Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 

39

müharibənin başlaması üçün məsuliyyətin  Iranın üstünə qoyulmasına 



cəhdlər edilmişdir.  

Tarixdə hansısa ölkəyə qarşı müharibəyə başlamaq, ondan təzminat 

almaq üçün saxta iddiaların irəli sürülməsinə aid çoxlu faktlar 

mövcuddur. Kuzabeli – sözünün mənası "müharibəni birinci başlamağı 

əsas götürərək ona qarşı iddia irəli sürülməsi" deməkdir. Hələlik 

beynəlxalq sənədlərdə hansısa ölkənin birinci müharibəyə başlamasını 

əsas götürərək ona qarşı iddia irəli sürülməsinin, yəni Kuzabelinin dəqiq 

tərifi verilməmişdir. Bu termin əsasən hər hansı ölkəyə müharibəni birinci 

başladığını  bəhanə edərək ona qarşı  təzmanat irəli sürülməsinə imkan 

verən addım mənasında işlədilir.  

I və II Rus – Iran müharibələrində  işğalçı  tərəfin  çar Rusiyası 

olmasına, müharibəni həmin dövlətin başlamasına və  cənubi Qafqazda 

böyük ərazilər işğal etməsinə baxmayaraq Iranda vətənpərvər qüvvələrin 

istəyini bəhanə edərək onu Kuzabelidə ittiham etmişdir. Rusiya bundan 

sui - istifadə edərək  Türkmənçay müqaviləsinə təzminat haqqında maddə 

də salmış və  müharibə xərclərini Irandan almışdır. 

 Müasir  dövrdə Azərbaycan Respublikasında I və II Rus – Iran 

müharibələrinə münasibətin  əsasən sovet tarixşünaslığında olduğu kimi 

qalması  təəssüf doğurmaya bilməz. Fikrimizcə sovet dövründə bu 

məsələlərə baxışda burxılmış səhvlərin bu gün də təkrar olunması tarixin 

yenidən saxtalaşdırılmasından başqa bir şey deyildir. Deyilənləri sübut 

etmək üçün sovet  və müstəqillik dörlərində  nəşr olunmuş "Azərbaycan 

tarixi" kitablarında I və II Rusiya – Iran müharibələrinə münasibəti 

müqayisə edək.  

Akademik I. A. Hüseynov, M. A. Dadaşzadə, Ə. S. Sumbatzadə və 

başqalarının redaktorluğu ilə 1963 – cü ildə  nəşr olunmuş 3 – cildli 

"Azərbaycan" tarixi kitabının 2- ci cildində yazılmışdı:"1826 – cı il 

iyulun 16 - da 60 minlik Iran qoşunu Abbas Mirzənin komandanlığı 

altında, müharibə elan etmədən Arazı keçərək Azərbaycanın  şimal 

hissəsinə soxuldu. Düşmən qoşunları Zaqafqaziya əhalisini – 

azərbaycanlılar, ermənilər və gürcüləri məhv edir, soyur və onlara əzab 

verirdilər."(38); "Şah ordusunun Zaqafqaziyaya hücumundan istifadə 

edərək varlanmağa çalışan bir sıra keçmiş Azərbaycan xanları Iran 

qoşunları ilə birlikdə  hərəkət edirdilər. Onlar feodal və ruhanilərin 

içərisindən çıxmış bir ovuc xainlərin köməyi ilə əhalinin bir hissəsini, o 

cümlədən keçmiş xan nökərlərini, maafları  və başqalarını aldatmış  və 

müvəqqəti olaraq öz ardlarınca aparmağa müvəffəq olmuşdular"(s.39); 

"Şah qoşunları  və qiyamçı  dəstələr tərəfindən müvəqqəti zəbt olunmuş 

bütün Azərbaycan əyalətləri 1827 – ci ilin əvvəllərinə yaxın azad edildi" 

(s.43); "Rus dəstəsi Arazı keçərək Azərbaycanın cənub vilayətlərinə daxil 

olmuşdu. Əhali rus qoşunlarını sevinclə qarşılayırdı". (s.44) 



 

40

Akademik Ziya Bünyadov və professor Yusif Yusifovun 



redaktorluğu ilə 1994 – cü ildə  nəşr olunmuş "Azərbaycan tarixi" 

kitabında o dövr haqqında belə yazılmışdır:"Iran qoşunları  vəziyyətdən 

istifadə edib Azərbaycanün digər torpaqlarına da hücuma keçmiş, 

Lənkəranı, Salyanı  işğal edərək  əhalinin xeyli hissəsini  əsir aparmışdı. 

Iran qoşunları ilə Azərbaycana gəlmiş qaçqın xanlar əhalinin köməyilə 

Gəncə,  Şamaxı,  Şəki və s. şəhərləri  ələ keçirib öz xanlıqlarını  bərpa 

etmiş, rus qoşun dəstələrini geri oturtmuşdu. Azərbaycan ərazisinə girmiş 

şah qoşunları  əhaliyə amansız divan tutur, cavan kişiləri, qız – gəlinləri 

əsir aparırdılar" Bu cümlələrdəki məntiqsizlik özünü açıq – aydın büruzə 

verir. Bir tərəfdən göstərilir ki, Iran qoşunları  "əhalinin köməyi ilə" rus 

qoşunlarını geri oturtmuşdur. Digər tərəfdən isə göstərilir ki, "şah 

qoşunları əhaliyə amansız divan tutur, cavan kişiləri, qız – gəlinləri əsir 

aparırdılar". Kitabda daha sonra yazılan fikirlər isə tamamilə sovet 

tarixşünaslığındakı saxtakarlığın təkrarıdır: "1827 – ci ilin sonlarında rus 

qoşunları Azərbaycanın cənub torpaqlarına hücuma keçdilər… Rus qoşun 

dəstələrindən birinin başçısı yazırdı: "Əhali hər yerdə… qoşunlarımızı 

düşmən kimi deyil, öz himayəçiləri kimi qəbul edərək, qarşılamağa 

çıxırdı. "(s.578) 

Prof. S. Əliyarlının redaktorluğu ilə 1996 – cı ildə  nəşr olunmuş 

"Azərbaycan tarixi" kitabında I və II Rus – Iran müharibələrinə 

münasibət  əvvəlkilərdən köklü surətdə  fərqlənsə  də Iranın Rusiya, 

Ingiltərə  və  Fransa ilə eyniləşdirilməsi və  işğalçı adlandırılması 

fikirimizcə yanlışdır. Kitabda yazılır:"Azərbaycan torpaqlarının bir dövlət 

içərisində birləşmiş olmaması vahid xarici siyasət yeridilməsinə imkan 

vermirdi. Buna görə də Azərbaycan xanlıqları özlərini qoruyub saxlamaq, 

xanlıqlar arasındakı münasibətləri tənzim etmək üçün ölkəyə göz tikmiş 

müxtəlif qüvvələr ilə hesablaşmalı olurdular. Bu qüvvələr bir yandan 

qonşu Iran və Türkiyə, o biri yandan isə Avropa dövlətləri olan Rusiya

Ingiltərə və Fransa ilə təmsil olunurdu. 

XVIII yüzilin sonu – XIX yüzilin başlanğıcında qonşu iki dövlət 

(Iran və Türkiyə) Azərbaycanın bağımsızlığı üçün kerçək təhlükə 

törətmək iqtidarında deyildilər. Bu dövlətlərin bütün XIX yüz il boyunca 

heç bir özgə torpaqları  ələ keçirməsi təsadüf olmamışdı." (s.573); " 

Beynəlxalq durum Iranın Rusiya işğalına qarşı  çıxması üçün şərait 

yaratdı. Bu savaş hər iki tərəf üçün ədalətsiz idi. Cünki özgə torpaqlarının 

ələ keçirilməsi uğrunda gedirdi."(s.587) 

Hal – hazırda Azərbaycan Respublikası ali məktəblərində 

tələbələrin  əsasən akademik Ziya Bünyadov və professor Yusif 

Yusifovun redaktorluğu ilə 1994 – cü ildə  nəşr olunmuş "Azərbaycan 

tarixi" kitabından dərslik kimi istifadə etdiklərini nəzərə alsaq vəziyyətin 

təcili surətdə düzəlməsinin zəruri olduğu qənaətinə gələ bilərik. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə