Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 159,18 Kb.
tarix01.11.2017
ölçüsü159,18 Kb.
#7837


ALİ İXTİSAS TƏHSİLİNİN




D Ö V L Ə T S T A N D A R T I




Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan
M İ N İ M U M D Ö V L Ə T T Ə L Ə B L Ə R İ

İstiqamətin şifri və adı: «HS040000-DİLŞÜNASLIQ»
İxtisasın şifri və adı: «HS040300-Tərcümə(Dillər üzrə)»

BAKI – 2006

I. HS040000 – Dilşünaslıq istiqamətinin ümumi xarakteristikası.

    1. «HS040000-Dilşünaslıq» istiqaməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 1997-ci il tarixli, 04 saylı qərarı ilə təsdiq edilmişdir.

    2. Əyani formada təhsil proqramının mənimsənilməsinin normativ müddəti 4,0 ildir.

    3. Bakalavriat ali təhsilin birinci pilləsidir.

Məzuna verilən akademik dərəcə: «Dilşünaslıq bakalavrı», ixtisas dərəcəsi: «Tərcüməçi», «Dilşünas (Linqvistika ixtisası üçün)».


    1. Dilşünaslıq bakalavrı;

- Fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də istiqamət (ixtisas) üzrə magistraturada təhsil almağa hazır olmalıdır.

    1. Bakalavrın peşə fəaliyyətinin əsas sahələri:

- Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s.

- Mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələri (ali məktəblərdə elmi, elmi-pedaqoci fəaliyyət sahələri istisna olmaqla).


2. HS-040000 Dilşünaslıq istiqaməti üzrə bakalavr hazırlığını başa vurmuş məzunun hazırlıq və bilik səviyyəsinə qoyulan tələblər.

2.1. Ümumi hazırlığa qoyulan tələblər.

Bakalavr:

- İlk növbədə ixtisas dilini/dillərini, onun/onlarIn şifahi və yazılı nitq praktikasını, həmin dilin/dillərin praktik (normativ) fonetikasını və qrammatikasını mükəmməl öyrənməlidir;

- Azərbaycan tarixi və Azərbaycan dili (Rus bölməsində) kurslarını mənimsəməlidir;

- Tərcüməşünaslıq - Tərcümə nəzəriyyəsi, peşəkar tərcümənin əsasları, tərcümə fəaliyyətinin psixoloci əsasları, sənədləşmə və terminologiya, ölkəşünaslıq kimi kursların vasitəsilə lazımi nəzəri bilik və məlumat əldə etməlidir;

- Dilşünaslıq fənnlərini - Müqayisəli, tipoloci dilçilik, dilçiliyə giriş, müqayisəli qrammatika, müqayisəli leksikologiya, müqayisəli üslubiyyat kurslarının köməyi ilə ixtisas və ana dillərinin fərqli və oxşar cəhətlərini öyrənməklə tərcüməçilik fəaliyyətinə dilşünaslıq baxımından hazır olmalıdır;

- Tərcüməçilik fəaliyyətinə praktik cəhətdən hazır olmaq üçün yazılı və şifahi tərcümənin, bədii tərcümənin, sahələr üzrə xüsusi tərcümənin, kompyuter tərcümə proqramlarının sirlərini bilməlidir;

- Həm ixtisas ölkəsinin ədəbiyyatına, həm də Azərbaycan ədəbiyyatına aid kursları mənimsəməlidir;

- Seçim əsasında xarici dillərdən birinin fonetik, qrammatik və leksik xüsusiyyətlərinin öyrənməli, minimum söz ehtiyatına sahib olmalı, sadə nitq (şifahi və yazılı) bacarıq və vərdişlərini əldə etməlidir;

- Mətn tərtib etmək, akademik yazı və oxu qaydalarını öyrənərək tətbiq etmək, funksional yazı üslublarını öyrənmək üçün lazımi kurslar keçməlidir.



2.2. Fənlər üzrə bilik və bacarıqlara olan tələblər.

2.2.1. Humanitar fənlər üzrə.

Bakalavr:

- Azərbaycan tarixi fənnini dərindən mənimsəməli, onlarda Azərbaycan xalqının keçdiyi tarixi yol və gerçəkliklər haqqında faktoloci və nəzəri biliklər əsasında obyektiv fikir söyləmək, diskussiya aparmaq vərdişi və bacarığına malik olmalıdır. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, tarixi şəxsiyyətlərin bu mübarizədə rolu, Azərbaycan tarixinin dövrləri, onun mənbələri, Azərbaycan tarixinin öyrənilməsinin metodu və metodologiyası haqqında biliklərə yiyələnməlidir.

- Azərbaycanın dövlət dili Azərbaycan dili olduğundan burada yaşayan hər bir vətəndaşın Azərbaycan dilini bilməsini dərk etməlidir. Təlimi rus dilində olan tələbələr Azərbaycan dili fənni vasitəsilə bu dilin əsaslarını mənimsəməli, eşidib-anlama vərdişlərinə yiyələnməli, ünsiyyət bacarığı əldə etməlidir.

- İxtisas dilindən əlavə bir xarici dilin mənimsənilməli və bilməlidir

- Seçmə yolu ilə sosial-iqtisadi fənləri öyrənməlidir.



2.2.2. İstiqamətin və ya ixtisasın ümumpeşə hazırlığı fənləri üzrə:

Bakalavr:

-İxtisas dili, onun yazılı və şifahi nitq praktikası praktik fonetikası və qrammatikası fənləri keçərək lazımi bilik əldə etməli; 5000-ə qədər işlək söz ehtiyatına sahib olmalı, düzgün tələffüz vərdişi əldə etməli və qrammatik qaydaları öyrənməlidir.

-Xarici dildən ana dilinə və əksinə tərcümənin dilçilik baxımından düzgün həyata keçirilməsi üçün dilşünaslığa aid kursları – xarici dilin və ana dilinin müqayisəli qrammatikası, leksikologiyası və üslubiyyatına dair fənləri, eləcə də dilçiliyə giriş fənnini mənimsəyərək ümumpeşə hazırlığının nəzəri əsaslarına yiyələnməlidir.

-Ölkə ədəbiyyatı və Azərbaycan ədəbiyyatı fənlərinin tədrisi zamanı ədəbiyyat üzrə lazımi bilik əldə etməklə bərabər tərcümə ədəbiyyatı haqqında da geniş məlumat əldə etməlidir.

-Ölkəşünaslıq fənni üzrə ixtisas dili ölkəsinin mədəniyyəti, tarixi, adət-ənənələri, siyasi və sosial durumu və s. haqqında biliklər əldə etməlidir.

-Tərcümə prosesində tərəflərin psixoloci vəziyyəti, onun tərcüməyə təsiri, psixi baryerlər və onların aradan qaldırılması yollarını bilməlidir.

- «İnformatika və kompyuter texnologiyaları» fənninin tədrisi zamanı praktik kompyuter vərdişləri əldə etməklə bərabər, tərcümədə kompyuterdən istifadə məsələlərini də öyrəməlidir.

- Mətnin təhlili, mətnqurma, tənqidi düşüncə və təhlil məsələlərini xarici dildə və Ana dilində funksional yazı üslubları, siyasi, hüquqi, texniki, iqtisadi və s. sahələrə aid tərcümə kurslarını öz marağına uyğun olaraq seçim əsasında öyrənməlidir.

- «Bədii tərcümə» fənni üzrə ana dilindən xarici dilə və əksinə bədii tərcümənin xüsusiyyətlərini bilməli, müxtəlif canrlarda yazılmış bədii mətnlərdən praktik material kimi istifadə etməyi bacarmalıdır.

- «Peşəkar tərcümənin əsasları» fənni vasitəsilə tərcüməçilik peşəsinin xüsusiyyətlərini, peşəkar və qeyri-peşəkar tərcümənin bir-birindən fərqini tərcüməçinin cəmiyyətdə rolunu, tərcümə prosesinin tərkib hissələrini, tərcümənin növləri, tərcümə terminologiyasını, tərcümədə texniki vasitələrdən istifadə yollarını və s. öyrənməlidir.

- şifahi tərcümənin xüsusiyyətləri, tərcüməçi məsuliyyəti, xarici dildən ana dilinə və əksinə şifahi tərcümə imkanları, şifahi tərcümədə linqvistik və ekstralinqvistik faktorlar və s. Məsələləri öyrənməlidir.

2.2.3. İxtisas fənləri üzrə.

Bakalavr:

- «Tərcümə nəzəriyyəsi» fənni vasitəsilə tərcümənin nəzəri əsaslarını, onun elmi təsvirini, modelləşdirilməsini, tərcümədə ekvivalentlik və transformasiyalar problemini, sözün məna quruluşunun tərcümədə nəzərə alınması, leksik kateqoriyalar, frazeologiya və tərcümə, tərcümənin qrammatik, üslubi problemləri və s. məsələləri öyrənməlidir.

- «Sənədləşmə və terminologiya» fənnini mənimsəyərək terminologiya nəzəriyyəsinə, termin yaradıcılığına, terminlər bankına, sənədləşmə və terminlərin bu prosesdə roluna, terminlərin tərcüməsi məsələlərinə aid bilik əldə etməlidir.

- «Yazılı tərcümə praktikası» kursunu yerinə yetirərək, mətni təhlil etmək və qiymətləndirmək, ana dilində və xarici dildə yazılı ədəbi dil vərdişlərini inkişaf etdirmək, xarici dildə lüğət fondunun zənginləşdirmək, tərcüməçilik fəaliyyətinin praktik məsələlərini, tərcümənin üslubi və prakmatik problemlərini öyrənmək imkanı əldə edir, gələcək peşəkar tərcüməçi kimi bacarıq və vərdişlər əldə etməlidir.

- «Şifahi tərcümə praktikası» üzrə lazımi proqramı mənimsəyərək, ikitərəfli, ardıcıl və sinxron tərcümə üzrə bilik, bacarıq və vərdişlər əldə edir, şifahi tərcümənin problemləri, onların dilçilik baxımından izahı, stenoqrafiya və qeyd aparma təcrübəsi haqqında məlumatı olmalıdır.

2.2.4. Xüsusi fənlər üzrə.

Bu bloka daxil olan fənlərin tədrisində məqsəd tələbələrin fiziki sağlamlığını qorumaq, onlarda ilkin tibbi xidmət və yardım göstərmək üçün bilik və bacarıqları aşılamaq, həmçinin ekstremal şəraitdə davranış qaydalarını öyrətməkdir.



III. HS040000-Dilşünaslıq istiqaməti üzrə bakalavr hazırlığını təmin edən baza təhsili proqramının strukturu:



1. İndeks

2. Fənn bölümünün və fənlərin adı

3. Auditoriya saatlarının miqdarı

3285

HF – B00

HUMANİTAR FƏNLƏR

450

HF – B01

Azərbaycan tarixi

90

HF – B02

Azərbaycan dili (təlim rus dilində alanlar üçün)*

90

HF – B03

Xarici dil

180

HF – B04

Seçmə fənlər**

90

İÜHF-B00

İSTİQAMƏTİN (İXTİSASIN) ÜMUMPEŞƏ HAZIRLIĞI FƏNLƏRİ

2160

İÜHF-B01

İxtisas dili/dilləri/

780

İÜHF-B02

Akademik yazı və oxu

90

İÜHF-B03

Dilşünaslıq

300

İÜHF-B04

Ədəbiyyatşünaslıq

180

İÜHF-B05

Ölkəşünaslıq

60

İÜHF-B06

İnformatika və kompüter texnologiyası

60

İÜHF-B07

Tərcüməşünaslıq

390

İÜHF-B08

Seçmə fənlər

300

İF-B00

İXTİSAS FƏNLƏRİ

510

İF-B01

Seçmə fənlər

90

XF-B00

XÜSUSİ FƏNLƏR

165

XF-B01

Mülki müdafiə ***

45

XF-B02

Bədən tərbiyəsi

120

İstiqamət (ixtisas) üzrə ali təhsil proqramı aşağıdakı normalara uyğun tərtib edilmişdir.

Bakalavr təhsil proqramını mənimsəmək üçün ayrılan ümumi həftələr - 198

Nəzəri təlim üçün ayrılan həftələr – 115

Təcrübələr üçün ayrılan həftələr (ixtisasdan asılı olaraq) – 8****-18

İmtahan sessiyası üçün ayrılan həftələr – 32

Tətillər üçün ayrılan həftələr – 36

Buraxılış ihinin hazırlanması üçün – 5

Dövlət yekun attestasiyası üçün ayrılan həftələr – 2

____________________________________

* Azərbaycan bölməsində təhsil alanlar, öz arzuları ilə həmin saat həcmində ikinci xarici dil, yaxud Azərbaycan dili və Nitq mədəniyyəti fənlərini seçə bilərlər.

** I bölüm üzrə seçmə fənlərə ali məktəb tərəfindən Fəlsəfə, Politologiya, Sosiologiya, İqtisadiyyat, Mədəniyyətşünaslıq, Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn əsasları və s. humanitar, sosial-iqtisadi fənlər daxil oluna bilər.

Bütün bölümlərdə seçmə fənlər bir neçə blokdan (ən azı 2 blok) ibarət ola bilər. Ali məktəb tərəfindən hər bir bloka seçmə fənlər üçün nəzərdə tutulmuş saat həcmini aşmamaq şərti ilə tədris yükü müəyyənləşdirilir. Tələbə həmin blokların hər birindən yalnız bir fənn seçmək hüququna malikdir və onun seçdiyi bu fənn həmin bloka ayrılan saat həcmində tədris olunmalıdır. Məsələn: fərz edək ki, ali məktəb tərəfindən humanitar bölümə daxil olan seçmə fənlər (cəmi 90 saat) üzrə 2 blok müəyyənləşdirilmişdir. Birinci bloka seçmə fənlərdən «Fəlsəfə», «İqtisadiyyat», «Politologiya», ikinci bloka «Mədəniyyətşünaslıq», «Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları», «Sosiologiya» fənləri daxil edilmişdir. I bloka daxil olan fənlərin tədrisinə 60, II bloka daxil olan fənlərə isə 30 saat müəyyənləşdirilmişdir. Əgər tələbə I blokda «Fəlsəfə»ni, II blokda isə «Sosiologiya»nı seçibsə onda ona həmin fənlər müvafiq olaraq 60 və 30 saat həcmində tədris olunmalıdır.

***Mülki Müdafiə fənni tibbi biliklərin əsasları ilə birgə tədris olunduqda 150 saatı aşmamalıdır.

**** Təcrübənin müddəti 8 həftədən çox olduqda onun təşkili nəzəri təlim üçün ayrılan həftələrin hesabına keçririlə bilər.



III. «HS040000-Dilşünaslıq» istiqaməti üzrə ali baza təhsili proqramın daxil edilmiş fənlərin qısa məzmunu



Fənn bölümü və fənlərin indeksi

Fənn bölümünün və fənlərin qısa məzmunu

Auditoriya saatlarının miqdarı

3285

HF-B 00

HUMANİTAR FƏNLƏR

450

HF-B 01

Azərbaycan tarixi

90




Azərbaycan tarixinin predmeti, məzmunu, məqsəd və vəzifələri, dövrləşmə və inkişaf mərhələləri.

Azərbaycana aid ilk tarixi məlumatlar və biliklər. Şifahi xalq yaradıcılığı, dini rəvayətlər, yazının meydana çıxması, Şumer, akkad, assur, urartu mixi yazıları. Azərbaycanın (Manna, Atropatena, Albaniya) antik dövrün tədqiqində yunan və latın, alban, erməni, gürcü və suriya mənbələri. Arxeoloci materiallar, yazılı mənbələr. Azərbaycanın III-V əsrlərinə dair mənbələr.

İlk orta əsrlərdə Alban feodal dövlətinin yaranması, ərazisi, inzibati dövlət quruluşu, ordusu. Feodal münasibətlərinin yaranması və xüsusiyyətləri, Roma, Sasani və Bizansla münasibətlər. Dağlıq Qarabağda xristianlığın yayılması. Albaniyada sriyasi müstəqilliyin bərpası. Cavanşirin Albaniyanın müstəqilliyi uğrunda Sasani, ərəb, Bizans və xəzərlərə qarşı mübarizəsi. Ərəblər tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulması.

İlk orta əsrlərdə Albaniyanın təsərrüfat həyat – əkinçilik, maldarlıq, sənətkarlıq, ticarət və ticarət əlaqələri, şəhərlər, ölkənin sosial həyatı, yazının meydana gəlməsi. Mədəniyyət. Azərbaycanın Rusiya və İran arasında bölünməsi. Cənubi Azərbaycan XIX-XX əsrlərdə. Mədəniyyət. Kapitalist münasibətlərin inkişafı, milli burcuaziyanın yaranması.

Azərbaycan tarixinin elmə çevrilməsi. XIX əsrin əvvəllərindən 1920-ci ilə qədərki dövr. A.A.Bakıxanovun «Gülüstani-İrəm» əsəri ilə elmi tarixşünaslığın əsasının qoyulması. Milli salnaməçilik. Maarifçi tarixşünaslıq, XX əsrin əvvəllərində tarixşünaslıqda feodal-zadəgan, inqilabi-demokratik fikir, milli cərəyanlar, Onların nümayəndələri. Azərbaycan xalqının milli mənafeyinin ön plana çəkilməsi. Müstəmləkəçilik zülmünə qarşı mübarizəyə diqqət. Azərbaycanda sənayeləşmə və kollektivləşmə. XIX-XX əsrlər tarixinin öyrənilməsində rus qayqazşünaslarının yeri.

Azərbaycan Xalq Cümhuriyyəti. Daxili və Xarici siyasət. Bu dövrdə yazılan əsərlərin əsas qayəsi, Azərbaycanın dünyaya tanıdılması. Milli tarixin inkişafına diqqət.

Sovet hakimiyyəti illərində Azərbaycan tarix elmində vahid konsepsiya və metodologiya. İnqilabi hərəkat tarixi və sinfi mübarizənin öyrənilməsinə meylin artması. XX əsrin 20-30-cu illərində Azərbaycanın tarixinin tədqiqi. 30-cu illərdə tarixçi kadrların repressiyası. İkinci dünya müharibəsi dövründə (1941-1945) hərbi vətənpərvərlik mövzusu. Müharibədən sonra Azərbaycan tarixinə aid tədqiqatlar. Üç cildlik Azərbaycan tarixinin meydana çıxması. XX əsrin 70-80-ci illərində Azərbaycanın sosial-iqtisadi həyatı. Mədəniyyət. Sovet dövrü tarixi.

Müstəqil Azərbaycan Respublikası tarixinin öyrənilməsi. Qarşıda duran əsas vəzifələr: Sovet dlövründəki səhvlərin aradan qaldırılması. Azərbaycan tarixinin obyektiv tədqiqi. Milli ideologiyanın formalaşması. Azərbaycançılıq qayəsi. Müstəqillik illərində nailiyyətlər. Ümumilli lider H.Əliyevin irsinin öyrənilməsinin ön plana çəkilməsi.






HF-B02

Azərbaycan dili (təlim rus dilində olanlar üçün)

90




Azərbaycan dili haqqında məlumat. Azərbaycan dilinin fonetikası, saitlər və samitlər. Ahəng qanunu. Tələffüz qaydaları. Vurğu. Heca və İntonasiya. Sözün morfoloci quruluşu. Nitq hissələri. Cümlə. Cümlənin növləri.

Məna, mənanın növləri. Azərbaycan dilinin frazeologiyası.

Azərbaycan dili lüğətləri. Azərbaycan dilinin yayıldığı ərazilər.





HF-B03

Xarici dil

180

Öyrənilən xarici dil haqqında məlumat. Dilin fonetik quruluşu: səslər, heca, vurğu, intonasiya. Dilin leksik tərkibi, onun morfologiyası. Cümlə, cümlə üzvləri. Xarici dildə yazı bacarığı və vərdişi. Eşidib anlama, 1000-1500 leksik vahid həcmində minimum söz ehtiyatı. Öyrənilmiş fonetik, qrammatik, leksik material əsasında nitq bacarıq və vərdişləri.

HF-B04

Seçmə fənlər

90

İÜHF-B00

İSTİQAMƏTİN (İXTİSASIN) ÜMUMPEŞƏ HAZIRLIĞI FƏNLƏRİ

2160

İÜHF-B01

İxtisas dili/dilləri/

780




İxtisas dili haqqında məlumat, onun tələffüz normaları, orfoqrafik qaydaları. Oxu texnikası, oricinal oxu materialı üzərində iş. Tənqidi təhlil vərdişləri. Eşidib anlama vərdişləri. Yazılı və şifahi nitqin formalaşdırılması, tədricən 5000 işlək söz ehtiyatının əldə edilməsi. Leksik, qrammatik və üslubi baxımdan asandan-çətinə doğru tematik mövzular üzərində iş. İctimai-siyasi mətnlərin köməyi ilə xüsusi terminlərin öyrədilməsi. İxtisas dilində oricinal bədii əsərlərin analitik və sintetik oxu məqsədi ilə oxunuşu və təhlili.







İxtisas dilinin praktik fonetikası. Səs, fonem və hərf, onların qarşılıqlı münasibətləri. Sözün səs, fonem və hərf tərkibi. Transkripsiya haqqında anlayış. İxtisas dilinin tələffüz norması (orfoepiya).

Nitq orqanları (tələffüz orqanları), nitq səslərinin əmələ gəlməsində onların rolu. sait və samitlərin əmələ gəlmə xüsusiyyətləri. Sait və samit səslərin təsnifatının əsas prinsipləri. İngilis və ana dilinin artikulyasiya bazaları arasındakı fərqlər.

İxtisas dili sait və samit səslərinin artikulyasiya prinsipləri.

İxtisas dilinin heca quruluşu haqqında. Heca haqqında anlayış. İxtisas dilində heca növləri. İxtisas dili sözlərində heca bölgüsünün xüsusiyyətləri.

İxtisas dilində söz vurğusu. İngilis dilində sözlərin aksent tipləri. Söz vurğusunun ritmik dəyişmələri.

İxtisas dilinin intonasiyası. İntonasiyanını əsas komponentləri haqqında məlumat. Əsas tonun ucalığı, cümlə vurğusu, tələffüz intensivliyi, nitqin tempi və tembr anlayışları. İntonasiya haqqında ümumi anlayış. İntonasiyanın qrafik şəkildə göstərilməsi üsulu haqqında anlayış.

İxtisas dilinin praktik qrammatikası. İxtisas dilinin qrammatikasını təşkil edən hissələr – morfologiya və sintaksis.

Nitq hissələrinin praktik şəkildə tanınması. İsim, artikl və sifət, fel və əvəzlik, say, zərf, sözönülər və bağlayıcılar. Nida. İxtisas dilinin qrammatik quruşunda köməkçi nitq hissələrinin rolu. Ayrı-ayrı nitq hissələrinin praktik şəkildə işlənməsi qaydaları. Sintaksis. Söz birləşmələri, onların növləri və Azərbaycan dilinə tərcüməsi. Cümlə üzvləri və onların sualları. Cümlənin baş üzvləri: mübtəda, xəbər; ikinci dərəcəli üzvləri: təyin, tamamlıq, zərfliklər. Cümlə üzvlərinin xüsusi nəzərə çatdırılması. İxtisas dilində sabit söz sırası və onun Azərbaycan dili ilə müqayisəsi. Sadə cümlə və onun növləri. Adlıq cümlələr. Fel nüvəli cümlələr. Mürəkkəb cümlə. Bağlayıcılı və bağlayıcısız mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə. Baş və budaq cümlə; onların növləri. Tabeli mürəkkəb cümlələrdə işlənən bağlayıcılar və bağlayıcı sözlər. Tabeli mürəkkəb cümlədə felin zaman və şəkillərinin praktik olaraq işlədilməsi qaydaları (zaman və şəkil uzlaşmaları) Xitab, ixtisas dilində sözün xüsusi nəzərə çatdırılması üsulları.












İÜHF-B02

Akademik Yazı və Oxu

90




Nümunəvi yazı üslubu və hazır yazı nümunələrinin oxunub-təhlil edilməsi. Paraqraf yazmağa hazırlıq. Paraqrafın tərkib hissələri. Akademik yazı modelləri əsasında müxtəlif məqsədli paraqraflar yazmaq vərdişlərini inkişaf etdirilməsi. Seçilmiş mövzunu oxucuya təqdim etmək üçün effektiv baş cümlə yazmaq, paraqrafı inkişaf etdirməyə imkan verə biləcək aydın icmal tərtib etmək, akademik yazının təsvir, nəqletmə, prosesin izahı, informativ yazı, və izahedici yazı növlərindən olan məna və struktur baxımından bütöv, kifayət qədər nümunələr, faktlar verməklə tam inkişaf etdirilmiş və üslubi cəhətdən gözəl dilə, rəngarəng cümlə strukturlarına malik paraqraf yazmaq. Daha mürəkkəb yazı nümunəsi olan esselərin təhlilini, onların komponentləri arasındakı əlaqə. Məntiqi ardıcıllıq, əsas ideyanın inkişaf etdirilməsi yolları. Müxtəlif məqsədlərə xidmət edən esseləri araşdırmaqla bu sahədə şəxsi yazı təcrübəsi. 400-500 söz həcmində ideyaların məntiqi bölgüsü və ardıcıllığı, fikrin əsaslandirılması, müqayisə/qarşılaşdırma prinsiplərini gözləyərək akademik esse yazmaq.




İÜHF-B03

Dilşünaslıq

Müqayisəli qrammatika. Fənnin predmeti, məqsədi və vəzifələri. İxtisas və ana dilinin qrammatikasının müqayisəli səciyyəsi. Müqayisəli morfologiya. Qrammatik kateqoriyaların müqayisəsi və tipologiyası. Müqayisəli sintaksis. Cümlə quruluşu, söz sırası tərcümədə müqayisəli qrammatikanın rolu.


300




Müqayisəli leksikologiya. Fənnin predmeti, məqsədi və vəzifələri. Xarici dilin və ana dilinin leksik tərkibinin müqayisəli səciyyəsi. Tarixi-etimoloci əlamətlərinmüqayisəsi; Söz yaradıcılığı yolları və vasitələrinin müqayisəsi, müqayisəli semantika; Alınma sözlər, sözlərin semantik inkişafının müqayisəli təhlili; müqayisəli frazeologiya. Sabit və sərbəst söz birləşmələri, onların tərcümə yolları. Atalar sözləri və onların ekvivalentliyi. Leksikoqrafiya, tərcümə lüğətləri. Lüğətlərin tərkibi prinsipləri. Sahə lüğətləri. Birdilli lüğətlər. Dialektlər, şivələr, ləhcələr. Dillərdə variantlıq.

Müqayisəli üslubiyyat. Müqayisəli üslubiyyat kursunun predmeti, məqsəd və vəzifələri; Xarici dilin və ana dilinin ifadəlilik vasitələri sisteminin müqayisəli təhlili; Funksional, sahələrin səciyyəvi ekstralinqvistik və linqvistik faktorlarının müqayisəsi; müqayisəli üslubiyyatın problem dairəsi, əsas anlayışları; Müqayisə olunan dillərdə dil və nitq üslubları; funksional və fərdi üslub, dillərin üslubi strukturu, üslubi məna və paradiqma, müxtəlif dillərdə dil vasitələrinin sinonimliyi və variativliyi; müqayisə olunan dillərdə funksional üslublar sistemi; üslubi məna problemi; üslubi fonetika, üslubi qrammatika, üslubi leksika və onların müqayisəsi; Dildə yumor və satira vasitələri; üslubi vasitələrin və priyomların tərcümədə rolu.

Dilçiliyə giriş. Dil dilçiliyin predmeti kimi. Elmlər sistemində dilçiliyin yeri və rolu. Kompleks elmi fənlər elmi sahələrin differensasiya prosesinin və elmi biliklərin sintezinin ifadəsi kimi (sosiolinqvistika, etnolinqvistika, psixolinqvistika, neyrolinqvistika, riyazi dilçilik və s.)

Dilçiliyin sahələri. Ümumi və xüsusi dilçilik. Sinxronik və diaxronik dilçilik. Nəzəri və tətbiqi dilçilik.

Dil xüsusi ictimai hadisə kimi. Dilin funksiyası onun mahiyyət xüsusiyyəti kimi.

Canlı və ölü dillər, süni dillər. Bəşəriyyətin dil inkişafı perspektivləri. Dil kontaktları Bilinqvizm. Dil və mədəniyyət. Cəmiyyət mədəniyyətinin dildə ifadəsi. Dünyanın dil xəritəsi.

Dillərin sosial differensasiyası. Dillərin ərazi baxımdan differensa­siyası. Dialekt növləri.

Dilin mənşəyi haqqında əsas nəzəriyyələr. Dillərin tarixi inkişafı. Müxtəlif tarixi mərhələlərdə dillərin və dialektlərin inkişafı. Milli dillərin inkişafı, ədəbi dil anlayışı və normaları.

Dilin səs tərəfi, lüğət tərkibi və qrammatik quruluşunda tarixi dəyişmələr.

Dil sistemi- struktur quruluş kimi. Sistem və struktur anlayışları. Dildə struktur münasibətlər. Dil səviyyələri anlayışı, əsas dil səviyyələri və dil sisteminin vahidləri. Dildə sintaqmatik, paradiqmatik və iyerarxik müna­sibətlər. Linqvistik işarə anlayışı. F.de Sössürün linqvistik işarə haqqında təlimi.

Yazının tarixi və nəzəriyyəsi, cəmiyyətin tarixində yazının və yazı sənətinin mənası. Piktoqrafiya, ideoqrafiya, əlifba yazısı. Tədris olunan dillərin mənsub olduğu xalqların yazı sənəti. Qrafik orfoqrafiya və onun əsas prinsipləri.

Dillərin təsnifi. Dillərin təsnifi prinsipləri: coğrafi, mədəni-tarixi, etnogenetik, tipoloci və s.

Dillərin geneoloci təsnifi. Müqayisəli - tarixi metod və dillərin qohumluğunun müəyyənləşdirilməsi. Dillərin tipoloci təsnifi.









İÜHF-B04

Ədəbiyyatşünaslıq

180




Ölkə ədəbiyyatı. Orta əsrlər (ingilis, alman, fransız) ədəbiyyatı. Qərb xalqları ədəbiyyatlarının qarşılıqlı bəhrələnməsi. Folklor ənənələri. Ədəbiyyatda ideal qəhrəman obrazı. Trubadur-cəngavərlik poeziyası. Milli ədəbiyyatların fərdi və tipik xüsusiyyətləri. Qərb ədəbiyyatında ilk realist elementlər. Qərbi Avropa məkanında qlobal (məs. Fransa və İngiltərə arasında yüzillik müharibə) və yerli (ölkədaxili qiyam və üsyanlar, saray çevrilişləri) problemlər və onların ədəbi-bədii inikası.

Qərb İntibahı. İtaliya ədəbiyyatında yaranmış yeni ənənələr və onların Almaniya, Fransa və İngiltərəyə yayılması. İntibah dövrü ədəbiyyatının mərhələləri, aparıcı ədəbi metodları və korifeyləri. Humanist idealların tərənnümü. Servantes və Şekspir fenomeni. 17-ci əsr İngilis Burcua İnqilabı və ədəbi proses.

Qərb ədəbiyyatında Maarifçilik dövrü. Ədəbiyyatın maarifçilik missiyası. Yeni dini-ruhani dəyərlərin aşılanması.

Fransa Burcua İnqilabı və ingilis (fransız, alman) ədəbiyyatı. Qərb ədəbiyyatında romantizm. Romantizm ənənə-lərinin oxşar və fərqli cəhətləri. Alman romantizm məktəbi. Qərb ədəbiyyatında inqilabi romantizm. İdeal cəmiyyət sorağında.

Realizm ənənələrinin inkişafı və formalaşması. Qərb ədəbiyyatında tənqidi realizm. Roman canrı yeni səviyyədə. Ədəbiyyatların qarşılıqlı əlaqəsi.

İngilis, fransız, alman ədəbiyyatında yeni ədəbi metodlar və canrlar. Amerıka ədəbiyyatının yaranması və inkişafı. Dünya ədəbiyyatından bəhrələnmə. Simvolizm ədəbi metodu. Ədəbiyyatda detektiv və elmi fantastika canrı.

Modernist ədəbiyyatın yaranması və inkişafı. I Dünya Müharibəsi və Qərb ölkələri ədəbiyyatı. Yeni problematika. Ekzistinsialzm ədəbi metodu. Ədəbiyyatda “İtirilmiş nəsil” anlayışı. II Dünya Müharibəsi və Qərb ədəbiyyatı. İngilis (fransız, alman) ədəbiyyatında müharibə və sülh problemi. Postmodernist ədəbiyyat. Qərb ölkələri və Azərbaycan ədəbi əlaqələri.

Azərbaycan ədəbiyyatı. Azərbaycan ədəbiyyatının qədim dövrü. Midiya dövrü ədəbiyyatı, erkən orta əsrlər ədəbiyyatı (V-VII əsrlər) VIII-X əsrlər ərəb dilli Azərbaycan ədəbiyyatı. XI-XII əsrlər müsəlman intibahı dövrü ədəbiyyatı. İlk türkdilli yazılı abidələr. Orta əsrlər ədəbiyyatı tədris zamanı şərti olaraq üç yarımmərhələyə bölünür və həmin yarımmərhələlər üzrə örənilir: 1. XIII-XIV əsrlər; 2. XV-XVII əsrlər; 3. XVII-XVIII əsrlər. Tədris həm problemlər, həm də ədəbi şəxsiyyət, portret və mühüm əsərlər üzrə aparılır. Tədris olunan əsas problem və ədəbi şəxsiyyətlər, əsasən aşağıdakılardır: Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatında bədii metod, üslub, ycanr və poetik problemi; XIII-XIV əsrlər – Şair Əli («Qisseyi-Yusif»); «Dastani-Əhməd Hərami» poeması; Şeyx Səfiəddin Ərdəbili; S.Z.Şirvani; Hüman Təbrizi; Bakui Nəsir; N.Tusi; Azərbaycan ədəbiyyatında sufizm; İ.Həsənoğlu; M.Şəbüstəri, M.Əvhədi; A.Ərdəbili; Ə.Təbrizi; Q.Bürhanəddin; Hürufilik, T.Nəimi; İ.Nəsimi.








XV-XVI əsrlər – Q.Ənvar; M.C.Həqiqi; N.Kişvəri, Həbibi; Xətai; M.Füzuli; Fədai; M.Əmani və s.

XVII-XVIII əsrlər – Məsihi; Q.Təbrizi; XVII-XVIII əsrlərdə xalq ədəbiyyatının inkişafı; M.P.Vaqif; M.V.Vidadi; Nişat, Məhcur, Ağaməsih Şirvanilər; XVIII əsrdə nəsrin inkişafı.

Tədris zamanı yalnız ana dili deyil, fars (qismən də ərəb) dilli ədəbiyyat nümunələrimiz də (tərcümə nümunələri əsasında) eyni dərəcədə diqqət mərkəzində saxlanılır.

XIX-XX əsrlər ədəbiyyatı. Müasir dövr ədəbiyyatı. Ədəbi cərəyanlar və məktəblər.






İÜHF-B05

Ölkəşünaslıq

60




Dili tədris edilən ölkənin coğrafi vəziyyəti, təbii şəraiti, əhalisi və təbii ehtiyatları.

Ölkənin tarixi, inkişaf mərhələləri.

Ölkənin dövlət və siyasi qurumları.

Ölkənin təhsil sistemi.

Ölkədə kütləvi-informasiya vasitələri: qəzet, radio, televiziya.





İÜHF-B06
İnformatika və kompyüter texnologiyası

60



İnformatika elmi və informasiya haqqında anlayış. Say sistemləri və onların növləri, kompüterdə kalkulyator recimi. Hesablama məsələlərinin həlli modelləri. Alqoritmləşdirmə və proqramlaşdırma; yüksək səviyyəli proqramlaşdırma dilləri, proqram təminatı və proqramlaşdırmanın texnologiyası. İxtisas uyğun informasiya və intellektual sistemlərin yaradılması. Kompüterin əsas qurğuları və strukturu. Kompüterin fayl strukturu. WINDOWS əməliyyat sistemi. Word, Power Points ofis proqramlarının ixtisas məsələlərinin həllinə tətbiqi. Kompüter şəbəkəsi İnternet şəbəkəsi və axtarış sistemləri.




İÜHF-B07

Tərcüməçünaslıq

390




Peşəkar tərcümənin əsasları. Fənnin predmeti, məqsəd və vəzifələri, digər fənlərlə əlaqəsi; Peşəkar və qeyri-peşəkar tərcümə; Tərcüməçinin cəmiyyətdə rolu və mövqeyi. Professional tərcümə dillərarası ünsiyyət aktı kimi. Tərcümədə ünsiyyət iştirakçılarının konfiqurasiyası. Ünsiyyət aktının komponentləri: məzmun və forma vəhdəti. Tərcümədə qeyri-dil ünsiyyət vasitələrinin rolu.

Tərcümə prosesi: eşitimə, anlama, təhlil və reproduksiya. Məxəz dil və tərcümə dili, işçi dillər: fəal və qeyri-fəal dil. Tərcüməçinin təhsili və ikidilliliyi. Tərcüməçi kamilliyi və onun komponentləri. Oricinala sədaqət. Əsas və ikinci dərəcəli informasiya və onların tərcümə prinsipləri. Keyfiyyətli tərcümə nədir? Keyfiyyət baxımından tərcümənin növləri.

Tərcümə prosesində iştirak edən nitq formasına görə tərcümənin növləri: yazılı və şifahi tərcümənin üstünlükləri və çətinlikləri. Şifahi tərcümə. Şifahi tərcümənin növləri: ardıcıl və sinxron tərcümənin xüsusiyyətləri. Ardıcıl və sinxron tərcümə müqayisədə: üstün cəhətlər və çətinliklər. Şifahi tərcümə zamanı qeydlərin götürülməsi: icmal və stenoqrafiyadan istifadə və müqayisədə qeydgötürmənin üstünlükləri. Qeyd apararkən simvollardan istifadə: simvolların növləri (hərfi, assosiativ, törəmə simvollar). Şifahi tərcümə zamanı yadda saxlanması çətinlik törədən xüsusi adların, rəqəmlərin və sairin qeyd olunması. Qeydlərin məxəz və ya tərcümə dilində olunmasının üstün və zəif cəhətləri.

Sinxron tərcümədə texniki avadanlıqdan istifadə qaydaları. Sinxron tərcümənin «qızıl qaydaları». Sinxron tərcüməçi hazırlığında istifadə olunan təmrinlər. Şifahi tərcümə zamanı qərar qəbuletmə və problemlərin həlli ilə bağlı qarşıya çıxan suallar.

Şifahi tərcümənin formaları: konfrans tərcüməsi. Pıçıltı ilə tərcümə. İkitərəfli (icma) tərcümə. Məhkəm tərcüməsi, özünü tərcümə, geriyə tərcümə və s.

Tərcümə xidmətindən istifadə edən məmurlar və bu xidməti yerinə yetirən tərcüməçilər üçün bəzi qaydalar.

Dünya miqyasında mövcud tərcüməçi və dilmanc assosiasiyalarının etik məcəllələri; məxfiliyin qorunması, professional sədaqət, tərcüməçinin iş şəraiti. Şifahi və yazılı tərcümədə əməkdaşlıq.

Mətnin əsas kommunikativ funksiyasına görə tərcümənin növləri: bədii və informativ tərcümə. Bədii tərcümənin növləri (nəsr, nəzm və dram əsərlərinin tərcüməsi haqqında qısa məlumat).

İnformativ tərcümə (elmi və texniki materialların tərcüməsi, rəsmi, siyasi və hüquqi sənədlərin tərcüməsi, publisistik mətnlərin, ssenarilərin, karikatura və reklamların tərcüməsi, dublyac tərcüməsi, subtitrlərin tərcüməsi) haqqında ümumi məlumat.

Tərcüməçinin istinad mənbələri (lüğətlər, ensiklopediyalar, terminoloci məlumatlar bazası və s.) və onlardan istifadə yolları.

Müasir elm və texnikanın tərcümə sahəsinə təsiri. Audio-vizual tərcümə, uzaq məsafəyə tərcümə, telefon tərcüməsi, maşın tərcüməsi və onun kompyüterin köməyilə tərcümədən fərqi və s. Qloballaşma, lokalizasiya, və s.

Tərcüməçi hazırlığı və onu həyata keçirən institutlar. Tərcümə biznesi.



Şifahi tərcüməyə giriş. Yazılı tərcümə ilə müqayisədə şifahi tərcümənin xüsusiyyətləri. Mətnin dinlənilməsi və dərki. Fikrin şifahi şəkildə ifadəsi. Düzəliş vermək imkansızlığı. Düzəliş kompensiyası anlayışı. Yaddaşın rolu. Dinlənilmiş mətnin beyində məzmun baxımından təhlili və emalı. Şifahi tərcüməyə verilən əsas tələblər, dinlənilmiş mətnin məzmununun tam şəkildə ötürülməsi.

Nitqdə kompressiya anlayışı. Şifahi üslubi transpozisiya.

Şifahi tərcümənin növləri, onların beynəlxalq ünsiyyət rolu, yeri və əsas səciyyəsi. İkitərəfli tərcümə. Ardıcıl tərcümə və onun konfrans və danışıqlarda rolu. Sinxron tərcümə-tərcümənin son yeni növü. «İstehlakçı» baxımından ardıcıl və sinxron tərcümənin üstün və çatışmayan cəhətləri.

Bədii tərcümə. Bədii tərcümə fənninin praktik səciyyəsi, bədii ədəbiyyatın xarici dildən ana dilinə və ana dilindən xarici dilə tərcüməsinin xüsusiyyətləri. Bədii tərcümə zamanı xalqların məişəti, mədəniyyəti, ədəbiyyatı, tarixi haqqında biliklərin əhəmiyyəti, ədəbi canrlar, hər bir canrın xüsusiyyətləri, bədii dili ədəbi dilin digər formalarından fərqləndirən cəhətlər.

Nəsr, drammaturgiyası, şer tərcüməsinin problemləri, konkret nümunələrin təhlili.

Poeziya tərcüməsi; hər iki dildə (məxəz və tərcümə) yazılmış şerlərin vəzni, ritmi, melodikası, arxitektonikası, bəndləri, qafiyə sistemi; klassik tərcümə nümunələrinin təhlili, ümumiləşdirilməsi. Üslubi səviyyədə müqayisələr; bədii mətnləri adi mətnlərdən ayıran neytral kriteriyalar.

Tərcümə fəaliyyətinin psixoloci əsasları. Tərcümə fəaliyyətinin və nəzəriyyəsinin predmeti tərcümənin mahiyyəti, dillərarası kommunikasiya dil və dilxarici tərcümənin aspektləri, tərcümənin mahiyyəti və onun fəaliyyət kateqoriyası baxımından şərhi. Psixi proseslər və ünsiyyət. Tərcümə fəaliyyətinə aid olan anlayış və kateqoriyaların psixoloci izahı. Tərcümənin semantik aspekti. Anlamanın tərcümə fəaliyyətində psixoloci xüsusiyyətləri. Məna və anlam. Anlama və transformasiya. Mətn və anlama, onun tərcüməsi, mətnin kommunikativ xüsusiyyətlərinin tərcümə prosesində nəzərə alınması. Anlama və kommunikativlik. Mətnin rabitəliliyinin tərcümədə gözlənilməsi, tərcümə sənədinin psixologiyası.

Tərcümə ünsiyyət fəaliyyəti kimi. Subyekt-subyekt, subyekt-obyekt münasibətlərinin tərcümə səviyyəsində təhlili və onun sosial məzmunu. Ünsiyyət insanların bir-birini qavraması kimi, ünsiyyət qarşılıqlı təsir vasitəsi kimi. Tərcümə prosesində ünsiyyətin tərəflərinin nəzərə alınması (kommunikasiya, interaksiya, persepsiya). Ünsiyyət informasiya mübadiləsi kimi.









İÜHF-B08

Seçmə fənlər

300

İF-B00

İXTİSAS FƏNLƏRİ

510




İxtisas fənləri və onların məzmunu ali məktəb tərəfindən müəyyənləşdirilir.




İF-B05

Seçmə fənlər

90

XF-B00

XÜSUSİ FƏNLƏR

165

XI-B01

Mülki müdafiə.

Mülki müdafiə üzrə sülh və müharibə dövründə baş verən fövqəladə hallarda yaranmış zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaq işlərin görülməsi, əhalinin mühafizəsinin öyrədilməsi və təşkili.

Fövqəladə hallarda şagird və müəllim heyətinin fəaliyyəti.

Mülki müdafiə üzrə məşğələlərə hazırlığın metodikası.

Müasir qırğın vasitələri ilə zədələnmişlərə ilk tibbi yardım göstərməkdə, bakterioloci zədələnmə ocaqlarında epidemiya əleyhinə tədbir tətbiq etməkdə əməli vərdişlərin aşılanması.


45

XF-B02

Bədən tərbiyəsi.

Bədən tərbiyəsi tələbələrin ümumi mədəni və professional hazırlığı kimi. Onun sosial bioloci əsasları. Bədən tərbiyəsi və idman cəmiyyətin sosial fenomeni kimi.

Tələbələrin sağlam həyat tərzinin əsasları. Bədən tərbiyəsi iş qabiliyyətinin artırılması vasitəsi kimi.

Fiziki tərbiyə sistemində ümumi fizika və xüsusi hazırlıq.

İdman. İdman növlərinin fərdi seçilməsi. Tələbələrin fiziki hazırlığı. İdman üzrə sərbəst məşğələlərin əsasları və bədənin vəziyyətinə şəxsin nəzarəti.


120

Qeydlər:



  1. Bakalavr təhsil proqramını həyata keçirərkən ali təhsil müəssisələri aşağıdakı hüquqlara malikdirlər;

    1. Tələbə üçün proqramda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin faktiki minimum məzmununu saxlamaqla təhsil materialının mənimsənilməsinə ayrılmış saatları fənn bölümləri arasında 5%, fənn bölümləri daxilində isə 20%-ə qədər dəyişmək;

    2. Bölümlərə ayrılan auditoriya saatlarının hüdudları çərçivəsində bölümə daxil olan ayrı-ayrı fənlərin saatlarını müəyyənləşdirmək;

    3. Uyğun magistr ixtisaslaşmalarını və istehsalat sahələrini nəzərə almaqla ixtisas fənləri bölümünə daxil olan fənlərin siyahısını, onların tədrisi ardıcıllığını, mühazirə, məşğələ və laboratoriya saatlarının miqdarını müəyyən etmək.

  2. İxtisas fənləri bölümü istiqamət (ixtisas) üzrə nisbətən dar peşə hazırlığı məqsədini daşıyır. Ali məktəb bu bölümün müxtəlif variantlarını təklif edə bilər. Lakin ixtisas fənləri bölümündə tələbələrin yalnız bir ixtisas üzrə hazırlanmasına yol verilmir. Bu bölümə daxil edilmiş fənlərin uyğun istiqamətin (ixtisasın) mümkün qədər bütün magistr ixtisaslaşmalarını əhatə etməsi təmin olunur.

Müəyyən ixtisaslaşmalara xüsusi meyl göstərən bakalavr-tələbələr üçün tədris planlarının ixtisas fənləri bölümündə müvafiq seçmə ixtisas fənləri (və ya fənlər bloku) daxil edilir və tələbələrin həmin seçmə fənləri (və ya fənlər blokunu) mənimsəyə bilmələri üçün lazımi şərait təmin edilir.

  1. Hər semestrin müddəti (sonunca semestr istisna olmaqla) 15 həftədir.

  2. Tələbələrin tədris yükünün ümumi həcmi onun bütün növ auditoriya və auditoriyadan kənar tədris işləri nəzərə alınmaqla həftədə 54 saatdan çox ola bilməz.

Nəzəri təhsil dövründə tələbənin məcburi auditoriya dərsləri həftədə orta hesabla 30 saatdan çox olmamalıdır. Həmin həcmə xüsusi fənlər üzrə praktiki məşğələlər də daxil edilir.

  1. Qış dövründə tətil 2 həftədən az olmamalıdır.







Yüklə 159,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə