Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 

57

tamamilə yanlış olduğunu sübut edir. Məsələn, rus tarixçisi Ivanenko 



Azərbaycanda xanlıqlar dövründə olan mütərəqqi müsəlman vergilərindən 

yazır. Sonra isə kinayəli bir tərzdə rus komendantları ilə xanlar arasında fərqi 

izah edir: " Xanlıq dövründə qadınlara bədən cəzası verilməzdi. Rus 

komendatları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər". 

1829 – cu ildə  Cənubi Qafqazı  təftiş etmək üçün göndərilən senator 

Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə  şərh 

etmişlər: "Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendatların 

kefinə tabedir. Xanlar dövründə  vergi toplananda və ya başqa 

mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və  ənənə, ictimai vəziyyət və 

mülahizələrə  əməl olunduğu halda, komendantlar bu məsələdə kar və 

kordurlar" Həmin senatorlar Tiflisdən o dövrdə Rusiya imperiyasının ədliyyə 

naziri D. B. Daşkova göndərdikləri raportda yazırdılar: " Bu  vaxta qədər 

topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər 

cür pislik, rəzalət, həddini aşaraq son dərəcəyə  gəlib çatmışdır. Müsəlman 

vilayətlərindəki idarəyə  gəlincə, burada idarə edənlərin zülmü ilə idarə 

olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli  şəkil almışdır. 

Insan ləyaqəti tapdalanmış,  ədalət tamamilə unudulmuş, qanunsuzluq, 

cinayət, qərəzçilik, rəislərin özbaşınalığı höküm sürür".(57)   

Türkmənçay müqaviləsindən sonra Rusiya imperiyası  sərhədlərini 

genişləndirmək və möhkəmləndirmək üçün çar Rusiyası köçürmə 

siyasətindən istifadə etməyə başladı. Azərbaycana rus kəndliləri ilə yanaşı 

ermənilər və digər xristian əhali də  mərhələ – mərhələ köçürülürdü. 

Türkmənçay müqaviləsindən sonra ilk üç ay yarım  ərzində o taydan 1,2 min 

erməni Irəvan, Naxçıvan və ən çox Qarabağ xanlığına köçürülmüşdü. 

Rus tarixçisi N. Şavrov köçürmə siyasəti haqqında yazırdı: " Biz 

müstəmləkəçilik fəaliyyətinə Güney Qafqazda rus əhalisini deyil, bizə yad 

olan xalqların… yerləşdirilməsindən başladıq… savaşdan sonra iki il içində

1828 – ci ildən 1830 – cu ilə kimi biz Güney Qafqaza Irandan 40 mindən 

çox, Türkiyədən 84 mindən çox erməni köçürmüş və onları erməni əhalisinin 

azlıqda olduğu Yelizavetepol (Gəncə) və Irəvan quberniyalarında  ən yaxşı 

xəzinə torpaqlarında… yerləşdirmişik…. Yelzavetopol quberniyasının dağlıq 

hissəsi (indiki Dağlıq Qarabağ) və Göycə gölünün sahilində həmin ermənilər 

yurd saldı. Qeri - rəsmi köçənlərlə birlikdə köçüb gələnlərin ümumi sayı 200 

mini ötüb keçdi. Bu köçürmə nəticəsində XX yüzilliyin əvvəllərində cənubi 

Qafqazda yaşayan 1, 3 milyon erməninin bir milyondan çoxu diyarın köklü 

sakinləri olmayıb bizim tərəfimizdən məskunlaşdırılmışdı." (58) 

Rusiyadan köçürülən ruslar əsasən çardan və kilsədən  narazı olan, ayrıca 

dini təriqdə birləşən torpaqsız kəndlilər idilər. Məsələn, Rusiyadan 

Azərbaycana köçürülən içərisində molokanlar adlananlar rus kəndliləri 

çoxluq təşkil edirdi. Onlar  öz təriqətlərini süd ( rusca "moloko"- təriqət adını 

buradan götüurmüşdür. M.Z.) kimi  təmiz şesab edərək provoslav kilsəsinə 

qarşı  çıxırdılar. Bundan başqa onlar torpaqsız olduqlarına görə çardan da 




 

58

narazı idilər. Çar bu əhalini Azərbaycana köçürməklə  həm Rusiyanın 



daxilindəki narazılığı qismən aradan qaldırır, həm Azərbaycanda rus 

kəndlilərinə torpaqlar verməklə özünə dayaqlar yaradır, həm də ruslaşma 

siyasətini həyata keçirirdi.  

XIX  əsrin axırı – XX əsrin  əvvəllərində Bakıda və Azərbaycanın digər 

ərazilərində kapitalizmin inkişafı bir çox ərazilərdən, o cümlədən Rusiyadan 

işsizlər ordusunun buraya axışmasına səbəb oldu. Bakını    XX  əsrin 

əvvələrində çoxmillətli  şəhərə çevrildiyinə görə  bəzən onu "dünya 

proletariatının sərgisi" də adlandırırdılar. Işsizlərin Azərbaycanın sənaye 

müəssisələrinə gəlməsi ilə yanaşı bu zaman rus kəndlilərinin də köçürülməsi 

prosesi davam edirdi.  

Tarixi mənbələrdə qeyd olunur ki, "Çarizmin müstəmləkəçi köçürmə 

siyasəti Azərbaycan kəndlilərinin bir hissəsinin torpaqsızlaşmasına səbəb 

olurdu. 1911 – ci ilin yazında Muğanda, Cavad qəzasının  ərazisində 

Rusiyadan köçürülmüş 1000 – dən artıq kəndli sakin edildi. Onlara pambıq 

əkmək üçün 5 min desyatin torpaq ayrılmışdı."(59) 

Rus kəndlilərinin köçürülməsi  Azərbaycanda yer adlarının bir çoxu 

dəyişdirilməsinə səbəğb oldu. Nasıllının (indiki Cəlilabad) adı dəyişdirilərək 

Astraxanbazar, Qalaqainin adı Petropavlovski qoyuldu. Yeni rus kəndləri 

Muğanda Pokrovka, Andreyevka, Arxangelovka, Avazovka, Karyagin, 

Puşkin, Prişib, Ismayıllıda Ivanovka, Gədəbəydə Saratovka və digər 

ərazilərdə bunlara oxşar çoxlu rus kəndləri yaratdılar. 1913 – cü ildə 

Muğanda köçürülmüş rus kəndlilərinin  40 – dan çox yaşayış  məskəni 

salınmışdır.  

Rusların Azərbaycana köçürülməsi siyasəti sovet hakimiyyəti illərində də 

davam etmişdir. XX əsrin 20 – ci illərində  AK(b)P daxilində Moskvanın 

Azərbaycanın daxili işlərinə qarışmasına, Rusiyadan gətirilmiş köçkünlərin 

respublikada məskunlaşmasına, dövlət idarələrinin ruslaşdırılmasına və s. 

qarşı  çıxanlar arasında hətta rəhbər kommunistlər də var idi ki, bunlardan 

biri də Ə. Xanbudaqov idi. M. Ə. Rəsulzadə onun fəaliyyəti haqqında belə 

yazmışdı: "Biz Moskvanın Azərbaycana müdaxiləsinə qarşı  səslərini 

yüksəltmiş bulunan Xanbudaqovları unutmamalıyız".(60) 

Azərbaycana Böyük Vətən müharibəsi dövründə Rusiyanın işğal 

təhlükəsi  altında olun ərazilərindən  əhali köçürülmüş  və sonradan onların 

bir hissəsi geri qayıtmayaraq buranı özlərinə vətən seçmişlər. 

Müharibədən sonra Azərbaycanın yeni yaradılan sənaye mərkəzlərinə 

kömək adı ilə Rusiyanın müxtəlif  ərazilərində  əhalinin, xüsusilə  məcburi 

əməyə  məhkum edilmiş  məhbusların köçürülməsi çox böyük miqyas 

almışdır. Bu barədə amerika alimi  Kolars yazırdı: "Azərbaycanda  rus 

müstəmləkəçiliyi... davam edəcəkdir, ona görə ki, sənaye Bakıdan başqa 

yerlərə: Kirovabada - qədim Gəncəyə, Daşkəsənə, Mingəçevirə, Sumqayıta 

keçirilmişdir. Daşkəsənin ilk mədənçiləri Ukraynadan gəlmişdir. Sumqayıt 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə