Азярбайъан республикасы


Istismar vışkalarının, dorların (eklipslərin)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə62/246
tarix08.02.2022
ölçüsü1,37 Mb.
#83564
növüQaydalar
1   ...   58   59   60   61   62   63   64   65   ...   246
427034950-Neft-Qaz-Chixarma-Senayesinde-Tehlukesizlik-Qaydalari-Kitabi

Istismar vışkalarının, dorların (eklipslərin) 

quraşdırılması və sökülməsi

147



2.5.57. Istismar yükqaldırma qurğularının (vışkalar, dor-

lar, eklipslər) quraşdırılması və sökülməsi 

223


-ün tələblərinə

uyğun aparılmalıdır.

2.5.58. Istismar yükqaldırma qurğularını (vışkalar, dorlar,

eklipslər) quraşdırmaq üçün təyin edilmiş işçi meydança əvvəl-

cədən:


-yerüstü və yeraltı boru kəməri və kabellərdən təmizlən-

məli;


-ağacdan, koldan və otlardan təmizlənməli;

-50m-dən az olmayan radiusda hamarlanmalı;

-giriş və çıxış yolları ilə təchiz edilməlidir.

2.5.59. Əgər istismar yükqaldırma qurğusunun quraşdı-

rıldığı   zonadakı   quyuları,   şurfları   və   açıq   neft-yığım   torpaq

anbarlarını doldurmaq mümkün deyilsə, onlar örtülməli və ya

çəpərlənməlidirlər.

2.5.60. Yolların qurulması, işçi meydançanın hamarlan-

ması və hazırlanması, torpağın işlənməsi, avadanlıq üçün özül

tökülməsi və dayaq qurulması inşaat norma və qaydalarının

tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

2.5.61.   Fəaliyyətdə   olan   kommunikasiyalar   yerləşən

zonada   torpaq   işlərinin   aparılmasına,   ancaq   onları   istismar

edən təşkilatın yazılı icazəsi və əldə həmin sahənin kommuni-

kasiyalarının sxemi olduqda, icazə verilir.

Idarə edilməsində xüsusi vəsiqə tələb edilən yerqazan və

başqa maşınlardan  istifadə  edilərkən  cavabdeh iş rəhbərləri

tərəfindən   işə   başlamazdan   əvvəl   iş   icraçılarında   da   belə

vəsiqələrin olması yoxlanılmalıdır.

2.5.62.   Tikinti   meydanına   gətirilmiş   avadanlıq   və

materiallar   səmərəli   sxem   üzrə   yerləşdirilməlidir.   Burada

avadanlıq, işdə istifadə ediləcək maşın və mexanizmlər üçün

keçid   saxlamaqla,   quraşdırılacağı   yerə   yaxın   məsafədə

qoyulmalıdır.

148



2.5.63. Işçi meydançaya giriş, avadanlıq və materialların

daşınma yolları başqa əşyalarla tutulmamalıdır.

2.5.64. Mədəni budka və digər köməkçi otaqlar, quraş-

dırılacaq vışkanın, dorların (eklipslərin) layihə hündürlüyündən

10m-dən az olmayan məsafədə yerləşdirilməlidir.

2.5.65.   Müəssisənin   baş   mühəndisi   tərəfindən   təsdiq

edilmiş   siyahıda   göstərilmiş   çox   təhlükəli   işlər,   iş   yerlərinin

ilkin   yoxlanmasından   və   əldə   icazə     olduqdan   sonra   işin

rəhbəri və ya cavabdeh icraçı tərəfindən aparılmalıdır.

2.5.66. Qülləli tipli istismar vışkalarının quraşdırılması və

sökülməsi 

223



-ün tələblərinə uyğun aparılmalıdır.

2.5.67. Dorun (eklipsin) quraşdırılması ancaq mancanaq

dəzgahı dayandırıldıqdan, qidalandırıcı elektrikötürmə xəttində

gərginlik götürüldükdən və bu haqda elektrikötürmə xətlərinin

istismarına cavabdeh işçidən yazılı surətdə təsdiqedici sənəd

alındıqdan sonra aparılmalıdır.

2.5.68. Dor (eklips) yığılmış vəziyyətdə, bucurqadın və

ya traktor-qaldırıcının vasitəsi ilə qaldırılmalıdır.

Dorun (eklipsin) aşmasının qarşısını almaq üçün qaldırıl-

ma   zamanı   əks   tərəfdə   traktor-qaldırıcı   (bucurqad)   və   ya

lövbərə   bərkidilmiş   2   dartıcı   qurulmalıdır.   Dorun   (eklipsin)

traktor-dartıcı və avtomobillərlə qaldırılması qadağandır.

2.5.69. Dorun (eklipsin) qaldırılması üçün tətbiq edilən

bucurqad   və   ya   traktor-qaldırıcı   dorun(eklipsin)   özülündən

onun   hündürlüyündən   10m-dən   az   olmayan   məsafədə

yerləşdirilməli və etibarlı bərkidilməlidir.

2.5.70. Qaldırıcı kanat dordan (eklipsdən) ancaq onun özü-

lü   binövrəyə,   dartıcılar   isə   lövbərə   bərkidildikdən   sonra

çıxarılmalıdır.

2.5.71.   Dorun   (eklipsin)   quraşdırılması   və   sökülməsi

223



-ün tələblərinə uyğun aparılmalıdır.




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə