Азярбайъан милли елмляр аккадемийасы низами адына ядябиййат институту



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix07.08.2018
ölçüsü1,03 Mb.
#61005
  1   2   3   4   5   6   7   8   9   ...   37


VÜQAR ƏHMƏD
Şeyx Məhəmməd Xiyabani
«Müəllim» nəşriyyatı
B a k ı – 2010


2
Elmi redaktor: Teymur ƏHMƏDOV
filologiya elmləri doktoru, professor
Ön söz müəllifi və rəyçi: Elman QULİYEV
filologiya elmləri doktoru, professor
Rəyçi: Əkrəm RƏHİMLİ (Bije)
Azərbaycan MEA Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi
Vüqar Mikayıl oğlu Əhməd. Ş.M.Xiyabaninin həyatı, mühiti və
ədəbi fəaliyyəti. Monoqrafiya. Bakı, «Müəllim» nəşriyyatı, 2010.


3
M Ü N D Ə R İ C A T
Xiyabanişünaslığa yeni bir töhfə. E.Quliyev………................................. 4
Həyatı və mühiti ……………................................................................ 8
Ədəbi fəaliyyəti ………………........................................................... 49
Xiyabani və din ……………………….................................................. 59
Nəticə ……………………………........................................................ 94
İstifadə olunmuş ədəbiyyat ………………………….............................. 96
Ş.M.Xiyabani. Azərbaycan və Azərbaycanın demokratik qüvvələri ….. 100


4
ANNOTASIYA
İstedadlı alim, tanınmış  şair,  filologiya  elmləri  doktoru,  professor  Vüqar
Əhmədin  “Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti” adlı
monoqrafiyasında ictimai xadim, siyasətçi, alim, publisist Ş.M.Xiyabani haqqında
adından da görüldüyü kimi ilk fundamental tədqiqat əsəridir. Onun həyatı, siyasi
fəaliyyəti haqqında müəyyən araşdırmalar aparılsa da Xiyabaninin ictimai, siyasi
fəaliyyəti,  fəlsəfi  görüşləri,  publisistikası,  ümumiyyətlə layiqincə öyrənilməmiş,
ətraflı tədqiq və təhlil edilməmişdir.
Tədqiqatda Q.Məmmədli, Ş.Tağıyeva, eləcə də rus alimləri A.Vinoqradov,
Q.İlyinskinin  Xiyabani  haqqında  fikirlərinə münasibət  bildirilmiş,  onların  bu
sahədə tədqiqləri  dəyərləndirilmişdir.  O  cümlədən  ilk  dəfə olaraq  fars  dilində
yazılmış  İran  alimlərindən Əli  Azərinin, Əhməd  Kəsrəvinin  Xiyabani  haqqında,
onun  dərin  zəkası,  böyük  nüfuzu,  nurlu  siması,  savadı,  böyük  şəxsiyyəti  barədə
kəlamlar  müəllif  tərəfindən  dilimizə tərcümə edilərək  münasibət  bildirilməklə
onlara istinad edilmişdir.
Tədqiqatda  ilk  dəfə olaraq  Xiyabaninin ədəbi  fəaliyyəti,  redaktorluğu,
publisistikası, publisistikasının mövzu dairəsi və bədii xüsusiyyətləri, nitqləri, dinə
münasibəti və.s. təhlil süzgəcindən keçirilmişdir.
Araşdırmada  həyatı,  mühiti,  uşaqlıq  və gənclik  illəri,  ictimai  fəaliyyəti  də
işıqlandırılmış və onun ədəbiyyatımızda bədii obrazı barədə də söhbət açılmışdır.
Tədqiqatçı bu  qənaətə gəlir  ki, ədəbi  fikir  tariximizin  layiqli  simalarından
olan Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyətinin öyrənilməsi, onun çoxsahəli
fəaliyyətini,  beləliklə ədəbi-ictimai  fikir  tarixində böyük  xidmətlərini  hərtərəfli
aşkara  çıxarır. Monoqrafiyadan  tarixçi və filoloq  alimlər, dissertant, magistr və
tələbələr faydalana bilərlər.
Ümumiyyətlə, əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


5
XIYABANIŞÜNASLIĞA YENI BIR TÖHFƏ
Kəndimizi (Lerik rayonu Zuvand mahalının Kələxan kəndi) üzük qaşı kimi
əhatə edən dağlar mənim üçün adi deyildir. Mən bu dağların təxminən bir qədər
hündürlüklərində torpağın bağrına sancılmış sərhəd dirəkləri yaxınlığından
«nəhəng yumurtaya bənzəyən Savalana», kəndimizin bir addımlığında yerləşən
Ərdəbil şəhərinə, ayrı düşmüş elimizin insanlarına «sayıq sovet sərhədçiləri»nin
nəzarətindən ehtiyat edə-edə tamaşa etmiş və özümdən asılı olmayan qəribə hisslər
keçirmişəm.  (Görkəmli Azərbaycan yazıçısı M.İbrahimovun xatirəsinə həsr
etdiyim «Xalqın böyük oğlu» adlı məqaləmdə bu barədə ətraflı bəhs açmışam.)
Təxminən 5-6-cı sinif şagirdinin keçirdiyi həmin qəribə hisslər sonralar
«böyüyə-böyüyə» tamamilə başqa yön aldı və mənim içimdə parçalanmış
Azərbaycan dərdi şəklində bir kədərə çevrildi. Açığını desəm, məndə
Azərbaycanın «şimal» və «cənub» tarixi ədalətsizlik bölümünə baş qaldıran etiraz
və barışmazlıq hissinin mayasında uşaqlıq dövrümün müşahidələri dayanır. Və
görünür, uşaqlıq müşahidələri ruhumda elə təsirlər oyatmışdır ki, bu müşahidələr
özümdən asılı olmayaraq gələcəkdə cənub mövzusu ilə bağlı tədqiqat aparmaq
ehtiyacının təməlində dayanmışdır. M.Şəhriyar, M.İbrahimov, Əli Tudə, S.Tahir
yaradıcılıqlarına müraciətimin əsasında da, görünür, bu təsir istisna deyil (Sonuncu
3 sənətkarın Cənubla müəyyən bağlılığını nəzərdə tuturam). Ona görə də mənim
Cənubi Azərbaycanın hər hansı bir ictimai-siyasi və ədəbi hadisəsi ilə bağlı
materiallara müraciət və marağım təbiidir. İstedadlı şair və alim dostum Vüqar
Əhməd mənə Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış
görkəmli ictimai-siyasi xadim Şeyx Məhəmməd Xiyabaninin dövrü, həyatı,
mühiti, yaradıcılığı və s. özündə əks etdirən «Şeyx Məhəmməd Xiyabani» adlı
tədqiqat əsərinin əlyazmasını oxuyub rəy yazmaq üçün təqdim edəndə heç bir
tərəddüd etmədən buna razılıq verdim. Bir tərəfdən müəllifin şəxsiyyətinə olan
hörmətim, digər tərəfdən problemin doğmalığı məni qərarımda israrlı etdi.


6
Müəllifin problemə bir ədəbiyyatşünas alim kimi yanaşması hər şeydən
əvvəl mövzuya yaxından bələdçiliyi və elmi-nəzəri düşüncəsinin yüksəkliyi ilə sıx
bağlıdır. Vüqar Əhmədin Seyid Cəfər Pişəvəri irsinin öyrənilməsində göstərdiyi
xidmətlər elmi ictimaiyyətə yaxından bəllidir.  «Şeyx Məhəmməd Xiyabani»
monoqrafiyasında Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər və bu
proseslərin önündə gedən Şeyx Məhəmməd Xiyabani hərəkatı, onun
publisistikasının mövzu dairəsi konkret faktlar əsasında tədqiq edilmiş, bu günkü
oxucunu razı sala biləcək səviyyədə diqqətə çatdırılmışdır. Əsərlə tanışlıq bir daha
onu təsdiqləyir ki, Vüqar Əhməd həm Xiyabaninin həyat və fəaliyyətinə, həm də
onun haqqında yazılmış tədqiqlərə yaxından bələddir. Müəllifin Şeyx Məhəmməd
Xiyabani ilə bağlı Q.Məmmədlinin, A.A.Vinaqradovun, Q.Q.İlyinskinin,
Q.Kəndlinin, Ş.Tağıyevanın və başqalarının yazdıqları əsərlərdən bəhs açması, bu
fikirlərin Xiyabanişünaslıq tarixindəki yeri və s. məsələlərə toxunması onun bu
problemin dərinliyinə enib fikir söyləmək bacarığını təsdiqləyir. Eyni zamanda
Vüqar Əhmədin Şeyx Məhəmməd Xiyabaninin həyati detallarını bütün
təfərrüatları ilə təqdim etməsi və ictimai-siyasi proseslərin Xiyabani
dünyagörüşünə təsiri, onun bir inqilabçı kimi yetişməsində rolu məsələlərinə
münasibəti bu bacarığın məntiqi davamına çevrilir.
Vüqar Əhmədin əsərdə Səttarxan hərəkatından geniş kontekstdə bəhs açması
kitaba əlavə bir hissə kimi daxil olmur, əksinə Xiyabani hərəkatının tarixi qaynağı
və bu hərəkatı doğuran ictimai-siyasi rejimə qarşı davamlı mübarizənin tarixi
qanunauyğunluq hissəsi kimi qiymətini alır. Əsərdə müəllif Xiyabani hərəkatının
siyasi qaynaqları ilə yanaşı, onun ədəbi fikir qaynaqlarından da bəhs açır.
Müəllif əsərdə Xiyabaninin Mirzə Fətəli Axundzadə bədii irsindən bəhrələnməsi,
ədəbi fəaliyyətində bunlardan istifadə etməsi və s. məsələlərə yer ayırır. Bu
mənada Xiyabaninin ədəbi-bədii düşüncəsində humanizm, xəlqilik, maarifçilik,
həyata tənqidi münasibət, yenilikçilik və s. kimi ideyalara yer verməsi onun
fikirlərinin məhz Mirzə Fətəli Axundzadə görüşləri ilə əlaqələnməsinə xidmət edir.
Prof. Vüqar Əhməd «Şeyx Məhəmməd Xiyabani» əsərində Xiyabanini təkcə
inqilabçı kimi təqdim etmir, onun publisistikasından bəhs açaraq ədəbi düşüncə


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə