Азярбайъан республикасы



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix22.07.2018
ölçüsü0,82 Mb.
#58368
1   2   3   4   5   6   7   8   9   ...   21


 
Xüsusilə  “Eşitməzdim”  qəzəl-romansı  cəlbedicidir. 
Əsərdə  əsas  bədii  obrazın  xarakteri,  necə  deyərlər,  tədricən 
açılır.  Bu  cəhəti  nəzərə  alan  bəstəkar  da  bütün  musiqi  ifadə 
vasitələrindən 
istifadə 
etməklə 
əsas  ideyanı  izləyir. 
Melodiyanın  mətnlə  belə  tərzdə  vəhdəti  Füzuli  poeziyasının 
musiqidə gözəl nümunəsidir. 
Ümumiyyətlə  Cahangir  Cahangirov  şeirə  qarşı  çox 
həssasdır. Görün mərhum şair Zeynal Cabbarzadə bu haqda nə 
yazır:  “Cahangirin  mənə  xoş  gələn  məziyyətlərindən  biri  də 
onun  doğma  Azərbaycan  şeirinin  qanun-qaydalarına  yaxşı 
bələd  olmasıdır.  O,  şeirdə,  sözlərin  düzümündə  və  axımında 
musiqini duyan, melodiyanı eşidə bilən sənətkardır.  
Mənə belə gəlir ki, onun əsərlərinin dildən-dilə düşməsi, 
sevilməsi də məhz buna görədir”. 
 
Ramiz Zöhrabov 
 



 
CAHANGĠR CAHANGĠROVUN HƏYAT VƏ  
FƏALĠYYƏTĠNĠN ƏSAS TARĠXLƏRĠ 
 
 
1921 
-  Cahangir  Şirgəşt  oğlu  Cahangirov 
1921-ci  il  iyun  ayının  20-də  Bakının 
Balaxanı  kəndində  neftçi  ailəsində  ana-
dan olmuşdur.  
 
 
 
 
 
1937  
-  Musiqi  texnikumunda  təhsil  almışdır.
 
 
 
1941  
-  Azərbaycan  Dövlət  Konservatoriyası-
nın  Xalq  musiqisi  şöbəsinə  daxil 
olmuşdur. 
 
   
 
1942 
-  Sazçı  qızlar  ansamblına  rəhbərlik 
etmişdir. 
 
1943-1950 
-  “Ərəb  süitası”,  “İran  süitası”    musiqi 
əsərlərini yaratmışdır. 
 
1944 
-  Azərbaycan  Dövlət  Radio  Verilişləri 
Komitəsində xora rəhbərlik etmişdir. 
 
1945  
-  Üzeyir  Hacıbəyov  adına  Azərbaycan 
Dövlət  Konservatoriyasının  bəstəkarlıq 
şöbəsinə  daxil olmuşdur. 
 
1947  
-  Nizami  Gəncəvinin  anadan  olmasının 
800  illik  yubileyi  münasibətilə  “Gül 
camalın” romansını və xor üçün “Qəzəl” 
əsərini yazmışdır. 
      


10 
 
1948  
-  “Mərdlik  nəğməsi”,  “Qara  gözlər”  və 
“Soruşma” mahnılarını yaratmış; 
 
-  “Skripka  üçün  sonatina”,  “Mərdlik 
nəğməsi”  mahnılarının  ifasına  görə 
respublika müsabiqəsində mükafata layiq 
görülmüşdür.  
 
1949 
- “Arazın o tayında” vokal simfonik poe-
masını yaradır və bu əsərə görə SSRİ Döv-
lət 
mükafatı  laureatı  adına  layiq 
görülmüşdür. 
 
1950  
-  Simfonik  orkestr  üçün  3  hissəli 
“Bayram”  süitasını və “Təntənəli yürüş” 
əsərini  yaratmış; 
 
 
- “Arazın o tayında” poeması Moskvanın 
Sütunlu  Salonunda  və  Leninqradda  ifa 
olunmuş,  lent  yazısı  isə  Ümumittifaq 
Radiosunun  Qızıl  fonduna  daxil  edil-
mişdir. 
 
1951 
-  Azərbaycan  Dövlət  Konservatoriyasını 
bitirmiş; 
 
-  Bəstəkar  S.Ələsgərov  ilə  birlikdə  sim-
fonik  orkestr  üçün  “Lenin”  poemasını 
yaratmış; 
 
-  Skripka  ilə  orkestr  üçün  konsert 
yazmışdır. 
 


11 
 
1954  
Ü.Hacıbəyov adına Dövlət Konservato-
riyasında xor dirijorluğu kafedrasında iş-
ləmiş; 
 
-  “Dostluq  nəğməsi”  süitası  Bəstəkarlar 
İttifaqının plenumunda  dinlənilmişdir. 
 
1956 
-  “Dostluq  mahnısı”  süitası  Azərbaycan 
Bəstəkarlarının  I Qurultayında uğurla ifa 
olunmuşdur. 
 
1957  
-  “Azad” operasını yaratmış və ilk tama-
şası  M.F.Axundov  adına  Azərbaycan 
Dövlət  Opera  və  Balet  Teatrında  oyna-
nılmışdır. 
 
1959  
-  “Füzuli”  kantatasını  (M.Füzulinin 
qəzəlləri əsasında) yazmış; 
 
-  Respublikanın  Əməkdar  incəsənət  xa-
dimi  adını almışdır. 
 
1962       
-  Xor  və  simfonik  orkestr  üçün  “Sabir” 
oratoriyasını yazmışdır. 
 
1963  
-  Respublikanın  Xalq  artisti  adına  layiq 
görülmüş; 
 
  
- Xalq Çalğı Alətləri orkestri üçün “Ose-
tin süitası”nı, “Misir eskizləri” əsərlərini 
yaratmışdır. 
 
1965  
-  “Nal  və  Damayanti”  baleti  üzrə  işini 
qurtarmışdır. 


12 
 
1967-1969  
-  “Koroğlu”  və  “Dəli  Kür”  kinofilmləri 
üçün musiqi yazmışdır. 
 
1970  
-  Xor,  solist  və  simfonik  orkestr  üçün 
“Azərbaycan” odasını yaratmış; 
 
-  “Золотоя  пропасть”  kino  filmi  üçün 
musiqi bəstələmişdir. 
 
1973  
“Nəsimi” kantatasını yazıb bitirmişdir. 
 
1974 
Moskvada keçiriləcək son konsert üçün 
“Məhsul nəğməsi” əsərini yazmışdır. 
 
1975 
-  Azərbaycan  Dövlət  Konservatoriya-
sının Xor dirijorluğu kafedrasının müdiri 
vəzifəsində çalışmağa başlamışdır. 
 
1976    
- “Təzə gəlin” operettasını  yazmışdır. 
 
1977  
“Partiya” odası və “Simfonik qravürlər” 
əsərlərini  solist,  xor  və  simfonik  orkestr 
üçün yazmışdır. 
 
1978    
-  “Xanəndənin  taleyi”  operasını  yarat-
mışdır
 
1979 
-  “Xanəndənin  taleyi”  operası  M.F.Axun-
dov adına Azərbaycan Dövlət  Akademik 
Opera  və  Balet  Teatrında  tamaşaya 
qoyulmuşdur.      
 
1980-1981 
-  Əkrəm  Əylislinin  “Quşu  uçan  budaq-
lar” tamaşasına  musiqi bəstələmişdir. 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə