Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

Könül  Nəhmətova   
 
 
84 
Nizami haqqında ilk məlumatı Məhəmməd Övfi vermiĢdir. 
M.Tərbiyət  Nizaminin  tərcümeyi  -  halına  aid  yeni  bir  söz 
deyə bilməsə də, həmin məqalə Ģairin yaradıcılığının təhlilinə görə 
yüksək qiymətləndirilə bilər. 
Azərbaycan intibah mədəniyyətinin XII əsrin əvvəllərindən 
baĢlayaraq yeni uğurlar qazanmıĢ nümayəndələrinin hər biri ayrı-
ayrılıqda M.Tərbiyət tərəfindən öyrənilmiĢ və bununla da bu döv-
rün  ədəbi  panoraması  «DaniĢməndani-Azərbaycan»  təzkirəsində 
geniĢ Ģəkildə öz əksini tapmıĢ, qiymətləndirilmiĢdir. 
 
2.3. XIII-XVIII əsrlər Azərbaycan poeziyası 
 
Azərbaycan  xalqının  ictimai  və  iqtisadi  həyatında  olduğu 
kimi,  mədəni  həyatında  da  ayrıca  bir  dövr  təĢkil  edən  XIII-XIV 
əsrlərin ədəbi inkiĢafı bir neçə mərhələdən keçmiĢdir. Bu dövrün 
ilk  mərhələsində  Zülfüqar  ġirvani,  Hümam  Təbrizi,  Səfiəddin 
Urməvi,  Fəxrəddin  HinduĢah  Naxçıvani,  Fəzlullah  RəĢidəddin, 
Zəkəriyyə  Qəzvini  kimi  elmin  müxtəlif  sahələrində  çalıĢan 
görkəmli  alimlər  yetiĢmiĢlər.  Ədəbiyyat  sahəsində  inkiĢaf  özünü 
daha  aydın  büruzə  verirdi.  Mahmud  ġəbüstəri,  Əvhədi,  Əssar, 
Arif  Ərdəbili  bu  dövrün  yaradıcılıq  keyfiyyətlərinə  malik 
sənətkarlardır. Daha çox panteist filosof olan ġəbüstəri «GülĢəni-
raz» (Sirlər  gülüstanı) və  baĢqa əsərləri ilə “humanist” ideyalarla 
çıxıĢ edir, Allahla təbiəti eyniləĢdirir, dini ayrıseçkiliyə qarĢı çıxır, 
insanın  böyük,  uca,  qadir  olduğunu  söyləyirdi.  Onun  «GülĢəni  -
raz»  əsəri  insana  və  kainata  yeni  əsr  ziyalısının  baxıĢlarını  əks 
etdirir. Əvhədi isə elmi dillə ifadə edilmiĢ fikirlərini daha canlı və 
poetik  dilə  çevirir,  Nizamidən  sonra  humanist  fikirləri  rəngarəng 
boyalarla əks etdirməklə özünəməxsus yeni üsullar tapırdı. 
XIV əsr Azərbaycan ədəbiyyatında Nizami ənənələrini özü-
nəməxsus Ģəkildə davam etdirən Arif Ərdəbili və Əssar Təbrizi isə 
baĢqa yolla intibah ideyalarını əks etdirirdilər. Nizami ənənələrinə 
sadiq  qalaraq  mənzum  roman  adlana  biləcək  poema  janrının 
parlaq  nümunələrini  yaradırdılar.  Arif  Ərdəbili  «Fərhadnamə»də 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
85 
bu qədim əfsanəyə  yeni baxıĢlarla  yanaĢmıĢdır. Daha çox çağdaĢ 
mövqelərdə  duraraq  qəhrəmanlarını  gördüyü,  tanıdığı  adamlara 
məxsus  real,  həyati  cizgilərlə  təsvir  edirdi.  Gözəl  astronom, 
panteist  filosof,  Ģeir  nəzəriyyəçisi  və  xüsusən  Ģair  olan  Əssar  isə 
lirik  Ģeirlərində  və  «Mehr  və  MüĢtəri»  poemasında  Nizaminin 
daha çox romantik meyl edən ənənələrinə sadiq qalmıĢdır. 
XIII əsrin axırı,  XIV əsrin birinci yarısında Azərbaycan in-
tibahı  yeni  mühüm  bir  keyfiyyət  qazanır  -  ilk  dəfə  Azərbaycan 
türkcəsində  poetik  əsərlər  yaranır.  Ġzəddin  Həsənoğlu,  Nəsir  Ba-
kuvi  və  Qazi  Bürhanəddin  yaradıcılığı  buna  ən  yaxĢı  misaldır. 
XIV əsrin axırı və XV əsrin əvvəlləri, daha dəqiq desək, Nəsimi-
nin ölümünə qədərki dövr Azərbaycan intibahının inkiĢafında ay-
rıca  bir  mərhələ  təĢkil  edir.  Bu  dövrdə  humanist  ideallar  hürufi 
Ģüarlarla irəli sürülür. Hürufilik humanizmin, intibah ruhunun əsas 
boyasına, təzahür formasına çevrilir [5].             
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  XIII-XIV  əsrlər 
ədəbiyyatının öyrənilmə dərəcəsi müasiri olan elmi-ədəbi əsərlər-
dən nisbətən yüksək olsa da, qənaətbəxĢ hesab etmək olmaz. Çün-
ki  bu  dövrün  əsas  əlaməti  olan  Azərbaycan  türkcəsində  poetik 
əsərlərin yaranması prosesi təzkirədə öyrənilməmiĢdir. M.Tərbiyət 
də müasirləri kimi Ġzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi 
kimi  Ģairlərin  adının  üzərindən  sükutla  keçmiĢdir.  Halbuki  hələ 
XV əsr təzkirəçisi DövlətĢah Səmərqəndi Həsənoğlunun farsca və 
türkcə Ģeirlər yazdığını, əsərlərinin Azərbaycan və Rumda məĢhur 
olduğunu  qeyd  etmiĢdir.  M.Tərbiyət  DövlətĢah  Səmərqəndinin 
«Təzkireyi-Ģüəra»sından  faydalansa  da,  əsərindəki  bir  sıra  digər 
qeydlərindən  də  hiss  olunur  ki,  bu  mənbəni  gərəyincə  öyrənmə-
miĢdir. Ola bilsin ki, elə buna görə də mənbələrin haqqında xəsis-
liklə  danıĢdığı  Həsənoğlunu  nəzərdən  qaçırmıĢdır.  Qazi  Bürha-
nəddinin əsərlərinin tədqiqi və nəĢr tarixi çox da qədim deyildir. 
Azərbaycan və Ġran təzkirələrində onun adına təsadüf olunmadığı 
üçün  «DaniĢməndani-Azərbaycan»dan  da  bu  haqda  məlumat  ala 
bilmirik. 
Nəsimiyə  gəlincə  isə,  onun  haqqında  daha  çox  Anadolu 


Könül  Nəhmətova   
 
 
86 
təzkirələrindən  bilgilər  alırıq.  Ġsmayıl  Hikmətin  Nəsimi  ilə  bağlı 
araĢdırmasını  nəzərdən  keçirdikdə  Ģair  haqqında  məlumat  verən 
bir  sıra  təzkirəçiləri  də  xatırlamaq  olar:  Lətifi,  Kınalızadə  Həsən 
Çələbi, Bəyani, Faiq RəĢad bəy, Məhəmməd Tahir bəy, Müəllim 
Naci, Rzaquluxan Hidayət [52. 172-173]. 
«DaniĢməndani-Azərbaycan» əsərində bu müəlliflərdən yal-
nız Rzaquluxan Hidayətin «Riyazül-aĢiqin» təzkirəsinin adını gö-
rürük. Belə nəticəyə gəlmək olar ki, M.Tərbiyət Nəsimini bir Ģair 
kimi  tanımamıĢdır,  çünki  təzkirəsinin  «Nəimi  ġah  Fəzlullah  ibn 
Əbu Məhəmməd Təbrizi»  məqaləsində Seyid  Ġmadəddin Nəsimi 
adını bir cümlədə çəkərək üstündən keçmiĢ, təriqətlər haqqında isə 
yazmıĢdır:  «ġah  Fəzlullahın  ölümündən  sonra  onun  fikirləri  və 
təriqəti  bütün  islam  aləminə  yayılmıĢdır.  Əl-Əliyül-Əla,  Seyid 
Ġmadəddin Nəsimi və baĢqaları kimi onun caniĢinləri və naibləri 
Anadoluya  qaçmıĢ,  bəktaĢilərin  təkyələrinə  və  xanəgahlarına  yol 
tapıb,  bəktaĢi  təriqətinin  əvəzinə  hürufi  təriqətini  təbliğ  etməyə 
baĢlamıĢlar.  BəktaĢilər sadəlövh, dərin bilik sahibi olmadıqlarına 
görə hürufilərin fikirlərini qəbul etmiĢlər. Bu yolda bir çox qanlar 
tökülmüĢ və faciəli hadisələr baĢ vermiĢdir. Onları burada izah et-
məyə imkan yoxdur» [88. 247]. 
Firidun  bəy  Köçərli  də  Nəsimi  haqqında  məlumat  toplaya 
bilməmiĢ, onu yanlıĢ olaraq XIX əsr ġirvan Ģairləri sırasında ver-
miĢdir. ġairi «Nəsimi ġirvani» deyərək təqdim etmiĢ və özü dedi-
yi  kimi,  «kəlamlarından  yalnız  bir  qəzəlin  yazılmasına  ehtiva  et-
miĢdir» [50. 519]. 
Yeri  gəlmiĢkən qeyd  edək  ki,  daha  bir  sıra  XV-XVI  əsrlər 
Ģairlərinin  adını  «DaniĢməndani-Azərbaycan»  təzkirəsində 
görmürük.  Məsələn,  Xəlifə  Təbrizi,  ġahi,  Bəsiri,  Hidayət,  Xəlili 
və baĢqaları. Nə üçün M.Tərbiyət bu adlar üzərindən sükutla keç-
miĢdir? - sualı üzərində düĢünərkən qarĢıya daha bir mühüm sual 
çıxır: Bu Ģairləri Azərbaycan ədəbiyyatından ayıran bir ortaq cəhət 
varmı? 
Əlbəttə  ki,  bu  Ģairlərin  türk  dilində  yazıb-yaratmaları 
M.Tərbiyətin  onlar  haqqında  danıĢmasına  əngəl  ola  bilməzdi. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə