Азярбайъан Республикасы Верэиляр Назиринин 2007-ъi



Yüklə 29,05 Kb.
tarix01.12.2017
ölçüsü29,05 Kb.
#13346

Азярбайъан Республикасы Верэиляр Назиринин «___»_________ 2007-ъi

ил тарихли __________________№-ли

Ямри иля тясдиг едилмишдир

Vergi hesabatlarının elektron

sənəd formasında göndərilməsi haqqında

MÜQAVİLƏ №_____

_____________________ “___” _____________ 200_-ci il

şəhər (rayon)


Azərbaycan Respublikası Vergilər Nazirliyinin _______________________________________

(Vergi orqanının adı)

____________ (bundan sonra Vergi orqanı) rəisi (rəis müavini) _________________________


_____________________________________________________________________________

(rütbəsi,soyadı, adı, atasının adı)

________________________________________________________________ bir tərəfdən və
_____________________________________________________________________________

(vergi ödəyicisi hüquqi şəxsin tam adı (fiziki şəxsin soyadı, adı, atasının adı) və VOEN-i)

_____________________________________________________________________________

(bundan sonra Vergi ödəyicisi) digər tərəfdən aşağıdakı müqaviləni imzalayırlar.



1.Ümumi müddəalar
1.1. Hazırkı müqavilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 saylı Qərarı ilə təsdiq edilmiş «Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası»na uyğun olaraq tərtib edilmişdir.

2.Müqavilənin predmeti
2.1. Vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsidir;

2.2. Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədi kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqa malik olduğunu qəbul edir;

2.3. İstifadəçi kodu, parol və şifrədən istifadə etməklə göndərilən elektron sənədlər imzalanmış sayılır.


3. Tərəflərin hüquqları




3.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları var:
3.1.1. Vergi ödəyicisinin özünə məxsus olan məlumatlara baxmaq;

3.1.2. Elektron sənəd mübadiləsi ilə əlaqədar mübahisəli məsələlər meydana çıxdıqda qanunvericiliyin tələblərinə əməl etməklə vergi orqanına və ya məhkəməyə müraciət etmək;



      1. Müqavilədən müvafiq Ərizə verməklə imtina etmək;

3.1.4. Müqavilənin qüvvədə olduğu müddətdə vergi bəyannamələrini (hesabatlarını) kağız formatda təqdim etməmək.
3.2. Vergi orqanının aşağıdakı hüquqları var:
3.2.1. Müqavilənin qüvvədə olduğu müddətdə vergi ödəyicisi tərəfindən göndərilmiş eyni hesabat dövrü üzrə eyni tip bəyannaməni yalnız bir formatda (elektron və yaxud kağız formatda) qəbul etmək. Bu şərt pozulduqda hesabat dövründə daha gec təqdim edilmiş bəyannamənin qəbul edilməsindən imtina etmək;

3.2.2.Müəyyən olunmuş elektron formata uyğun gəlməyən bəyannamələrdən (hesabatlardan) imtina etmək;

3.2.3. Vergi ödəyicisi elektron sənəd mübadiləsi üçün nəzərdə tutulmuş texniki qaydalara və normalara əməl etmədikdə hesabat dövrünün başa çatmasına azı 10 gün qalmış xəbərdarlıq edilməklə Müqavilədən birtərəfli qaydada imtina etmək.


4. Tərəflərin vəzifələri




4.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri var:
4.1.1. Elektron sənəd mübadiləsi ilə bağlı Vergilər Nazirliyinin bütün təlimat və qaydalarına əməl etmək, müəyyən olunmuş formatda tərtib olunan elektron bəyannaməni (hesabatı) qanunvericilikdə müəyyən olunmuş müddətdə vergi orqanlarına göndərmək;

4.1.2. Elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil təmin etmək;

4.1.3. Sistem tərəfindən qəbul edilməmiş və səhv aşkar edilmiş bəyannamələri (hesabatları) yenidən hazırlayıb göndərmək;

4.1.4. Elektron sənəd mübadiləsi üçün istifadə olunan İstifadəçi kodu, şifrə və parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, istifadəçi kodu, parol və şifrə unudulduqda və ya istifadəçi kodu, parol və şifrədən başqaları tərəfindən istifadə olunduğunun bilindiyi andan 3 gün müddətində qeydiyyat üzrə vergi orqanına yazılı məlumat vermək;

4.1.5. Vergi orqanlarına təqdim edilmiş elektron bəyannamələri (hesabatları) və vergi orqanlarından alınmış bütün elektron sənədləri azı 7 il ərzində saxlamaq;

4.1.6. Elektron sənədlərin mübadiləsindən imtina edildikdə Vergi orqanına Ərizə vermək.


4.2. Vergi orqanının aşağıdakı vəzifələri var:
4.2.1. Vergi ödəyicisinin ərizəsinin qəbulundan sonra 2 gün müddətinə elektron sənəd mübadiləsi üçün ona zəruri İstifadəçi kodu, şifrə və parolu təqdim etmək;

4.2.2. Vergi ödəyicisindən müəyyən edilmiş elektron formatda tərtib olunan elektron sənədi qəbul etmək və bu barədə vergi ödəyicisini məlumatlandırmaq;

4.2.3. Elektron şəkildə qəbul edilmiş bəyannamənin (hesabatın) ilkin yoxlanılmasını təmin etmək;

4.2.4. Vergi ödəyicisinin qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanını yaratmaq.




5. Tərəflərin məsuliyyəti

5.1. Tərəflər müqavilədə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə və ya tam yerinə yetirmədikdə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.


6. Mübahisələr

6.1. Müqavilənin şərtlərinin yerinə yetirilməsi prosesində mübahisələrin və münaqişələrin yarandığı halda tərəflər onların tənzimlənməsi üçün qarşılıqlı şəkildə bütün zəruri tədbirlərə təşəbbüs göstərməyi öhdələrinə götürürlər;

6.2. Elektron sənədlərin həqiqiliyi ilə əlaqədar mübahisə yarandığı halda, Müqavilənin maraqlı tərəfi digər tərəfə səbəblərini əsaslandırmaqla və mübahisə predmeti olan elektron sənədin (bundan sonra – Tələb) tarixi və nömrəsini göstərməklə yazılı müraciət edir;

6.3. Müraciət vergi qanunvericiliyində nəzərdə tutulmuş müddətlərdə təqdim olunur və baxılaraq yazılı şəkildə cavablandırılır;

6.4. Müqavilənin tərəfləri 6.7-ci bəndə uyğun olaraq mübahisənin növünü müəyyənləşdirmək yolu ilə onun həllini həyata keçirirlər;

6.5. Müqavilə tərəfləri arasında mübahisənin həllinin nəticələrinə görə akt tərtib olunur, burada mübahisənin mahiyyəti və tipi göstərilir və Müqavilənin tərəflərinin nümayəndələri tərəfindən imzalanır;

6.6. Mübahisənin həlli üçün Müqavilənin tərəfləri aşağıdakı materialları təqdim etməlidirlər:


  1. fayl şəklində olan mübahisəli elektron sənəd;

  2. təsdiqedici elektron sənəd;

Mübahisəyə baxılması zamanı Müqavilənin tərəfləri elektron sənədlərin həqiqiliyini yoxlayırlar.

6.7. Mübahisənin həlli növləri və onlara baxılma qaydaları:



Mübahisə 1: “Elektron sənədin göndərilməsinin inkarı”, göndərən elektron sənədin göndərilmədiyini, qəbul edən isə həmin elektron sənədin onun tərəfindən qəbul olunduğunu iddia edirsə, mübahisə aşağıdakı şəkildə həll edilir:

-qəbul edən elektron sənədi təqdim edir;

-təqdim olunan elektron sənədin doğruluğu yoxlanılır;

-əgər təqdim olunan elektron sənəd doğrudursa, mübahisə qəbul edənin xeyrinə həll olunur. Əks halda mübahisə göndərənin xeyrinə həll olunur.



Mübahisə 2: “Elektron sənədin qəbul edilməsinin inkarı”, qəbul edən elektron sənədin onun tərəfindən qəbul olunmadığını, göndərən isə, həmin elektron sənədin onun tərəfindən göndərildiyini iddia edir, mübahisə aşağıdakı şəkildə həll edilir:

-göndərən elektron sənədin çatdırılmasının təsdiqi ilə elektron sənədi təqdim edir;

-çatdırılmasının təsdiqi ilə elektron sənədin doğruluğu yoxlanılır;

-çatdırılmasının təsdiqi ilə elektron sənəd doğrudursa, mübahisə göndərənin xeyrinə həll olunur. Əks halda mübahisə qəbul edənin xeyrinə həll olunur.



Mübahisə 3: “Göndərilən elektron sənəd qəbul olunana uyğun gəlmir”, göndərən göndərdiyi elektron sənəd qəbul edən tərəfindən alınan elektron sənədlə uyğun gəlmədiyini, qəbul edən isə qəbul etdiyi elektron sənədin göndərən tərəfindən göndərilənlə uyğun olduğunu iddia edirsə, mübahisə aşağıdakı şəkildə həll olunur:

-qəbul edən elektron sənədi təqdim edir;

-təqdim olunan elektron sənədin doğruluğu yoxlanılır;

-əgər təqdim olunan elektron sənəd doğrudursa, mübahisə qəbul edənin xeyrinə həll olunur. Əks halda mübahisə göndərənin xeyrinə həll olunur.

6.8. Tərəflər bu müqavilədə nəzərdə tutulan qaydada qarşılıqlı anlaşma əldə etmədikdə mübahisələrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.

7. Müqavilənin müddəti

7.1. Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və ___ müddətinə qüvvədədir;

7.2. Müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri Müqavilədən imtina və yaxud uzadılması barədə müraciət etmədikdə Müqavilənin müddəti Müqavilədə nəzərdə tutulmuş müddətdə uzadılmış hesab edilir.


8. Yekun müddəalar
8.1. Bu Müqavilə azərbaycan dilində 2 nüsxədə tərtib olunmuşdur və hər 2 nüsxənin eyni hüquqi qüvvəsi vardır.


9. Tərəflərin rekvizitləri

Vergi orqanı Vergi ödəyicisi

________________________________ __________________________________

(Vergi orqanının adı) (vergi ödəyicisi hüquqi şəxsin tam adı
________________________________ __________________________________

vəzifəli şəxsin vəzifəsi, rütbəsi, soyadı, adı, (fiziki şəxsin soyadı, adı, atasının adı) və VOEN-i)

________________________________ __________________________________

atasının adı) (Müqavilənin imzalanması üçün


__________________________________


səlahiyyətli şəxsin soyadı, adı, atasının adı)


M.Y M.Y





Yüklə 29,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə