Азярбайъан республикасы мядяниййят вя туризм назирлийи м. Ф. Ахундов адына



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/60
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17915
1   2   3   4   5   6   7   8   9   10   ...   60

 
29
dos.  Ə.Tağıyev.- B.: Azərbaycan Respublkası  Ədliyyə 
Nazirliyinin mətbəəsi, 1994.- 48 s. 
Kitabda “Böyük Ermənistan” yaratmaq xülyası ilə türk 
mənşəli  əhaliyə qarşı ermənilərin gizli və açıq soyqırımı 
siyasəti haqqında  məlumat verilmişdir. 
36. Rəsulzadə, M. Bolşeviklərin  Şərq siyasəti 
/Hazırlayan Asif Rüstəmli.- B.: Sabah, 1994.- 134 s. 
Kitabda 20-ci illərin ortalarında bolşeviklərin daxili və 
xarici siyasətindən, milli məsələyə münasibətindən söhbət 
açılır. 
1995 
 
37. Həmidova,  İ.  Azərbaycan Demokratik Respub-
likasının milli siyasətinin nəzəri problemləri /Elmi red. 
fəlsəfə elmləri dok. Şükürov Ağayar.- B.,1995.- 101(1) s. 
Kitabda Azərbaycan Demokratik  Respublikasının 
milli dövlət quruculuğu prinsiplərini tətbiq etməsi cəhdləri, 
iqtisadi müstəqillik uğrunda mübarizənin çətinliyi 
verilmişdir. 
38. Məhərrəm, N. Daşnaksutyun və Azərbaycanın 
taleyi /Red. Şarvan Ağayev.- B.: Azərbaycan, 1995.- 95 s.  
Kitabda erməni “Daşnaksutyun” partiyasının illər boyu 
apardığı boş və mənasız siyasətin “dənizdən-dənizə” cəfəng 
ideyası, bütün türk  dünyasına qarşı  şovinist təbliğatı, 
ermənilərin murdar siyasəti işıqlandırılır. 
 
1996 
 
39. Hacıyev, H. İstiqlalın əzablı yolu. Azərbaycan De-
mokratik Respublikası  tarixinin bəzi səhifələri.- B.: Boz 
oğuz, Nicat, 1996.- 165 s.  
Kitaba daxil olan publisistik məqalələrdə Azərbaycan 
Demokratik Respublikasının yaranma tarixindən, 


 
30
fəaliyyətindən, xalqımızın istiqlal uğrunda mübarizəsindən, 
dövrün xadimlərinin mücadiləsindən bəhs olunur. 
40. İbrahimov, X. Azərbaycan siyasi mühacirəti: 
(1920-1991) /Elmi red. Seyfəddin Qəndilov.- B.: Elm, 
1996.- 304 (3) s.  (Azərbaycan tarixi ser.:2) 
Monoqrafiyada 1920-ci il 27 aprel istilasından sonra 
Azərbaycan Demokratik Respublikasının ictimai-siyasi 
xadimlərinin xaricdəki mühacirət həyatından bəhs olunur. 
41. Məmmədov, X. Azərbaycan Milli hərəkatı: (1875-
1918-ci illər) /Elmi red. Seyfəddin Qəndilov.- B.: Sabah, 
1996.- 174 (2) s. 
Monoqrafiyada XIX əsrin sonu, XX əsrin əvvəllərində 
Azərbaycan milli hərəkatının sosial-iqtisadi və siyasi təməli, 
maarifçilik hərəkatı və milli-mədəni inkşaf, 1-ci rus inqilabı 
və Azərbaycan milli-demokratik fikri, erməni-Azərbaycan 
münaqişəsi (1905-1906) və onun milli hərəkatın inkişafına 
təsiri, “Müsavat” partiyasının yaranması, 1918-ci ilin mart 
faciəsi, Azərbaycan milli hərəkatı tarixinin ilkin oyanış 
mərhələsindən müstəqil dövlət  quruculuğuna qədərki 
dövrləri öz əksini tapmışdır. 
42.  Mir Yaqub (Mehdizadə). Qafqazın problemləri 
/Red.Vasif Quliyev; Fransızcadan tərcümə ed. Əziz 
Gözəlsoy.- B.: Azərbaycan, 1996.- 103 (1) s. 
Kitabda Qafqazın Rusiya tərəfindən işğalı,  Şimali 
Qafqazda milli hərəkat, erməni məsələsi, Milli 
respublikaların yaranması, Qafqaz respublikalarının 
müstəqilliyinin tanınması haqqında məlumat verilir. 
43. Musayev,  İ. Azərbaycanın Naxşıvan və Zəngəzur 
bölgələrində siyasi vəziyyət və xarici dövlətlərin siyasəti: 
(1917-1921-ci illər) /El.red. A.Hacıyeva; Rəy. pr. 
C.Həsənov.- B.: BDU, 1996.- 328 s.  
Monoqrafiyada ermənilərin ərazi iddiaları, Türkiyənin 
mahallara siyasi-hərbi yardımı, Zəngəzurun bir hissəsinin 
Ermənistana verilməsi (bağışlanması) prosesi verilmişdir. 


 
31
44. Nəsibzadə, N. Azərbaycanın xarici siyasəti (1918-
1920) /Rəyçilər D. Qüdrətov və b.- B.: Ay-Ulduz, 1996.- 
302 (2) s. 
Monoqrafiyada ADR-in xarici siyasətinin  əsas 
prinsipləri verilmişdir. 
 
1997 
 
45. Dəmirov, M. Azərbaycan prokurorluğu: Tarix və 
müasirlik /Rəyçi hüq. elmləri dok., prof. Ç.H.Mövsümov; 
Azərbaycan Respublikasının Baş Prokuroru, hüquq elmləri 
nam. E.Həsənov.- B.: Azərnəşr, 1997.- 171(21) s. 
Kitabda ADR-in prokurorluq-istintaq orqanlarının 
təşkılı və strukturu, Azərbaycan prokurorluğunun rəhbərləri 
haqqında məlumat verilmişdir.  
46. Nəsrəddin Tusi adına  Azərbaycan Dövlət 
Pedaqoji Universitetinin, Şamaxı filialının və Azərbaycan 
tarix qurumunun Azərbaycan Cümhuriyyətinin 
yaranmasının 79-cu ildönümünə  həsr olunmuş birgə elmi 
konfransın materialları. /Elmi red. filologiya elmləri dok., 
prof. Vaqif  Arzumanlı; Ön sözün müəllifi Kamil 
Nərimanoğlu.- B.: Elm, 1997.- 131 (1) s. 
Konfrans 1997-ci il 31may 1 iyunda Şamaxı şəhərində 
keçirilmiş, konfrans materialları Azərbaycan tarixinin 
müxtəlif dövrlərini əhatə etmişdir. 
47. Rəsulzadə M. Mühafizəkar və ya sosialist- 
mühafizəkar partiyaların tənqidi /Farscadan tərc. edəni fil. 
elm. dok., prof. Səqəfi (Hatəmi).- B.: Diplomat, 1997.- 36 
(4) s. 
Kitabda  sosialist partiyaların  qayə  və  məqsədləri, 
mühafizəkarların elmi-nəzəri baxışları, xalqın  sosial-ədalət 
istəyi və arzusuna qarşı cevrilmiş meyl və  hərəkətlərin 
tənqidi   M. Ə.Rəsulzadənin 1909-1911-ci illər  İran dövrü 
fəaliyyəti verilmişdir. 


 
32
1998 
 
48. Azərbaycan Cümhuriyyəti (1918 -1920)  /Red. 
heyəti F. Maqsudov, İ. Əliyev və b.- B.: Elm, 1998.- 336 s. 
Kitabda XX əsr Azərbaycan milli hərəkatının 
təşəkkülünün 
əsas mərhələləri, gənc Azərbaycan 
Cümhuriyyətinin müxtəlif sahələrdə apardığı  fəaliyyəti, 
süqutunun səbəbləri, tarixi əhəmiyyəti elmi şəkildə 
araşdırılmışdır. 
49. Azərbaycan Xalq Cümhuriyyəti  (1918-1920): 
(1998-ci il mayın 12-13-də Azərbaycan Dövlət Dillər İnsti-
tutunda Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik 
yubileyinə həsr edilmiş elmi-nəzəri konfransın materialları) 
/Elmi red. fəlsəfə el. dok., professor Quliyev Qorxmaz, tarix 
el. dok., professor Məmmədli Mahal.- B.: Gənclik, 1998.- 
73 s.  
50. Azərbaycan Xalq Cümhuriyyəti  (1918-1920): 
Parlament (Stenoqrafik  hesabatlar.) /Azərbaycan Xalq 
Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət 
Komissiyası, Azərbaycan Respublikası Nazirlər Kabineti 
yanında Baş Arxiv İdarəsi: 2 cilddə.- B.: Azərbaycan, 1998.- 
C. I.- 976 s; C. II.-991(1) s. 
51. Azərbaycan Xalq Cümhuriyyəti (Ədəbiyyat, dil, 
mədəniyyət quruculuğu) /Məs. redaktor Yaşar Qarayev.- B.: 
Elm, 1998. - 298 (1) s. 
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə 
ədəbiyyat, dil, mədəniyyət quruculuğu məsələləri ilk dəfə 
olaraq  sistemli elmi-monoqrafik tədqiq edilir. 
52. Azərbaycan Xalq Cümhuriyyəti  80: Gənc 
tədqiqatcıların məqalələr toplusu /Baş red. Y.M.Mah-
mudov.- B.: Bakı Universiteti nəşriyyatı, 1998.- 158 (2) s. 
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 80-illiyi 
münasibəti ilə tərtib olunmuş, məqalələrdə Azərbaycan Xalq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə