Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   24   25   26   27   28   29   30   31   32

 

59

inşaatçıları Xarkovdan, Moskvadan, Leninqraddan və Çelyabinskdən 



çağırılmışlar."  

Əslən azərbaycanlı, Türkiyədə yaşamış H. Baykara isə göçürülmə siyasəti 

barədə belə demişdir: "Rusiyadan Azərbaycana rus kəndlisini zorla 

köçürmək yetməyirmiş kimi, Azərbaycanda tikilən hər bir fabrikaya minlərlə 

rus ailələri ilə birlikdə köçürülməkdədir. Buna da Azərbaycanda sənaye 

yüksəlişi adı verilir." (61) 

Azərbaycan Resrpublikası 18 oktyabr 1991 – ci ildə öz dövlət 

müstəqilliyini bərpa etdikdən sonra, 1992 – ci ildə rus qoşunları ölkə 

ərazisindən çıxarıldı. Hazırda Azərbaycan Respublikası  yaxın qonşuları olan 

Iran, Türkiyə, Rusiya və Gürcüstanla səmərəli  əməkdaşlıq edir. Lakin 

Azərbaycan ərazisinin 20 % - i erməni işğalı altında olması, istər – istəməz 

Azərbaycan – Rusiya münasibətlərinə  də  mənfi təsir göstərir.  Fikirmizcə 

problemin tezliklə  həll olunması  cənubi Qafqazda südhün bərqərar 

olmasında yaxından köməklik göstərə bilər. Bu prosesdə Azərbaycanın 

haqqını müdafiə edən Islam Konfransı ölkələrinin imkanlarından da səmərəli 

istifadə olunmalıdır. 

 

 

                                                



 

 

                                                 Nəticə 

 

Aparılmış araşdırmalar göstərir ki, müştərək tarixin müxtəlif 



dövrlərinin obyektiv tədqiqi üçün hələ çox işlər görülməlidir. Miladdan 

əvvəl qədim dövlətlərdən tutmuş, Sasanilər,  Şirvanşahlar, Sacilər, 

Salarilər,  Şəddadilər, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səvəfi və 

digər  dölətlərin tarixinin yenidən tədqiqi müştərək tarixin bizə  məlum 

olmayan və ya bu vaxta qədər saxtalaşdırılmış qaraqlıq səhifələrin 

üzərinə işıq sala bilər.     

Azərbaycan xalqının mənşəyi, yəni etnogenezi ilə bağlı elmdə hələ də 

ziddiyyətlərin olması bir sıra məsələlərlə yanaşı həm də müştərək tarixin 

obyektiv tədqiqinə mane olur. Bir qrup tarixçilər  Azərbaycanda türk 

tayfalarının yerli olmasını və sonradan bu ərazlərə gəlmiş oxşar tayfalarla 

qaynayıb qarışaraq Azərbaycan xalqını  əmələ  gətirməsini iddia edirlər. 

Digərləri isə iddia edirlər ki, türk tayfaları yerli olmayıb, bu ərazilərə 

gəlmədi. Onların bu ərazilərə  gələrək yerli əhalini asimliyasiya etmək 

hesabına xalq formalaşmışdır.  

Bu cür ziddiyyətli fikirlərlə yanaşı Azərbaycan xalqının soy kökünü 

yalnız bir  etnosa bağlamaq cəhdləri də  vəziyyəti mürəkkəbləşdirir. 

Etnogenez və tarix haqqında obyektiv - elmi yazılarda göstərildiyi kimi, 

mütləq mənada avtoxon xalq yoxdur, müasir xalqların  əksəriyyətinin 




 

60

əcdadları tarixin müəyyən mərhələsində müxtəlif səbəblərdən bir yerdən 



başqa yerə köçmüşlər. Azərbaycan xalqının etnogenezinə bu mövqedən 

yanaşdıqda zahirən bir – biri ilə ziddiyyət təşkil edən  əks mövqeləri 

yaxınlaşdırmaq və ortaq məxrəcə gəlmək mümkündür. Bu da fikrimizcə 

xalqın mənşəyinin yalnız bir etnosa bağlamaq haqqında fikrlərlə digər 

etnosların da bu prosesdə  iştirak etməsi haqqında fikirlər arasında olan 

əksliyi aradan qaldırar. Yəni Azərbaycan xalqının formalaşmasında yerli 

və  gəlmə türk tayfalarının qaynayıb qarışması ilə yanaşı, digər yerli 

tayfalar olan fars dilli, qafqaz dilli və bu ərazilərə köçürülmüş ərəb dilli 

tayfaların da qaynayıb qarışması mühüm rol oynamışdır. Bu tarixi 

prosesin izlərini müasir dövrdə  həm xalqın etnik təkibində, həm də 

əhalinin antropoloji qurluşunda açıq aydın görmək olar. Fikrimizcə 

Azərbaycan xalqının etnogenez məsələsinə bu konteksdən yanaşılması və 

xalqın formalaşmasında iştirak etmiş bütün etnoslara doğma münasibət 

bəslənilməsi birləşdirici xüsusiyyətləri özündə əks etdirir. Bu da müştərək 

tarixin obyekitiv tədqiqinə  və obyektiv dərkinə müsbət təsir göstərə, 

kənar qüvvələrin bilərəkdən etnik millətçiliyi  qızışdırmasının qarşısını 

ala bilər.    

 Bir  qədər  əvvəl Azərbaycan – Iran münasibətlərinə  mənfi təsir 

gösərən amil kimi bəzi qüvvələr Təbrizdə Azərbaycan Respublikasının 

konsulluğunun açılmamasını önə  çəkirdilər. Lakin bu problemin 

müvəffəqiyyələ həlli onların bu faktdan sui – istifadə cəhdlərinin qarşısını 

aldı. Bundan başqa  bəzi ekspertlər Iranda yaşayan azərbaycanlıların 

dilində  məktəblərin, qəzet və jurnalların olmamasını önə  çəkirlər. Bu 

məsələ  rəsmi danışıqlar predmeti olmasa da hazırda iki dövlət arasında 

münasibətlərin inkişafını istəmyən  qüvvələrin istifadə etdiyi əsas 

arqumentlərdəndir. Iranda son illər azərbaycan dilində  qəzet və 

jurnalların nəşr olunması bu arqumetlərin də aradan qalxmasına kömək 

göstərir. Azərbaycan dilində  məktəblərin açılması  məsələsini isə Iran 

Islam Respublikası Konstitusiyası çərçivəsində həll etmək mümkündür.  

Iranda azərbaycan dilinə qadağa qoyulması fikrini əsasız sayan, 1979 

– cu il Iran Islam Inqilabı  nəticəsində hakimiyyətdən devrilmiş 

Məhəmməd Rza şahın (1942- 1979) həyat yoldaşı  Fərəh xanım Pəhləvi 

bu məsələ barəsində belə demişdir: "Iranda azərbaycanlılar öz dillərində 

nəinki sərbəst şəkildə danışıblar, hətta yazıblar da! Məsələn, götürək elə 

bizim böyük şairimiz  Şəhriyarı. Onun türk dilində poemalar yazmağına 

heç bir qadağa qoyulmayıb. Elə qadağa olmadığı üçün də Şəhriyarın türk 

dilində  əsərləri çap olunub... amma məktəblərdə yalnız rəsmi dövlət 

dilinin tədris edilməsi artıq başqa məsələdir"( 62)  

Son olaraq onu qeyd etmək lazımdır ki, müştərək tarixə aid 

tədqiqatları davam etdirilməsi zəruridir və  hər iki dövlətin mənafeyinə 

uyğundur. Məhz bu sahədə  tədqiqatların obyektiv şəkildə davam 

etdirilməsi iki dövlət arasında münasibətlərin inkişafına yardım edə və bir 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə