Азярбайъан милли елмляр академийасы


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix19.07.2018
ölçüsü1,32 Mb.
#57352
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
27 
səlahiyyətinə  «GülĢənüĢ-Ģüəra»sı  ilə  Bağdadlı  Əhdi  sahib  görü-
nür» [101. 36]. 
Füzuli  və  «GülĢənüĢ-Ģüəra»  tədqiqatçısı  Vəcihə  Feyzulla-
yeva təzkirənin bu bəhsini çox yüksək qiymətləndirərək onun ədə-
biyyat  tariximiz  üçün  əhəmiyyətini  belə  qeyd  edir:  «Onun  təkcə 
Füzuli sənətinə verdiyi qiymət XV-XVI əsrlər estetik fikrinin tə-
kamül xəttini izləmək üçün kifayət qədər material ola bilər» [27. 
201]. 
ƏdəbiyyatĢünas Nazif Qəhrəmanlının da  «GülĢənüĢ-Ģüəra» 
təzkirəsinin  «Füzuli»  bəhsinə  münasibəti  maraqlıdır.  O  yazır: 
«Əhdi  Bağdadi  özünün  1563-cü  ildə  qələmə  aldığı  «GülĢənüĢ-
Ģüəra» adlı təzkirəsində Füzulinin aqibəti haqqında məlumat ver-
məsəydi, Ģairin ölüm tarixini (1556) və onun məhz taun xəstəliyin-
dən öldüyünü dəqiqləĢdirmək çətin olacaqdı» [37. 18]. 
Nazif  Qəhrəmanlı  «GülĢənüĢ-Ģüəra»nın  Azərbaycan  təzki-
rəçiliyindəki  yerini  isə  belə  müəyyənləĢdirir:  «Əhdi  Bağdadinin 
haqqında  söhbət  gedən  ədəbi  təzkirəsinin  məziyyəti  nədən  iba-
rətdir?  Bu  məziyyət  birinci  növbədə  onunla  müəyyən  olunur  ki, 
müəllif  öz  təzkirəsində  türk  təzkirəçilik  ənənəsi  yaratmağa  meyl 
göstərir.  SoydaĢı  Sam  Mirzədən  fərqli  olaraq  «GülĢənüĢ-Ģüəra» 
müəllifi  türk  (Azərbaycan)  dilində  yazılmıĢ  ədəbi  əsərlərdən  nü-
munə verməklə, artıq milli təzkirəçilik ənənəsinin baĢlanğıcını qo-
yur» [37. 18]. 
Göründüyü  kimi,  «GülĢənüĢ-Ģüəra»  təzkirəsi  dil  faktoruna 
və verdiyi məlumatlara görə, orta əsrlər nəsr nümunəsi olmaq ba-
xımından da Azərbaycan ədəbiyyatĢünaslığı üçün əvəzsiz məxəz-
lərdən biridir. 
Azərbaycan təzkirəçilik tarixində üçüncü əsər Sadiq bəy Sa-
diqinin «Məcməül-xəvas» təzkirəsidir. «Məcməül-xəvas» təzkirə-
si müstəqil Azərbaycan Səfəvi dövlətinin hakimiyyəti zamanı ya-
zıldığı üçün türk dilində tərtib olunmuĢdur. Məlum olduğu kimi, 
bu  dövrdə  Azərbaycan-türk  ədəbi  dilinin  prinsipləri  müəyyənləĢ-
dirilərkən cığatay Ģivəsinə üz tutulur. Bir sıra üslubi və qrammatik 
qayda-qanunlar həmin dildən əxz edilirdi. «Məcməül-xəvas» təz-


Könül  Nəhmətova   
 
 
28 
kirəsinin  bir  çox  tədqiqatçıları,  o  cümlədən,  Məhəmmədəli  Tər-
biyət  də  onun  cığatay  Ģivəsində  yazılması  qənaətinə  gəlmiĢlər. 
1533-1610-cu  illərdə  yaĢamıĢ  Sadiq  bəy  ƏfĢar,  Sadiqi  Kitabdar 
adları  ilə  tanınmıĢ  ədib  öz  müasiri  olan  təzkirəçilərlə  də  tanıĢ 
olmuĢ, onlarla təcrübə mübadiləsi etmiĢdir. 
Təzkirənin  yazılıĢ  tarixi  dəqiq  məlum  deyildir.  Müxtəlif 
mənbələrdə  ayrı-ayrı  rəqəmlərlə  göstərilir.  Lakin  bir  məsələ  ay-
dındır ki, təzkirə ġah Abbasın hakimiyyəti illərində tamamlanmıĢ-
dır [70.43]. 
M.Tərbiyət  təzkirədə  ġah  Ġsmayıl  Səfəvi  dövründən  ġah 
Abbas dövrünə qədər yaĢamıĢ 480 söz ustasının tərcümeyi-halının 
verildiyini qeyd etmiĢdir [88. 281]. 
Sadiqi təzkirəsinin müqəddiməsində Caminin «Baharistan», 
Nəvainin  «Məcalisün-nəfais»,  DövlətĢahın  «TəzkirətüĢ-Ģüəra», 
Sam Mirzənin  «Töhfeyi-Sami» əsərlərini xatırladıqdan sonra  «bu 
silsilə Ģer-halka-i intizamı bir-biridün üzülməsün diyü» təzkirəsini 
meydana  gətirdiyini  söyləmiĢdir.  Sadiqi  Nəvainin  «Məcalisün-
nəfais» əsərinin tərtib prinsiplərini izləyərək təzkirəsini 8   «Məc-
mə-i xas»a ayırmıĢdır. Əsər regional prinsip əsasında yazılmıĢ, yə-
ni o dövr Ġran adlanan ərazidə yaĢayan Ģairlərin yaradıcılığına həsr 
edilmiĢdir. Təzkirə aĢağıdakı fəsillərdən ibarətdir: 
I məcmə - müəllifin müasiri olan hökmdarlar; 
II məcmə - müəllifin müasiri olan Ģahzadələr; 
III məcmə - Türkiyə səltənət baĢçıları; 
IV məcmə - Ġran səltənət baĢçıları; 
V məcmə - Türkiyə-Ġran səltənət böyüklərinin övladları; 
VI məcmə - seyid olan Ģairlər; 
VII  məcmə  -  üç  dildə  (türk,  fars,  ərəb)  Ģeir  yazmıĢ  türk 
sənətkarları; 
VIII məcmə - Sadiqinin müasiri olan və Ġran ərazisində ya-
Ģayıb yaradan Ģairlər. 
«Məcməül-xəvas»  təzkirəsində  Məhəmməd  bəy  Əmani, 
ġahqulu  Mirzə,  Məhəmməd  bəy  ġəmsi,  Mövlana  ġərif  Təbrizi, 
Fikri  Ordubadi,  Muradxan  Fikari,  Qazi  Zəncani  və  Məsihi  kimi 


Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri 
 
 
29 
onlarla azərbaycanlı Ģairdən söz açılmıĢdır və bunların ilk tədqiqat 
üçün böyük əhəmiyyəti vardır. Yusif bəy ÇavuĢlu, Mirzə Hatəm 
bəy Ordubadi, Mir Məsum xan, Həsən Məxləs, Mövlana Kəlbəli 
və  baĢqa  azərbaycanlı  Ģairlər  haqqında  da  ilk  məlumatı  Sadiqi 
vermiĢdir [62.48]. 
Azərbaycanlı Ģairlərdən Füzulinin istər həyat və Ģəxsiyyəti, 
istərsə  milliyyəti  baxımından  verdiyi  məlumatlara  görə  «Məc-
məül-xəvas»  ən  dəyərli  qaynaqlardan  biri  kimi  qiymətləndirilir 
[101. 37]. 
Nazif Qəhrəmanlı isə Sadiqinin təzkirəsini onun milli bağlı-
lığının  təzahürü  olduğu  üçün  dəyərləndirərək  yazır:  «Sadiq  bəy 
ƏfĢar öz təzkirəsində Ģairləri türk və tacik Ģairlərinə bölür ki, bu 
artıq onun doğma vətən, soy və dil ənənəsinə bağlılığını sübut et-
məkdədir» [37. 19]. 
Aljira  Topalova  Azərbaycan  təzkirələrinin  inkiĢaf  tarixinə 
nəzər saldıqda belə nəticəyə gəlir ki, Füzulidən sonra Azərbaycan 
poeziyası  Saib  Təbrizi,  Qövsi  Təbrizi  pillələri  ilə  get-gedə  nisbi 
tənəzzülə  uğradığı  kimi,  Sadiqidən  sonra  da  Azərbaycan 
təzkirəçiliyi  Lütfəli  bəy  Azər  Beqdeli pilləsi ilə enməklə ta  XIX 
əsrin son rübünə qədər bir durgunluq dövrü keçirməkdədir» [89. 
31].  Doğrudur,  Azərbaycan  təzkirəçiliyinin tədqiqi  tarixinə nəzər 
saldıqda  Sadiq  bəy  Sadiqidən  sonra  bu  xronoloji  zəncirin  XVIII 
əsrə  qədər  qırıldığını  görürük.  XVII-XVIII  əsr  təzkirələri 
haqqında  hələlik  isə  məlumatı  yalnız  Məhəmmədəli  Tərbiyətin 
«DaniĢməndani-Azərbaycan» təzkirəsindən ala bilirik. 
«Nəzmi-güzide» - Bu təzkirə haqqında Məhəmmədəli Tər-
biyət  yazır: «Xacə Məhəmməd h.q. 1036 (1626) - cı ildə Ģairlərin 
tərcümeyi-halı haqqında «Nəzmi-guzidi» adlı qısa bir təzkirə yaz-
mıĢdır. O, bu təzkirədə Ģeir növlərindən ancaq qəzəlləri və rübailə-
ri vermiĢdir» [2.    242]. 
Nazim  Xacə  Məhəmməd  Sadiq  Təbrizin  söz  ustalarından-
dır. O, Ġsfahanın Abbasabad məhəlləsində yaĢayan və orada oxu-
yub  boya-baĢa  çatan  təbrizlilərdən  olmuĢdur.  Xacə  Məhəmməd 
Sadiq Məkkə ziyarətinə gedib orada guĢəniĢin olmuĢdur. O, Mək-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə