Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 

31

Gəncəyə  gəlməsini səbirsizliklə gözləyirlər. Çünki müsəlman dininin 



bütün qanunları onları  sıxışdırmaqla hədələyir." Bu cür qəsdən  

uydurulmuş yalanlarla ruslar öz işğalçı siyasətlərinə haqq qazandırmağa 

və yerli əhalini  əsarət altına almaq üçün ideoloji baza yaratmağa 

çalışırdılar. 

Rus qoşunlarının Gəncəni işğal etməsi planlarını düzgün başa 

düşmək üçün Rusiyanın strateji cəhətdən  əlverişli  ərazi olan cənubi 

Qafqaza, o cümlədən Azərbaycana qarşı  əvvəlki illərdə yeritdiyi işğalçı 

siyasətə qısa bir nəzər salınmmasına ehtiyac var.  

Rusların Azərbaycana ilk gəlişi təxminən IX yüzilliyin sonlarına  

təsadüf edir. Həmin dövrdə ruslar gəmilərlə Volqa çayı və Xəzər dənizi 

vastəsilə Azərbaycanna gəlirdilər. 909 – cu ildə onlar 16 gəmi ilə Xəzərə 

daxil olmuş  və  dənizin cənub sahillərini qarət etməyə başlamışlar. Bir 

qədər sonra  daha artıq canlı qüvvə ilə onlar həmin  ərazilərə basqın 

edərək Sarı adasını(Sara) və sahil məntəqələrini qarət edərək 

yandırmışlar. Lakin tezliklə Şirvanşahlar tərəfindən darmadağın edilərək 

geri qayıtmağa məcbur olmuşlar. 

914 – cü ildə rusların Xəzərin Azərbaycan sahillərinə  hər birində 

100 döyüşçü olan 500 gəmi ilə daha bir yürüşü olmuşdu. 50 min nəfərlik 

rus ordusu Pirallahı, Sahilan (Şəhilan), Zirə (Qumzirə), Kiçik Zirə, Böyük 

Zirə, Zənbilə (Duvannı), Xirə, Sarı adalarında mövqe tutaraq sahil 

məntəqələrinin əhalisini qarət etmişlər. 

944 – cü ildə ruslar "Arranın baş şəhəri" olan Bərdəni ələ keçirmək 

üçün yeni yürüşə başladılar. Onlar Kür çayı vasitəsilə Mübarəki adlanan 

yerdə mövqe tutaraq Bərdəyə hücum etdilər. Salarilər dövlətinin 

tərkibində olan Bərdə hakimi 50 mindən artıq işğalçı qoşununa 

müqavimət göstərə bilmədiyinə görə Bərdə ruslar tərəfindən zəbt olundu. 

Tarixi mənbələrdə göstərilir ki, ruslar burada 20.000 nəfərə  qədər adam 

öldürmüş və şəhəri tamamilə dağıtmışlar. Bir qədər sonra Salari qoşunları 

Bərdəni mühasirəyə alaraq şəhəri ruslardan təmizləmişlər. Yolxucu 

xəstəliklərdən qırılmağa başlayan ruslar təcili surətdə Azərbaycanı  tərk 

etmişlər. 

987 – ci ildə ruslar Dərbəndə, 1030 – cu ildə isə 38 gəmi ilə Kürlə 

Arazın qovuşduğu ərazilərə hücum etmişlər. 

1032 – 1033 – cu illərdə ruslar Şamaxını tutaraq talan etmiş  və 

10.000 nəfərə qədər əhalini qılıncdan keçirmişlər. 

Sonralar  əsasən I Pyotrun hakimiyyət illərində rusların 

Azərbaycana yeni yürüşləri baş vermişdi. 1722 – ci il iyulun 18 - də 274 

kiçik gəmi ilə onlar Xəzər dənizinə  çıxmışlar. I Pyotrun özü də 

donanmanın tərkibndə olmuşdu. Dərbənd hakimi Imamqulu bəy qalanı 

döyüşsüz təslim etdiyinə  görə rus çarı ona general – mayor rütbəsi, xan 

titulu vermişdi.  



 

32

Iyunun 18 – dən 26 – sına qədər gedən gərgin döyüşlərdən sonra 



Bakı ruslar tərəfindən işğal olundu. Sentyabrın 3 – də I Pyotr  Peterburqda 

Bakının alınmasını təntənə ilə bayram etdi. 

1796 – ci ildə V. Zubovun komandanlığı ilə ruslar yenidən 

Dərbənd və  Gəncəyə hücum etdilər. Onlar Dərbəndi, Qubanı tutduqdan 

sonra iyunun 13 – də Bakını yenidən işğal etdilər. 

1796 – cı ilin noyabrında II Yekatrinanın ölümüdən sonra 

hakimiyyətə gəlmiş I Pavel rus qoşunlarını Qafqazdan geri çağırdı. Zubov 

istefaya göndərildi, onun yerini yenidən qraf Qudoviç tutdu. 

I Pavelin xeyli ərazi işğal etmiş rus qoşunlarını geri çağırmasının 

səbəbi bir tərəfdən böyük xərclər (1.700 min rubl), digər tərəfdən 

Avropada vəziyyətin mürəkkəbliyilə izah edilir. Burada yerli xalqların 

işğalçı rus qoşunlarına münasibəti, hakimiyyətdən devrilmiş xanların 

fəaliyyəti, Iranda Ağa Məhəmməd  şahın güclənməsi də öz təsirini 

göstərmişdi. 

Rus qoşunları dekabr ayından Azərbaycandan çıxarılmağa başlandı 

və bu 1797 – ci ilin yazınadək davam etdi. "Qızılayaq yaranal" (ayağının 

biri qızıl protez idi) Zubovun müsəlman  əhaliyə qarşı ayrı – seçkilik, 

ermənilərə arxalanmaqla güclü xristian dövləti yaratmaq planı da rus 

qoşunlarına yerli əhalinin nifrəti artırmış  və onların Azərbaycandan 

çıxarılmasını sürətləndirmişdi. 

I Pavel 1801 – ci ilin yanvarında Gürcüstan çarlığının rusiyaya 

birləşdirilməsi haqqında manifest verdi. O sui – qəsd nəticəsində 

öldürüldükdən sonra atasının yerinə hakimiyyətə  gəlmiş I Aleksandırın 

(1801 – 1825) dövründə ruslar cənubi Qafqazla  bağlı işğalçılıq planlarını 

yenidən həyata keçirməyə başladı. P. D. Sisianovun Qafqaza baş 

komandan göndərilməsi ilə bu iş daha da sürətləndi. 

1802 – ci ildən Qafqazdakı rus qoşunlarının baş komandanı P. 

Sisianovun Gəncə üzərinə hücum ərəfəsi Cavad xana göndərdiyi 

məktublar rus imperiyasının işğalçı, müstəmləkə siyasətinin bariz 

nümunələridir. Bu məktublar "Qafqaz arxeologiya komissiyası aktları"nın  

1868 – ci ildə Tiflisdə nəşr olunmuş ikinci cildində nəşr olunmuşdur. Bu 

cür kitablar çar Rusiyasının xarici siyasətinə haq qazandırmaq məqsədilə 

nəşr olunduğuna görə buradakı  məlumatlara tənqidi yanaşılmasına 

ehtiyac var. Lakin məktubların orjinalı ilə tanış olmaq imkanımız 

olmadığına görə bu kitaba istinad etmək məcburiyyətindəyik. Məktublar 

o dövrə  məxsus müxtəlif təriflərlə, xoş sözlərlə dolu  cümlələrlə  tərtib 

olunmasına baxmayraq bu sənədlərdə çar Rusiyasının  işğalçı siyasətini 

açıq aydın görmək olur.  

P. Sisianovun Cavad xana yeddi məktub göndərmişdir. Birinci 

məktub Tiflisdə 25 fevral 1803 – cü ildə yazılmışdı. Məktubda deyilir: 

"Hörmətli məmurunuz Gürgün bəylə göndərdiyiniz məktubu 

aldım. Orada Sizin dinc, müttəfiq və dostcasına qonşuluq  əlaqələri 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə