Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   32   33   34   35   36   37   38   39   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
105 
Təbriziyə  həsr  olunmuĢ  yazılar  maraqlıdır.  Təzkirədə  Əssar 
Təbrizinin  ədəbiyyatĢünaslıq  fəaliyyəti  haqqında  belə  məlumat 
verilir:  «Mövlana  əruz,  qafiyə,  bədi  elmləri  haqqında  bir  neçə 
kitab  təlif etmiĢ və Ģeirdə  iĢlədilən qafiyələrin sayı barədə «Vafi» 
adlı lüğət kitabı  yazmıĢdır [88. 134]. 
Əbu  Talib  xan  Təbrizinin
*
  elmi  və  ədəbi  yaradıcılığı  haq-
qında isə belə deyilir: «Əbu Talib yaradıcılığa və ədəbiyyatĢünas-
lığa böyük həvəs bəsləyir və tarixçilikdə misli-bərabəri yox idi. O, 
güclü hafizə sahibi olaraq Xaqani, Ənvari kimi Ģairlərin çətin söz-
lərini  əzbər  bilir  və  izah  edirdi.  Mirzə  Əbu  Talib  hicri  qəməri 
(1791)-ci ildə «Xülasətül-əfkar (Fikirlərin xülasəsi)» adlı bir təzki-
rə təlif etmiĢ, orada bütün sahələri: nəzm, nəsr, inĢa, risalə, əruz, 
qafiyə, bədii, musiqi, əxlaq, tarix, tibb və sairə haqqında məlumat 
vermiĢdir [88. 107]. 
Təzkirədə Vəhidi Təbrizinin də ĢeirĢünaslığa, əruz və qafiyə 
elmlərinə  həsr  olunmuĢ  «Müxtəsəri-Vəhidi»  (Vəhidiyə  xas  olan-
lar) adlı əsərdən danıĢılır və bildirilir ki, bu kitab Ġraq və Azərbay-
canda məĢhur olmuĢdur. Vəhidi bu əsərdə öz Ģerlərindən misal gə-
tirdiyi üçün onu «Müxtəsəri-vəhidi»   adlandırmıĢdır [88. 59]. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsində  ĢeirĢünaslıq,  bə-
dii elmi adlarıyla adlandırılan poetika elmi orta əsrlərdə mühəssə-
nat (yəni gözəllik yaradan) və ya sənəat (sənətkarlıq) adlanırdı. 
Mühəssənat (və  ya sənəat) - sözü bədiiləĢdirən, zinətləndi-
rən, bəzəyən və ya ona gözəllik verən vasitələr sistemidir. Müasir 
ədəbiyyatĢünaslıqda  iĢlənən  bədii  ifadə  vasitələri  adı  altında 
verilən bir çox poetik kateqoriyalar bu sistemə daxildir. Lakin bu 
sistemin məzmun dairəsi, bədii söz sənətinin təsirin emosional və 
estetik  cəhətdən  formalaĢdırmaq  baxımından  daha  geniĢdir.  Orta 
əsr ġərq poetik sistemində əruz və qafiyə ilə yanaĢı «mühəssənat» 
                                                           
*
  Mirzə  Əbu  Talib  xan  hicri  qəməri  XII  (XVIII)  əsr  söz  ustalarındandır. 
Atası  Hacı  Məhəmmədxan  Təbrizi  NadirĢah  dövründə  Ġsfahandan 
Hindistana getmiĢ və o, hicri qəməri 1165 (1751)-ci ildə Ləknəhur Ģəhərində 
anadan  olmuĢ  və  orada  boya-baĢa  çatmıĢdır.  Əbu  Talib  xan  hicri  qəməri 
1221 (1806)-cı ildə vəfat etmiĢdir. 


Könül  Nəhmətova   
 
 
106 
adı  altında  iĢlənən  kateqoriyalar  söz  sənətində  mühüm  yer  tutur. 
Elmi qaynaqlarda və hətta XIX-XX əsrlərdə yazılmıĢ əsərlərdə və 
dərsliklərdə həmin sistem iki qismə bölünür. 
1.
 
Söz sənəti və ifadə gözəllikləri; 
2.
 
Məna sənəti, məna gözəllikləri. 
Birinci  bölmədə  bədii  sözün  gözəlliyi  və  emosional estetik 
təsiri sözün forması, quruluĢu və yerindən asılı olaraq öyrənilir. 
Ġkinci bölmədə bədii söz sənətinin gözəllik və zinəti məna 
oyunları, məzmunun çalarları hesabına təmin edilir. Onu da qeyd 
edək ki, bu iki sistemə daxil olan kateqoriyalar ayrı-ayrı öyrənilsə 
də,  onlar  bir-birini  tamamlayır,  söz  sənətinin  forma  və  məzmun 
bütövlüyünün, gözəlliyinin vəhdətini təĢkil edir [40. 37]. 
«DaniĢməndani-Azərbaycan» təzkirəsində yeri gəldikcə hər 
iki qismə daxil olan poetik janrlardan da bəhs olunmuĢ və nümu-
nələr  göstərilmiĢdir.  Təzkirədə  adı  çəkilmiĢ  ikinci  qismə  daxil 
olan janrlar aĢağıdakılardır: Əks və tərd
*
, zülqafiyəteyn, ehat, mü-
ləmmə, həzf və s. 
«Əks» sözünün mənası tərsinə çevrilməkdir. Bu bədii ifadə 
vasitəsi əsasən üç cürdür: 
1)
 
Ġkinci  misra  birinci  misranın  yarıdan  tərs  çevrilməsi 
olur; 
2)
 
Bir misranın əvvəl və son hissəsinin çevrilməsi; 
3)
 
Müqayisə  edilən  iki  Ģeydən  oxĢayanın  oxĢadılandan 
üstün olduğunu göstərir [40. 38]. 
Təzkirədə  Zülfüqar  ġirvaninin  haqqındakı  bəhsdə  bu  janra 
aĢağıdakı kimi nümunə göstərilmiĢdir: «Bədrəddin Cacürmi «Mu-
nisül-əhrar»  (Azad  adamların  dostu)  əsərində  «tərd»  və  «əks» 
adlanan  janrların  izahında  Mövlananın  qəsidəsini  vermiĢdir  ki, 
aĢağıdakı Ģeir ondandır: 
 
Sərv ağacında vardır Ģən bostanı yarımın, 
Yarımın bostanı var baĢında sərv ağacının. 
                                                           
*
 «tərd» sözü ərəb dilində «qovma» və «uzaqlaĢma» mənasındadır. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
107 
Təəccübdür gülüstan sənubərdə gül açmıĢ, 
Sənubərdə gül açmıĢ gülləri gülüstanın [88. 159]. 
 
Göründüyü  kimi,  bu  Ģeir  bəndi  «əks»  janrının  mükəmməl 
nümunəsi  olub  janrın  ikinci  növünə  aiddir.  Təzkirədə  Zülfüqar 
ġirvanidən  daha  bir  nümunə  göstərilmiĢdir  ki,  bu  da  «əks» 
janrının üçüncü növündədir. ġeir aĢağıdakıdır: 
 
Qar tək Ģəkər dodağının Ģirnisindən dad almıĢ, 
ĠĢıq saçan günəĢ də üzündən iĢıqlanmıĢ. 
Qısqanır sərv ağacı o ĢümĢad qamətinə, 
Qara saçlar çövkanı ənbər topa yar imiĢ 
[88. 159]. 
 
Bu  bəhsdə  Zülfüqar  ġirvaninin  «Zəhaf»
*
  adlanan  əruz 
vəznində yazılmıĢ qəsidəsi haqqında məlumat alırıq. Bu qəsidənin 
bir  neçə  beytindən  müxtəlif  vəznlər  düzəldiyi  deyilir.  Seyid  Hü-
seyn
**
 bu qəsidəni Sədrəzəm ġirvanĢah Məhəmməd Mastərinin
***
 
mədhində nəzmə çəkmiĢdir və yeddi xalvar (üç ton yarım - K.N.) 
ipək  mükafat  almıĢdır.  Qəsidənin  baĢlanğıc  beytləri  iki  əruz 
vəznindədir. AĢağıdakı beytlər o Ģeirdəndir: 
 
Dilbərim tək çəmən yeri çiçəklərdən cavanlandı, 
Bahar fəsli baĢ qaldırdı, yaz nəsimilə canlandı. 
 
Dilbər boylu sərv ağacı rəqsə gəlib qollar açdı, 
Bülbül bağda ahu-zarla qızıl çiçəyə yanaĢdı. 
 
                                                           
*
 ərəbcə «sürünmə», «sürünərək hərəkət etmə» deməkdir. 
**
 Zülfüqar ġirvaninin adıdır. 
***
 Mastər Həmədanda Qum arasında yerləĢən Fərəhan Ģəhəri 
kəndlərindəndir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə