Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   28   29   30   31   32   33   34   35   ...   40

Könül  Nəhmətova   
 
 
96 
«Gəncineyi-maarif» məcmuəsində çap etdirdiyi məqalədə də Saib 
Təbrizinin tərcümeyi-halı və yaradıcılığından geniĢ bəhs etmiĢdir. 
O, bu əsərlərində ondan əvvəl yazılmıĢ ayrı-ayrı təzkirə və məxəz-
lərin Saib haqqındakı məlumatlarını əsasən əhatə etmiĢdir. Müəllif 
təzkirədə məqalənin sonunda Saibin tərcümeyi-halını və Ģeirlərini 
öyrənmək istəyənlər üçün 25 mənbə göstərmiĢdir [88. 289]. 
M.Tərbiyət Vəliqulubəy Samlıya istinad edərək Saibin Təb-
rizdə doğulduğunu və II ġah Abbasın əmrilə Ġsfahanın Abbasabad 
məhəlləsinə  köçürüldüyünü  yazmıĢdır  və  fikrini  təsdiq  etmək 
üçün Ģairin qəzəlindən misal da gətirmiĢdir. Tərbiyət Saibin bioq-
rafiyası və əsərləri haqqında bəhs etməklə yanaĢı müxtəlif ədəbiy-
yatĢünasların Ģair haqqındakı mülahizələrindən və verdikləri yük-
sək qiymətlərdən nümunələr gətirir və özü də Saib yaradıcılığını 
yüksək qiymətləndirərək yazırdı: «Saibin bütün Ģeirləri özlüyündə 
seçilmiĢdir, buna baxmayaraq, təzkirə, bəyaz və cüng  yazanların 
hər biri öz zövqünə müvafiq onun külliyatından seçib yazmıĢlar» 
[88. 286]. 
Saib Təbrizi yaradıcılığının tədqiqatçılarından biri olan Ba-
laĢ Azəroğlu «DaniĢməndani-Azərbaycan» təzkirəsindəki məqalə-
nin mühüm cəhətləri haqqında yazır: «M.Tərbiyətin yazılarında da 
Azərbaycanın bu mütəfəkkir Ģairinin yaradıcılığına yüksək qiymət 
verildiyini  görürük.  Alim tədqiqatlarında  Ģairin  tərcümeyi-halının 
bir  sıra  mühüm  cəhətlərini  qələmə  alır.  Eləcə  də  biz  onun  Saib 
haqqındakı qeydlərindən  Ģairin  lirik  parçalarından  əlavə  «Qəndə-
hərnamə»  poeması  və  «Mahmud  və  Ayaz»  adlı  digər  bir  əsəri 
olduğunu  öyrənirik.  ġairin  ana  dilində  olan  Ģeirləri,  habelə  nəsr 
əsərləri barədə ilk məlumatı da biz M.Tərbiyətdən alırıq» [8. 164]. 
M.Tərbiyət  Saibin  aĢağıdakı  türkcə  qəzəlini  bütövlükdə  öz 
təzkirəsinə daxil etmiĢdir: 
 
Nə ehtiyac ki, saqi verə Ģərab sənə 
Ki, öz piyaləsini verdi aftab sənə. 
ġərabi-ləl üçün tökmə abru zinhar 
Ki, dəmbədəm ləbi-ləlin verir Ģərab sənə. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
97 
Əgər vuram daĢa peymanmi köçür məndən, 
ġərabdan necə göz diksə hər hübab sənə. 
Qurutma tərli uzarın içində badeyi-nab, 
Ki, gül kimi yaraĢır çöhreyi-pürab sənə. 
Bu atəĢin üz ilən kim tutar ətəgin sənin, 
Həlal eylər qanını ta yetər kəbab sənə. 
ġərabdan nə əcəb olmusan, əgər sərxoĢ, 
Bu duzlu ləblər ilən neyləsin Ģərab sənə. 
Dedim çıxara səni xət hicabdan, qafil, 
Ki, xət qübarı olur pərdeyi-hicab sənə. 
Sənin səhifəyi-hüsnün kəlami-Saibdir, 
Ki, daği-eyb olur xal intixab sənə [88. 287-287]. 
 
XVII  əsrin  görkəmli  Ģairlərindən  olan  Qövsi  Təbrizinin 
bədii irsindən elm aləminə divanının əsasən iki nüsxəsi məlumdur. 
Bu  nüsxələrdən  biri  Ġngiltərədə  Britaniya  muzeyində,  digəri  isə 
Gürcüstan  Dövlət  Muzeyində  saxlanılır.  Birinci  nüsxənin  əvvəli 
və  sonu  naqisdir,  ikincisi  isə  tam  Ģəkildədir.  Bunlardan  baĢqa 
Qövsi Təbrizinin hələlik əldə edilməmiĢ divanlarının nüsxələri də 
olmuĢdur.  Həmin  nüsxələrdən  biri  F.Köçərlidə,  digəri  isə 
M.Tərbiyətdə  imiĢ.  Hər  iki  görkəmli  tədqiqatçı  xüsusi  kitab-
xanalarında saxladıqları nüsxələr əsasında Ģair haqqında qiymətli 
fikirlər söyləmiĢlər [78. 24]. 
M.Tərbiyətin Qövsi haqqındakı bilgiləri müxtəlif təzkirələr-
də verilən məlumatların məcmusudur. «Töhfeyi-Sami» təzkirəsin-
də  deyilir:  «Qövsi  Təbrizinin  təxəllüsündən  onun  iĢi  də  məlum 
olur. O, avam adam olmuĢ və bəzən də Ģeir qoĢurmuĢ. Lakin çox 
vaxt  qafiyədə  səhv  edərdi  [2.  70].  M.Seyidov  Sam  Mirzənin  bu 
qeydinə münasibətini bildirərək yazırdı: «Yeri gəlmiĢkən qeyd et-
mək lazımdır ki, əlimizdə olan divanın hər iki nüsxəsindəki Ģeirlər 
bədii cəhətdən kamil əsərlərdir. ġairin Ģeirlərindən «qələt qafiyə» 
tapmaq çətindir. Buradan görünür ki, Sam Mirzənin təqdim etdiyi 
Qövsi elm aləminə məlum olan divanın müəllifi Qövsi deyildir» 
[78. 24]. 


Könül  Nəhmətova   
 
 
98 
M.Tərbiyət  təzkirədə  DərviĢ  Hüseynin  «Rövzətül-cinan» 
əsərinə  istinad  edərək  Ġsmayıl  Qövsi  və  atası  Əlican  Qövsi 
haqqında  məlumat  verir.  Həmid  Araslı  M.Tərbiyətin  təzkirədəki 
qeydlərinə  əsaslanaraq  Ģairin  Ģəxsiyyəti  haqqındakı  fikirləri 
ümumiləĢdirməklə yanaĢı ehtimal etmiĢdir ki, Qövsi təxəllüsü ilə 
yazan  üç  Ģair  olmuĢdur.  Ata,  oğul  və  nəvə,  hər  üçünün  də 
təxəllüsü  Qövsidir»  [10.  155].  Görkəmli  alim  Mirəli  Seyidov  da 
M.Tərbiyətin  təzkirədəki  Qövsi  bəhsini  elm  üçün  əhəmiyyətli 
hesab edərək yazır: «Bu dəlil doğrudan da, çox qiymətlidir. Çünki 
istər  S.Mümtaz,  istərsə  də  H.Araslının  dediyi  kimi,  divanı  bizə 
qədər gəlib çatan Qövsi sonsuz olmuĢdur» [78. 29]. 
M.Tərbiyət  Molla  Pənah  Vaqif  və  Molla  Vəli  Vidadi  də 
daxil  olmaqla  XVIII  əsrin  görkəmli  Ģairləri  haqqında  məlumat 
verməmiĢdir.  Burada  doğan  sualın  cavabını  isə  Həmid  Araslının 
«XVII-XVIII  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi»ndən  alırıq: 
«XVII-XVIII  əsrlərin  yazıçıları  haqqında  ilk  mülahizələr  elə 
həmin  əsrlərdə  yaĢamıĢ  təzkirəçilər  tərəfindən  irəli  sürülmüĢdür. 
Lakin  bu  təzkirəçilər  bütün  yazıçılar  haqqında  deyil,  əsasən,  fars 
dilində  yazan  müasirləri  haqqında  danıĢmıĢ,  Azərbaycan  dilində 
gözəl əsərlər yaratmıĢ Ģairlər haqqında, demək olar ki, bir kəlmə 
də  yazmamıĢlar.  Əhməd  Razi,  Lütfəli  bəy  Azər,  Mirzə  Tahir 
Nəsrabadi  və  baĢqa  təzkirəçilər  yalnız  fars  dilində  əsərləri  olan 
tək-tək  Azərbaycan  Ģairləri  haqqında  bir-iki  cümlədən  ibarət 
məlumat vermiĢ və əsərlərindən nümunələr göstərmiĢlər. XIX-XX 
əsrlərdə  də  təzkirə  yazan  Azərbaycan  müəllifləri  də  orta  əsr 
təzkirəçilərindən  o  qədər  də  irəli  gedə  bilməmiĢ,  qədim 
təzkirəçilərə  az-çox  əlavələr  etsələr  də  əsas  yazıçıları  əhatə  edə 
bilməmiĢlər» [10.    5]. 
Həmid  Araslı Məhəmmədəli  Tərbiyətin də bu dövrü  əhatə 
edə  bilməməsi  səbəbini  aydınlaĢdırmaq  üçün  yazırdı:  «Məhəm-
mədəli Tərbiyət əsəri demək olar ki, XVII-XVIII əsrlərdə yaĢamıĢ 
təzkirəçilərin  və  ayrı-ayrı  salnaməçilərin  öz  müasirləri  haqqında 
verdikləri məlumata əsasən əhatə etmiĢdir. O, xüsusilə, fars dilin-
də  yazan  azərbaycanlı  Ģairlər  haqqında  geniĢ  ədəbiyyat  toplaya 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə