığı haqqındakı bir sıra qənaətlərini yüksək qiymətləndirə-
rək yazır: «Daha sonra Tərbiyət «Əmir Əhməd və Məshəti» dasta-
nındakı Ģeirlərin ona aid olub-olmaması məsələsinə toxunur və ya-
zır ki, bu dastandakı Ģeirlərin bəziləri bu iki Gəncə Ģairinin – Məh-
səti və Əmir Əhmədindir. Tərbiyətin bu fikrinin doğruluğunu son 
dövrlərdə  üzə  çıxarılan  bir  sıra  faktlar  da  sübut  etməkdədir.  O 
cümlədən, mötəbər mənbələrdən aĢkar edilən və Məhsətinin oldu-
ğu Ģübhə doğurmayan rübailərdən bəzilərinin dastanda da öz əksi-
ni  tapması  göstərir  ki,  «Əmir  Əhməd  və  Məhsəti»  kitabında 
Məhsətiyə  aid  edilən  Ģeirlərin  müəyyən  qismi,  doğrudan  da, 
onundur.  M.Tərbiyətin  fikrincə,  bir  sıra  təzkirə,  tarix  və  cüng 
müəllifləri Məhsəti adına məsnəvi və rübailərdən ibarət çoxlu Ģeir 
yazırlar,  lakin  görünür  ki,  onun  ilhamı  rübai  Ģəklinə  daha  çox 
meyl  göstərmiĢdir.  Bunlar  təsdiq  edir  ki,  M.Tərbiyət  Məhsətinin 
Ģeirlərindən nümunələr olan mənbələrdən bir çoxunu Ģəxsən özü 
oxumuĢ və Ģairənin əsərlərinə xüsusi diqqət yetirmiĢdir» [90. 15]. 
M.Tərbiyət  Pur  Xətib  Gəncəvinin  də  Ģəxsiyyətinə  iĢıq 
salmağa çalıĢmıĢdır. O yazırdı: «Pur Xətib, ibn Xətib, Xətiboğlu – 
bu  üç  təxəllüs  bir  nəfərə  aiddir.  Pur  Xətib  özünün  aĢağıdakı 
Ģeirində  qeyd  etdiyi  kimi,  Gəncə  Ģəhərinin  məĢhur  alimlərindən 
olmuĢdur. ġeir aĢağıdakıdır: 
 


Könül  Nəhmətova   
 
 
80 
Yüksək ailədən bir gənc idim Gəncədən, 
Təfsir və fiqh elmini öyrənmiĢəm tamam. 
Gah mücadilə, gah da mübahisə edir, 
Təfsirdə mahir, nitqdə olmuĢam xoĢ kəlam. 
Məni gətirmiĢdir bu yerlərə xam Ģərab, 
Belə iĢlər çox edir Ģərab, olarsa xam [88. 268]. 
 
Göstərdiyimiz  nümunə  onu  təsdiq  edir  ki,  Məhəmmədəli 
Tərbiyət  yaradıcılığını  öyrəndiyi  Ģairlərin  həyatını  da  müxtəlif 
tərəflərdən  öyrənməyə  çalıĢaraq  onlar  haqqında  mümkün  qədər 
çox bilgi vermək istəyir. 
Ədəbi irs tariximizə ilk poemanın yaradıcısı kimi daxil olan 
Xaqani  ġirvani  «DaniĢməndani-Azərbaycan»  təzkirəsində  «fars 
dilində inci tək Ģeirlər yaradan söz ustalarından və Azərbaycanın 
görkəmli,  məĢhur  alimlərindən»  biri  kimi  tanıdılır.  M.Tərbiyət 
Ģairin  Ģəxsiyyətini,  ictimai  mövqeyini  belə  açıqlayır:  «O,  öz 
dövründə  ġirvan  Ģahları,  Azərbaycan  atabəyləri,  XarəzmĢahlar, 
Ġraq səlcuqiləri və Bağdad xəlifələrinin yanında böyük hörmət və 
etibar sahibi olan etibarlı Ģəxsiyyətlərdən idi və onların mədhində 
bir çox Ģeirlər qoĢmuĢdu. O, hicri qəməri VI (XII) əsrdə yaĢayan 
məĢhur vəzirlər, əmirlər, alim və ədiblər, söz ustaları ilə yazıĢaraq 
mübahisələĢmiĢ və onların bəzisini mədh etmiĢdir» [88. 358]. 
M.Tərbiyət  Xaqaninin  həyat  haqqında  verdiyi  bilgilərdə 
Abbasqulu  ağa  Bakıxanovun  «Gülüstani-Ġrəm»,  ƏbdürrəĢid 
Bakuvinin  «Təlxisül-asar»  (Əsərlərin  xülasəsi)  əsərlərinə  istinad 
etmiĢdir.  Tərbiyət  «Gülüstani-Ġrəm»  əsərinin  müəllifinin  Xaqani 
ġirvaninin  h.q.  VI  (XII)  əsrin  əvvəllərində  ġamaxının  yuxarı 
tərəfində  yerləĢən  Məlhəmli  kəndində  dünyaya  gəldiyini  qeyd 
etdiyini  yazır  [88.  358].  Qafar  Kəndli  Herisçi  Xaqani  ġirvaninin 
həyat  və  yaradıcılığına  həsr  etdiyi  geniĢ  elmi  tədqiqat  əsərində 
Xaqaninin  Məlhüm  kəndində  doğulması  ilə  bağlı  mülahizələrin 
kökünün  olmamasını  sübut  etməyə  çalıĢır:  «Abbasqulu  ağa  bu 
fikri söylərkən hansı mənbəyə söykəndiyini qeyd etməmiĢdir. Bu 
yanlıĢlıq  Abbasqulu  ağa  Qüdsinin  əli  ilə  yazdığı  düĢünülən 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə