Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   2   3   4   5   6   7   8   9   ...   32

 

8

Məmməd  Əmin bəyin sözlərilə deyilərsə, "Sədi lisanı qarşısında  əriyib 



özlüyündən keçmiş,... Sultan Səlim isə az qala onu "rəsmi lisan elan 

etmişdir". XVIII yüzilin dövlət adamları Qarabağ hakimi Ibrahim xan və 

Şəki hakimi Səlim xan da Rusiya imperatorluğu ilə farsca 

yazışırdılar"(10) 

Bir çox xalqların, o cümlədən Azərbaycan xalqının  tarixinin, 

mədəniyyətlərinin, poeziyasının inkişafında mühüm rol oynamış fars 

dilinə hazırda bu cür laqeydlik, fikrimizcə uzun illər müstəmləkəçi rus və 

sovet rejimlərinin yerli əhalinin tarixi əleyhinə  apardığı siyasətin 

nəticəsidir.  Məhz bu cür münasibətin nəticəsidir ki, hələ də Azərbaycan 

tarixini ağ  və qara ləkələrdən təmizləmək mümkün olmamış  və bu da 

tarixin yenidən saxtalaşdırılmasına münbit şərait yaratmışdır. 

Seyid Məhəmməd Xatəmi demişdir: "Dil eyni zamanda iki 

funksiyanı yerinə yetirir: həm aşkarlayandır, həm yaxınlaşdıran, həm 

örtükdür, həm də uzaqlaşdıran"(11) 

 Fikrimizcə müasir dövrdə Azərbaycanda rus, ingilis dilləri kimi 

fars dilinin də öyrənilməsinə qayğı ilə yanaşılması obyektiv tarixi 

tədqiqatların işıq üzü görməsinə imkan verməklə yanaşı iki dövlət 

arasında münasibətlərin inkişafına, onların daha da yaxınlaşmasına 

kömək göstərə bilər. 

Sovet dövründə Azərbaycan tarixindən elmi tədqiqat işləri üçün 

mövzu seçərkən tədqiqatçıların əksəriyyəti özlərini çətinə salmamaq üçün 

əsasən kommunist partiyasının siyasətinin təbliğinə  həsr olunmuş 

mövzulara üstünlük vermiş  və dissertasiyalar müdafiə edərək alimlik 

dərəcələri almışlar.(12)  

Azərbaycanın qədim və orta əsr tarixi ilə müştərək tarixə malik 

olan Iran tarixinə aid tədqiqatlarla məşğul olmağa  yerli tarixçilrə qeyri 

rəsmi qadağalar qoyulmuş, erməni və rus tarixçilərinə isə bu sahədə yaşıl 

işıq yandırılmışdır. Bunu Iran tarixinə aid yazılmış  əsərlərin siyahısı da 

təsdiq  edir  (13)      Elmi  tədqiqat işlərinə bu cür qeyri - ciddi münasibət 

sovet rejiminin müstəmləkələrdə  yerli xalqlara, xüsusilə  də müsəlman 

xalqlara  qarşı yeritdiyi siyasətin əsas istiqamətlərini təşkil edirdi.  

Yerli tədqiqatçıların çox az hissəsinə,  əsasən Iranda baş vermiş 

siyasi proseslərdən sonra SSRI - yə  gəlmiş siyasi mühacirlərə bu 

mövzuda tədqiqatlar aparmağa imkan verilmişdir.(14) Lakin onların 

tədqiqatlarında fars dilli tarixi mənbələr  əsasən kommunist partiyasının 

mövqeyindən araşdırılmış və buna görə də bu cür tədqiqatlarda  subyektiv 

amillər üstünlük təşkil etmişdir. 

Iranda 1978 – 1979 – cu illər inqilabı dövründə SSRI bu inqilabdan 

öz məqsədləri üçün istifadə etməyə və Əfqanıstana qarşı yeritdiyi siyasəti 

Irana da yönəltməyə çalışmışdır. Bu dövrdə yazılmış kitab və məqalələr 

(15) deyilənləri sübut edir. Lakin Iran inqilabı liderinin "bizim bir 



 

9

düşmənimiz Amerika, digəri Sovet Ittifaqıdır" deməsi həmin siyasəti alt – 



üst etmişdir. 

 Sovet 


hakimiyyəti illərində, xüsusilə  də XX əsrin 60 – 80 – ci 

illərində Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) şərqşünaslıq 

fakultəsi çox böyük nüfuza malik olmuşdur. Lakin bunun əsil səbəbinə 

diqqət yetirdikdə burada da sovet siyasətinin özünəməxsus  xüsusiyyətləri 

açıq - aydın özünü büruzə verir. Bu fakultəyə  tələbələrin xüsusi önəm 

verməsi və fars, ərəb və tük dillərini öyrənməsi heç də şərq xalqlarının, o 

cümlədən öz xalqının tarixini, ədəbiyyatını obyektiv tədqiqinə yaranan 

həvəsdən əmələ gəlmirdi. Bu əsasən o zaman  çoxları üçün əl çatmaz olan 

xarici ölkələrdə  işləmək, yüksək məvacib almaq və geri qayıdarkən 

başqalarından fərqli olaraq firavan yaşamaq  istəyindən yaranırdı. Sovet 

rəhbərliyi  şərqşünaslıq fakultəsinin məzunlarına bu güzəştləri edərək 

onlardan təkcə dinc əməkdaşlıq məqsədləri üçün deyil, həm də  şərq 

ölkələrini öz nüfuz dairəsinə salmaq, hətta  təcavüzkar siyasətin həyata 

keçirilməsində  də istifadə edirdi. Universiteti bitirən hər bir gəncə zabit 

rütbəsi verərək onları müxtəlif vaxtlarda müharibə gedən Ərəb ölkələrinə

Əfşanıstana və digər  ölkələrə göndərməklə onlar vasitəsilə öz siyasi 

məqsədlərini həyata keçirirdi. Bundan başqa ölkə daxilində    bu 

şəxslərdən SSRI ilə münasibətləri yaxşı olmayan müsəlman ölkələri 

əleyhinə  təbliğatda da istifadə olunur, dövlətin məxfi orqanları müxtəlif 

işlərdə onları əməkdaşlığa cəlb edirdi. 

 XX 

əsrin axırlarında Azərbaycanda komunist rejiminə qarşı 



başlamış milli – azadlıq hərəkatının da bəzi qaranlıq məqamlarının 

üzərinə işıq salınması müştərək tarixin obyektiv tədqiqinə kömək göstərə 

bilər. Bu gün Azərbaycan Respublikasında baş verənləri yaxından dərk 

etmək, movcud problemlərin aradan qaldırılması üçün çağdaş tarixin

xüsusilə  də  yaxın keçmişin obyektiv öyrənilməsinə böyük ehtiyac var. 

Belə dövrlərdən birini də 1988 –  1993 – cü illər dövrü təşkil edir ki, bu 

dövrün obyektiv tədqiqi aktual olaraq qalır. Bu dövrdə baş verən və 

hələlik tədqiqatçıların diqqətini cəlb etməyən məsələlərdən biri də 1990 – 

cı ilin yayında AXC daxilində birdən – birə bir qrup şəxsin təcili olaraq 

partiya yaratmağa başlamasıdır.  

  Bu  sahədə ilk addımlardan biri 1990 – cı ilin yayında atıldı  və  

Şimali Azərbaycan Demokrat Partiyası  (ŞADP) təsis komitəsinin 

yaradılması barədə  xəbərlər mətbuatda dərc olundu. Təsis komitəsinin 

üzvləri "FV – ÇP" qəzetinin iyun № 6, 1990 – cı il sayında və "Azadlıq" 

qəzetinin 13 iyul 1990 – cı il sayında  dərc olunmuş "Zamanın tələbiylə. 

Şimali Azərbaycan Demokrat Partiyası" adlı müsahibəsində partiyanın 

yaranmasını  zəruri edən amilləri qeyd etmişlər. Onlar bildirmişdir ki

"indi Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda  şüurlu mübarizə 

dövrünə qədəm qoyur və öz baxışlarımızı təbliğ etmək, gələcəkdə onların 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə