Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   32   33   34   35   36   37   38   39   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
117 
etmiĢdir.  M.Tərbiyət  təzkirədə  bu  janrın  məğzini  açmaq  üçün 
«Təzriqi» və «Tərzi ƏfĢar» yaradıcılığı haqqında bir qədər ətraflı 
danıĢmıĢdır. Təzkirədə deyilir: 
«Təzkireyi-əsli ərdəbildən olub, ġamaxıda yaĢamıĢ və orada 
dəllallıq  ilə  məĢğul  olmuĢdur.  Onun  Ģeirləri  zövqsüz  və 
məzəsizdir. AĢağıdakı beyt ondandır: 
 
Dəvə tək tikan görürəm mən dağa çıxanda, 
Gül kimi açılaram mən bağda, gülüstanda» [88. 328]. 
 
Daha  sonra  məlumat  alırıq  ki,  «təzriq»  bədii  elmində  olan 
bir  janrdır  ki,  Səfəvilər  dövründə  yaranıb  inkiĢaf  etdirilmiĢdir. 
Ərəbdilli Təzriqi də bu Ģivə tərəfdarı olub, hamıdan çox bu mey-
danda  at  çapmıĢdır.  Sam  Mirzənin  qeydinə  görə,  Sima  MəĢhədi-
nin də bu Ģivədə təbi güclü olmuĢ və o, hər saatda bu Ģivədə min 
beyt deyə bilərmiĢ. Hidayət təxəllüsü ilə məĢhur olan Xacə Hida-
yətulla  Razi  bu  Ģivənin  ustalarındandır.  O,  Nizaminin  «Xəm-
sə»sinə nəzirə olaraq beĢ mənasız məsnəvi qoymuĢ, I ġah Abbas 
bu beĢ məsnəvidə Ģeirə oxĢayan ancaq üç beyt tapdığına görə Hi-
dayətin üç diĢini çıxartdırmıĢ, digər beytlərinin hər birinə bir qızıl 
pul  vermiĢdir.  AĢağıdakı  Ģeir  onun  «Ġskəndərnamə»  məsnəvisin-
dəndir: 
 
Ağıllısansa, tükü tikib sırıq getmə, 
Öz ayağına pambıq vur, heç azar etmə. 
Fələyə qarĢı sən at çapıb lovğalanma, 
Bizə qarĢı duraraq sən çox havalanma. 
Təbəssüm ilə naldan düzələr mürəbbə, 
Səbr edərsən, dəyirman olar köhnə halva. 
 
M.Tərbiyət təzriq sənətinin hələ öz dövründə tənqidə məruz 
qaldığını bildirərək yazırdı ki, Molla Fövqi Yəzdi Tərzinin
*
 Ģivəsini 
                                                           

II ġah Abbas dövründə Tərzi ƏfĢar adlı Ģair yeni və saxta sözlər düzəltmək 
üçün bu Ģivədən istifadə edərək bir divan tərtib etmiĢdir. 


Könül  Nəhmətova   
 
 
118 
məsxərəyə qoyub həcv etmək üçün incə sözlər və lətifələrlə qarıĢıq 
«Fərhad və ġirin» məsnəvisini, eləcə də bir sıra qəsidə və qəzəlləri 
Tərzi Ģivəsində demiĢdir. Mövlana Fövqi bu haqda demiĢdir: 
 
Bir zaman yoldaĢların yolilə dolaĢdım, 
Min beĢ söz kələfini öz əlimlə açdım [88. 329]. 
 
Bu  beytdən  anlaĢılır  ki,  M.Tərbiyət  məna  gözəlliyini  sənətin 
əsas  məqsədi  hesab  etmiĢ,  məzmunsuz  formanı  isə  ədəbiyyatda 
ziyanlı bir cərəyan kimi qiymətləndirmiĢdir. 
Bütün  bu  deyilənlərdən  belə  bir  nəticə  çıxarmaq  olar  ki, 
ensiklopedist  biliyə  malik  olan  M.Tərbiyət  klassik  Ģeir  poetikasını, 
Ģeirin daxili qaydalarını ən incəliklərinə qədər bilmiĢ, Ģairlərin yaradı-
cılığından  yüksək  zövqlə  nümunələr  seçib  öz  təzkirəsində  istifadə 
etmiĢdir.  Lakin  «DaniĢməndani-Azərbaycan»  təzkirəsində  ədəbi 
Ģəxsiyyətlərə həsr olunmuĢ məqalələrdə müasir ədəbiyyatĢünaslığın 
müəyyən ünsürlərini görürüksə də, əsər orta əsrlər təzkirə ənənəçi-
liyindən mütləq mənada ayrılmamıĢ, bir çox xüsusiyyətlərini özündə 
cəmləĢdirmiĢdir.  Təzkirəni müasir ədəbiyyatĢünaslığa  yaxınlaĢdıran 
cəhətlərindən  biri  onun  müqayisəli  metoda  əsaslanmasıdır.  Müəllif 
bir  sıra  Ģair  və  ədiblər  haqqında  öz  mülahizələrini  söyləməmiĢdən 
əvvəl əsasən özündən qabaqkı təzkirəçilərin, ədiblərin münasibətini 
göstərmiĢdir ki, bu da təzkirənin elmi dəyərini bir daha artırır. Orta 
əsrlər təzkirələrində Ģəxsiyyətlər haqqındakı bioqrafik məlumatlar və 
onların  əsərlərinin  adı  əksərən  əksikdirsə,  «DaniĢməndani-
Azərbaycan»ın  xələfi  olduğu  təzkirələrlə  ən  ümdə  ortaq  cəhəti 
verdiyi bilgilərin məlumat xarakterli olmasıdır. Yəni M.Tərbiyət bəzi 
ədəbi  yaradıcılıqları  bir-iki  cümlə  ilə  dəyərləndirirsə  də,  bu,  əsərin 
ümumi  xüsusiyyətinə  çevrilə  bilməmiĢdir.  Məsələn,  təzkirədə  ən 
geniĢ məqalələrdən biri «Saib Mirzə Məhəmmədəli Təbrizi»dir. Bu 
məqalədə Saibin yaradıcılığının ümumi dəyəri yalnız bir cümlədə öz 
əksini tapmıĢdır: «Saibin bütün Ģeirləri özlüyündə seçilmiĢdir, buna 
                                                                                                                            
 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
119 
baxmayaraq təzkirə, bəyaz və cüng yazanların hər biri öz zövqlərinə 
müvafiq onun külliyyatından seçib yazmıĢlar [88. 286]. 
M.Tərbiyətin  «DaniĢməndani-Azərbaycan»  təzkirəsi  ilə 
müqayisə  oluna  biləcək  yeganə  əsər  F.Köçərlinin  «Azərbaycan 
ədəbiyyatı  tarixi  materialları»dır  ki,  burada ondan  kiçik  bir  parçanı 
nümunə  verməklə  fikrimizi  bir  az  daha  aydınlaĢdırmıĢ  olacağıq. 
F.Köçərli «Molla Pənah «Vaqif» təxəllüs» məqaləsini bu cümlələrlə 
baĢlayır:  «Azərbaycan  türklərinin  məĢhur  və  müqtədir  Ģairi  Molla 
Pənah  hesab  olunur  ki,  bizim  ədəbiyyatımızın  banisi  və  müəssisi 
adlanmağa  onun  haqqı  vardır.  Molla  Pənah  öz  zamanında  bir  çox 
ülum  və  fünuna  vaqif  olduğu  üçün  özünə  «Vaqif»  təxəllüs  ittixaz 
etmiĢdir. Müasirləri onun dərin elmini və mollalığını müĢahidə edib 
haqqında  demiĢdirlər:  «Hər  oxuyan  Molla  Pənah  olmaz!»  və  bu 
istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli - məĢhurdur. Milli 
Ģairlərimizdən  onun  kimi  sadə  və  açıq  lisanda  və  ana  dilimizin 
Ģivəsində  Ģeir  və  qəzəl  yazan  az  olubdur.  Müasirləri  ona  nəzirə 
mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar. Vaqif 
ziyadə zövqü səfa əhli olduğu üçün gözəl mədhində xeyli mərğub və 
nazik  Ģeirlər  yazmıĢdır  ki,  onların  cümləsi  qəlbdən  nəĢət  edən 
hissiyyatdır  ki,  oxuyanlara  dəxi  sirayət  edib,  onları  Ģövqü  həvəsə 
gətirir.  Molla Pənah artıq fəsih və Ģirinzəban və hazırcavab bir vücüd 
imiĢ ki, hər qisim mətləbi öz məqamında, münasibi-hal söylər imiĢ 
[50.   159]. 
Göründüyü kimi, müəllif bu giriĢ sözündə Ģairin yaradıcılığı-
nın özünəməxsus keyfiyyətlərindən bəhs etməklə onun Azərbaycan 
ədəbiyyatı  tarixindəki  yerini  də  ustalıqla  müəyyənləĢdirmiĢdir. 
M.Tərbiyət Azərbaycan ədəbiyyatı tarixçiliyi üçün müəyyən mənada 
F.Köçərlidən  artıq  iĢ  görmüĢdürsə  də,  məhz  bu  cəhətinə  görə 
«DaniĢməndani-Azərbaycan»,  «Azərbaycan  ədəbiyyatı  tarixi  mate-
rialları» əsərinin qazandığı ada və Ģöhrətə nail ola bilməmiĢdir. Lakin 
bu  kəsir  cəhətinə  baxmayaraq  M.Tərbiyətin  «DaniĢməndani-
Azərbaycan»  təzkirəsi  F.Köçərlinin  yaratdığı  ədəbiyyat  tariximizin 
yarımçıq səhifələrini doldurması baxımından ədəbiyyatĢünaslığımız 
üçün əvəzsiz mənbələrdən biridir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə