Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   2   3   4   5   6   7   8   9   ...   40

Könül  Nəhmətova   
 
 
12 
XVIII  əsr  təzkirəçisi  Lütfəli  bəy  Azər  və  onun  «AtəĢkədə» 
təzkirəsinə  həsr  olunmuĢdur.  Nəsrəddin  Qarayevin  «Təzkireyi-
Ziyai» 
və  «Təzkireyi-Nəvvab»  haqqında  bəzi  qeydlər 
(«Azərbaycan əlyazmalar xəzinəsi, c.4. 1976) məqaləsi bu sahədə 
ilk  geniĢ tədqiqat iĢi hesab oluna bilər. Məqalə hər iki təzkirə və 
onların  müəllifləri  haqqında  bilgilər  verməsi  baxımından 
diqqətəlayiqdir.  Müəllif  burada  Mirzə  Ġsa  Ziyainin  Ģəxsiyyətini 
müəyyənləĢdirməyə  çalıĢmıĢ  və  təzkirələrin  XIX  əsr  ədəbiyyatı 
tarixinin  öyrənilməsindəki  əhəmiyyətini  açıqlamıĢdır.  Cənnət 
Nağıyevanın «ƏliĢir Nəvainin «Məcalisün-nəfais» təzkirəsinin iki 
əlyazması»
*
  adlı  məqaləsində  ilk  dəfə  olaraq  ƏliĢir  Nəvainin 
təzkirəsi  DövlətĢah  Səmərqəndinin  «TəzkirətüĢ-Ģüəra»sı  ilə 
müqayisəli  Ģəkildə  nəzərdən  keçirilmiĢdir.  «Məcalisün-nəfais» 
təzkirəsinin Yaxın və Orta ġərq təzkirəçiliyi ənənələrinə gətirdiyi 
yeniliklər  vurğulanmıĢdır.  Mehri  Məmmədovanın  «TəzkirətüĢ-
Ģüəra»  və  onun  əlyazma  nüsxələri»  («Azərbaycan»,  1980.  №9) 
adlı  məqaləsi  isə    ədəbiyyatĢünaslıq  tariximizdə  ilk  dəfə  olaraq 
Əmir  DövlətĢah  ibn  Əlaüddövlə  BəxtiĢah  Səmərqəndinin 
Ģəxsiyyəti və ədəbi yaradıcılığı haqqında maraqlı bilgilər verməsi 
ilə  diqqəti  cəlb  edir.  Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  Azərbaycan 
təzkirələri Herat təzkirəçilik məktəbinin təsiri altında formalaĢdı-
ğından ədəbiyyatĢünaslarımızın diqqətini ilk olaraq məhz bu təz-
kirələr çəkmiĢdir. 
Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan ədəbiyyatĢünas-
lığında  təzkirələrin elmi dəyəri ilk dəfə akademik Kamal Talıbza-
dənin «Azərbaycan ədəbi tənqidinin tarixi» (1984) əsərində veril-
miĢdir. Görkəmli alim öz əsərində təzkirəni Azərbaycan ədəbi fik-
rinin üç istiqamətindən biri hesab edir və onun ədəbiyyat tarixçili-
yimiz üçün əhəmiyyəti haqqında yazır: «Orta əsr ədəbi tənqidinin 
tarixi inkiĢafına  güclü təsir  göstərən mənbələrdən biri də təzkirə-
dir. Təzkirə ġərqdə ədəbiyyatĢünaslığın ən kütləvi, yayılmıĢ janr-
                                                           

Azərbaycan əlyazmalar xəzinəsi, c.4. Bakı, 1976. 
 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
13 
larından olmuĢ və ədəbi fikrə çox zaman keçilən ədəbi yolun müa-
sir oxunuĢu baxımından təsir göstərmiĢdir» [186. 36]. K.Talıbzadə 
haqlı olaraq orta əsrlər ədəbi fikrinin inkiĢaf mərhələlərinin XIX-
XX  əsrlərdə  demokratik  Azərbaycan  ədəbiyyat  tarixinin  inkiĢafı 
üçün zəmin olması fikrini irəli sürmüĢdür. 
Qafar  Kəndli  və  Ġsmayıl  ġəms  Məhəmmədəli  Tərbiyətin 
«DaniĢməndani-Azərbaycan»  təzkirəsinin  Azərbaycan  dilinə  tər-
cümə nüsxəsinə  yazdıqları müqəddimədə bu  əsər ilk dəfə olaraq 
elmi  Ģəkildə  dəyərləndirilmiĢ,  ədəbiyyat  tarixçiliyimiz  üçün  əhə-
miyyəti  müəyyənləĢdirilmiĢdir.  Müqəddimədə  qeyd  olunur  ki, 
F.Köçərli və H.Araslı ilə yanaĢı  M.Tərbiyət  də Azərbaycan klas-
sik    ədəbiyyatĢünaslığının  ən  yaxĢı  ənənələrini  davam  etdirərək 
ədəbiyyatımız  və  mədəniyyətimiz  barədə  fundamental  əsərlər 
yaratmıĢdır.  Burada  müəlliflər  Tərbiyətin  əldə  olan  bir  sıra  elmi 
əsərlərinə və məqalələrinə, baĢlıca olaraq «DaiĢməndani-Azərbay-
can»  kitabına  arxalanaraq  ədibin  ədəbi-ictimai  görüĢlərinin  əsas 
cəhətləri barəsində fikir söyləmiĢlər.  
90-cı  illərdən  etibarən  bu  sahədə  davam  etdirilən  tədqiqat 
daha  sistemli  bir  Ģəkil  almağa  baĢlamıĢdır.  Azadə  Musayeva  və 
Cavid  Musayevin  «Bağdadda  yaranan  Azərbaycan  ədəbiyyatı» 
(1997) əsəri Əhdi Bağdadinin «GülĢənüĢ-Ģüəra» təzkirəsindən ət-
raflı bəhs etmiĢdir. Tahirə Nurəliyevanın «Azərbaycan ədəbiyyatı-
nın tədqiqində əlyazma kolleksiyalarının əhəmiyyəti» (1998) əsə-
rində isə Bəhmən Mirzənin təzkirəsi ilə tanıĢ oluruq.  
Təzkirələrin  öyrənilməsi  sahəsində  dəyərli  yerlərdən  birini 
də  Vəcihə  Feyzullayevanın  «Əhdi  Bağdadi  və  onun  «GülĢənüĢ-
Ģüəra»  təzkirəsi»  məqaləsi  (Ədəbiyyat  məcmuəsi,  1999)  tutur. 
Məqalədə  Əhdi  Bağdadinin  yaĢadığı  dövr  və  mühit  təsvir  olun-
muĢ, təzkirəçinin Ģəxsiyyəti və dünyagörüĢü əks olunmuĢ, «GülĢə-
nüĢ-Ģüəra» təzkirəsinin əhatə etdiyi azərbaycanlı Ģairlər haqqında 
bilgilər  verilmiĢdir.  Müəllif  Əhdi  Bağdadinin təzkirəsinin  məziy-
yətlərindən  danıĢdıqdan  sonra  bildirir  ki,  kiçik  bir  məqalə 
həcmində  böyük  çalıĢmasının  cüzi  bir  hissəsini  verməklə 
kifayətlənmiĢdir. Məqalənin yazılmasında əsas məqsəd XVI əsrdə 


Könül  Nəhmətova   
 
 
14 
Bağdadda  Azərbaycan  ədəbi  mühitini,  ədəbi-estetik  fikrimizin 
əsas  qaynaqlarından  biri  kimi  Əhdi  təzkirəsinin  böyük 
əhəmiyyətini açıqlamaq olmuĢdur [41]. 
Azərbaycan  ədəbiyyatĢünaslığında  təzkirəçiliyə  həsr  olun-
muĢ ilk monoqrafiya Mehri Məmmədovanın «Lütfəli bəy Azər və 
Azərbaycan  ədəbiyyatı»  adlı  əsəridir  (2001).  M.Məmmədova  öz 
əsərində Lütfəli bəy Azəri həm Ģair, həm də ədəbiyyatĢünas kimi 
ətraflı öyrənmiĢ, «AtəĢkədə» təzkirəsinin quruluĢu, təsnifatı, əhatə 
etdiyi  Ģairlər,  özündən  sonrakı  təzkirələrə  təsiri  haqqında  dolğun 
təsəvvür yarada bilmiĢdir. «AtəĢkədə» təzkirəsində haqqında mə-
lumat  verilmiĢ  842  Ģəxs  içərisində  kimlərin  Azərbaycanlı  olması 
müəyyənləĢdirilmiĢ, arabir məlumatlarının dəqiq və elmi olmama-
sı barəsində söz açılmıĢdır. Monoqrafiyada «AtəĢkədə» təzkirəsin-
dəki məlumatların dəqiqliyini öyrənmək məqsədi ilə iki görkəmli 
klassik haqqındakı məlumat digər təzkirələrlə müqayisəli öyrənil-
miĢ və elmi olması misallarla göstərilmiĢdir. Lütfəli bəyin Azər-
baycan Ģairlərindən Füzuli, Saib Təbrizi, Təsir Təbrizi və baĢqala-
rına qeyri-dəqiq qiymət verməsinə münasibət bildirilmiĢdir.  
Azərbaycan təzkirəçiliyinin təmayül tarixini izləmək və bu 
elmi-ədəbi  janrın  xüsusiyyətlərini  öyrənmək  baxımından  Raqub 
Qasımovun  «Məhəmməd  ağa  MüĢtəri»  («Ulduz»  jurnalı,  1988), 
Aytən Hacıyevanın «Riyazül-aĢiqin» və «Təzkireyi-Nəvvab» təz-
kirələrinin müqayisəli təhlili» (Tədqiqlər-3, 1999) və s. məqalələr, 
Məntiqə Muradovanın  «Sadiq bəy  Sadiqinin həyat və  yaradıcılı-
ğı»  (1999),  Cənnət  Nağıyevanın  «Azərbaycanda  Nəvai»  (2001) 
əsərləri və Aljira Topalovanın «Ədəbiyyat tarixinin öyrənilməsin-
də təzkirələrin rolu və Ağa Məhəmməd Müctəhidzadənin «Riya-
zül-aĢiqin» təzkirəsi» (2001) monoqrafiyaları, Aytən Hacıyevanın 
«Mir Möhsün Nəvvabın ədəbi-bədii irsi» adlı namizədlik disserta-
siyası da diqqətəlayiqdir. 
Orta  əsrlər  Azərbaycan  ədəbiyyatını  Yaxın  və  Orta  ġərq 
ədəbi proseslərindən kənarda öyrənə bilmədiyimiz kimi, təzkirəçi-
lik tariximizi də ġərq kontekstindən ayıra bilmərik. Ġran, Ġraq, Hin-
distan  və  Türkiyə  təzkirəçiliyi  ədəbi  mübadilə  yolu  ilə  inkiĢaf 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə