Азярбайъан республикасы мядяниййят вя туризм назирлийи м. Ф. Ахундов адына



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17915
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

 
33
Cümhuriyyət dövrünün tarixşünaslığı elmi faktlarla, 
sənədlərlə şərh olunur. 
53. Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasəti 
/Tərtib ed. və elmi red. Vaqif Arzumanlı.- B.: Qartal, 1998.- 
200 s. 
ADR-in 80 illiyi münasibətilə hazırlanmış kitaba 
əsasən Cümhuriyyətin milli siyasətini, dövlət quruculuğu 
məsələlərini, ilk demokratik dövlət qurumunun ictimai-
siyasi fəaliyyətinin bir sıra maraqlı  səhifələrini  əhatə edən 
araşdırmalar daxil edilmişdir. 
54. Azərbaycan tarixinin parlaq səhifələri. 
(Azərbaycan Xalq Cümhuriyyətinin 80-illiyinin keçirilməsi 
haqqında Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı).-B.: Azərbaycan, 1998.- 63 (1) s. 
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin 80 
illiyinin keçirilməsi  haqqında Azərbaycan Respublikasının 
Prezidenti H.Əliyevin Sərəncamı  və  “Bügünkü müstəqil  
dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli 
varisidir” adlı yubiley nitqi verilmişdir. 
55. Əliyarlı,  İ., Behbudov, T. Müstəqil Azərbaycan 
polisinin yaranması və fəaliyyəti (1918-1920-ci illər) /Elmi 
red. tarix elm. nam. Ataxan Paşayev.- B.: Qismət, 1998.- 
160 s. 
Kitabda ilkin  polis orqanlarının yaranması, inkişafı,  
tarixi rolu və  əhəmiyyətindən bəhs olunur. Görkəmli  
generallarımız və  şəxsiyyətlərimiz haqqında məlumatlar da 
verilir. 
56. Köcərli, T. İstiqlal və suverenlik /Red. Nahid 
Hacızadə.- B.: Diplomat, 1998. - 41(1) s.  
Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin xarici 
dövlətlərlə münasibətlərində Azərbaycanın ardıcıl və 
prinsipial mövqeyi əks olunmuşdur. 


 
34
57. Qasımov, C. Repressiyadan deportasiyaya doğru 
/Elmi red. və ön  sözün müəl. Yaşar Qarayev.- B.: 
Mütərcim, 1998.- 292 s. 
Müəllif 1905-1907, 1918-1920, 1948-1953, 1992-ci 
illərdə ermənilərin azərbaycanlılara qarşı repressiya və 
soyqırımı siyasətini göstərməyə çalışmışdır. 
58. Müstəqil Azərbaycan 80 il tarix səhnəsində 
(Sənədlər, məqalələr toplusu) /Tərtib edən Qalib Qurban 
İbrahimoğıu.- B.: “Vətən”, 1998.- 215 s. 
Kitabda ilk Demokratik  Azərbaycan Respublikasının 
elan edilməsi, xarici və daxili siyasəti verilmişdir. 
59. Nəsrəddin Tusi adına  Azərbaycan Dövlət 
Pedaqoji Universitetinin, Şamaxı filialının  II  ənənəvi elmi 
konfransının materialları: (Konfrans Azərbaycan 
Cümhuriyyətinin 80 illiyinə  həsr olunmuş  və 1998-ci ilin 
mayın 23-də  Şamaxı  şəhərində keçirilmişdir).- B.: Elm, 
1998.- 151 (1) s.  
Konfrans materiallarında Azərbaycan Xalq 
Cümhuriyyətinə qarşı  erməni terrorunun tarixi, 1920-ci ildə 
Azərbaycan istiqlalının itirilməsinin bəzi səbəbləri
Azərbaycan Demokratik Respublikasının mövzusunun 
tədrisi verilmişdir. 
60. Rəsulzadə M. Azərbaycan davası.- B.: Ay-Ulduz, 
1998.- 64 s. 
Kitabda  Rəsulzadənin mühacirətdəki  əsərləri; 
Azərbaycan davası; Milli Azərbaycan hərəkatınıın xarakteri; 
Azərbaycan dövlətinin böyük dövlətlər tərəfindən 
tanınması; “Amerikanın səsi” radiosu ilə Azərbaycan 
xalqına müraciətləri və s. verilmişdir. 
61. Seyidzadə, D. Azərbaycan XX əsrin əvvəllərində: 
Müstəqilliyə aparan yollar.- B.: Azərb. Res. Kitab cəm., 
1998.- 253 s. 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünü 
tədqiq edən bu kitabda Azərbaycanda cərəyan edən ictimai-


 
35
siyasi proseslərin geniş  mənzərəsi öz əksini tapmış, 
mükəmməl təhlil olunmuşdur. 
62. Süleymanov, M. Azərbaycan ordusu (1918-1920). 
/Elmi red. tarix elmləri dok., prof. Pərvin Darabadi.- B.: 
Hərbi nəşriyyat, 1998.- 487 (1) s. 
Kitab Cümhuriyyət ordusunun formalaşmasına, 
respublikanın 
ərazi bütövlüyü uğrunda yorulmaz 
mübarizəsinə həsr olunmuşdur. 
63. Topçubaşov,  Ə.  Paris məktubları: Azərbaycan 
Xalq Cümhuriyyəti Sülh nümayəndə heyəti sədrinin 
Azərbaycan hökumətinə  məlumatları (mart 1919-noyabr 
1919) /Tərtib və tərc.V. Quliyev.- B.: Azərnəşr, 1998.- 118 
(2) s. 
Kitabda  Əlimərdan bəy Topçubaşovun Azərbaycan 
Demokratik Respublikası hökumətinə ünvanlanmış  rəsmi 
məlumatları toplanmışdır. 
64. Vəkilov, R. Azərbaycan Respublikasının yaranma 
tarixi /Red. Ç. Quliyev.- B.: Elm, 1998.- 68 s. 
1918-1920-ci illərin fəal iştirakçılarından biri olmuş 
müəllif, 1916-cı ilin sonlarından 1919-cu ilin dekabrına 
qədər Rusiya və Zaqafqaziyadakı hadisələr fonunda 
Azərbaycan Respublikasının yaranma və formalaşma 
tarixini qısa şəkildə şərh etmişdir. 
 
1999 
 
65. Əbilov, Hacı Azər. Qafqaz İslam Ordusu 
Neftçalada (1918-ci il).- B.: Yurd, 1999.- 43 s. 
Kitabda 1918-ci ildə Azərbaycanın xilası üçün gələn 
türk qoşunlarının Neftçaladakı döyüşlərindən və 11 türk 
əsgərinin şəhid olmasından bəhs olunur. 
66.  Qasımov, C.  Yaddaşın bərpası [AXC-nin və 
onun təhlükəsizlik orqanlarının yaradılması 
və 
Azərbaycanın zorla bolşevikləşdirilməsi və ona qarşı 


 
36
mübarizə haqqında] /Elmi red. Yaşar Qarayev.- B.: 
Mütərcim, 1999.- 256 s. 
67. Nəzirli,  Ş.  Arxivlərin sirri açılır /Red. Rəşid 
Faxralı; Rəyçi polkovnik Çingiz Məmmədov.- B.: Elm, 
1999.- 414 s.  
Kitabda xalqımızın hərb tarixindən səhifələr, sərkərdə 
və generallarımızın – S.Mehmandarovun, Ə.Şıxlinskinin, 
Ş.Əsədullayevin döyüş və ömür yolları verilir. 
68. Osmanlı, H. Şimal sərhədləri və Bakı rayonunun 
müdafiəsi tarixində: (1918-1920-ci illər) /Elmi red. 
Əməkdar elm xadimi Seyfəddin Qəndilov.- B.: “Aytac”, 
1999.- 123 (4) s. 
Kitabda Azərbaycan hökumətinin ilkin hərbi-siyasi 
addımlarından, milli-hərbi hissələrin  Şimal sərhədlərini, 
Bakı rayonunun müdafiəsi, bolşevik təhlükəsi və hücumu ilə 
əlaqədar həyata keçirildiyi tədbirlərdən söz açılır. 
69. Süleymanov, M. Nuru Paşa: (Sənədli oçerklər) 
/Red. Rəşid Faxralı.- B.: Hərbi nəşriyyat, 1999.- 142 (2)s. 
Kitabda XX əsrin  əvvəllərində Azərbaycan-Türkiyə 
hərbi  əməkdaşlığının zirvəsi kimi turk qoşun hissələrinin 
Azərbaycana yardımından və burada Nuru Paşanın 
komandanlığı altında Qafqaz İslam Ordusunun təşkilindən 
bəhs olunur. 
70. Süleymanova, S. Azərbaycanda ictimai-siyasi 
hərəkat (XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəlləri.) 
/Elmi red. Əməkdar elm xadimi Seyfəddin Qəndilov; Rəyçi 
tarix elmləri doktoru İ.M.Musayev.- B.: Azərb. Döv. Kitab 
Palatası, 1999.-419 (3) s. 
Kitabda XIX əsrin sonu, XX əsrin  əvvəllərində 
Azərbaycanda ictimai-siyasi hərəkatın yaranması  və 
inkişafı, onun xüsusiyyətləri, islamçılıq, türkçülük, 
liberalizm, sosializm cərəyanları,  milli azadlıq hərəkatı  və 
milli partiyaların fəaliyyəti əks edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə