Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
81 
Xaqani divanının Ģərhinə də yol tapmıĢdır. Bədr ġirvani Xaqanini 
«Məlhan  vətən»  adlandırmıĢdır  ki,  bu  da  baĢqa  məna  daĢıyır.
*
 
Xaqaninin  elm  aləminə  bəlli  olan  əsərlərini  diqqətlə  nəzərdən 
keçirdikdə Ģairin bu barədə heç bir qeyd və mülahizəsi olmadığı 
aydın olur» [29.44]. 
M.Tərbiyət  Xaqaninin  ölüm  tarixini  aĢağıdakı  kimi  qeyd 
edir:  «Rövzətül-əlbab»  (Könüllər  bağçası)  müəllifinin  yazdığına 
görə, Xaqani xəlifə Əlmüstəzi  binutillah zamanında hicri qəməri 
588  (1186)-ci  ildə  Qürrətullah  Kupaməvinin  «Nətayicül-əfkar» 
(Fikirlərin  nəticələri)  əsərində  qeyd  etdiyinə  görə,  hicri  qəməri 
595  (1198)-ci  ildə  Təbrizdə  vəfat  etmiĢ  və  Surxabın  Ģairlər 
məqbərəsində, Baba Həsənin məzarının yanında dəfn edilmiĢdir» 
[88.358]. Son tədqiqata görə isə, göstərilən bu tarixlərdən ikincisi 
doğru olaraq qəbul edilmiĢdir [11.89]. 
M.Tərbiyət Xaqaninin yaradıcılığını çox yüksək qiymətlən-
dirmiĢ, onun sənətkarlıq xüsusiyyətlərini belə səciyyələndirmiĢdir: 
«Xaqani  öz dövrünün  ədiblərindən  olaraq, əsrindəki  elmlərin bir 
çoxunda, xüsusilə fəlsəfə, hey’ət, nücum və musiqidə dərin bilik 
sahibi olmuĢdur. Buna görə də o, Ģerlərində bu elmlərə aid ifadələr 
iĢlətmiĢdir.  Xaqani  tarixi  və  qədim  hadisələr,  xəbərlər  haqqında 
geniĢ  məlumatlı  olmuĢ,  Ģeirlərində  bu  hadisələrə  iĢarə  etmiĢdir. 
Onun Ģeirdə xüsusi Ģivəsi, üslubu olmuĢ, Ģeirində həmiĢə təntənəli 
ifadələr və diqqəti cəlb edən vəznlər iĢlətmiĢdir. Onun sözlərində 
qəribə qafiyələr, rədiflər və nadir ifadələr vardır. Çox vaxt o, qəzəl 
və  qəsidələrini  səhərin  açılması  və  günəĢin  çıxması  ilə  baĢlayır. 
Ümumiyyətlə, onun Ģeirləri hicri qəməri VI (XII) əsrdə iĢlədilmiĢ 
                                                           

Məlzam  və  ġeydan  ərəblərə  görə    soyuq  və  qarla  örtülmüĢ  iki  xəyali 
Ģəhərdir  ki,  Ərəbistan  yarımadasından  çox  uzaqda,  cənubda  yerləĢir. 
Gövhəri bu  sözdən  danıĢdıqda  bu Ģəhərlərin çox soyuq olduğunu, torpağın 
qarla örtülərək donduğundan buz kimi parladığını bildirmiĢdir. Bədr ġirvani 
«Xaqaniyi Məlhan vətən» dedikdə Ģairin həyatının vətənində çətin keçdiyini 
bildirmiĢ,  onun  ġirvan  vətənini  ərəblərin  və  baĢqalarının  Məlhanla  bağlı 
olan bədii fikir və astronomik təsəvvürü ilə ifadə etməkdədir. 
 


Könül  Nəhmətova   
 
 
82 
və yayılmıĢ, lakin heç yerdə qeyd edilməmiĢ nadir, misallar cüngü 
və səfinəsi və istilahlar üçün lüğət kitabı olmuĢdur» [88. 358]. 
Müəllif  daha  sonra  bəzi  tədqiqatçılar  tərəfindən  Ģairin 
Ģerlərində olan çətin sözlərə və anlaĢılmaz Ģeirlərinə haĢiyələr və 
əlavələr  yazıldığını  söyləyir.  Məhəmmədəli  Tərbiyətə  görə,  bu 
tətqiqatçıların  ən  məĢhuru  Həsən  Dəhləvi,  ġeyx  Azəri, 
Əbdülvahhab  Ġsfahani,  Məhəmməd  ibn  Davud  ġadabadi  və 
Rzaquluxan Hidayətdir. Tərbiyət Xaqani yaradıcılığının mövzu və 
janr müxtəlifliyindən də bəhs etmiĢ, Ģiniyyə və raiyyə qəsidələrini 
onun  nəzm  sahəsində  böyük  müvəffəqiyyəti  hesab  etmiĢdir. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  Xaqani  ġirvaniyə 
ayrılmıĢ səhifələr Tərbiyətin «Gəncineyi-Maarif» (Bilik xəzinəsi) 
jurnalında çap etdirdiyi məqalədən ixtisar olunmuĢdur. Bu məqalə 
göstərir ki, M.Tərbiyət Xaqani yaradıcılığına ətraflı bələd olmuĢ, 
onun haqqında aparılan tədqiqat iĢlərini də dərindən öyrənmiĢdir. 
Təsadüfi  deyildir  ki,  Qafar  Kəndli  Tərbiyəti  «xaqaniĢünas» 
adlandırmıĢdır [29]. 
Təzkirədə XII əsrin ən görkəmli nümayəndəsi olan Nizami 
Gəncəvi  ustad  Ģair  kimi  təqdim  olunur  və  yaradıcılığının  bir 
məktəb  olduğu,  ġərq  ədəbiyyatına  güclü  təsir  göstərməsi  önə 
çəkilir. Müəllif Nizami yaradıcılığının ġərq ədəbiyyatı tarixindəki 
yerini  düzgün  müəyyənləĢdirərək  yazırdı  ki,  «o,  istisnasız  olaraq 
hamının etirafına görə, fars dilində məsnəvi yazanların baĢçısı və 
dastan yaradanların rəhbəri olmuĢdur» [88. 256]. 
Təzkirədə  Nizami  Gəncəvinin  yaradıcılığı  ətraflı  nəzərdən 
keçirilmiĢ, «Xəmsə»yə daxil olan poemaların hər birisi haqqında 
yığcam  bilgilər  verilmiĢ,  Nizaminin  əsərlərinə  yazılmıĢ  nəzirələr 
sadalanmıĢdır.  M.Tərbiyət  Nizami  yaradıcılığının  özünəməxsus 
xüsusiyyətlərini  qısaca  olaraq  belə  səciyyələndirmiĢdir:  «Nizami 
Gəncəvi həm aĢiqanə, həm də həmasi Ģeirdə misilsiz usta olmuĢ, 
döyüĢ meydanına, eləcə də Ģənlik məclisinə uyğun olan sözlər və 
ifadələr  iĢlətməkdə,  incə  və  zövqə  yatan  təĢəbbüskar,  bədii, 
mənalı,  məzmunlu,  gözəl  və  ruh  oxĢayan  istiarələr,  təĢbihlər 
yaratmaqda; hadisələri, eləcə də təbiət mənzərələrini öz incəlikləri 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
83 
ilə təsvir etməkdə həddən artıq məharətli olmuĢdur. Buna görədir 
ki, bu gəncəli Ģair bütün ədəbiyyatĢünasların hüsni-rəğbətini  cəlb 
etmiĢ,  onun  yaradıcılığından  iqtibas  edən  söz  ustaları  istisnasız 
olaraq  Nizami  adını  böyük  hörmətlə  dilə  gətirmiĢ  və  onu 
tərifləmiĢlər» [88. 261]. 
M.Tərbiyət  Nizami  Gəncəvinin  yaradıcılığı  üzərində  belə 
ətraflı dayanmıĢsa da, həyatı və Ģəxsiyyəti haqqında bir kəlmə də 
söyləyə bilməmiĢdir. Bu da ondan irəli gəlir ki, XX əsrə qədərki 
bütün  təzkirələrdə  ən  Ģərəfli  yeri  tutsa  da,  onun  həyat  səhifələri, 
real  Ģəxsiyyət  cizgiləri  əsrlərin  qatı  dumanı  ilə  örtülmüĢdür. 
A.E.Krımski bu məsələyə öz münasibətini belə bildirmiĢdir: «Belə 
bir  sual  doğur  ki,  nə  üçün  ömürlərini  ədəbiyyatın  öyrənilməsinə 
sərf edən XII-XIII əsr fars təzkirəçiləri (biri gəncəli Ģairin müasiri 
olmuĢdur)  öz  antoloji  toplularında  onun  (Nizami  Gəncəvinin  – 
K.N.)  tərcümeyi-halı  haqqında  heç  bir  kəlmə  söyləməmiĢlər.  Bu 
elə bir sualdır ki, ġərqin bir sıra görkəmli adlarına, Firdovsiyə də 
aid  edilə  bilər.  Bir  səbəb  kimi  onu  göstərmək  olar  ki,  qədim 
təzkirəçilər  üçün  Ģairlərin  tərcümeyi-halına  aid  dəqiq  faktları 
axtarmaqdan  daha  asanı  onların  yaradıcılığından  bərbəzəkli 
nümunələri oxucuya çatdırmaq idi. XV əsrdə Caminin Firdovsi və 
Nizami  haqqında  yazdığı  kimi,  o  təzkirəçilər  də  tarixi-ədəbi 
təxəyüllərinin  gücü  ilə  Ģairlərin  həyatının  real  cizgilərini 
özlərindən çox asanlıqla kənarlaĢdıra bilirdilər» [94. 23-24]. 
A.E.Krımski  Nizami  Gəncəvinin  müasiri  olan  Məhəmməd 
Övfinin  «Lübab  əl-Ərbab»  təzkirəsinin  qüsuru  haqqında  da 
danıĢaraq bildirir  ki, bu təzkirədə  Nizaminin  əsl  adı çəkilməmiĢ, 
sadəcə  ədəbi  təxəllüsü  ilə  Nizami  Gəncəvi  kimi  anılmıĢdır  [94. 
25]. Yeri gəlmiĢkən, qeyd edək ki, ola bilsin M.Tərbiyət  «Lübab 
əl-Əlbab»  əsərini  ya  ələ  keçirə  bilməmiĢ,  ya  da  bu  təzkirədən 
onun  heç  xəbəri  də  olmamıĢdır.  Çünki  «DaniĢməndani-Azərbay-
can»  təzkirəsinin  yazılmasında bu əsərdən istifadə  olunmamıĢ  və 
bununla yanaĢı müəllif Nizami bəhsində yazır ki, «Əbu Zəkəriyya 
Qəzvini və ƏbdürrəĢid Bakuvi ən qədim müəlliflərdəndir ki, Niza-
mi  haqqında  danıĢmıĢlar»  [88.256].  Lakin  məlum  olduğu  kimi, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə