Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 18,39 Kb.
tarix05.02.2018
ölçüsü18,39 Kb.
#25465


АЗЯРБАЙЪАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ
БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ

BİOLOGİYA ФАКЦЛТЯСИ

БАКАЛАВР ТЯЩСИЛ ПИЛЛЯСИ

ÜZRƏ
ФЯНН

ПРОГРАМЛАРЫ
(азярбайъан вя рус бюлмяси)

BDU-nun Fizika fakültəsinin

Elmi Şurasının “_03_” _10_ 2013-cü il

tarixli ( 10/2013 saylı iclas protokolu)



qərarı ilə tövsiyyə olunur

Бакы-2016


Biologiya fakültəsində tədris olunan“Ümumi fizika ”

kursunun proqramı

Mexanika. Maddi nöqtənin düzxətli bərabərsürətli hərəkəti. Əyrixətli hərəkətin kinematikası. Bucaq sürəti və bucaq təcili. Onlar arasında əlaqə. Normal və tangensial təcil. Qaliley çevirmələri. Nisbilik prinsipi. Nyuton qanunları. Cismin kütləsi və impulsu. Qüvvə. Maddi nöqtələr sisteminin impulsunun saxlanma qanunu. Kütlə mərkəzi. Kütlə mərkəzinin hərəkəti. Kinetik və potensial enerji. Enerjinin saxlanma qanunu. Iş, güc, enerji və vahidləri. İşin qrafik təsviri. Ağırlıq qüvvəsinin işi. Ümumdünya cazibə qanunu. Elastik qüvvə. Huk qanunu. Yunq modulu. Elastik qüvvənin işi. Sürtünmə qüvvələri. Sürtünmə qüvvəsinin işi. Cisimlərin elastik və qeyri-elastik toqquşması. Qüvvə momenti. Ətalət momenti. Ətalət momentinin saxlanma qanunu. Fırlanma hərəkətinin dinamikasının əsas tənliyi. Fırlanan cismin kinetik enerjisi. Tərpənməz ox ətrafında fırlanma hərəkətinin kinematikası. Hüygens-Şteyner teoremi. Cisimlərin ətalət momentlərinin hesablanması (disk, nazik divarlı silindr, kürə, konus). Axın xətti, axın borusu. Axının kəsilməzlik teoremi. Bernulli tənliyi. Puazeyl tənliyi. Stoks düsturu.

Harmonik rəqslər. Dalğalar. Rəqs tənliyi. Harmonik rəqsin sürəti, təcili, qüvvə və enerjisi. Bir düz xətt üzrə və peprpendikulyar yayılan rəqslərin toplanması. Harmonik dalğalar. Dalğa cəbhəsi. Hüygens-Frenel prinsipi. Durğun dalğalar. Dalğaların interferensiyası.

Molekulyar fizika. Molekulyar-kinetik nəzəriyyənin əsas müddəaları və tənlikləri. Qazın təzyiqi. Ideal qazın hal tənliyi. Temperatur anlayışı. İzoproseslər(izotermik, izoxorik və izobarik proseslər). Universal qaz sabiti və onun fiziki mənası. Daxılı enerji. Potensial sahədə qaz molekullarının paylanması (Bolsman paylanması). Barometrik düstur. Qaz molekullarının orta sürəti. Ştern təcrübəsi. Molekulların sürətlərə görə paylanması. Maksvel paylanması. Broun hərəkəti. Qazın gördüyü iş. Daxili enerji. Qazların istilik tutumu. Qazlarda köçürmə hadisələri (diffuziya, istilikkeçirmə, daxili sürtünmə). Termodinamlkanın İ qanunu. İstilik tutumunun növləri. Mayer düsturu. Adiabatik proses. Adiabat tənlikləri. İzotermlər. Politropik proses. Entropiya. İzoproseslərdə görülən iş Termodinamikanın İİ qanunu. F.İ.Ə. Karno tsikli.. Entalpiya,sərbəst enerji. Molekullar arasındakı qüvvələr. Real qazlar. Van-der-Vals tənliyi. Mayelərdə molekulyar qüvvələr. Molekulyar təzyiq . Səthi gərilmə. Mayenin əyri səthi altındakı təzyiq. Kapilyar hadisəlıər.

Elektromaqnetizm. Eləktrik sahəsi. Elektrik yükü. Kulon qanunu Elektrik sahəsinin intensivliyi. Superpozisiya prinsipi. Elektrik sahəsinin potensialı. Elektrik tutumu.Yüklənmiş müstəvi. Müstəvi kondensator. Kondensatorların ardıcıl və paralel birləşdirilməsi. Elektrik sahəsinin enerjisi. Cərayan şiddəti. Sabit cərəyanın işi və gücü. Naqillər elektrik sahəsində. Elektrik induksiya vektoru. Dielektriklər elektrik sahəsində. Müqavimət. Dövrə hissəsi və tam dövrə üçün Om qanunu. Coul-Lens qanunu.

Maqnit sahəsi. Maqnit sahəsinin intensivliyi. Maqnit induksiyası. Amper qüvvəsi. Bio-Savar – Laplas qanunu. Amper düsturu. Lorens qüvvəsi. Elektromaqnit induksiyası. Lens qaydası. Maqnit seli. Öz-özünə induksiya. İnduktivlik. Maqnit sahəsinin enerjisi. Dairəvi cərəyan.

Dəyişən cərəyan. Dəyişən cərəyan üçün Om qanunu.

Optika. İşığın təbiyəti və yayılma sürəti. İşığın qayıtma qanunu. İşığın sınma qanunu. Tam daxılı qayıtma. Ferma prinsipi. İşığın sferik səthdən sınması. Abbe invariantı. Fotometrik kəmiyətlər.

Koherentlik İşığın interferensiyası. İnterferensiyanın maksimum və minimum şərtləri. Nazik löhvələrdə işığın interferensiyası. Eyni qalınlıqdan interferensiya. Nyuton həlqələri. Interferensiya zolaqlarının eni.

İşığın difraksyası. İHüygens- Frenel prinsipi. Puasson ləkəsi. Frenel zonaları zona löhvəsi. Amplitudun qrafiki toplanması. Difraksiya qəfəsi. Difraksiya spektri. Optik cihazların ayırdetmə qabiliyyəti. Rentgen şualarının difraksiyası. Vulf-Breg düsturu.

Işığın dispersiyası. Normal və anomal dispersuya. Dispersiyanın elektron nəzəriyəsi. Prizmada şuanın yolu.

İşığın polyarlaşması. Malyus qanunu. Iki dielektrik sərhəddində işığın qayıtma və sınması zamanı polyarlaşması. Bryuster bucağı. Polyarizator və analizator. Qoşa şüasınma. Qoşa şüasınmada işığın polyarlaşması. Polyarlaşma müstəvisinin fırlanması. Polyarimetriya. Hüceyrənin polyarlaşmış işıqla tədqiqi.

İşığın ududlması. Buger qanunu.

İşığın səpilməsi. Reley qanunu.

Fotoeffekt. Eynşteyn düsturu. Stoletov qanunları. Fotocərayan. İstilik şuanlaması qanunları. Kirxhof qanunu. Şüalanmanın kvant xarakteri. Plank düsturu. Günəşin şüalanması. Müalicə məqsədi ilə istifadə olunan istilik şüalanma mənbələri. Orqanizmin istilik verməsi. İnfraqırmızı vı ultrabənövşəyi şüalanma və onların təbabətdə tətbiqi.

Dalğa optikasından həndəsi optikaya keçid. Linzalar. Güzgülər. Optik sistemlərin nöqsanları. Göz optik sistem kimi. Bioloji mikroskop, onun ayırdetmə qabiliyyəti və böyütməsi. Lif optikası və onun tibb cihazlarda tətbiqi.

Lüminessensiya və fotolüminessensiya. Flüoressensiya və fosforossensiya. Bioloji sistemlərdə fotolüminessensiya. Koherent işiq mənbələri-lazerlər. Lazerlərin iş prinsipi və təbabətdə tətbiqi.



Atom fizikası. Tomson modeli. Rezefordun nüvə modeli. Kütlə defekti. Frank-Hers təcrübəsi. Bor postulatları.Hidrogen atomunun spektral seriyaları. Elektron təbəqələrinin quruluşu. Mendeleyevin elementlərinin dövrü sistemi.
Yüklə 18,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə