bağlanmalıdır.
aradan qaldırılmalıdır.
1.9.2.4. Kaustik sodanı əl ilə bölmək (xırdalamaq) qada-
ğandır. Onu xüsusi tutumda buxara verməklə yumşaltmaq la-
zımdır.
1.9.2.5. Kaustik sodanı buxara verərkən, işçilərin
qələvinin sıçrantılarından (damcılarından) və ya buxardan
yanıq almaması üçün, barabanın altına verilən buxarı ehtiyatla
buraxmaq lazımdır.
1.9.2.6. Qələvinin buxara verilməsini müşahidə etmək
üçün, buxarın verilməsini dayandırmadan barabanı əymək
qadağandır.
1.9.2.7. Barabanların buxara verilməsi üçün onların
tutuma qaldırılması mexanikləşdirilməlidir.
1.9.2.8. Müxtəlif qatılıqlı turşuların, onların saxlanıldığı
tutumlarda qarışdırılması qadağandır.
1.9.2.9. Ammonyak, qələvi və turşu məhlullarının hazır-
lanmasından əvvəl tutumların, boru kəmərlərinin, ventillərin,
siyirtmələrin sazlığı yoxlanılmalıdır.
1.9.2.10. Sulfat turşusunu su ilə qarışdırmaq üçün
turşunu suyun üzərinə yavaş-yavaş tökmək lazımdır.
1.9.2.11. Qələvi, ammonyak və ya turşu dərinin üzərinə
düşərsə, dərhal həmin yer yetərincə su ilə yuyulmalı,
neytrallaşdırıcı vasitələrlə işlənməli və tibb məntəqəsinə
müraciət olunmalıdır.
1.9.2.12. Ammonyakın 25% sulu məhlulu ilə işlər görü-
lərkən qələvilərə tətbiq olunan eyni təhlükəsizlik tələblərinə
riayət olunmalıdır.
1.9.2.13. Qələvi, turşu və göz üçün təhlükəli digər mad-
dələrlə işləyərkən mühafizə eynəyindən istifadə olunmalıdır.
Eynəksiz işləmək qadağandır.
Dostları ilə paylaş: