Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   24   25   26   27   28   29   30   31   32

 

67

52. 



 Traktat  zaklöçennıy v Turkmençae, ot 10 fevralə 1828 q. 

Doqovorı Rossii s Vostokom politiçeskie i torqovıe. Sobral i 

izdal T. Özefoviç.SPB., 1869, s. 214 – 222; Azərbaycan tarixi. 

Uzaq keçmişdən 1870–ci iləqədər. Red. S. Əliyarlı). Bakı 

1996, s.617 – 624. 

 

53. 



 Nasir  Nəcmi "Abbas Mirzə" (yaxud "Qacar sülaləsinin 

qəhrəman, vətənərvər oğlu və onun başçılıq etdiyi Iran - 

Rusiya müharibələri", (Tehran hicri 1326-cı il, miladi 1910) 

.Bakı 1993,s.3, 9. 

54. 

 

Jan Junior "Unudulmuş  qəhrəmanlar. Çar Rusiyası ilə 



müharibədə unudulmuş  qəhrəmanlarımız." (azərbaycan dilinə 

tərcümə edənlər Əlibala Hacızadə, Şahin Fazil). Bakı 2004, s. 

349. 

55. 


Zülfüqarlı M.P. "Rus diplomatı  A. Qirboyedovun cinayətləri 

və cazası"."Ədalət"  qəzeti 08 aprel 2005-ci il. 

56. 

  Sumbatzade A. S. Kubinskoe vostanie 1837 q. Baku 1961. 



57. 

 Baykara H.  Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, 

1992, s.27 

58. 


 Şavrov N. N. Novaə uqroza russkomu delu v 

Zakavkazğe.SPb.,1911,s.59 - 61. 

59. 

Azərbaycan tarixi. 3- cilliddə, cild 2. Bakı 1963, s.739  



60. 

Zülfüqarlı  M.  P.  Azərbaycan tarixi.Ikinci Respublika 

dövrünün tarixşünaslığı (1920 – 1991 – ci illər).Bakı 2001, s. 

11 


61. 

Köçərli T. Tarixi saxtalaşdıranlar əleyhinə. Bakı 1972, s. 172   

- 173. 

62. 


 Fərəh xanımla müsahibə. "525 - ci qəzet" 9 oktyabr 2004 – cü 

il 


 

 

 



 

 

 



 

GÜLÜSTAN MÜQAVİLƏSİ  

   


Qadir Allah Naminə  

İMPERATOR  ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın  Ən  Şöhrətli və 

ƏZƏMƏTLİ BÖYÜK HÖKMDARI və  İMPERATORU və  İran 

Dövlətinin Sahibi, hökmdarı  ƏLAHƏZRƏTLƏRİ Padşahın ÖZ 

təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN ürəklərinə 

zidd olan müharibənin fəlakətlərinə son qoymağı  və  qədimdən Bütün 

Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı sülh 



 

68

və xeyirxah qonşu dostluğunu möhkəm  əsas üzərində  bərpa etməyi 



səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş 

üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı 

bilmişlər:  

ƏLAHƏZRƏT Bütün Rusiya İmperatoru - ÖZ General-leytenantı, 

Gürcüstandakı  və Qafqaz xəttindəki qoşunların Baş komandanı, 

Həştərxan və Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissə, 

həmçinin bu ölkənin bütün sərhəd işləri üzrə Baş Müdiri, Xəzər hərbi 

Donanmasının Komandanı, Müqəddəs Aleksandr Nevski, birinci 

Müqəddəs Anna, dördüncü dərəcəli Müqəddəs  Əzabkeş  və Qalibiyyətli 

Georgi ordenləri, habelə üzərində igidliyə görə yazısı olan qızıl qılıncla 

təltif edilmiş zati-aliləri Nikolay Rtişşevi,  Əlahəzrət  İran  şahı isə - 

özünün, Türkiyə  və  İngiltərə Saraylarında fövqaladə elçisi olmuş,  İran 

Rəisləri arasında seçilmiş, öz padşahından brilyantlarla bəzədilmiş xəncər 

və  qılıncdan,  şal paltardan və brilyantlarla zinnətləndirilmiş at bəzəkləri 

dəstindən ibarət fərqləndirici lütf görmüş, öz Padşahının  ən yaxın 

Məmuru, Ali İran Sarayının Gizli İşlər Müşaviri, Vəzir nəslinə  mənsub 

olan,  İran Sarayında ikinci dərəcəli Xan, Yüksəkrütbəli və Çoxhörmətli 

Mirzə  Həsən Xanı: bu səbəbdən də  BİZ, yuxarıda adları  çəkilmiş 

səlahiyyətli Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı 

Gülüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə  təqdim 

etdikdən sonra, hər birimizə öz tərəfindən bizim BÖYÜK 

HÖKMDARLARIMIZ adından bərqərar edəcəyimiz sülh və dostluğa aid 

olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət və Ali 

səlahiyyətlərə görə  aşağıdakı maddələri qərara aldıq və  əbədiyyət üçün 

təsdiq etdik.  

 

BİRİNCİ MADDƏ  



 

İndiyədək Rusiya İmperiyası  və  İran Dövləti arasında mövcud olmuş 

düşmənçilik və narazılığa həmin Müqavilə ilə bu gündən etibarən və 

gələcəkdə son qoyulur və qoy İMPERATOR ƏLAHƏZRƏTLƏRİ Bütün 

Rusiya hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri, Taxtlarının 

Varisləri və ONLARIN, qarşılıqlı surətdə, Ali Dövlətləri arasında  əbədi 

sülh, dostluq və xeyirxah razılıq olsun.  

 

İKNCİ MADDƏ  



 

Bir halda ki, hər iki Ali Dövlət arasında ilkin əlaqələr vasitəsilə tus quo 

prezenten, yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, 

xanlıqlara, mülklərə sahib qalması əsasında sülhün bərqərar edilməsi artıq 

qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan etibarən və 

gələcəkdə Bütün Rusiya İmperiyası  və  İran Dövləti arasında sərhəd 




 

69

aşağıdakı  xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə 



Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinədək, oradan da üzü 

yuxarı  Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək 

çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ 

və Naxçıvan xanlıqlarının mərzləri ilə davam etdirərərək, Alagöz dağları 

silsiləsi ilə Qarabağ, Naxçıvan,  İrəvan xanlıqlarının və Yelizavetpol 

dairəsinin (keçmiş  Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən 

Dərələyəz mərzinədək, buradan İrəvan xanlığını Yelizavetpol 

dairəsindən, həmçinin Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə 

Eşşəkmeydan mərzinə, oradan da dağlar silsiləsi ilə, çayın sağ tərəfi ilə, 

onun axarı istiqamətində, həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi 

ilə  Şuragöl mərzi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artikin arası ilə 

Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı  əldən-ələ 

keçdiyinə görə, həmin Xanlığın Zinzeley və  Ərdəbil tərəfdən olan 

sərhədləri, daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla 

seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə indiyədək 

hər bir tərəfin həqiqi hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, 

dərələrin, həmçinqin çayların, dağların, göllərin, təbii mərzlərin dəqiq və 

təfsilatlı  təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb təsdiq 

olunduqdan sonra müəyyən ediləcək, onda ( Status quo ad prezenten) 

əsasında Talış xanlığının sərhəd xətti elə müəyyənləşdiriləcək ki, hər bir 

tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə  də, yuxarıda 

xatırlanmış  sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə 

çıxarsa, hər iki Ali Dövlətin Komissarlarının təhlilindən sonra hər bir 

tərəf status quo ad prezenten  əsasında təminat verəcək.  

 

ÜÇÜNCÜ MADDƏ  



 

Şah  Əlahəzrətləri  ƏLAHƏZRƏT bütün Rusiya İMPERATORUNA 

səmimi dostluq hislərinin sübutu üçün təntənəli surətdə həm öz adından, 

həm də  İran Taxtının Ali Vəliəhdləri adından Qarabağ  və indi 

Yelizavetpol adı altında  əyalətə çevrilmiş  Gəncə xanlıqları, həmçinin 

Şəki,  Şirvan, Dərbənd, Quba, Bakı  və Talış (bu xanlığın Rusiya 

İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla 

bərabər Dağıstan, Gürcüstan (Şuragölə  əyaləti ilə birlikdə)  İmperiya, 

Quriya, Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş 

sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar 

və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya 

İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.  

 

DÖRDÜNCÜ MADDƏ  



 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə