Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   2   3   4   5   6   7   8   9   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
15 
etdiyindən bu ölkələrin XX əsr ədəbiyyatĢünaslığında Azərbaycan 
təzkirələrinin öyrənilməsi və tədqiqi təsadüfi deyildir.  
Agah  Sirri  Ləvəndin  «Türk  ədəbiyyatı  tarixi»nin  I  cildində 
(1984)  və  Nihad  Sami  Banarlının  «Rəsimli  türk  ədəbiyyatı  tari-
xi»nin  I  cildində  (1987)  Azərbaycan  təzkirələrindən  Sami  Sam 
Mirzənin  «Töhfeyi-Sami»,  Sadiq  bəy  Sadiqinin  «Məcməül-xə-
vas», Əhdi Bağdadinin «GülĢənüĢ-Ģüəra», Seyid Əzim ġirvaninin 
«TəzkirətüĢ-Ģüəra»sının quruluĢu və əhatə etdiyi Ģairlər haqqında 
ümumi məlumatlar əldə edirik. Bu əsərlərdə və Əhməd Qabaqlı-
nın «Türk ədəbiyyatı» (1994) kitabında Əhdi Bağdadinin «GülĢə-
nüĢ-Ģüəra»sı türk təzkirəsi kimi anılmıĢdır. Türk mənbələrində Se-
yid Əzim ġirvaninin təzkirəsi yalnız türk dövlətlərini əhatə etdiyi 
üçün xüsusi bir hadisə kimi qarĢılanır. Ayrıca olaraq ədəbiyyatĢü-
naslıq  terminləri  lüğətlərində
*
  və  ədəbiyyat  ensiklopediyaların-
da
**
da Azərbaycan təzkirələrindən bəhs olunmuĢdur. 
Azərbaycan ədəbiyyatĢünaslığında XX əsrin ikinci yarısın-
dan  baĢlayaraq  təzkirələrin  öyrənilməsi  sahəsində  aparılan  tədqi-
qat iĢləri bu gün də davam etdirilməkdədir. 
 
1.2.  Azərbaycanda  təzkirəçilik  ənənəsi:  ilkin  qaynaqlar 
və tədqiqatlar 
 
Azərbaycan  ədəbiyyatĢünaslığında  təzkirə  elmi-ədəbi  əsər 
kimi  qiymətləndirilmiĢdir.  Bu  fikrin  nə  dərəcədə  doğru  olmasını 
müəyyənləĢdirmək üçün ilk növbədə ədəbi və elmi əsər anlayıĢını 
açıqlamaq  lazım  gəlir.  Ədəbi  əsər  deyincə,  oyandırdığı  estetik 
duyğularla insanı xoĢlandıran, ruha və zövqə səslənən sənət əsəri 
anlaĢılır. Doğrudan  da,  öyrətmək  məqsədiylə  yazılmaması  və  sə-
nət qayğısını daĢıması ədəbi əsərin baĢlıca xüsusiyyətlərindəndir[ 
107. 3]. 
                                                           
*
 Maarifə Hacıyeva, Celal Tarahçı. Azerbaycan Edebiyat Terminleri 
sözlüğü. Ġstanbul, 1999. 
**
 Türk dili ve Edebiyat Ansiklopedisi. «Tezkire» maddesi. 


Könül  Nəhmətova   
 
 
16 
Elm  isə  dindən,  incəsənətdən  fərqli  olaraq  öz  məlumatları-
nın həqiqiliyi və dürüstlüyünü sübut edən obyektiv, məntiqi bilik-
lər sistemidir. Elm elməqədərki təfəkkürə xas olan empirik və adi 
Ģüur səviyyəsindən fərqlənir. Elmin strukturu elmə daxil olan bilik 
sisteminin  mürəkkəbliyi  ilə  xarakterizə  olunur.  Elmin  ictimai 
funksiyası insanlara təbiət, cəmiyyət haqqında biliklər vermək, on-
larda elmi dünyagörüĢü formalaĢdırmaq və hərtərəfli inkiĢaf etmiĢ 
Ģəxsiyyət  yetiĢdirməkdir.  Məlum  olduğu  kimi,  ədəbiyyatĢünaslıq 
elmi  də  hələ  lap  qədim  dövrlərdən  yaranıb  formalaĢmağa 
baĢlamıĢdır.  Avropada  sənət  və  ədəbiyyat  konsepsiyaları  Qədim 
Yunanıstan və Romada yaranmıĢdır (Aristotel, Platon, Horatsi və 
b.). Qədim dövrlərdə ġərqdə də (Çin, Hindistan, ərəb ölkələri, Ġran 
və  s.)  bədii  üslub,  forma,  sənətkarlıq  və  poetik  janr  problemləri 
öyrənilmiĢdir.  Azərbaycanda  isə  ədəbiyyatĢünaslığın  rüĢeymləri 
hələ  orta  əsrlərin  ilk  mərhələsində  Xətib  Təbrizi  yaradıcılığı  ilə 
baĢlamıĢdır. Təzkirələrdə, habelə səyahətnamə, qamus və s. əsər-
lərdə də ədəbiyyatĢünaslığın ünsürləri vardır; bunlarda yazıçıların 
həyatı haqqında məlumat verilir, əsərlərindən nümunələr gətirilir, 
onların  yaranma  tarixi,  süjeti  haqqında  danıĢılır,  hətta  bəzən  janr 
və üslub məsələlərinə də toxunulurdu. Bütün bu keyfiyyətlər təz-
kirənin  elmiliyinə  dəlalət  edir.  Ərəb  ədəbiyyatĢünaslığında  ilkin 
formasında elmi əsər kimi yaranan təzkirələr orta əsrlərdə Ġran təz-
kirəçilik məktəbində ədəbi xüsusiyyətlər qazanmıĢdır. Bu isə Ģair-
lər  haqqında  olan  məlumatın  azlığından  irəli  gələn  bir  cəhət  idi. 
Əlində elmi faktlar olmayan təzkirəçi bədiiliyə meyl etmək məc-
buriyyətində  qalmıĢdır.  Orta  əsrlərdə  yaranan  türk  təzkirələrinin 
də  nəsr  dilinin  ədəbi  üslublarından  olan  münĢəat,  mürəssə  kimi 
ahəngli yazı qaydaları ilə yazılması onları ədəbi əsər kimi qiymət-
ləndirməyə əsas verir. Bir çox təzkirələrdə divan ədəbiyyatının ün-
sürlərindən - tövhid, nət, fəxriyyədən də istifadə olunmuĢdur. Türk 
alimi Agah Sırrı Levend təzkirələrin elmi-ədəbi janr olaraq xüsu-
siyyətlərini  belə  səciyyələndirmiĢdir:  Təzkirələr  bir  məsləkdən 
yetiĢmiĢ  Ģəxslərin  bioqrafiyalarını  bir  arada  toplayan  əsərlərdir. 
ġəxsləri xatırlamağa yaradığı üçün bu kimi əsərlərə «təzkirə» adı 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
17 
verilmiĢdir.  Bunlara mövzularına  görə  «təzkirətüĢ-Ģüəra»,  «təzki-
rətül-övliya»,  «təzkirətül-xəttatin»  deyildiyi  kimi,  əhatə  etdiyi 
Ģəxslərə  görə  ayrı  adlar  da  verilir.  Təzkirələrdə  Ģəxslərin  qısaca 
bioqrafiyaları  verilir,  rəsmi  həyatdakı  vəzifələri  və  qazandıqları 
mövqelər  bildirilərək  Ģeirlərindən  örnəklər  verilir.  Bu  örnəklər 
qəzəl və qəsidə mətlələri, qitələr və rübailərdən seçilmiĢ kiçik par-
çalardır. Bütün bir, ya da bir neçə qəzəlin verildiyi də olur. Təzki-
rələrdə Ģairlərin doğum və ölüm tarixləriylə yaĢadıqları yerlər tam 
olaraq  göstərilmiĢ  deyildir.  Çox  zaman  doğum  tarixləri  göstəril-
mir
*
.  Ölüm  tarixləri  də  əksikdir.  Bəzisində  sadəcə  «Sultan Səlim 
dövründə  fevt  oldu»,  ya  da  «ömrü  vəfa  etmədi»  kimi  cümlələr 
yaĢadığı  tarixi  əvəz  etmiĢ,  doğum  yerləri  də  «Bursa  kurbündən-
dir», «vilayəti-Ģərqdəndir» kimi cümlələrlə qaranlıqda buraxılmıĢ-
dır. 
Təzkirələrin  ən  əksik  yönü  əsər  adlarıdır.  Heç  bir  Ģairin 
əsərlərinin adları tam olaraq verilməmiĢdir. Kimisində ancaq bir-
ikisi  qeyd  edilmiĢ,  kimisində  isə  yalnız  «Xəmsə  tətəbbu  edər», 
«Sahibi kitabi-divandır» deməklə kifayətlənmiĢdir. 
«MünĢiyanə»
*
  qələmə  alınan  təzkirələrdə  həqiqət  üsluba 
fəda edilmiĢdir. Bir çox dəyərləndirmələr basma qəlibdir. Tənqid 
və təqdirdə qabartmalara yol verilmiĢdir. Çox zaman Ģairlərin hə-
qiqi  ədəbi  portreti  əks  olunmamıĢ,  Ģəxsiyyəti  açıqca  göstərilmə-
miĢdir. Dövrün ümumi vəziyyətini kütləvi görmək, ədəbi növlərin 
inkiĢafını  izləmək  qabiliyyəti  yoxdur.  Bununla  belə,  təzkirələrdə 
Ģəxsləri təsvir edən sətirlər arasında bəzən elə cümlələrə rastlanır 
ki, onları oxuyarkən, cəmiyyətin o dövrdəki vəziyyəti açıqca görü-
nür. Təzkirələrin hamısı, əlbəttə ki, eyni əhəmiyyətdə və eyni də-
yərdə deyildir [107.120]. 
XX əsrin əvvəllərinə qədər ġərq ədəbiyyatı tarixində bugün-
                                                           
*
  ġairlərin  doğum  tarixləri  məlum  olmadığına  görə  bir  sıra  təzkirələrdə 
onların sıralanması ölüm tarixlərinə əsasən aparılmıĢdır. Bu tipli təzkirələrin 
«vəfəyat» adı verilmiĢdir. 

Ahəngli yazı qaydası 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə