Азярбайъан милли елмляр академийасы



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

Könül  Nəhmətova   
 
 
24 
daha baĢqa kitabların da olduğunu, ancaq bunlarda qədim Ģairlərin 
yer  aldığını,  o  isə  «Sultani-Sahibqıran»  zamanında  Ģeirin  hər 
janrında  dəyərli  Ģeirlər  yazanları,  bunları  da  o  birilərə  qatmaq 
məqsədiylə əsərini meydana gətirdiyini söyləyir [109. 120]. 
ƏliĢir  Nəvai  öz  təzkirəsini  ömrünün  son  illərində,  əsərinin 
ikinci  məclisinin  əvvəlində  göstərdiyi  kimi,  1490-1491-ci  illərdə 
yazmasına  baxmayaraq,  1498-ci  ildə  onun  üzərində  yenidən 
iĢləmiĢ,  əsəri  təkmilləĢdirmiĢ  və  beləliklə,  «Məcalisün-nəfais»in 
iki variantı yaranmıĢdır [70]. 
«Məcalisün-nəfais» quruluĢuna görə özündən əvvəlki təzki-
rələrdən fərqlənir. Cənnət Nağıyeva əsəri DövlətĢahın təzkirəsi ilə 
müqayisə edərək göstərir ki, «TəzkirətüĢ-Ģüəra»da Ģairlər göy qur-
Ģağına  oxĢadılaraq  yeddi  qrupa  bölünmüĢ,  onlar  haqqında  məlu-
mat  verərkən  əlifba  sırasına  riayət  edilməmiĢdir.  «Məcalisün-nə-
fais»  də  həmin  üslubda  tərtib  olunmuĢdur.  Lakin  bu  təzkirə 
birincidən  fərqli  olaraq  8  məclisdə  dörd  yüz  əllidən  artıq  (iki 
dəfədən  çox)  Ģairi  əhatə  edir.  DövlətĢah  ümumən  məĢhur  ġərq 
Ģairlərindən  danıĢırsa,  Nəvai  bütün  Orta  Asiya  Ģairləri  haqqında 
məlumat  verir  ki,  bu  da  daha  dəqiqlik  və  çox  zəhmət  tələb  edir 
[70.63]. 
DövlətĢah  və  Nəvai  təzkirəsinin  qazandığı  Ģöhrət  XVI 
əsrdən baĢlayaraq bu klassik örnəklərin təsiri altında Azərbaycan 
və Anadolu təzkirələrinin yazılması ilə nəticələnmiĢdir.  
Azərbaycan təzkirəçiliyi tarixində ilk əsər Sami Sam Mirzə-
nin 1550-ci ildə yazdığı «Töhfeyi-Sami» hesab olunur. ġah Ġsma-
yılın oğlu Sam Mirzə (1517-1576) atasının ədəbi məclislərində iĢ-
tirak edən Ģairlərlə tanıĢ olmuĢ və qardaĢı ġah Təhmasibin (1524-
1576) sarayında yaĢayan Ģairlərlə yaxınlıq edərək dövrünün bütün 
görkəmli sənətkarlarını tanımıĢdır. Bu dövrün elm və sənət adam-
larından mükəmməl təhsil alan Sam Mirzə özü də Ģair olmuĢ, Ģer-
lərində Sami təxəllüsünü iĢlətmiĢdir. Lakin onun ən mühüm əsəri 
fars  dilində  yazdığı  «Töhfeyi-Sami»  təzkirəsidir.  Bu  əsər  XVI 
əsrin  birinci  yarısındakı  mədəni  və  ədəbi  həyatı,  664  sayda 
Azərbaycan, fars Ģairləri və baĢqa sənətkarlar haqqında məlumat 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
25 
əldə etmək üçün faydalı qaynaqlardandır. 
Əbdürrəhman  Caminin  «Baharistan»ı  və  ƏliĢir  Nəvainin 
«Məcalisün-Nəfais»  təzkirələri  səpgisində  yazılan  və  onların 
davamı  kimi  diqqəti  çəkən  «Töhfeyi-Sami»  bir  müqəddimə  və 
yeddi  fəsildən  ibarətdir.  I  fəsil  -  ġah  Ġsmayıl  Xətai  və  onun 
nəslindən, müasiri olan hökmdarlardan,   II  fəsil  -  alimlərdən,  III 
fəsil - ġah Ġsmayıl sarayına yaxın olan vəzifəli Ģairlərdən, IV fəsil 
- əsl Ģairlərdən; V fəsil - türk dilində  yazan Ģairlərdən; VI və VII 
fəsillər - el Ģairlərindən bəhs edir [56. 32]. 
ġah  Ġsmayıl  Xətai  yaradıcılığının  tədqiqatçısı  Əzizağa 
Məmmədov Sam Mirzənin atasından və qardaĢından fərqli olaraq 
fars  mədəniyyətinin  təsiri  altında  qaldığını,  türkcə  yazan  Ģairlərə 
həqarətlə  baxdığını,  onlara  öz  həqiqi  qiymətini  verə  bilmədiyini 
yazır [66.  33]. Sam Mirzə öz təzkirəsində  göstərdiyi  nümunələri 
də,  əsasən,  farsca  Ģeirlərdən  almıĢdır.  Lakin  Həbibi,  Füzuli, 
Susəni,  Tüfeyli,  Yusif  bəy  kimi  müasirlərinin  ana  dilində 
yazdıqları Ģeirlərindən örnəklər vermiĢdir. 
Tarixi-xronoloji  cəhətdən  ikinci  təzkirə  Əhdi  Bağdadinin 
«GülĢənüĢ-Ģüəra»sıdır. Yazıldığı mühitə görə bir sıra cəhətləri ilə 
Sam  Mirzənin  «Töhfeyi-Sami»  və  Sadıq  bəy  Sadiqinin 
«Məcməül-xəvas»  təzkirələrindən  fərqlənir.  «GülĢənüĢ-Ģüəra» 
Anadolu  təzkirəçiliyinin  təsiri  altında  yazılmıĢdır.  Lakin  onun 
Azərbaycan  ərazisində  yazılan  təzkirələrlə  birləĢdirən  ortaq 
cəhətlər  də  mövcuddur.  Bu  oxĢarlıq  isə  Azərbaycan  və  Anadolu 
təzkirəçiliyinə Nəvai yaradıcılığının təsiri ilə bağlıdır. «GülĢənüĢ-
Ģüəra»  təzkirəsi  Azərbaycan  ədəbiyyatı  tarixçiliyində  iki  mühüm 
cəhəti - Azərbaycan dilində yazılmıĢ ilk təzkirə olması və Bağdad 
ədəbi mühiti haqqında məlumat verməsi ilə də maraqlıdır. 
Əhməd  Əhdi  Bağdadi  dövrünün  nüfuzlu  ədəbi  Ģəxsiyyəti 
kimi Bağdadda boya-baĢa çatmıĢ Azərbaycan Ģairidir. «GülĢənüĢ-
Ģüəra»  təzkirəsində  atası  ġəmsi  Bağdadi,  qardaĢları  və  yaxın 
qohumları  haqqında  verdiyi  kiçik  məlumatlar  Əhdinin  nüfuzlu 
ziyalı ailəsindən çıxdığını göstərir [27. 198]. 
«GülĢənüĢ-Ģüəra»  təzkirəsinin  yazıldığı  tarix,  müəllifin 


Könül  Nəhmətova   
 
 
26 
qeydinə əsasən, əlyazmalarında hicri qəməri 971 (1563) - ci ildir. 
Əlifba  sırası  ilə  tərtib  olunmuĢ  təzkirə  dörd  rövzədən  və  adlar 
göstəricisindən  ibarətdir  [63.  16].  Təzkirə  1552-1563-cü  illər 
arasında  yaĢamıĢ  Osmanlı  və  Azərbaycan  türkcəsində  yazıb 
yaradan 375 Ģairin həyat və yaradıcılığını əhatə edir [27. 199]. 
Əhdi  təzkirəsində  Ģairlər  əsasən  təxəllüsləri  ilə  yad  edilir. 
Təxəllüslər  həm  də  müəllif  haqqında  yazının  sərlövhəsidir.  Çox 
nadir  hallarda  mətnin  içərisində  Ģair  adlarına  rast  gəlinir. 
Təzkirədə  Ģairlərin  Ģəxsiyyəti,  məzhəbi  və  bir  sənətkar  kimi 
yetiĢib  püxtələĢməsində  mühüm  amillərin  roluna  xüsusi  yer 
verilmiĢdir [27. 202].  
Əhdi Bağdadi Sam Mirzə və Sadıq bəy Sadiqidən fərqli ola-
raq öz təzkirəsinin kataloq  prinsipi  əsasında  tərtib  etmiĢdir.  Əhdi 
Bağdadidən  əvvəl  Anadolu  təzkirəçilərindən  Pir  Məhməd  AĢiq 
Çələbi  (1520-1571)  «MəĢahirüĢ-Ģüəra»  (ġairlərin  məĢhurları) 
(1568)  və  Qəstəmonulu  Lətifi  (?-1582)  «TəzkirətüĢ-Ģüəra  və 
təbsirai-nüzəma»  (1540)  əsərində  bu  prinsipdən  istifadə 
etmiĢdilər. Tərtib prinsiplərində yenilik yaratmaq istəyən Əhdi öz 
təzkirəsini «rövzə»lərə, yəni «bağça»lara bölmüĢdür. 
«GülĢənüĢ-Ģüəra»  təzkirəsində  XVI  əsr  Bağdad  mühitində 
yazıb-yaratmıĢ Azərbaycanlı Ģairlər içərisində ġəmsi, ġahi, Fəzli, 
Ruhi,  Nəvai,  Zehni,  Zayli,  Elmi,  Mirqədri,  Həsiri,  Zəmiri, 
Xürrəmi,  Nəsiri  ġirvani,  Ali  və  bir  çox  Ģairlərə  yer  ayrılmıĢ, 
Ģeirlərindən  nümunələr  verilmiĢ,  az  da  olsa,  həmin  Ģairlərin 
yaradıcılıq  yolu  iĢıqlandırılmıĢdır.  Əhdi  Bağdadi  təzkirəsində 
sadalanan Ģairlər içərisində adı böyük məhəbbətlə çəkilən, yüksək 
qiymət alan Məhəmməd Füzulidir [63.18]. 
Orta  əsr  təzkirələri  içərisində  Füzuli  haqqında  ilk  əhatəli 
məlumatı  Əhdi  təzkirəsindən  alırıq.  Məhz  buna  görədir  ki, 
Füzulinin Qərb və ġərq tədqiqatçıları ilk əhəmiyyətli mənbə kimi 
Əhdi Bağdadi təzkirəsinə müraciət etmiĢlər. 
Füzuli  yaradıcılığının  türk  tədqiqatçısı prof.  dr. Əbdülqadir 
Qaraxan  «GülĢənüĢ-Ģüəra»nın  Ģairə  münasibəti  haqqında  yazır: 
«HəmĢəhərlisini  ən  yaxĢı  anlayanlardan  biri  olmaq  məziyyət  və 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə