Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   2   3   4   5   6   7   8   9   ...   32

 

6

yazmışdı:"Sovet hakimiyyəti qurulana qədər təkcə Bakıda  ərəb  əlifbası 



ilə 160 – dan artıq qəzet və jurnal nəşr edilir, elmin, mədəniyyətin, 

incəsənətin, texnikanın və s. bütün sahələri üzrə kitablar çap olunurdu... 

Beləliklə də, Azərbaycan xalqının ictimai və intelektual şüuruna öldürücü 

zərbə vuruldu. O, çox kobud şəkildə özünün milli tarixindən, 

mədəniyyətindən və tarixi keçmişindən uzaqlaşdırıldı. Indi bütün tarixi 

konsepsiyaların yenidən nəzərdən keçirildiyi bir vaxtda respublikanın 

tarixçi və içtimaiyyətçiləri  ərəb  şrifti ilə yazılmış çoxsaylı  sənəd və 

materialları oxumaq problemi ilə qarşılaşmışlar. Çünki Akademiya 

insititutları  və ali məktəblərin müasir elmi işçilərinin 95 faizi ərəb 

əlifbasını oxuya bilmir." (6) 

Sovet hakimiyyəti illərində Iranda qohumları olan və Iranla 

sərhəddə yaşayan Azərbaycan vətəndaşlarının sovet cəmiyyəti üçün 

təhlükəli hesab edilərək elliklə Orta Asiyaya və Qazaxstana sürgün 

olunması əhali arasında qorxu, xof yaratmışdır ki, hələ indiyə qədər də bir 

çox insanlar bu xofun təsirindən xilas ola bilməmişlər. Çünki sürgün 

olunanların bir hissəsi bu dəhşətlərə dözməyərək dünyasını  dəyişmiş, 

gənc nəsil isə bu faciənin  əsil səbəblərini bilmədiyindən Irana 

münasibətdə  ehtiyatlı  olmağa, bəzən isə ümümiyyətlə bu dövlət barədə 

müsbət fikir söyləməməyə üstünlük vermişlər. Çox təəssüf ki, bu 

psixoloji durumun qalıqları müasir dövrdə də qalmaqdadır. 

Şeyxislam Hacı Allahşükür Paqşazadə bu barədə yazır: "Dövlətin 

Əsas Qanunun ziddinə olaraq kilsə və  məscidlər bağlanır, din xadimləri 

və ayrı – ayrı dindarlar heç bir səbəb olmadan sosializmə düşmənçilikdə 

günahlandırılıb amansız cəza tədbirlərinə məruz qalırdı. 

Islam və müsəlman xalqları daha ağır mərhumiyyətlərə düçar 

edilirdilər. "Dinsizlərin mübariz ittifaqı"  şüarları altında məscidlər 

sökülüb dağıdılır, yerlə yeksan olurdu. Dinsizlik pərdəsi altında nə qədər 

tarixi mədəniyyət abidələri, məbədlər, məscidlər "sinfi düşmən yuvası" 

elan edilərək bağlanmış, anbara, muzeyə çevrilmişdi! Təkcə onu qeyd 

etmək kifayətdir ki, XX əsrin  əvvəllərində, inqilab ərəfəsində Qafqazda 

2000 – ə yaxın məscid və ziyarətgah olduğu halda, 80 – ci illərdə burada 

təqribən 25 məscid və bir neçə müqəddəs ocaq fəaliyyət göstərirdi.  Ən 

ağır itkilərdən biri isə 1936 – cı ildə yol salınmasını bəhanəsilə IX əsrin 

möhtəşəm tarixi abidəsi – Bibiheybət məscidinin dağıdılması olmuşdur." 

(7) 

Bakının "Şıx" (Şeyx sözünün dəyişilmiş  şəklidir) kəndində 



yerləşən Bibiheybət məqbərəsi səkkizinci imam Əli bin Musa əl – Rzanın 

bacısı Hökümə xanımın və onun xidmətçisi Heybətin burada dəfn 

olunması ilə bağlı yaranmışdır. I Şah Təhmasib 1547 – ci ilin fevral 

ayında verdiyi fərmanla Zığ  kəndi Bibiheybət məqbərəsinə  vəqf 

olunmuşdur. Fərmanda deyilir: "Mübarək fərman verildi o haqda ki, 

Badkuyə ətrafında yerləşən Zığ kəndi bütün sərvət və əmlakı ilə birlikdə 




 

7

haqq imam övladı Bibiheybətin – onun babalarına və özünə salavat və 



salam olsun- müqəddəs asitanəsilə  vəqf edildiyinə  və bu haqda heç bir 

dəyişiklik olmadığına görə Badkuyənin amillərindən, divan işlərinə 

baxanlardan, kələntərləri və  kəndxudalarından heç biri, heç adla qeyd 

olunan kəndin ətrafına dolanmayaraq hər hansı bir tələb etməsinlər"(8) 

Azərbaycan Respublikası dölət müstəqilliyini bərpa etdikdən sonra 

məqbərə yenidən tikilmiş  və    ziyarətgaha çevrilmişdir. Azərbaycan 

prezidentinin göstərişi ilə hazırda həmin müqəddəs  ərazidə  bərpa işləri 

davam etdirilir.  

 Azərbaycan tarixinin obyektiv tədqiqnə universitetlərdə fars dilinin 

öyrənilməsinə olan qeyri - obyektiv münasibət də öz mənfi təsirini 

göstərir. Hazırda bütün universitetlərdə rus və ingilis dilləri öyrədildiyi 

halda, Azərbaycanın qədim və orta əsrlər tarixi mənbələrinin əksəriyyəti 

fars dilində olmasına baxmayaraq nəinki başqa fakultələrdə, hətta tarix 

fakultələrində bu dilin öyrənilməsinə fikir verilməməsi  təəccüb doğurur. 

Nizami Gəncəvi, Xaqani, Fələki və digər görkəmli şair və mətfəəkirlərin 

fars dilində böyük əsərlər yazmalarına baxmayaraq bu dilə hələ də ögey 

münasibət bəslənməsi başa düşülən deyil.  

 "Azərbaycan tarixi"nin orta əsrlər dövrü üzrə mütəxəssis professor 

Oqtay Əfəndiyev yazır: "Məlumdur ki, Azərbaycanın orta əsrlər tarixinə 

aid yazılı  mənbələr içərisində fars dilli mənbələr həm sayına, həm də 

məzmununa görə qabaqcıl yer tutur. XII – XVIII əsrlər dövrü üçün fars 

dilli tarixi ədəbiyyat birinci dərəcəli  əhəmiyyətə malikdir." Orta əsrlər 

üzrə digər görkəmli alim I. P. Petruşevski XVI – XVIII əsrlər dövrünü 

Iran tarixşünaslığının qızıl əsri adlandırmışdır.(9)  

Azərbaycan tarixşünaslığının banısi Abbasqulu Ağa Bakıxanov 

özünün  şah  əsəri olan "Gülüstani – Irəm"  əsərini 1841 – ci ildə fars 

dilində yazması, bundan başqa onun fars dilində "Mirat – əl – camal" 

("Gözəlliyin aynası"), ərəb dilində hədislərə həsr olunmuş və 1862–ci ildə 

Tehranda fars dilinə tərcümə olunmuş  "Hədis–i Qüdsi" kitabları və digər 

əsərləri fars dilinin tarixi tədqiqatlarda necə böyük əhəmiyyətə malik 

olduğunu  sübut edir.  

Prof. S. Əliyarlının redaktorluğu ilə 1996 – cı ildə  nəşr olunmuş 

"Azərbaycan tarixi" kitabında fars dilinin əhmiyyəti barədə belə 

yazılmışdır:"Fars dilinə gəldikdə nəzərə alınmalıdır ki, bu dil gerçəkdən 

Həsən bəy Zərdabinin "Əkinçi"də yazdığı kimi, "bizim vilayətlərdə çox 

işlənirdi". Ona görə yox ki, bu vilayətdə yalnız tatlar yaşayırdı. Məsələnin 

tarixi açımı başqadır. Azərbaycanda olan məktəb və  mədrəsələr "şair 

kitabları oxudan müəllimlərin"(Həsən bəy Zərdabi), "vaxtilə Firdovsinin 

romantikası, Sədinin dərin hikməti, Hafizin qəzəlləri qarşısında bayılan 

mirzənin" (M.Ə. Rəsulzadə) əlində idi. 

Bir zamanlar fars dilində  təhsili alan Azərbaycan və Türkiyə 

hökümdarları  şah Təhmasib (Xətainin oğlu), Süleyman Qanuni, yenə 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə