Азярбайъан республикасы мядяниййят вя туризм назирлийи м. Ф. Ахундов адына



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17915
1   2   3   4   5   6   7   8   9   ...   60

 
17
1918, 4 avqust – İlk  ingilis qoşun dəstəsinin Bakıya 
gəlməsi 
1918, 28 avqust – Azərbaycan dilinin tədris edilməsi 
haqqında Nazirlər Şurasının qərarı 
1918, 4 sentyabr – İngilis qoşunlarının Bakını  tərk 
etməsi 
1918, 15 sentyabr – Qafqaz İslam Ordusunun Bakı 
şəhərini azad etməsi 
1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda 
fəaliyyətə başlaması 
1918, 5 oktyabr – Azərbaycan hökumətinin neft səna-
yesinin dövlətsizləşdirilməsi haqqında qərarı 
1918, 18 oktyabr – Bakı  şəhərində “Türk Ocağı” 
cəmiyyətinin yaranması 
1918, 30 oktyabr – Türkiyə  və Antanta  ölkələri 
arasında  Mudros müqaviləsinin imzalanması 
1918, 1 noyabr – Hərbi Nazirliyin təsis edilməsi 
1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət 
Bayrağı haqqında qanunun qəbul edilməsi 
1918, 16 noyabr – Azərbaycan Milli Şurasının bərpası; 
Qori seminariyasının Azərbaycan bölməsinin Qazağa köçü-
rülməsi 
1918, 17 noyabr – General Tomsonun başçılıq etdiyi 
ingilis qoşunlarının Mudros müqaviləsinə 
əsasən 
Azərbaycana daxil olması 
1918, 20 noyabr – Azərbaycan Cümhuriyyəti 
Parlamenti haqqında qanunun qəbulu 
1918, 29 noyabr – Xəzər Donanması ticarət gəmiləri-
nin ingilis komandanlığının ixtiyarına keçməsi, “İngilis 
dəniz nəqliyyatı”nın yaranması 
1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti 
Parlamentinin açılışı  


 
18
1918, 26 dekabr – F. Xoyskinin başçılığı ilə III 
Hökumət Kabinetinin təşkili; Gürcüstan və Azərbaycan 
arasında tranzit müqaviləsinin bağlanması 
1918, 28 dekabr – Azərbaycan Cümhuriyyəti 
hökumətinin tanınması haqqında Bakı general-qubernatoru 
Tomsonun deklarasiyası 
1919, 15 yanvar – Qarabağ general-qubernatorluğu-
nun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı 
Qüvvələri Baş Qərargahının təşkili 
1919, 4 fevral – Parlamentin Aqrar Komissiyasının 
təşkili 
1919, 25 fevral – F.Xoyskinin III Hökumət Kabineti-
nin istefası 
1919, 5 aprel – Hərbi Nazirliyin Bakıya köçürülməsi 
1919, 14 aprel – Azərbaycan Cümhuriyyəti Parlamen-
tinin N.Yusifbəyli başda olmaqla IV Hökumət Kabinetini 
təsdiq etməsi 
1919,  28 may – Azərbaycan nümayəndə heyətinin 
Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşü 
1919, 29 may – Cənubi Qafqaz Respublikalarının 
Tiflis kohfransının keçirilməsi 
1919, 31 may – Arbitraj orqanının yaradılması 
haqqında hökumətin qərar qəbul etməsi 
1919, 11 iyun – Hökumətin Dövlət Müdafiə 
Komitəsinin təşkili haqqında qərar qəbul etməsi; Dövlət 
Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti 
ərazisində hərbi vəziyyət elan edilməsi 
1919, 13 iyun – Paris Sülh Konfransında Kolçakın 
Rusiya  ərazisində ali hakimiyyətinin tanınması haqqında 
sənədin qəbul edilməsi; Azərbaycan, Gürcüstan, Şimali 
Qafqaz, Belarusiya Ukrayna, Estoniya və Latviya 
nümayəndələrinin buna etiraz etməsi 
1919, 13 iyun – İngilislərə qarşı Bakıda nümayişlərin 
keçirilməsi  


 
19
1919, 16 iyun – Azərbaycan-Gürcüstan arasında hərbi 
müdafiə aktının imzalanması 
1919, 27 iyun – Ərazi bütövlüyünü birgə qorumaq 
haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlamentin 
təsdiq etməsi 
1919, 6 avqust – General Tomsonun  Xəzər  Hərbi 
Donanmasını Denikinin könüllülər ordusuna vermək barədə 
sərəncam imzalaması 
1919, 11 avqust – Cümhuriyyət Parlamentinin 
Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi 
1919, 24 avqust – İngilislərin Bakını  tərk etməyə 
başlamaları 
1919, 24 avqust – Azərbaycan Dövlət Bankının 
yaradılması haqqında qanun qəbul edilməsi 
1919, 1 sentyabr – Bakı Dövlət Universitetinin 
açılması haqqında qanun qəbul edilməsi 
1919, 13 sentyabr – Baş nazir N.Yusifbəylinin IV 
Hökumətin Sədri vəzifəsindən istefası 
1919, 25 oktyabr – Azərbaycan Dövlət Bankının 
açılışı 
1919, 23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan 
tərəfləri arasında baş verən bütün münaqişələrə son 
qoyulması  və  sərhəd məsələsinin sülh yolu ilə  həll 
edilməsini nəzərdə tutan müqavilənin imzalanması 
1919, 2-11 dekabr –  Türk Ədəmi-Mərkəziyyət 
Müsavat partiyasının II qurultayı 
1919, 22 dekabr – Parlamentin N.Yusifbəylinin 
başçılığı ilə V Hökumət Kabiheti tərkibini təsdiq etməsi 
1920, 2 yanvar – Sovet Rusiyasının Denikinə qarşı 
birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan 
Cümhuriyyətinə birinci dəfə nota verməsi 
1920, 11 yanvar – Azərbaycanın müstəqilliyini Paris 
Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması 


 
20
1920, 14 yanvar – F.Xoyskinin Rusiyanın Denikinlə 
mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə 
cavab notası verməsi 
1920, yanvar – Paris Sülh Konfransının Azərbaycan 
Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul 
etməsi 
1920, 23 yanvar – Q.Çişerinin Azərbaycan hökumə-
tini Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham 
edən ikinci notasının verilməsi 
1920, 18 fevral – M.Hacınskinin Daxili İşlər naziri 
vəzifəsindən istefa verməsi 
1920, 20 mart – Azərbaycan-İran müqaviləsinin 
bağlanması; Bu müqaviləyə  əsasən Azərbaycanın  İran 
tərəfindən de-yure tanınması 
1920, 23 mart – Əkin və  Əkinçilik naziri 
Ə.C.Pepinovun istefa verməsi 
1920, 23 mart – Azərbaycan və Gürcüstan arasında 
ticarət müqaviləsinin imzalanması 
1920, 9 aprel – Poçt və Teleqraf naziri sosialist 
C.Hacınskinin istefa verməsi 
1920, 15 aprel – F.Xoyskinin Q.Çiçerinə Rusiya 
qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə 
bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən notası 
1920, 27 aprel – XI Qızıl Ordunun Azərbaycan Xalq 
Cumhuriyyəti ərazisinə daxil olması 
1920, 28 aprel – Azərbaycan Cümhuriyyəti Parlamenti 
tərəfindən Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona 
təhvil verməsi haqqında ultimatumunu qəbul etməsi.* 
 
 
 
 
*Qeyd: Azərbaycan tarixi. Yeddi cilddə. V cild.- B., 
2001.   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə