Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
99 
bilmiĢdir.  Ancaq  o,  yalnız  Ģairlər  haqqında  deyil,  alim,  xəttat  və 
musiqiĢünaslar  haqqında  da  müəyyən  məlumat  verir.  Lakin 
Tərbiyətin  əsəri  əsasən  fars  məxəzləri  üzərində  qurulduğundan 
ġimali Azərbaycanda yaĢayıb-yaratmıĢ Ģairlərin mühüm hissəsini, 
xüsusən  xalq  ədəbiyyatı  təsirində  yazan  yazıçıları  əhatə  edə 
bilmir. O cənubda yaĢayan ən kiçik qəzəl Ģairi haqqında məlumat 
verdiyi  halda,  Vaqif,  Vidadi  kimi  böyük  sənətkarların  adını  belə 
çəkməmiĢdir» [10. 7]. Göründüyü kimi, Həmid Araslı bu məsələ 
ətrafında  öz  mülahizələrini  ümumi  sözlərlə  ifadə  etməklə 
kifayətlənmiĢdir. 
«DaniĢməndani-Azərbaycan»  əsəri  ilə  yaxından  tanıĢlıq 
göstərir  ki,  Tərbiyətin  «Təzkireyi-Nəvvab»,  «Riyazül-aĢiqin» 
təzkirələrindən  xəbəri  olmuĢdur.  Lakin  nədənsə  Molla  Pənah 
Vaqif,  Molla  Vəli  Vidadi  və  digər  bir  sıra  XVIII  əsr  Ģairləri 
haqqında  məlumat  verən  bu  təzkirələrə  müraciət  etməmiĢdir. 
Ancaq ilk baxıĢda görünür ki, Tərbiyət F.Köçərlinin «Azərbaycan 
ədəbiyyatı tarixi materialları» əsərindən istifadə etmiĢdir. Əgər be-
lədirsə,  bəs necə olmuĢdur  ki,  alim Vaqifi  və  Vidadini nəzərdən 
qaçırmıĢdır.  Vaqif  və  Vidadinin  Ģeirlərinin    xalq  Ģeiri  üslubunda 
olması buna səbəb ola bilməzdi. Çünki Tərbiyət Qasım bəy Zaki-
rin tərcümeyi-halından qısa da olsa, bəhs etmiĢdir. Burada  yalnız 
bir səbəb ola bilərdi ki, Tərbiyət Köçərlinin əsəri ilə yaxından ta-
nıĢ deyildi. Həqiqətən də, «DaniĢməndani-Azərbaycan» təzkirəsi-
nə diqqətlə nəzər  saldıqda  görürük  ki, burada  Köçərlinin  «Azər-
baycan ədəbiyyatı tarixi materialları»nın  yalnız  üçüncü  cildindən 
götürülmüĢ bir sıra qısa qeydlər vardır. O da bu cilddə yer almıĢ 
bir neçə Ģairin ancaq adının təzkirədə çəkilməsidir. 
Həmid Araslı  «DaniĢməndani-Azərbaycan» təzkirəsinin bu 
kimi bir sıra qüsurlarına baxmayaraq orta əsrlər ədəbiyyatı tarixini 
öyrənmək baxımından əhəmiyyətli bir əsər hesab edərək yazırdı: 
«Ancaq bu əsər bütün Ġran və Hindistan təzkirəçilərinin Azərbay-
can Ģairləri haqqında verdikləri məlumatı, əsasən əhatə edə bildiyi, 
eyni zamanda Azərbaycan ədəbiyyatının keçmiĢ nümayəndələrini 
yaxĢı  tanıyan  və  müxtəlif  kitabxanalarda  tədqiqat  aparmıĢ  olan 


Könül  Nəhmətova   
 
 
100 
Tərbiyətin zəngin biliyini əks etdirə bildiyi üçün çox qiymətlidir» 
[10. 7]. 
Göründüyü kimi, bu təzkirə,  bəzi Ģairlərin adlarının istisna 
olması ilə, orta əsrlər Azərbaycan ədəbiyyatını bütövlükdə öyrən-
diyi və geniĢ məlumat verdiyi üçün elmi əhəmiyyətə malikdir. 
 
2.4. Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat tarix-
çiliyi məsələləri 
 
XIX əsrdə Azərbaycan ədəbiyyatı ölkənin iqtisadi-siyasi və 
mədəni həyatında baĢ vermiĢ ciddi dəyiĢikliklər nəticəsində  yeni 
inkiĢaf mərhələsinə daxil oldu. XIX əsr Azərbaycan mədəniyyəti 
milli-klassik  mədəniyyətin  bünövrəsi  üzərində  yüksəlirdi.  Yeni 
mədəniyyətin  yaradıcıları  olan  alimlər,  mütəfəkkirlər,  yazıçılar, 
rəssamlar,  memarlar,  musiqiĢünaslar  və  baĢqaları  öz  əsərlərini 
yaradarkən  Azərbaycan  xalqının  əsrlərdən  bəri  yaratmıĢ  olduğu 
zəngin  mədəni  irsdən  bacarıqla  istifadə  edirdilər.  Azərbaycan 
mədəniyyətinin inkiĢafında ümumən klassik ġərq mədəniyyətinin 
təsiri olduğu kimi, rus və Avropa mədəniyyətinin də rolu vardır. 
Buna  görə  də  XIX  əsrin  birinci  yarısından  etibarən  Azərbaycan 
elmində, mədəniyyətinin inkiĢafında müasirlik meylləri aparıcı rol 
oynayırdı.  Azərbaycan  alimləri  tədriclə  sxolastika  təsirlərindən 
uzaqlaĢaraq  coğrafiya,  ölkəĢünaslıq,  astronomiya,  məntiq,  psixo-
logiya,  dilĢünaslıq,  tarix  və  s.  elmlər  sahəsində  az-çox  müasir 
məzmunda  yeni  əsərlər  yaradırdılar.  Elmdə  dəqiqlik  prinsipləri 
get-gedə dərinləĢirdi. 
XIX əsrin birinci yarısında elm və incəsənətdə olduğu kimi, 
bədii  ədəbiyyat  sahəsində  də  bir  canlanma  var  idi.  Bir  tərəfdən 
Füzuli  ənənələri  davam  etdirilir,  saysız-hesabsız  qəzəl  Ģairləri 
yetiĢir, o biri tərəfdən də çoxlu el aĢıqları və el Ģairləri yetiĢir, aĢıq 
Ģeirinin  müxtəlif  yeni  növləri  yaranırdı.  Yazılı  ədəbiyyatda  sadə 
xalq üslubu qüvvətli idi. Vaqif Ģerinin, Zakir, Salik və Nəbati kimi 
davamçıları yaĢayıb yaradırdılar. Ədəbiyyat xalq həyatı ilə getdik-
cə daha sıx bağlanır, onun mövzu dairəsi geniĢlənir, müasirləĢirdi; 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
101 
əsərlərdə  yeni  motivlər,  xalq  kütlələri  içərisindən  alınmıĢ  yeni 
insan  surətləri  özünü  göstərir,  kəskin  tənqid  silahı  olan  satira 
güclənir,  tənqidi  realizmin  və  yeni  bədii  janrların  da  bünövrəsi 
qoyulurdu.  Feodalizmin  çürümə  prosesinin  Ģiddətlənməsilə 
əlaqədar  olaraq  Azərbaycanda  maarifçi  ədəbiyyat  təĢəkkülə 
baĢlamıĢdı. Satira və yumor inkiĢaf edərək, XIX əsr ədəbiyyatının  
əsas tənqid üsuluna çevrilirdi. 
XIX əsr Azərbaycan ədəbiyyatı tarixi zəngin, məhsuldar və 
eyni  zamanda  ziddiyyətli  bir  dövrdür.  Ədəbiyyatda  hələ  köhnə 
ədəbi  istiqamətlərin  qalması  və  inkiĢafı  maarifçi  realizmin  ədəbi 
yaradıcılıq  metodu  kimi  meydana  gəlməsi  və  inkiĢafı 
dramaturgiyanın,  milli  mətbuatın,  professional  ədəbi  tənqid  və 
estetikanın, bir sıra janr və formaların ilk dəfə meydana  çıxması 
məhz bu əsrlə bağlıdır. 
M.Tərbiyətin  ictimai  fəaliyyətinə  nəzər  saldıqda  aydın 
görünür  ki,  yaĢadığı  dövrün  nəbzini  dəqiq  tuta  bilmiĢ,  ictimai 
həyatın  çağdaĢ  tələblərini  siyasi  fəaliyyətində  düzgün  əks  etdirə 
bilmiĢdir.  Lakin  bundan  fərqli  olaraq  Tərbiyət  «DaniĢməndani-
Azərbaycan» təzkirəsində XIX əsr və XX əsrin əvvəllərinin ədəbi 
mühitini bütün reallığı və geniĢliyi ilə tam iĢıqlandıra bilməmiĢdir. 
XIX əsr ədəbiyyatının təzkirədə görünüĢünə nəzər saldıqda 
«Azərbaycan»  məfhumuna  iki  cəbhədən  yanaĢmağa  məcburuq. 
Təzkirədə ġimali Azərbaycanın ən görkəmli simalarından Abbas-
qulu  ağa  Bakıxanov,  Qasım  bəy  Zakir,  Seyid  Əzim  ġirvani,  Mir 
Möhsün Nəvvab, Seyid Əbülqasım Nəbati, Məhəmmədağa Müc-
təhidzadə, Mirzə Ələkbər Sabir haqqında qısa məlumatlar alırıq və 
bunlar  ensiklopedik  xarakterlidir.  Onların  ədəbi  mühitə  təsiri, 
əsərlərinin  ideya-bədii  xüsusiyyətləri  üzərində  dayanılmamıĢ, 
yaradıcılıqları  sənətkarlıq  baxımından  qiymətləndirilməmiĢdir. 
Hətta bir sıra məlumatlarda yanlıĢlığa da yol verilmiĢdir. Məsələn, 
Qasım bəy Zakirin yaĢadığı dövr 1784-1857-ci illər əvəzinə 1790-
1854 göstərilmiĢdir. Və yaxud, M.M.Nəvvabın təzkirəsinin yazıl-
ma tarizi 1887-ci il olaraq qeyd olunmuĢ, halbuki müəllif özü təz-
kirəsinin 1892-ci ildə bitdiyini yazmıĢdır. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə