Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 

55

kobud surətdə pozmuşlar. Onlar kazaklarla birlikdə sərxoş vəziyyətdə bazar 



və küçələrdə hay – küyü salır, "xristian əsiri" axtarmaq bəhanəsi ilə  evlərə 

soxulurdular. Bundan başqa Qirbayedovun şaha qarşı saymazayana, dikbaş 

davranması, şah hərəmxanasının başçısı erməni Mirzə Yaqubu (Markaryanı) 

öz himayəsinə götürməsi, baş  vəzir Allahyar xanın evindən iki erməni 

qadınını sorğu aparmaq adı ilə səfirliyə gətirərək hətta şahın da xahişini rədd 

edərək geri qaytarmaması  və digər hərəkətlər  şəhər  əhalisinin hiddətinə 

səbəb olmuşdur. Bütün bunlar onun faciəsi ilə nəticələnmişdir. 

Tehranın ruhani başçısının çağrışı ilə yüz mindən artıq əhali Qirbayodov 

və onun dəstəsinin gizləndiyi səfirlik binası qarşısına toplaşdı. Qibayedovun 

əmri ilə gözətçilər dinc əhaliyə atəş açdı və bunun nəticəsində çoxlu sayda 

insan yaralanandı. Rusların atəşi ilə 14 yaşlı bir uşağın ölümü isə  əhalinin 

səbr kasasını daşdırdı. Onlar binaya daxil olaraq Qribayedovu və  53 nəfər 

səfarətxan sakinini (onların 15 nəfəri erməni idi) öldürdülər. Qirbayedovun 

və digər iki rusun cəsədi üç gün paytaxt küçələrində atlara bağlyayaraq 

sürüdüldü və yalnız  dördücü günü bir neçə erməni şəhərin kənarına tulanmış 

cəsədləri götürdülər. 

Beləliklə Rusiyaın cənubi Qafqazda, o cümlədən Azərbaycanda 

təcavüzkar siyasətin ideolqu olan A. S. Qirboyedov öz cinayətkar 

əməllərinin qurbanı oldu. Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə 

cinayətlər etmiş  şəxslər gec – tez öz layiqli cəzalarını alırlar. XIX əsrin 

əvvəllərində Qribayedovun, XX əsrin axırlarında  Polyaniçkonun, 

Strovoytova və başqalarının faciəsi çoxları üçün ibrət dərsi olmalıdır.(55)        

                    

                         Çar Rusiyası zülmünə qarşı üsyanlar 

 

Çar Rusiyasının ağır ictimai və müstəmləkə zülmü, komendant üsul-



idarəsi, məmurların vəzifədən sui - istifadə etməsi XIX əsrin birinci yarsında 

Azərbaycanın bir çox ərazilərində üsyanların baş verməsinə  səbəb oldu. 

Bunlardan 1830 – cu ilin mayında Güney Dağstan müridlərinin başçısı Şeyx 

Şabanın üsyana çağrışı ilə başlamış Car – Balakən üsyanını, 1831 – ci ilin 

martın 5 – də başlamış Mirhəsən xanın başçılıq etdiyi Talış üsyanını  və  

1837- ci il Quba üsyanını göstərmək olar. Bu üsyanlar içərisində ən güclüsü 

Quba üsyanı olmuşdu. 

 Həmin ildə Rusiyanın Varşavadakı atlı alayı üçün Quba əyalətindən atlı 

əsgərlər toplaması haqqında baş komandanın  əmri qubalıların səbr kasasını 

daşdırdı. Başqa əyalətlərdə bir atlının təchizatı yerli əhalinin hesabına 130 - 

150 manata başa gəlirdisə, Quba əhalisindən bunun üçün 350 manat tələb 

olunurdu. Bundan başqa XIX əsrin 30 - cu illərin əvvəllərindən əyaləti idarə 

edən komendant, polkovnik Gimbutun özbaşınalığı 

əhalini 


hiddətləndirmişdi. Dağlıq Yuxarıbaş mahalı süvari göndərməkdən imtina 

etdilər. 1837 – ci ilin avqustunda üsyan başladı  və tezliklə  bütün əyaləti 

bürüdü. Üsyançılar dağlıların azadlıq hərəkatının başçısı  Şeyx  Şamil ilə  də 



 

56

əlaqə yaratmış və ona məktubla müraciət etmişlər. Şeyx Şamil də Qubalılara 



cavab göndərərək rus qoşunlarına qarşı döyüşlərə onları ruhlandırmışdı. 

Üsyançılar Quba əhalisinin çar ordusuna süvarilər verməkdən azad 

edilməsini, dövlət vergilərini azaldılmasını, komendant Gimbutun vəzifədən 

götürülməsini və iki mahal naibinin vəzifədən kənar edilərək  əyalətdən 

sürgün olunmasını tələb edirdilər. Üsyanın genişlənməsindən qoxuya düşən 

hakimiyyət orqanları Gimbutu və iki mahal naibinin vəzifədən azad edib 

əyalətdən uzaqlaşdırdılar. Lakin üsyançıların  əsas tələbi yerinə 

yetirilmədiyinə görə mübarizə daha da şiddətləndi. Üsyanın ikinci mərhələsi 

avqust ayında üç dağ mahalında başladı. Kəndli Yarəlinin başçılıq etdiyi 

üsyançılar 50 nəfərlik qoşun dəstəsini əsir alaraq tərkisilah etdilər. Avqustun 

22 - də üsyançılar Xudat məntəqəsini tutdular. Üsyan əyalətin 14 mahalından 

Buduq mahalı istisna olmaqla 13 - nə yayılmışdı. Üsyanın başçısı Xuluq 

kəndxudası Hacı  Məhəmməd idi. Kəndlilər onu xan elan etmişdilər. 

Avqustun 30 - da üsyançıların 12 minlik ordusu Quba qalasını mühasirəyə 

aldı. Qalada rusların cəmi 600 nəfərdən ibarət kiçik qarnizonu olmasına 

baxmayraq nədənsə üsyançılar qalaya hücum etmək üçün bu əlverişli 

məqamdan istifadə etməyərək bir müddət gözləməyə üstünlük verdilər. 

Sentyabrın  dördündən beşinə keçən gecə hər biri dörd min nəfərdən ibarət 

iki dəstə qalaya hücuma keçdi. Üçüncü dəstəyə düşmənə arxadan zərbə 

endirmək tapşırığı almış Hacı Məhəmmədin yaxın köməkçisi Yarəli başçılıq 

edirdi. Şəhər əhalisinin köməkliyi ilə Yarəli şəhərə daxil oldu. Lakin güclü 

müqavimətə rast gələn üsyançılar  şəhəri tərk etməyə  məcbur oldular. Çar 

Dağıstan feodalı  Məmməd Mirzənin qardaşı Harun bəyin başçılıq etdiyi 

silahlı  dəstəni və  Şirvan komendantının təşəbbüsü ilə 1000 nəfərlik milis 

dəstəsini üsyançılara qarşı göndərdi. Onlar Quba əyalətinə  gələrək yerli 

əhalini qarət etməyə başladılar. Bu xəbər üsyançılar arasında ruh 

düşkünlüyünə  səbəb oldu. Sentyabrın 11- də Hacı  Məmməd üsyançıları 

evlərinə buraxdı, özü isə Dağıstana getdi. Yarəli isə dağlara çəkildi. 

Quba üsyanı digər kəndli üsyanları kimi kortəbii, dağınıq, qeyri–

mütəşəkkil və  məhdud xarakter daşıdığına görə  məğlub oldu. Buna 

baxmayaraq bu üsyanın sonrakı proseslərin gedişinə mühüm təsir göstərdi. 

Üsyan 1840 - cı ildə Zaqafqaziyada inzibati - məhkəmə islahatı keçirilməsi 

üçün əsas səbəblərdən biri oldu.(56)  

Sovet dövründə Azərbaycan məktəblərində Rus – Iran müharibələrinin 

səbəbləri və bu müharibədə  iştirak edən tərəflərin məqsədləri  şagird və 

tələbələrə tamamilə yanlış izah olunurdu. Hətta daim belə bir fikir təbliğ 

olunurdu ki, "Rusiyanın məqsədi bu ərazidə yaşayan  əhaliyə firavanlıq 

gətirmək, onların xahişi ilə bu əraziləri Rusiyayaya birləşməsinə kömək 

göstərmək, Iranın məqsədi isə  təcavüzkarlıq, işğalçılıq idi. Guya rus 

qoşunları müharibənin gedişində yerli əhalidən taxıl və digər  ərzaq 

məhsullarını pulla alır, Iran əsgərləri isə bu məhsulları zor gücünə  əldə 

edirdilər." Lakin hətta rus mənbələrinin özünün verdiyi faktlar bunun 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə