Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   2   3   4   5   6   7   8   9   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 

yaradıcıları haqqında da daha geniĢ və qiymətli bilgilərin məxəzi-
dir. Bu təzkirədə on səkkizdən artıq təzkirəçinin adı çəkilmiĢ, bəzi 
müəlliflər  haqqında  daha  geniĢ  danıĢılmıĢdır.  «DaniĢməndani  - 
Azərbaycan»  əsərini  məhz  bu  cəhətdən  təzkirəçiliyin  tədqiqi  ilə 
məĢğul olanlar üçün bir qiymətli ədəbi-elmi qaynaq kimi qəbul et-
mək olar. Tərbiyətin təzkirələrə münasibəti haqqında birinci fəslin 
ikinci bölməsində geniĢ danıĢılır. 
Azərbaycan  ədəbiyyatı  tarixçiliyində  təzkirələrin  ilk  tədqi-
qatçısı kimi görkəmli ədəbiyyatĢünas Salman Mümtazı hesab edə 
bilərik.  Salman  Mümtazın  «Azərbaycan  ədəbiyyatı»  silsiləsindən 
olan əsərlərinin yazılmasında əsas mənbələrdən biri kimi orta əsrl-
ər və XIX əsr təzkirələri götürülmüĢdür. ġairlərin həyat və yaradı-
cılığına həsr  olunmuĢ əsərlərində müəllif ilk növbədə  təzkirələrə 
müraciət  edir.  Salman  Mümtaz  özü  də  1900-cü  ildən  baĢlayaraq 
iyirmi beĢ ildən artıq bir müddət ərzində apardığı tədqiqat iĢlərin-
də əsas məxəzlərdən birinin «mürgənələr, güvələr ağızlarından, si-
çanlar  və  kəsəyənlər  boğazlarından  artıq  qalmıĢ  cırıq-mırıq  yar-
paqlar və darmadağın cünglər və bəyazların» olduğunu qeyd edir. 
Ədib  öz  məqalələrində  bəzi  təzkirələrə  tənqidi  yanaĢır,  onların 
ədəbiyyat  tariximizi  yaratmalarına  geniĢ  imkanları  olduğu  halda 
farsofil  tendensiyaya  uymaqla  yanlıĢ  mövqe  tutaraq  millilikdən 
uzaqlaĢıb baĢqa xalqlara xidmət göstərmələrini ürək ağrısı ilə qar-
Ģılayırdı: «Əgər bizi doğru və düz yolumuzdan azdıran yazıçıların 
hamısı  əcnəbi  millətlərdən  olsa  idilər,  bəlkə  də  mən  bir  o  qədər 
acımazdım. Amma təəssüf olsun ki, Azərbaycan oğlu müvərrixlə-
rimiz, ədiblərimiz, Ģairlərimiz də həmin o zehniyyətə qapılmıĢ və 
o  yabançı  hisslərin  axıntısında  özləri  ilə  bizi  də  baĢ  aĢağı  axıdıb 
getmiĢlər» [67,  301].  Salman  Mümtaz   təzkirələrin  bəzi  çatıĢma-
yan  cəhətlərinə  baxmayaraq  onları  araĢdırmaqdan  yorulmamıĢ, 
bəzilərini əldə edə bilmədiyi üçün təəssüflənmiĢ, gələcək tədqiqat-
lar  üçün  bir  sıra  təzkirələrin  adını  yaddaĢ  səhifələrinə  qeyd  et-
miĢdir. AMEA-nın Əlyazmalar Ġnstitutunun 24 nömrəli fondunda 
414 saylı saxlanma vahidi altında Salman Mümtazın bir səhifəlik 
təzkirə  adlarını  əks  etdirən  vərəq  qorunur  ki,  bu  da  onun 


Könül  Nəhmətova   
 
 
10 
təzkirələrin  tədqiqinə  böyük  maraq  göstərməsini  təsdiqləyir.  Bu 
əlyazması  ən  qədim  fars  təzkirəsi  olan  «Lübab-əl-əlbab»dan 
baĢlayaraq,  XX  əsrin  əvvəllərində  tərtib  olunmuĢ  Azərbaycan 
müntəxabatlarına qədər bir çox antoloji əsərləri əhatə edir [68,79].  
Salman  Mümtaz  elmi  fəaliyyətində  dönə-dönə  məĢhur 
təzkirənəvislərdən  Məhəmməd  Övfi,  DövlətĢah  Səmərqəndi, 
Əmin  Əhməd  Razi,  Lütfəli  bəy  Azər,  Azad  Hüseyn  Belgirami, 
Rzaquluxan Hidayət, Həsən Çələbi, Sam Mirzə, ġəmsəddin Sami 
bəy,  Mirxond,  Nurhüseyn,  Mirhüseyn  Nəvvab,  Məhəmmədağa 
Müctəhidzadə  və  baĢqalarına  müraciət  etmiĢ,  onlardan  faydalan-
mıĢdır.  Bu  hərtərəfli  tədqiqatın  sayəsində  «Azərbaycan  xalqının 
tarixini, mədəniyyətini və  ədəbiyyatını  dana

  ədəbiyyatĢünasların 
əksinə olaraq» Mümtaz Azərbaycan ədəbiyyatını min ikiyüz illik 
möhtəĢəm tarixə malik olduğunu, tarixi ədəbiyyatımızın Vaqifdən 
deyil,  çox-çox irəlidən  baĢladığını  deyir,  «Azərbaycanlıların ədə-
biyyatı  yoxdur  deyən  naümidlərə»  təskin  cavablar  verir  [72. 24]. 
N.H.Nəcəfov  Salman  Mümtazın  fəaliyyətinin  əhəmiyyətini 
açıqlayaraq yazır ki, «Salman Mümtaz məhz təzkirələri araĢdırma 
sayəsində Nəsimi haqqında özündən əvvəlki tədqiqatçılardan

 da-
ha geniĢ, daha ətraflı məlumat vermiĢdir [72. 25]. 
Salman  Mümtazın  təzkirələrə  olan  iradında  bir  acı  təəssüf 
hissi  duyulursa,  sovet  dövrü  Azərbaycan  ədəbiyyatĢünaslığında 
uzun zaman bu ədəbi janra ögey münasibət hiss olunur. 1920-30-
cu  illərin  ədəbiyyatĢünaslarından  A.Musaxanlı  təzkirəçiliyi 
feodalizm cəmiyyətinin «tipik ədəbiyyat tarixi» kimi, M.Rəfili isə 
təzkirələri müntəxəbat xarakterli hesab edərək Yaxın və Orta ġərq 
ədəbiyyatı  tarixçiliyinin  bir  janrı  və  danılmaz  mərhələsi  olan 
təzkirəçiliyin  Azərbaycan  sovet  ədəbiyyatĢünaslığındakı  yerini 
qaralamıĢlar [37. 17]. 
ƏdəbiyyatĢünas Əziz Mirəhmədov təzkirəni elmi-ədəbi əsər 
                                                           

 “dana” fars dilində “alim” deməkdir. 

 H. Ə. Qayıbov, S.Ə. ġirvani, F. Köçərli, Y.V Çəmənzəminli nəzərdə 
tutulur. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
11 
kimi  qiymətləndirmiĢ,  orta  əsrlərin  ədəbiyyatını  öyrənmək  üçün 
mühüm  mənbə  hesab  etmiĢdir.  Ə.Mirəhmədovun  «ƏdəbiyyatĢü-
naslıq terminləri lüğəti»ndə təzkirələr haqqında kifayət qədər bilgi 
verilməmiĢ, bu ədəbi növün daha çox mənfi cəhəti nəzərə çatdırı-
laraq  qeyd  olunmuĢdur  ki,  «bu  əsərlərə  tənqidi  yanaĢmaq,  bəzi 
müəlliflərin qeyri-obyektiv, mübaliğəli, bir çox hallarda sinfi məq-
sədlə təhrif olunmuĢ iddialarına aldanmamaq lazımdır» [61. 168]. 
Ə.Mirəhmədovun  fikrincə,  təzkirələrdə  bioqrafik  cəhət  və  sənət-
karlıq məsələləri üstünlük təĢkil edir . 
Görkəmli alim Həmid Araslının XIX əsr təzkirələri haqqın-
da mülahizələrinin yekunu olaraq yenə də bu janrın kəsir cəhətləri 
vurğulanmıĢdır. H.Araslıya görə, təzkirəçilərin əsərlərində bir sıra 
dolaĢıqlıqlar da vardır. Onlar bəzən ağızdan-ağıza eĢitdikləri təhrif 
olunmuĢ məlumatları həqiqət kimi verirlər. Buna görə də istifadə 
edilən təzkirələrə mütləq tənqidi yanaĢmaq, onlardan daha çox faktik 
materialları təsbit etmək iĢində istifadə etmək lazımdır [16. 7]. 
Azərbaycan  ədəbiyyatĢünaslığında  təzkirələrin  öyrənilməsi 
sahəsində  görülən  iĢlərdən  birincisi  onların  tərcümə  və  yaxud 
transfoneliterasiya  olunaraq  nəĢr  edilməsidir.  Bu  günə  kimi 
Azərbaycan  təzkirələrindən  Seyid  Əzim  ġirvaninin  «TəzkirətüĢ-
Ģüəra»  (1974),  Məhəmmədəli  Tərbiyətin  «DaniĢməndani-Azər-
baycan»  (1987),  Məhəmmədağa  Müctəhidzadənin  «Riyazül-aĢi-
qin»  (1995),  Mir  Möhsün  Nəvvabın  «Təzkireyi-Nəvvab»  (1998) 
əsərləri kiril əlifbası ilə nəĢr olunmuĢdur. 
Azərbaycan  sovet  ədəbiyyatĢünaslığında  təzkirələrin  elmi-
ədəbi  janr  olaraq  müstəqil  Ģəkildə  öyrənilməsi  XX  əsrin  60-cı 
illərindən  baĢlamıĢdır.  Bu  baxımdan  ilk  görünən  əsərlərdən  biri 
kimi Qafar Kəndlinin  «Sadıq  bəy  Sadiqinin  həyat  və  yaradıcılığı 
haqqında  bəzi  qeydlər»  (1964)  məqaləsi  diqqəti çəkir.  Məqalədə 
Sadiqinin ədəbi yaradıcılığın bir sahəsi olan təzkirəçilik fəaliyyəti 
də  geniĢ  iĢıqlandırılmıĢ,  «Məcməül-xəvas»  təzkirəsinin  əlyazma 
nüsxələri,  müasir  nəĢri  və  Ġran  ədəbiyyatĢünaslığındakı  tədqiqatı 
haqqında  bəhs  olunmuĢdur  [28].    Mehri  Məmmədovanın  «Orta 
əsrlər  təzkirəsi»  («Elm  və  həyat»,  1974-cü  il)  adlı  məqaləsi  isə 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə