Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   24   25   26   27   28   29   30   31   32

 

70

ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU  ƏLAHƏZRƏT  İran 



Şahına ÖZ qarşılıqlı dostluq hisslərini ifadə etmək və  İranda - ONA 

qonşu olan bu Dövlətdə, möhkəm əsas üzərində mütləqiyyət və hökmran 

hakimiyyət görmək arzusunu səmimi qəlbdən təsdiq etmək üçün, 

bununla, ÖZ adından və ÖZ Vəliəhdləri adından İran Şahı tərəfindən İran 

Dövlətinin Varisi təyin ediləcək Vəliəhdə, lazım gəldikdə, kömək 

göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran Dövlətinin işinə qarışa 

bilməsin və Ali Rusiya Sarayının köməyi ilə İran Sarayı möhkəmlənsin. 

Bununla belə,  əgər  İran Dövləti işləri üzrə  Şah oğulları arasında 

münaqişələr baş verərsə, Rusiya İmperiyası hakimiyyətdə olan Şah xahiş 

etməyincə bunlara qarışmayacaq.  

 

BEŞİNCİ MADDƏ  



 

Rus ticarət gəmilərinə  əvvəlki qayda üzrə  Xəzər sahilləri yaxınlığında 

üzmək və onları yan almaq hüququ verilir; həm də  gəmi qəzası zamanı 

iranlılar tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də 

həmin bu hüquq - əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya 

sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, 

qarşılıqlı surətdə, iranlılara hər cür yardım göstəriməlidir. Hərbi gəmilərə 

gəldikdə isə, müharibədən  əvvəl, habelə sülh vaxtı  və  həmişə Rusiya 

hərbi bayrağı  Xəzər dənizində  tək mövcud olmuşdur. Həmin ehtiram 

daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, ondan 

başqa heç bir Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz.  

 

ALTINCI MADDƏ  



 

Hər iki tərəfdən döyüşdə  əsir alınmışları, Xristian dininə  və s. dinlərə 

mənsub ələ keçirilmiş sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra, 

üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri 

əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə 

və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud qanunu 

pozaraq, qaçanlardan hər birinə, milliyətindən asılı olmayaraq, öz könüllü 

istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq 

istəməyənlər isə  məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən 

qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.  

 

YEDDİNCİ MADDƏ  



 

Bütün yuxarıda deyilənlərə  əlavə olaraq ƏLAHƏZRƏT Bütün Rusiya 

İMPERATORU və  Əlahəzrət  İran  Şahı buyururlar ki, lazım olduqda, 

Əlahəzrətlərin  İqamətgahlarına göndərilən, ONLARIN Ali Saraylarının 

qarşılıqlı Nazirlər və ya Elçiləri rütbələrinə  və onlara tapşırılmış  işlərin 



 

71

mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə himayəçilik 



üçün təyin olunmuş Müvəkkillərin və ya Konsulların on nəfərdən artıq 

məiyyəti olmasın, onlar vəkil edilmiş  məmurlar kimi vəzifələrinə layiq 

hörmət və  şərəfə malik olmalıdırlar, həmçinin,  Əmrnaməyə  əsasən, 

bundan sonra onları nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim 

edildikdən sonra, hər iki tərəfin təbəələrini  ədalətlə mühakimə etmək, 

incidilmişləri mürbətlə razı salmaq gərəkdir.  

 

SƏKKİZİNCİ MADDƏ  



 

Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin 

edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və 

ya  İran təbəələri olduğunu təsdiq edən yazılı  sənədlərə malik təbəələri 

arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki Ali Dövlətə 

quru yolla və  dənizlə  sərbəst gəlməyə, orada kim nə  qədər istəyirsə 

yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan 

çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan yerlərdən  İran 

Dövlətinə  gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların 

satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki Ali 

Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların 

vəzifələri və s. ilə  əlaqədar  şikayətlərinə adi qayda üzrə baxılması 

Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə həvalə edilir. 

Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud 

bunu başqa lazımi  şəxslərin vasitəsilə  tələb etməli və onların 

incidilməsinə və sıxışdırılmasına qətiyyən yol verməməlidirlər.  

İrana gəlmiş, Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz 

malları ilə birlikdə  İranla dostluq edən başqa dövlətlərə  də  sərbəst 

gedəcəklər; bundan ötrü İran Hökuməti bu tacirlərin sərbəst keçməsi üçün 

onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar 

Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran 

tacirləri üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir.  

İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, 

onların müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin 

təbəələrinə  məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və  xəlvəti 

mənimsənilmədən, Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə 

icra edildiyi kimi, kimin hansı Dövlətə, mənsubiyyətindən asılı 

olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud 

qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə  və öz xeyirləri 

üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.  

 

DOQQUZUNCU MADDƏ  



 


 

72

Rus tacirlərindən  İran  şəhərlərinə  və ya limanlarına gətirdikləri mallara 



görə yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu mallar 

ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olunmasın, 

oradan apardıqları  İran mallarına görə  də eyni gömrük alınsın, bundan 

başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb 

edilməsin. İran təbəələrinin Rusiya şəhərlərinə və limanlarına gətirdikləri 

və buradan ixrac etdikləri mallara görə  və qarşılıqlı surətdə eyni 

gömrüklər, eyni əsasda bir dəfə alınsın.  

 

ONUNCU MADDƏ  



 

Malları Müqavilə bağlamış hər iki Dövlətin sahillərinə və ya limanlarına, 

yaxud da quru yolla sərhəd  şəhərlərinə  gətirdikdən sonra, qarşılıqlı 

surətdə, tacirlərə, nəzarəti altında olduqları gömrük hakimlərindən və ya 

iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları satın, 

yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz 

dövriyyədə olsun həmçinin satıcıdan və alıcıdan dövlət xəzinəsi üçün 

müntəzəm olaraq və könüllülük şərti ilə qanuni rüsumlar yığılsın.  

 

ON BİRİNCİ MADDƏ  



 

Bu müqavilə imzalandıqdan sonra hər iki Ali Dövlətin müvəkkilləri, 

qarşılıqlı surətdə  və  təxirə salınmadan bütün yerlərə onun haqqında 

lazımı  xəbər və  hər yerdə  hərbi  əməliyyatların dərhal dayandırılması 

barəsində əmrlər göndərsinlər.  

İki bərabərhüquqlu nüsxədə (fars dilinə  tərcüməsi ilə birlikdə) yazılmış 

və saziş bağlayan Ali tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri 

tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı 

surətdə  dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi  ƏLAHƏZRƏT Bütün 

Rusiya  İMPERATORU və  Əlahəzrət  İran  Şahı  tərəfindən bərqərar 

ediləcək və  Əlahəzrətlərin öz əlləri ilə imzalanmış  təntənəli 

Ratifikasiyalarla təsdiq olunacaqdır.  

Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Ali Saraylardan, 

qarşılıqlı surətdə göndərilməklə onların yuxarıda adları  çəkilmiş 

Müvəkkillərinə üç ay müddətindən sonra çadırılacaq.  

Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran 

hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il Şəvval ayının iyirmi 

doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan 

kəndində Rus ordugahında bağlanmışdır.  

İMZALAMIŞLAR:  

Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev  

(M : Y:)  

Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan  



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə