Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə34/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   30   31   32   33   34   35   36   37   ...   40

Könül  Nəhmətova   
 
 
102 
Təzkirədə Abbasqulu ağa Bakıxanovun qısa tərcümeyi-halı 
və əsərlərinin siyahısı əhatə olunmuĢdur. Müəllif «Qüdsi Abbas-
qulu  ağa  ibn  Mirzə  Məhəmmədxan  Sani»  bəhsini  «Gülüstani-
Ġrəm»  əsərinə  və  «Füyuzat»  jurnalına  əsaslanaraq  vermiĢdir  [88. 
72]. Təzkirəyə ədibin farsca rübaisi də əlavə olunmuĢdur [88. 73]. 
Təzkirədə XIX əsr ədəbi Ģəxsiyyətlərindən yalnız Mirzə Fə-
təli Axundova geniĢ yer verilmiĢdir. Tərbiyət Axundovun doğum 
tarixini qeyd etdikdən sonra yazırdı: «Mirzə Fətəli Axundov hicri 
qəməri 1295-ci il səfər ayının 24-də (1878, 27 fevral) Tiflisdə və-
fat etmiĢ və bu Ģəhərdə də dəfn olunmuĢdur. O, öz tərcümeyi-halı-
nı  fars  dilində  yazmıĢ  və  bu  tərcümeyi-hal  Tiflisdə  çıxan  «KəĢ-
kül» jurnalının 1877-ci il 43,44 və 45-ci nömrələrində  çap edil-
miĢdir.  Müasir  yazıçılar  Mirzə  Fətəlinin  tərcümeyi-halını  «KəĢ-
kül» jurnalının bu nömrələrinə əsaslanıb yazırdı» [88. 28-29]. 
M.Tərbiyət  ədibin  yaradıcılığının  dövrün  ədəbi-ictimai 
proseslərdəki  yerini  düzgün  müəyyənləĢdirərək  yazırdı:  «Mirzə 
Fətəli  Axundov  həm  qədim  və  həm  müasir  elmlərə  yiyələnmiĢ, 
nitq və mübahisədə böyük bacarıq sahibi olmuĢdur. O, müsəlman 
xalqlarının vəziyyəti ilə dərindən tanıĢ olmaq və onların geriqalma 
səbəblərini öyrənib tədqiq etmək üçün bütün qüvvəsini sərf etmiĢ, 
müasir  Qərb xalqlarının  mədəniyyətini ġərq xalqlarına aĢılamaq, 
onların inkiĢafına Ģərait yaratmaq yolunda böyük səy göstərmiĢdir. 
Ümumiyyətlə, onun əsərlərinin özəyini bu mövzu təĢkil etmiĢdir. 
O, fars, türk və ərəb dillərində yazdığı bütün əsərlərini müsəlman 
xalqlarına,  onların  adət,  ənənə,  əxlaq,  mədəniyyət,  ədəbiyyat, 
qanun və dövlət rejimlərinin tənqidinə həsr etmiĢdir. Bu əsərlərin 
ən məĢhuru onun  yeddi hekayəsi -  yeddi pyesidir ki, onları hicri 
qəməri  1267-1273  (1830-1856)-cı  illəri  arasında  türk  dilində 
yazmıĢ və hamısı çap edilmiĢdir» [88. 29]. 
Təzkirədə M.F.Axundovun əlifba islahatı ilə bağlı fəaliyyəti 
üzərində  xüsusi  dayanılmıĢdır.  Müəllif  fürsətdən  istifadə  edərək 
bu mövzu barəsində ətraflı bəhs etmiĢ, digər əlifba islahatçılarının 
da  fəaliyyətini  iĢıqlandırmıĢdır.  Bu  bölmədən  görünür  ki,  əlifba 
islahatı  məsələsi  bir  maarifçi-demokrat  kimi  Tərbiyətin  də 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
103 
diqqətindən kənarda qalmamıĢdır. O, bu sahədə  göstərilən bütün 
təĢəbbüsləri təqdirəlayiq bir addım kimi alqıĢlamıĢdır. 
M.Tərbiyət öz təzkirəsində Axundovun «Təlqinnamə» əsəri 
haqqında  ilk  dəfə  məlumat  vermiĢdir:  «Ərəb  dilində  «Təlqin-
namə»  əsəri  də  Axundzadənin  siyasi  əsərlərindəndir.  Onu 
ömrünün  axırında  yazmıĢdır.  Bu  əsər  hicri  qəməri  XIV  əsrin 
əvvəlində  (XX)  Təbrizdə  litoqrafiya  üsulu  ilə  və  daha  sonra 
Bakıda  «ĠrĢad»  qəzetinin  farsca  hissəsində  bir  çox  səhvlərlə  çap 
edilmiĢdir» [88. 34]. 
Təzkirədə  yuxarıda  adları  çəkilən  ədiblərdən,  Ģairlərdən 
baĢqa  Mirzə  Nəsrullaxan  Bahar,  Tuti  Əbülfətxan  Qarabaği, 
Məcruh  Muğani,  Sabir  Hacı  Rza  Dibnani  və  b.  Ģair  və  nasirlər 
haqqında da məlumatlar vardır. 
XIX-XX  əsrlər  Cənubi  Azərbaycan  ədəbiyyatı  təzkirədə 
nisbətən artıq yer tutur: Fani, Əhəri, Topçu, Sərraf Hacı Rza, Sabit 
Hacı  Məhəmmədəli  Təbrizi,  Sabit  Xoylu,  Sabit  Ərdəbili,  Rəmzi 
baba,  Raci,  Nüsrət  Mirzə  Nəsrulla  Sədrül-Məmalik  Ərdəbili, 
Nizam ƏfĢar Mirzə Həbib, Mütəlli, Müznib Fətəli ibn Hacı Həsən 
Təbrizi,  Miskin  Ağahüseyn  Zünuzi,  Məcnun  Rzaqulu  Mirzə 
Marağayi,  Məhəmmədbağır  və  baĢqaları.  Təzkirədə  Mirzə 
Abbasquluxan  Xoylu,  Etimadüssəltəvə,  Etizadülməmalik,  DaniĢ 
Hacı Mirzə Nəcəfəli xan, DaniĢ Ağa Mirzə Lütfəli və b. haqqında 
ilk dəfə olaraq bilgilər verilmiĢdir. 
Məhəmmədəli 
Tərbiyət 
«DaniĢməndani-Azərbaycan» 
təzkirəsində  əhatə  etdiyi  ədəbiyyat  məsələləri  ayrı-ayrı  Ģair  və 
ədiblərə,  yaxud  müəyyən  dövr  ədəbiyyatına  həsr  olunmuĢ  elmi 
məqalə  və  monoqrafiyalarda  öyrənilmiĢ,  Azərbaycan  ədəbiyyatı 
tarixini    akademik  nəĢrinin  hazırlanmasında  qiymətli  elmi 
məxəzlərdən olmuĢdur. Azərbaycan ədəbiyyatının öyrənilməsində 
aparılan  bugünkü  tədqiqatda  da  «DaniĢməndani-Azərbaycan» 
əsəri elmi dəyərini saxlamaqdadır. 
 


Könül  Nəhmətova   
 
 
104 
2.5.  «Danişməndani-Azərbaycan»  təzkirəsində  poetika 
məsələləri 
 
M.Tərbiyət  böyük  bir  yaradıcılıq  yolu  keçmiĢdir.  Onun 
dünyagörüĢü,  ədəbiyyat  və  incəsənətlə  bağlı  olan  baxıĢları 
getdikcə daha da yetkinləĢmiĢdir. Hər hansı bir görkəmli alim və 
mütəfəkkir kimi  M.Tərbiyətin də  fikir və ideyaları, ədəbiyyat və 
incəsənət baxıĢları yaĢadığı dövr, mühit və ictimai həyat ilə bağlı 
idi. M.Tərbiyətin ədəbi baxıĢlarını düzgün qiymətləndirmək üçün 
bu  cəhəti  də  nəzərə  almaq  lazımdır.  O,  öyrəndiyi  məsələlərin 
çoxunu  maarifçi-demokrat  baxımından  irəli  sürmüĢdür. 
M.Tərbiyətin  ədəbi  görüĢləri,  elmi  yaradıcılığı  daha  çox 
Azərbaycan,  Yaxın  ġərq  və  Orta  Asiya  xalqlarının  ədəbi  irsinin 
qabaqcıl  ənənələri  əsasında  yaranmağa  və  yetkinləĢməyə 
baĢlamıĢdır.  Yarım  əsrdən çox sürən dərin, çoxçeĢidli  və inadcıl 
mütaliə  və  axtarıĢlar,  elmi  məqsəd  daĢıyan  səyahətlər,  Ģəxsi 
istedad və bacarıq, bir  çox xalqların mədəniyyət və elmi uğurları 
ilə  tanıĢlıq,  bir  neçə  dili  dərindən  bilmək,  bütün  bunların  hamısı 
ədibin  türk,  ərəb  və  fars  sistemli  dillərdə  danıĢan  xalqların 
ədəbiyyat  və  mədəniyyət  tarixi  ilə  yaxından  tanıĢ  olmasına,  bu 
sahədə  görkəmli  bir  ustad  kimi  yetiĢməsinə  səbəb  olmuĢ,  böyük 
elmi müvəffəqiyyətlər əldə etməsinə Ģərait yaratmıĢdır[30. 11-12]. 
M.Tərbiyət  klassik  Ģeirin  janrlarının  yaranma  və  inkiĢaf 
tarixində böyük tədqiqat iĢi aparmıĢ və elmi nəticələrə gəlmiĢdir. 
Ədibin  «Məsnəvi  və  məsnəviquyan»  (Məsnəvi  və  məsnəvi 
söyləyənlər)  əsəri  bu  cəhətdən  daha  dəyərlidirsə  də, 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsi  də  ədəbiyyatın  nəzəri 
məsələlərinin  öyrənilməsi  baxımından  əhəmiyyətlidir.Təzkirədə 
diqqətimizi  çəkən  məsələlərdən  biri  poetik  risalələrdir.  Bu 
baxımdan  Əssar  Təbrizi
*
,  Vəhidi  Təbrizi  və  əbu  Talib  xan 
                                                           
*
  Əssar  Mövlana  ġəmsəddin  Hacı  Məhəmməd  Təbrizi  -  Sultan  Üveys 
Ġlxanilər dövrünün görkəmli söz ustalarından və onların məddahı olmuĢdur. 
O, hicri qəməri 792 (1389)-ci ildə Təbrizdə vəfat etmiĢdir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə