Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
93 
Səndən özgə yarım olsa ey pərivəĢ simtən, 
Görüm olsun o qəba əynimdə pirahən kəfən. 
Çıxmaya sevdayi-zülfün baĢdan, ey məh, yüz il, 
Üstüxani-kəlləm içrə tuta əqrəblər vətən [88. 381]. 
 
Azərbaycan  ədəbiyyatının  ən  görkəmli  ədəbi  simalarından 
olan Məhəmməd Füzuli təzkirədə layiqincə qiymətləndirilməmiĢ, 
Ģairin dəyərli əsərlərindən bəhs olunmamıĢ, yalnız Molla Hüseyn 
KaĢifinin  «RövzətüĢ-Ģühəda»  (ġəhidlər  bağı)  əsərini  türk  dilinə 
çevirərək  ona  «Hədiqətüs-süəda»  (XoĢbəxtlər  bağı)  adı  verdiyi 
qeyd  olunmuĢdur  [88.  354].  Doğrudur,  Firidun  bəy  Köçərlidən 
fərqli  olaraq
*
  M.Tərbiyət  Füzulinin  milli  mənsubiyyətini  düzgün 
müəyyənləĢdirsə  də,  onun  dahi  Ģairə  münasibətində  M.F.Axun-
dovun  fikirlərinin  təsiri  duyulur.  M.Tərbiyətin  Ģairin  əsərləri 
haqqında  danıĢmadan  «Füzuli  Məhəmməd  ibn  Süleyman» 
bəhsinə əlavə etdikləri də fikrimizi təsdiq edə bilər: «Qeyd etmək 
lazımdır ki, bu kitab (Hədiqətüs-süəda» - K.N.) yazıldıqdan sonra 
minbərlərdə  növhə  oxuyanlar  bu  kitabda  olan  Ģeirlərdən 
oxuyurdular.  Buna  görə  də  növhə  oxuyanlara  rövzəxan  adı 
verilmiĢdir.  Bir  müddətdən  sonra  bu  kitabdan  Ģeir  oxumaq 
tərgidilmiĢ,  lakin  rövzəxan  adı  qalmıĢdır.  Ġbn  Kəsir  ġamlı  hicri 
qəməri  352  (963)  -cü  il  hadisələrini  nağıl  edərkən  Zəhəbinin 
dilindən qeyd edir ki, məhərrəm ayının ilk on günündə SeyidüĢ-
Ģühədaya  matəm  saxlamaq,  qara  geymək,  küçə-bazarda  qara 
parçalar çəkmək, dükanları bağlamaq, aĢura günü xörək biĢirməyi 
qadağan  etmək  mərasimi  ilk  dəfə  Bağdadda  Müizzüdövlə 
                                                           

  F.Köçərli  Füzulini  haq  Ģairi  hesab  etmiĢ,  sadəcə  türk  Ģairlərinin  ustadı 
olduğu  üçün  ona  öz  əsərində  yer  ayırmıĢ  və  bu  barədə  yazmıĢdır:  Molla 
Məhəmməd  Bağdadi  türk  Ģairlərinin  babası  hesab  olunur.  Ona  binaən, 
Azərbaycan  Ģüəra  və  üdəbasından  bəhs  edib  də,  onların  sərvəti  və  piĢrəvi 
məqamında  olan  Füzulinin  ismi  Ģəriflərini  zikr  etməmək  bir  növ  haqqa  və 
əməyi itirmək kimidir. (Azərbaycan ədəbiyyatı. I cild. 1978, səh.84). 
 
 


Könül  Nəhmətova   
 
 
94 
Deyləmi tərəfindən icra edilmiĢdir. Bu mərasim Toğrul Səlcuqinin 
Bağdadda taxta oturmasına və Deyləmilər dövlətinin süqutunadək 
bütün müsəlman ölkələrində keçirilirdi. Kərbəla çölünün Ģəbihini 
göstərmək mərasimi də I ġah Təhmasib dövründən, hicri qəməri 
960  (1552)  -  ci  ildən  baĢlanmıĢdır»  [88.  354-355].  Əlbəttə  ki, 
M.Tərbiyət  ən  azı  Sadiqi  ƏfĢarın  «Məcməül-xəvas»  təzkirəsi  ilə 
tanıĢ idisə, Füzuli haqqında bu qədər məlumatsız ola bilməzdi. Bu 
dəlil isə bizi sövq edir ki, «DaniĢməndani-Azərbaycan» əsərindəki 
Füzuli  bəhsini  müəllifinin  məlumat  azlığının  deyil,  Ģairə  yanlıĢ 
münasibətinin  nəticəsi  kimi  qəbul  edək.  Nazif  Qəhrəmanlı  da 
Tərbiyətin  Füzuliyə  laqeyd  münasibətinin  təəccüb  doğurduğunu 
qeyd edir [37. 57]. 
Təzkirədə  XV-XVI  əsr  Ģairlərinə  həsr  olunmuĢ  məqalələri 
nəzərdən keçirdikcə belə nəticəyə gəlirik ki, Tərbiyət bu dövrlərin 
ədəbi  mənzərəsini  qismən  yaratmağa  nail  olmuĢdursa  da,  ədəbi 
prosesin  Azərbaycan  bədii-estetik  fikir  tarixindəki  əhəmiyyətini 
müəyyənləĢdirə bilməmiĢdir. 
XVII-XVIII  əsrlərdə  Azərbaycanda  baĢ  verən  tarixi 
hadisələr Ģeirin, sənətin qarĢısında daha yeni və mühüm vəzifələr 
qoyur. Ölkənin iki  əsrə  yaxın bir müddətdə müharibə meydanına 
çevrilməsi,  xalqın  istiqlaliyyət  uğrunda  apardığı  mübarizə 
ədəbiyyatda  da  öz  əksini  tapır,  vətənpərvərlik  və  qəhrəmanlıq 
motivlərinin  qüvvətlənməsinə,  yeni  xalq  qəhrəmanlıq  dastan-
larının  yaranmasına səbəb olur. Eyni zamanda xarici iĢğala qarĢı 
Zaqafqaziya  xalqlarının  birgə  mübarizəsi  ədəbiyyatda  xalqlar 
dostluğu  motivlərinin  geniĢlənməsinə,  nisbətən  inkiĢaf  etməsinə 
səbəb  olur.  Bu  əsərlərdə  də  keçmiĢdə  olduğu  kimi  məhəbbət 
mövzusu ədəbiyyatda yer tutur, azadlıq hissləri ilə əlaqədar olaraq 
tərənnüm edilir. Eyni zamanda XVII-XVIII əsrlərdə Azərbaycan 
ədəbi  dili  yad  təsirlərdən  daha  çox  təmizlənir,  Ģifahi  xalq 
ədəbiyyatı  və  canlı  danıĢıq  dili  hesabına  zənginləĢir.  Xalq 
ədəbiyyatının  müsbət  təsiri  nəticəsində  ədəbiyyatda  realizm 
ünsürləri  qüvvətlənir.  Xüsusilə  XVIII  əsrdə  gedən  daxili 
vuruĢmalar, üsyanlar və xarici iĢğala qarĢı mübarizə ədəbiyyatda 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
95 
yeni  bir  Ģəkildə  öz  ifadəsini  tapır.  Hadisələri  olduğu  kimi  əks 
etdirmək meyli güclənir ki, bu da tarixi mənzumələrdə və realist 
Ģeirdə  öz  ifadəsini  tapır.  Beləliklə,  bu  iki  əsr  Azərbaycan 
ədəbiyyatı tarixinə yeni bir mərhələ kimi daxil olur. 
ġah Abbasın Azərbaycanı istila etdiyi, ölkəyə divan tutduğu 
illərdə  alim,  Ģair  və  sənət  adamlarının  vəziyyəti  çox  ağırlaĢır. 
Böyük sürgün illərində belə görkəmli Ģəxsiyyətlərin çoxu Ġsfahana 
köçürülür.  ġah  Abbasın  apardığı  siyasətdən  narazı  qalan  Ģair  və 
alimlərin müəyyən hissəsi öldürülür, imkan tapanlar isə Hindista-
na qaçmağa məcbur olurlar. «DaniĢməndani-Azərbaycan» təzkirə-
sində Təbrizdən Ġsfahana köçürülən, qaçıb Hindistanda yaĢamağa 
baĢlayan bir çox Ģairlər haqqında qısa məlumatlar verilmiĢdir. Mə-
sələn,  ġakir  Məhəmmədqulubəy,  Vahid  Molla  Rəcəbəli,  Nadir 
Kəbləli, Zahid, Hali, HəĢri Təbrizi, Arif, Abdulla Əfəndi, Ġbrahim 
Ordubadi, Mirzə Sadiq Ordubadi və b. Tərbiyət bu Ģairlər haqqın-
da məlumatı əsasən Mirzə Tahir Nəsrəbadinin təzkirəsindən, Tağı 
KaĢaninin  «Xülasətül-əĢar»  və  XoĢgunun  «Səfinə»  əsərindən  və 
Səməi Ġsfahaninin təzkirəsindən almıĢdır. 
Tərbiyət  Ġbrahim  Ordubadi  haqqında  yazırdı:  «Ömrünün 
ortalarında o, ġahcahan padĢahın (h.q. 1037-1067/1627-1657) baĢ 
vəziri  olan  Nəvvab  Cəfərxanın  oğlanlarının  müəllimi  olmuĢdur. 
Ġbrahim Ordubadi burada böyük sərvət toplamıĢ, ancaq topladığı 
sərvəti  tezliklə  puça  çıxarıb  yoxsul  paltarında  Ġsfahan  Ģəhərində 
vəfat etmiĢdir» [88. 165]. 
Müəllif  Ģairin  üç  rübaisi  ilə  təzkirəsini  bəzəmiĢdir.  Bu 
rübailərdən biri isə Ģairin vətən həsrətini ifadə edir.  
 
Hindistan becərmiĢ olsa da məni Ģəkərlə, südilə, 
Çıxarmı könüldən haq, mənə öz məhəbbətilə. 
UĢaq mehriban dayədən belə süd əmmiĢ olsa da, 
Yayındıra bilməz dayə anasından öz südüylə [88. 166]. 
 
Təzkirədə  XVII  əsrin  Ģairlərindən  olan  Saib  Təbrizinin 
həyat və yaradıcılığına geniĢ yer verilmiĢdir. M.Tərbiyət, bundan 
əlavə, «RiĢaləyi-qərni-hədiəĢər» əsərində, eləcə də, Təbrizdə çıxan 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə