Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 

37

daxili çəkişmələr və düşmənçilik nəticəsində Cavad xanın köməyəinə 



gəlmədilər. Onlar öz ərazilərində oturuaraq gözləməyi qərara aldılar və 

bununla da Gəncənin işğalına və özlərinin sonrakı faciələrinə  şərait 

yaratdılar. 

 Qüvvələr nisbəti qeyri bərabər olmasına baxmayaraq gəncəlilər 

qəhramanlıqla müdafiə olunurdular. Çar qoşunu sayca Cavad xanın 

qoşunundan 10 dəfə çox idi. 20 minlik rus qoşununa qarşı 2 min gəncəli 

qəhrəmanlıqla vuruşurdu. Cavad xan, Tağı  və  Həsən adlı iki oğlu, 

Mahmud və Bağır adlı iki qardaşı  və 2 minə  qədər  əsgər Gəncənin 

müdafiəsi uğrunda döyüşlərdə qəhrəmanlıqla həlak oldular. (42) Tarixçi 

Rəşid  bəy Ismayılov gəncəlilərin qəhrəmanlığı barədə yazırdı: 

"…Gəncəlilər həqiqətən  şir kimi müqavimət göstərir, rusların üzərinə 

dolu kimi güllə, daş  və ox yağdırırdılar.  Əsgərləri görmək qəsdilə 

gəncəlilər yapıncıları neftlə isladıb onlara qarşı atırdılar. Topların sədası, 

güllələrin vıyıltısı, qalanın içindən çıxan ah – nalə ərşə dayanmış, ətrafa 

dəhşətli vahimə salmışdı… Qala bürclərindən birində Cavad xan topun 

üzərinə qalxaraq əlində siyrmə  qılınc rusların hücumunu fövqəladə 

dərəcədə mətanətlə dəf edirdi." 

Cavad xanın qəhrəmanlığını ruslar özləri də etiraf edirdilər. Məsələn, 

rus qoşunlarının baş komandanı markiz Pauliççi  Abbas Mirzəyə 20 

fevral 1812 – ci il tarixli məktubunda yazırdı:  "Mərhum Cavad xanın 

qohum – əqrəbasına rast gəldim. Öz vətəninə layiqincə xidmət edən 

adamları sevdiyim üçün Cavad xana haqq qazandırıram. O, şəhəri 

müdafiə edərək  əlində silah həlak olmuşdur. Mənim Cavad xana olan 

dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun nəslindən 

olanların hamısına azadlıq verdim ki, Irana köçsünlər."(43) 

Çar höküməti döyüş bitən günü, 1804 – cü il yanvarın 3 – də 

Imperatorluq zərbxanasında Gəncənin alınmasında iştiraka görə döş 

medalı təsis edildi. Minillik tarixi olan Gəncənin adı dəyişdirilərək, ona I 

Aleksandrın arvadı Yelzavetanın şərəfinə Yelzavetopol adı verildi. Yeni 

qaydaya görə  Gəncə sözünü dilinə  gətirən hər bir kəs bir qızıl cərimə 

ödəməli idi. Gəncə  qırğınıdan məmun qalan I Aleksandırın Sisianova 5 

fevral 1804 – cü ildə göndərdiyi məktubda deyilirdi: "…Asiya qürur 

qarşısnda güzəştə getmək pis olardı  və belə bir örnək o ölkənin başqa 

hakimlərini də dikbaşlığa gətirərək… sizə tapşırılan planın yerinə 

yetirilməsində sonralar çətinlik doğura bilərdi". 

 Cavad  xanın böyük oğlu Uğurlu xan 1804 – cü ilin yayında 

Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da məğlub olub Irana 

getməyə məcbur oldu. O, 1826 – cı ildə Abbas Mirzənin və yerli əhalinin 

köməkliyi ilə yenidən Gəncəyə qayıtsa da 40 gündən sonra yenidən şəhəri 

tərk etməli oldu. 1826 – cı il sentyabrın 13 – də baş vermiş  Gəncə 

döyüşündə  əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən 



 

38

Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən 



sonra o, Irana qayıda bildi. 

Gəncədə həlak olanların sayı barədə digər məlumatda deyilir: "1804 – 

cü ildə ruslar Gəncəni işğal etdikdən sonra əhalinin sayı hədsiz dərəcədə 

azalmışdı. 3700 nəfər qalanı müdafiə edərkən həlak olmuş, minlərlə 

gəncəli, o cümlədən xanın qohumlarından 200 ailə  şəhəri tərk edərək 

əsasən Irana köçmüşdü. Əgər 1802 – ci ildə şəhərin əhalisinin sayı 25700 

nəfər idisə, işğaldan sonra bu rəqəm 5460 nəfərə enmişdi."(44) 

Gəncədə  həlak olanların sayı barədə müxtəlfi məlumatları 

dəqiqləşdirərək belə nəticəyə gəlmək olar ki, Cavad xanın 2 min döyüşçü 

ilə yanaşı    şəhərin müdafiəsində onlara kömək etmiş 1700 nəfər  şəhər 

əhalisi bu döyüşlərdə qəhrəmanlıqla həlak olmuşlar.  

Sisianov  Gəncə ilə yanaşı Car – Balakən ərazisini də işğal etməyə 

çalışırdı.  Onun 1803 – cü il 31 mart tarixli (Car camaatının silah gücü ilə 

çökdürülməsindən bir gün sonra) "Bütün Car camaatına" əmri verilmişdi 

ki, bu sənəd də rusların işğalçı siyasətinin ifşa edilməsi baxımından çox 

əhəmiyyətlidir. Sənəddə deyilir: "Dinsiz alçaqlar! Mən sizi çox dilə 

tutdum, siz isə dağıstanlıları çağırdınız, sonra da ürəklənib elə bir şey 

yazdınız ki, ləyanətimə toxunur. Siz doğru deyirsiniz, mən gürcüyəm

amma nə  ağızla bunu yazmağa cəsarət edirsiniz? Mən Rusiyada 

doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin qoy gəlib 

ora çıxım, onda evlərinizi deyil, sizin özünüzü oda yaxacaq, cocuq və 

qadınlarınızın içalatını çəkib çıxardacağam."(45) 

1803 – cü il martın 29 – da Car ərazisi işğal olundu. Lakin əhali 

müqaviməti davam etdirirdi. Nəhayət 1804 – cü ilin yanvarında general 

Qulyakovun başçılığı ilə rus qoşunları Car – Balakən  əhalisinin 

müqavimətini qıraraq bu əraziləri viran qoydular.  

Gürcüstan, Car – Balakən və  Gəncənin işğalı, rusların get – gedə 

Azərbaycanın içərilərinə doğru irəlləməsi Iranı  təcili tədbirlər görməyə 

məcbur edirdi. I Rus – Iran müharibəsi ərəfəsi vəziyyət get – gedə daha 

da gərginləşirdi. Rus və sovet tarixşünaslığının  əksinə olaraq obyektiv 

faktlar göstərir ki, ruslar Azərbaycan xanlıqlarının  ərazilərini asanlıqla 

deyil xeyli itkilər verməklə  işğal edirdilər. Onlar Cavadxan Gəncəli, 

Mustafa xan, Davud xan, Səlim xan kimi sərkərdələrin cənazələri 

üstündən keçərək  bu torpaqları ələ keçirirdilər. 

 

 3. I və II Rusiya – Iran müharibələri. Gülüstan və Türkmənçay 

müqavilələri. 12 Azərbaycan xanlığının Rusiyanın  əsarəti altına 

düşməsi. 

 

  



I (1804 – 1813) və II (1826 – 1828) Rusiya – Iran müharibələri  çar 

Rusiyasının işğalçı siyasətinin nəticəsində baş vermişdi. Lakin rus və 

sovet tarixşünaslığında bu iki müharibənin tarixi saxtalaşdırılaraq 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə