Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 

23

Nadir  şahın öldürülməsi ilə onun nəhəng imperiyası dağılmağa 



başladı. Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. Digər ərazilərdə, o 

cümlədən Azərbaycanda müstəqil xanlıqlar meydana çıxdı.  

Nadir  şahın ölümü ilə ali hakimiyyət uğrunda mübarizə gücləndi. 

XVIII  əsrin ikinci yarsında Iran taxt - tacı  uğrunda iyirmiyə yaxın 

sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dəfə  əldən – ələ keçdi. 

Dövlətin paytaxı altı  dəfə  dəyişmiş, Isfahandan Qəzvinə, sonra isə 

Məşhədə,  Şiraza, yenidən Isfahana, nəhayət Tehrana köçürülmüşdü. 

Mərkəşləşmiş dövlətin parçalanması ilə demək olar ki, müştərək tarixin 

də parçalanmasının, saxtalaşdırılmasının, bu günkü bəzi ziddiyyətlərin 

əsası qoyuldu. 

 

 

2.  Mərkəzləşmiş dövlətin xanlıqlara parçalanması  və    bəzi  



ziddiyyətlərin başlanğıcının qoyulması 

 

Müştərək tarixin obyektiv öyrənilməmiş  səhifələrindən biri də 

Nadir  şahın ölümündən sonra mərkəzləşmiş dövlətin xanlıqlara 

parçalanması,  Qacarların mərkəzləşmiş dövləti yenidən bərpa etmək 

cəhdləri və bu məqsədlə bir sıra  ərazilərə, o cümlədən Qarabağa və 

Gürcüstana yürüşləri və s. məsələlərdir. Azərbaycan tarixşünaslığında bu 

məsələyə aid bir sıra kitablar nəşr olunsa da problemin obyektiv tədqiqi 

aktual olaraq qalır.  

Çar Rusiyası  və Sovet hakimiyyəti illərində olduğu kimi Ağa 

Məhəmməd Qacara və onun qardaşı nəvəsi vəliəhd Abbas Mizəyə qarşı 

düşmən münasibətin bu gün eynilə təkrarlanması, onların müasir dövrdə 

də  işğalçı adlandırılması tarixi saxtakarlıqdan başqa bir şey deyildir. 

Tarixi  ədaləti bərpa etmək üçün bir çox suallara oöyektiv cavablar 

verilməsinə ehtiyac var: Qacarlar kimdir? Nəyə görə  Ağa Məhəmməd 

Şah Qacar digər xanlıqlar üzərinə deyil məhz Qarabağ xanlığının və 

Gürcüstanın üzərinə hücuma keçmişdir? Doğurdamı Qacarlar 

Azərbaycana düşmən və yadelli idilər? Gəncə xanı Cavad xanı xalqın 

qəhrəman oğlu hesab etmək, lakin onun müttəfiqi və qan qohumları olan 

Ağa Məhəmməd Qacarı, Abbas Mirzəni işğalçı adlandırmaq nə dərəcədə 

düzdür?  

 Çox  təəssüf ki, uzun müddət bu suallar tarnixçiləri 

maraqlandırmamış  və ya bu məsələlərlə maraqlanmaq onlara qadağan 

edilmişdir. Bu suallara obyektiv cavablar vermək üçün faktlara müracət 

edək. 


Xanlıqlaın  əsasını Nadir şahın  əmisi oğlu,  əfşar tayfasından olan 

Fətəli xan qoymuşdu. O, bununla kifayətlənməyərək mərkəzləşdirilmiş 

dövləti bərpa etmək istəyirdi. Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, 



 

24

Marağa və  Sərab  xanlıqlarını öz ətrafında birləşdirdi. Bundan sonra o, 



Gürcüstana hücum edərək II Iraklini məğlub etdi.   

Ali hakimiyyət uğrunda mübarizə aparan Iranın qərb və cənubunda 

məskunlaşmış zənd tayfasının başçısı Kərim xan Zənd  də ali hakimiyyət 

uğrunda mübarizəyə başladı. O, Məhəmmədhəsən xan Qacar  və 

Urmiyalı  Fətəli xanla mübarizədə hakimiyyəti  ələ ala bildi. Kərim xan 

Zənd  (1750 - 1779) şah titulu qəbul etmədi, vəkil adı ilə ölkənin 

idarəsinə başladı. Onun  1779 – cu ildə ölüməsi həm sülalə daxilində, 

həm də qacarlarla hakimiyyət uğrunda mübarizəni qızışdıdı. Kərim xan 

Zənddən sonra Əbülfət və Məhəmməd Əli (birgə) (1779), Sadiq (Şirazda) 

(1779 - 1781), Əlimurad (Isfahanda) (1779 - 1785), Cəfər (1785 - 1789), 

Lütfəli (1789 – 1794) hakimiyyətdə olmuşlar.  

 Nəhayət Iran taxt – tacı  uğrunda gedən mübarizə Qacarların 

qələbəsi ilə nəticələndi. Bu işdə Məhəmmədhəsən xan Qacarın oğlu Ağa 

Məhəmməd xan Qacarın böyük əməyi olmuşdur. O, 1792 – ci ildə ildə 

Lütfəli xanı  məğlub edərək  Şirazı tutduqdan sonra Iranın hakiminə 

çevrildi.  

1795 – ci ildə Ağa Məhəmməd xan Qacar özünü şah elan etdi. O, 

Isfahan, Yəzd, Girman və  Şrazı tutduqdan sonra əsas məqsədi cənubi 

Qafqazı  mərkəzi hakimiyyətə tabe etməklə parçalanmış dövləti bərpa 

etmək idi. Yalnız onun hakimiyyətə  gəlməsi ilə Iranın cənubi Qafqazın 

siyasi həyatında rolu möhkəmləndi. Bəs müştərək tarixdə böyük rol 

oynamış, 1795- 1925 – ci illərdə Iran taxt – tacına sahib olmuş Qacarlar 

kim idi?  

Qacarlar sülaləsinin şəcərə cədbəli aşağıdakı kimi olmuşdur: 

Fətəli xan (1721 – 1750), Məhəmməd Həsən xan (1750 – 1770), 

Hüseynqulu xan (1779) – Mazandaranda tayfa başçıları, Ağa Məhəmməd 

(1779 – 1797), Fətəli şah ( 1791 – 1834), Məhəmməd şah (1834 – 1848), 

Nəsrəddin  şah (1848 – 1896), Müzəffərəddin  şah ( 1896 – 1907), 

Məhəmməd Əli şah ( 1907 – 1909), Əhməd şah ( 1909 – 1925). 1925 – ci 

ildə Qacarların hakimiyyəti Rza şah Pəhləvilər tərəfindən devrilmişdir. 

Tarixi mənbələrdə qeyd olunur ki, Şah Ismayıl atasının vəfalı 

dostlarından sayılan Hüseyn bəy lələ, Xadim bəy Xəlifətül – Xüləfa, 

Rüstəm bəy Qaramanlu, Dədə bəy Talış, Ilyas bəy Uyğuroğlu, Qara Piri 

bəyə Qacar adlı 7 nəfərin köməyilə böyük müvəffəqiyyətlər qazanmışdır. 

Buradan belə  nəticə  çıxarmaq olar ki, Qacarlar Səfəvi dövlətinin 

yaranmasında fəal iştirak etmiş ən etibarlı tayfalardan biri olmuşdur. 

Qacarların soy kökü haqqında Rəşid bəy Ismayılovun "Azərbaycan 

tarixi" kitabında belə yazılmışdı: "Təqribən yeddi yüz sənə bundan 

əqdəm Iran səltənəti moğolların  əlində olan vaxt, qəsb etdikləri taxt və 

hakimiyyəti saxlamaq qəsdilə Türkstandan iki yüz min ailə  Ağ hun 

tayfasına mənsub olan "Qayi" türklərini Irana köçürmüşdür. 



 

25

"Qayi" türklərinin "Qacar", "Əfşar", "Ustad Callı", "Padar" və 



"Çobanı" qəbilələri Iranın müqəddəratında pek böyük nüfuza malik 

olaraq, mühüm rollar oynamışlar...  

Cəlayir türklərinin nəslinə  mənsub Qacar türklərini  Əmir Teymur 

Qarabağ, Gəncə  və Irəvan vilayətinə köçürdüb, burada yurdlaşmağa 

bunlara müsaidə etmişdi. Sonra Qacarlar Azərbaycanın  sair nöqtələrinə 

dəxi dağılıb, " Qacar" və "Qacarlı" adlı köylər abad etmişlər. 

Hülaku silsiləsinə mənsub Arqun xanın müəllimi olan Xorasan və 

Astarabad hakimi Sirtaq Nuyan xanın oğlunun adı "Qacar" imiş. Qacarın 

adı ilə kendi qəbiləsi dəxi adlanmışdır." 

Qacarların Iran və Azərbaycanın tarixində oynadığı rol haqqında 

müəllif daha sonra yazır: "Ağa Məhəmməd xan hal – hazırda Iranda 

səltənət edən Qacar silsiləsinin ilk tacidarı  və müəssisi idi. Dağıstan 

ləzgiləri Gəncə, Erivan və Qarabağ  əhalisini indiyədək "Qacar" deyə 

adlandırırlar. Qacarlar ən  əvvəl Gəncənin yaxınlığında olan Şimku 

yurdunda sakin olublar. Burada Qacarların "Mehdibəyli" adlanan 

yurdlarının xarabası və əkdikləri çinar ağacları indiyədək qalmışdır. 

Şah Abbas Qarabağdan bir kaç bin Qacar türklərindən köçürdüb, 

Mazandaranda və Astarabadda sakin etdi. Ağa Məhəmməd xan 

Astarabadda sakin olan Qacarlara mənsubdur."(39) 

N. A. Kuznetsovanın kitabında isə bu məsələ belə  şərh olunur: "I 

Şah Abbas XVII əsrin başlanğıcında qızılbaşların gücünü azaltmaq 

məqsədilə qacarları üç hissəyə bölüb onların birini Xorasanda, başqasını 

Astarabadda (Qorqan çayı üzərində), üçüncü hissəsini isə Qarabağda, 

Gürcüstanla sərhəd rayonlarında yerləşdirmişdi. Iranın siyasi həyatında 

bu qoldan Qorqan qacarları daha fəal mübarizə aparırdılar. Məhəmməd 

Həsən xan Qacar bu qoldandır." (40) 

Bütün bunlar sübut edir ki, qacarlar tayfası və onların nümayəndəsi 

olan şahlar Azərbaycan üçün  yadelli və işğalçı olmamışdır. Onların əsas 

məqsədləri parçalanmış mərkəzləşmiş dövləti bərpa etməkdən ibarət idi. 

Bunun üçün onlar cənubi Qafqaz ərazisini öz əsarəti altına salmaq istəyən 

Rusiyaya qarşı  və  mərkəzi hakimiyyətə tabe olmaq istəməyən, bunun 

üçün də özünə  kənardan mütəffiq axtaran xanlara qarşı mübarizə 

aparmışlar.  

Səfəvilər dövründə Qarabağ, Gəncə  və Astarabad Qacarlar 

tayfasından olan əmirlər tərəfindən idarə olunması, 1579 – cu ildə Şirvanı 

Osmanlıların yeni  hücumlarından qorumaq üçün Peykər xan  Ziyadoğlu 

Qacar bura bəylərbəyi təyin edilməsi və s. faktlar göstərir ki, Ağa 

Məhəmməd  Şah Qacarın cənubi Qafqaza hücumunu sovet 

tarixşünaslığında qeyd olunduğu kimi "yadelli qoşunların işğalçı yürüşü" 

kimi qiymətləndirmək kökündən səhvdir. Çünki hər  şeydən  əvvəl 

Qacarlar yadelli deyil bu torpağın, bu vətənin övladları idilər. Bundan 

başqa bu hücumlarda əsas məqsəd hansısa yad, xarici torpaqları  işğal 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə