Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   32   33   34   35   36   37   38   39   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
111 
Mütəxəssislər  müəmmanı  elm  kimi  təlim  etmiĢlər  [106.  435]. 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsinin  ehtiva  etdiyi  poetika 
məsələlərini  öyrənərkən  müəmmanı  hələ  XV-XVI  əsrlərdə  də 
aparıcı bir janr kimi görürük. 
Orta  əsr  poeziyasının  janrlarından  biri  olan  «lüğəz»  də 
təzkirədə diqqətəlayiq, maraqlı bir janr kimi qiymətləndirilmiĢdir. 
ġairlərin lüğəz yazmaq bacarığı xüsusi vurğulanmıĢdır. Məsələn, 
«Ziyai»
*
 bəhsində  deyilir:  «Mövlana  Ziyai  gənc  yaĢlarında  təhsil 
almaq  üçün  Xorasana  və  Herata  getmiĢ,  zehninin  itiliyi  və 
düĢüncəsinin  incəliyi  nəticəsində  orada  Ģöhrət  qazanmıĢdır. 
ġeшrlərinin çoxu lüğəz janrındadır» [88. 156]. 
«Lüğəz» müəyyən mənada «müəmma»ya oxĢasa da, onları 
qarıĢdırmaq  olmaz.  RəĢidəddin  Vətvata  görə,  «lüğəz» 
müəmmadan  sual  formasında  tərtib  olunması  ilə  fərqlənir  [95. 
156].  Salman  Mümtaz  isə  bu  fərqi  belə  izah  edir:  «Müəmma, 
ümumiyyətlə,  adlara,  lüğəz  isə  hər  bir  Ģeyə  və  hər  bir  mövzuya 
aiddir.  Lüğəz  kəlməsinin  farscası  «çistan»,  türkcəsi  isə 
«bilməcə»dir. Lüğəz türk ədəbiyyatında «nədir ol, bilməm nədir, 
aĢıq oldum və nədir» tərkibləri ilə baĢlanır [67. 231]. 
Məzmun  cəhətdən  bu  janrlara  yaxın  olan  daha  bir  janr  da 
«təriz»dir. Müəmma və lüğəz janrında örtülü qalan addırsa, təriz 
janrında  qapalı  qalan  məqsəd  olur.  BaĢqa  sözlə  desək,  təriz  janrı 
dolayı  yolla  məqsədi  çatdırmaqdır.  Təzkirədə  «Əbdülqadir  Xacə 
Kəmaləddin Əbülfəzail ibn Qeybi Hafiz Maraği» məqaləsində bu 
janr haqqında yazılmıĢdır: 
«Əbdülqadir nağıl edir ki, bir gün mən xəstələndim. Yanıma 
həkimlər gəldilər. Onların içərisində ġükufi adlı bir həkim var idi. 
Onun  haqqında  «təriz»  Ģivəsində  bir  neçə  beyt  qoĢdum  və 
«Hüseyni»  pərdəsində  səkkiz zərbli bir mahnı düzəltdim. ġeirlər 
aĢağıdakılardır: 
 
                                                           
*
  Ziyai  Azərbaycanın  söz  ustalarından  olmuĢdur.  Əmir  ƏliĢir  Nəvainin 
Ģagirdi olmuĢdur. 


Könül  Nəhmətova   
 
 
112 
Həkim, əlac et xəstələrə, aydınlaĢdır sən bizə, 
Səndə vardırmı heç mərhəmət, nə deyim sən bilməzə 
Əlacım mənim – Ģahı görmək, o aydır mənə dəva, 
Bu torpağa qurbandır baĢım, canım yolunda fəda. 
ġərbət istədikdə sən dərhal yox cavabı verirsən, 
Yox səndə yara üçün məlhəm, dərmanı da bilmirsən. 
 
Çox qanunsuz demə, danıĢma, gəlməz əlindən Ģəfa, 
Xəstə Allahdan umur Ģəfa, ancaq ümidi ona. 
Mahnı düzəlt, əmr etdin mənə, rədd etmədim onu mən, 
Çalıram mahnını sazımla, eĢit sən öz ağzımdan. 
Əbdülqadirə Qadir Ģəfa versə, əcəb yox onda, 
Heç də Ģübhəm yoxdur, Qadirin Ģəfası var Quranda. [88.93]. 
 
Bu  Ģeir  bir  hadisəyə  iĢarədir:  Belə  rəvayət  olunur  ki, 
Teymur  1386-cı  ildə  Azərbaycanı  Cəlayirlilərdən  aldığı  zaman 
Sultan  Əhməd  Cəlayirin  müəllimi  olan  Əbdülqadiri  Səmərqənd 
sarayına  göndərdi.  Sonra  Xoca  Əbdülqadir  Teymurun 
oğullarından  MiranĢah  Mirzəyə  nədim  və  sarayına  baĢ  musiqiçi 
oldu.  Bir  gün  Əbdülqadir  Təbriz  sarayından  Miran-ġahın 
yanından  qaçdı.  Bağdada,  əvvəlki  məmduhu  sultan  Əhməd 
Cəlayirin  yanına  getmək  istədi.  Bu  Teymurlulara  xəyanət  etmək 
idi  və  o  çağda  cəzası  edam  idi.  Lakin  Əbdülqadirin  Təbrizdən 
fərariliyinin səbəbləri də vardır. Teymur MiranĢ ahın üç nədiminin 
Təbrizdə  asılmaları  üçün  fərman  yollamıĢdı.  Rəvayətə  görə, 
asılmasını əmr etdiyi üç  Ģəxs arasında Mövlana Qütbüddin Nayi 
adlı musiqiçidən baĢqa Əbdülqadir də varmıĢ. MiranĢahın səfehcə 
yaĢayıĢı  atası  Teymuru  sərt  tədbirlərə  sövq  etmiĢdi.  Bağdada 
qaçmaq  istəyən  Əbdülqadir  yaxalanıb  Teymurun  hüzuruna 
gətirilir.  Daha  doğrusu,  Teymur  keçərkən  onun  nəzər  diqqətini 
çəkmək  üçün  cəhd  göstərdiyi  ehtimal  olunur.  Xondəmirin 
yazdıqlarından belə anlaĢılır ki, «Quran»dan fövqəladi bir səslə bir 
neçə  ayət  oxumasıyla  Teymur  onu  əfv  etmiĢ  və  Səmərqənd 
sarayında baĢ musiqiçilik məqamına təyin etmiĢdi [116. 15-17]. 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
113 
Təzkirədə Qivami Mütərrəzi Qivaməddin Əhmədin yaradı-
cılığının sənətkarlıq xüsusiyyətləri üzərində də ətraflı dayanılmıĢ-
dır:  «Mövlana Qivami irfan, moizə və bədii mövzularda bir  çox 
Ģeirlər  qoĢmuĢ,  Ģeir  sənətində  və  yaradıcılıqda  ustad  olmuĢdur. 
Deyilənlərə görə, onun divanı yeddi min beytdən ibarətdir.  Qızıl 
Arslanın mədhində dediyi «Bədaiyül-əshar fi sənayeil-əĢar» (ġeir 
sənətində  ən  gözəl  sehrlər)  adlı  «Raiyyə»  mənzuməsi  onun  ən 
yaxĢı qəsidələrindən və yüz beytdən ibarətdir» [88. 64]. Azərbay-
can ədəbiyyatĢünaslığında Qivaminin ən qiymətli əsərlərindən biri 
kimi  dəyərləndirilən  «Raiyyə»  qəsidəsində  Qivami  ġərq  Ģeirinin 
bütün poetik obrazlarını məharətlə iĢlətmiĢdir [11. 46]. M.Tərbiyət 
də  bu  qəsidədə  «Hüsnüt-təxəllüs»  və  «Təzəlzül»  adlanan  bədii 
janrlardan da istifadə olunmasından danıĢmıĢdır. AĢağıdakı Ģeir bu 
janrdadır: 
 
Bazarımı ürək qəmi etmiĢsə kasad, 
ġahın mədhi bazarımı etmiĢdir rəvad. 
Əli, ürəyi də Ģahdır bu Qızıl Arslan, 
Əli-say bilməz, ürəyi-düĢmən tanıyan. 
 
«Hüsnüt-təxəllüs»  janrının  izahını  RəĢidəddin  Vətvat  belə 
vermiĢdir:  «Bu  janrın  məğzi  ondadır  ki,  Ģair  gözəlin  hüsnünün 
vəsfindən  və  yaxud  baĢqa  motivdən  incə  üsulla  hiss  etdirmədən 
məmduhunun mədhinə keçir [95. 120]. «Təzəlzül» sözünün lüğəvi 
mənası  isə  titrək  deməkdir.  Poetikada  isə  «təzəlzül»  Ģairin  eyni 
Ģəkil,  lakin  hərəkənin  dəyiĢməsilə  müxtəlif  mənaya  malik  olan 
sözləri iĢlətməsinə deyilir. BaĢqa sözlə, Ģairin hərəkələri dəyiĢmək 
hesabına  Ģəkilcə  eyni  kökdən  əldə  etdiyi  sözləri  fikrin  aydınlığı 
naminə yerinə görə iĢlətmək bacarığıdır. Bununla da Ģair «mədhi» 
(«tərifi») «qədhə» (töhmətə) çevirə bilər [40. 92]. 
Təzkirədə  nümunə  göstərilən  Ģeirlərin  bir  çoxu  da 
«maddeyi-tarix» janrındadır. Klassik ġərq ədəbiyyatında müəyyən 
ictimai və təbii hadisələrə, görkəmli Ģəxslərin təvəllüd və vəfatına, 
qalaların,  tarixi  abidələrin  tikiliĢinə  və  s.  dair  maddeyi-tarixlər 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə