Азярбайъан республикасы тящсил назирлийи



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə1/27
tarix01.07.2018
ölçüsü0,82 Mb.
#52893
  1   2   3   4   5   6   7   8   9   ...   27


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

 



 

Əlyazması hüququnda 

 

 



 

RAMAZAN ORUC oğlu QAFAROV 

 

 



 

 

 



AZƏRBAYCAN TÜRKLƏRİNİN   

MİFOLOGİYASI 

(qaynaqları, təsnifatı, obrazları,  genezisi, evolyusiyası və poetikası) 

 

 



 

 

10.01.09 – Folklorşünaslıq 



 

 

 



Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün  

təqdim edilmiş dissertasiyanın 

 

 

AVTOREFERATI 



 

 

 



 

 

 



 

BAKI – 2010 


Dissertasiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin Folklor və qədim 

ədəbiyyat kafedrasında yerinə yetirilmişdir. 

 

 

Rəsmi opponentlər:  AMEA-nın həqiqi üzvü  

İsa Əkbər oğlu Həbibbəyli 

 

 



 

 

AMEA-nın müxbir üzvü  



Azad Mövlud oğlu Nəbiyev 

 

Filologiya elmləri doktoru, professor  



Seyfəddin Həmzə oğlu Qəniyev 

 

 

 

Aparıcı müəssisə: AMEA-nın Folklor İnstitutu, Mifologiya şöbəsi 

 

 



Müdafiə 15 oktyabr 2010-cu ildə saat 14

00

-da Azərbaycan Milli Elmlər 



Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində filologiya elmləri 

doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini 

keçirən D.01.131 - Dissertasiya Şurasının iclasında keçiriləcək. 

 

 



Ünvan: Az-1143, Bakı  şəhəri, Hüseyn Cavid prospekti 31, Akademiya 

şəhərciyi, Əsas bina, V mərtəbə, Nizami adına Ədəbiyyat İnstitutu. 

 

 

Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi kitabxanasında tanış olmaq 



mümkündür. 

 

 



 

 

 



Avtoreferat 15 sentyabr 2010-cu il tarixində göndərilmişdir. 

 

 



 

 

Dissertasiya  

Şurasının elmi katibi,  

 

-



2

-

filologiya elmləri doktoru:  



 

İmamverdi Yavər oğlu Həmidov 


 

-

3



-

                                        



İŞİN ÜMUMİ SƏCİYYƏSİ 

 

Mövzunun aktuallığı. Qafqazın türkdilli əsas etnosunun mifoloji düşün-

cəsinin genezisi və evolyusiyasının öyrənilməsi günümüzün aktual məsələlərindən 

biridir. Tədqiqatın predmeti, eləcə  də problemin qoyuluşu onunla şərtlənir ki, 

Azərbaycan xalqının tarixi kökləri, ilkin təsəvvürləri, ibtidai məişət tərzi, qədim 

adət-ənənələri, mənəvi həyatının başlanğıcı  əhatəli siyasi-ictimai fəaliyyət 

dairəsində  hələ  də sirli qalır və folklorşünaslıq baxımından hərtərəfli araşdırıl-

mamışdır.  Ənənəvi mədəniyyətin arxaik elementləri  ədəbiyyatşünaslığın bir sıra 

nəzəri problemlərinin, xüsusilə genezislə bağlı məsələlərin həllində əsas mənbədir. 

İbtidai inancların təhlili mifoloji görüşlərin, eləcə  də digər ilkin düşüncə 

formalarının tarixini aydınlaşdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Mif

, ritual, 



adət-ənənələr və inanclardan doğan mərasim nəğmələri müxtəlifyönlü etnik pro-

sesləri tənzimləməklə yanaşı, xalqın özünü müəyyənləşdirərək tarixi proseslərdə 

yer tutmasında xüsusi rola malik olur. AMEA-nın müxbir üzvü A.Nəbiyevin 

sözləri ilə desək, “dünya haqqında mif modeli müxtəlif xalqların erkən düşün-

cəsində özünəməxsusluqlarla  şərtlənsə  də, onun bədii təfəkkür üçün ümumi olan 

cəhətləri və xüsusiyyətləri də vardır. Erkən mədəniyyətlərin müxtəlif etnik-mədəni 

sistemlərini bərpa etmək, hər bir xalqın ümumdünya mədəniyyətindəki yerini və 

onun yaranmasındakı rolunu müəyyənləşdirmək, tarix səhifəsində  hər bir xalqın 

yaradıcılıq ənənələrinin meyl və istiqamətlərini öyrənmək üçün ən mötəbər mən-

bələrdəndir.”

 1

 

Bir etnosu digərindən ayıran əlamətlər çoxdur. Fərqləndirici amillərin ən öndə 



gələni isə mifoloji düşüncədir. Bu sıraya mərasimlər, bayramlar, adətlər – mədəni 

irsin başqa arxaik atributları da daxildir. Lakin dünyanı  dərketmədə  əldə olunan 

ilkin nəticələr köklə – çox dərin qatlarla bağlandığından əsas meyar rolunu miflər 

oynayır. Mədəniyyətin ən arxaik əlamətlərinin və elementlərinin kompleks şəkildə 

 



Yunan dilində  mythos, almanlarda mythe, ingilislərdə  myth, fransızlarda  mythe, ruslarda və 



azərbaycanlılarda  mif  şəklində  işlənən sözün hərfi mənası  rəvayət,  əhvalat deməkdir.  Mif  termini 

beynəlxalq aləmdə əsəsən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə 

hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), 

dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı yolla əks etdirən dünya modeli, onun ayrı-ayrı 

elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır. 

Mifin sintaqmatik vahid olaraq gerçəkləşməsi təsadüfən baş verir. Mif mənanın paradiqmasına 

çevriləndə (mətn mədəniyyətinin digər formaları – rituallar, sosial institutlar, maddi mədəniyyət 

abidələri və s. ilə bir sırada) birinci və ikinci anlamlar arasında cüzi fərqlər üzə  çıxsa da, miflə 

mifologiyanın eyniliyi inkar edilmir. Ona görə ki, mifologiya sintaqmatik (təsviredici) vahidlərin - 

miflərin sistemi kimi başa düşülür. Mifologiya termini isə üç anlamda işlənir: birinci, mifologiya - 

hər hansı bir tarixi-mədəni ənənəyə xas miflərin (təsvirlərin) toplusudur; ikinci, mifologiya - dünyanı 

dərk etməyin xüsusi formasıdır, düşüncə  şüur hadisəsidir (mənaların paradiqması). Bu hallarda 

mifologiyanın mənası mif anlamına yaxınlaşır, hətta onun paradiqmatik aspekti ilə eyni olur. 

Üçüncü, mifologiya - mifləri və mifoloji sistemləri öyrənən elm sahəsidir. Məşhur nəzəriyyəçi alim 

A.Bayburin də göstərir ki, mifin birinci və ikinci mənaları ilə mifologiyanın birinci və ikinci 

mənaları üst-üstə düşdüyündən bu terminlər həmin mənalarda sinonimlər kimi işlədilir. 

1

 Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. Birinci hissə. “Turan” nəşrlər evi, B., 2002, s. 130. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə