Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə32/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   24   25   26   27   28   29   30   31   32

 

73

(M : Y:)  



 

 

 



TÜRKMƏNÇAY MÜQAVİLƏSİ  

   


I MADDƏ  

 

Bütün Rusiya imperatoru həzrətləri və  İran  şahı  həzrətləri arasında, 



onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və qarşılıqlı 

surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq və tam razılıq 

olacaqdır.  

 

II MADDƏ  



 

Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə qəbul 

edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş  və indi 

xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi üzrə 

qarşılıqlı  təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan 

traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və dostluq 

münasibətləri qurmalı  və  təsdiq etməli olan indiki şərtlər və  qərarlarla 

əvəz etməyi zəruri hesab etdilər.  

 

III MADDƏ  



 

İran  şahı  həzrətləri öz adından və öz vərəsələri və varisləri adından 

Arazın o tayı  və bu tayı üzrə Erivan xanlığını  və Naxçıvan xanlığını 

Rusiya  İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah həzrətləri bu 

güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından sayılmaqla altı 

aydan gec olmayaraq, yuxarıda adları  çəkilən hər iki xanların idarə 

edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri Rusiya rəisliyinə 

verməyi vəd edir.  

 

IV MADDƏ  



 

Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə  hər iki dövlət arasında 

sərhədlər aşağıdakı hüdudda qərara alınır:  

sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən 

aralıda düz istiqamətdə  ən yaxın nöqtədən başlayaraq o dağların 

zirvəsindən keçir; buradan maillik üzrə Araratın cənub tərəfindən axan 

Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı 

üzrə  Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu 

məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; 



 

74

burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında 



yarım ağac, yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə 

haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya 

məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində  ən yüksək 

dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin  şərq 

tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın 

yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz 

çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra 

sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və 

Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda 

olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı; 

adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, 

sonra  Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək 

davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir 

ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus 

olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır. Burada 

iki dövlət arasındakı  sərhəd dağ zirvələrilə müəyyən edilir; 

qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya 

məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd Cikoir 

yüksəkliyi zirvəsindən, Talışı  Ərş dairəsindən ayıran dağlar üzrə 

Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların 

başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə 

haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. 

Sonra sərhəd xətti suların axarına aid yuxarıda  şərh olunan qaydalara 

aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş dairələrini 

ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək uzanacaqdır. 

Beləliklə, adı  çəkilən dağın zirvəsindən  əks tərəfdə yerləşən hissəsi 

istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər iki dövlət 

arasındakı  sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına 

daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın zirvəsi və 

Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara çayının  şimal 

mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizinə 

töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını 

İrandan ayırmalı olan sərhəd xətti qurtarır.  

 

V MADDƏ  



 

İran  şahı  həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi 

dostluğuna sübut olaraq, bu maddə ilə  həm öz vərəsələri və  İran taxt-

tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti arasında və 

Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün torpaqların və 

bütün adaların, bununla bərabər həmin məmləkətlərdə yaşayan bütün 




 

75

köçəri və başqa xalqların əbədi zamanədək Rusiya imperiyasına məxsus 



olduğunu təntənə ilə tanıyır.  

 

VI MADDƏ  



 

İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə Rusiya 

imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar 

olduğu qurbanlara və itkiyə hörmət  əlaməti olaraq, onların  əvəzini pul 

təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki 

yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə  və ya iyirmi 

milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası  və 

təminatı sözbəsöz hazırkı traktata daxil edilə biləcək qüvvəyə malik olan 

xüsusi müqavilədə qərarlaşdırılmışdır.  

 

VII MADDƏ  



 

İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz vərəsəsi 

və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi, Bütün Rusiya 

imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu varislik qaydasının 

təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut etməkdən ötrü bundan 

sonra  şahzadə Abbas Mirzə  həzrətlərinin simasında  İran taxt-tacının 

vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə onu o dövlətin 

qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.  

 

VIII MADDƏ  



 

Rusiyanın ticarət gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun 

sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq 

hüququna malikdir; gəmi qəzası hallarında  İranda onlara hər cür kömək 

edilməlidir. Bu üsulla İran ticarət gəmilərində də Xəzər dənizində əvvəlki 

qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada 

gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə  hər cür kömək 

göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız 

Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində üzə 

bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və 

təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər dənizində hərbi 

gəmiləri ola bilməz.  

 

IX MADDƏ  



 

Bütün Rusiya imperatoru həzrətləri və  İran  şahı  həzrətləri hər vasitə ilə 

onlar arasında bu qədər xoşbəxtliklə  bərpa olunmuş sülh və dostluğu 

bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası  və ya daimi 




 

76

qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların 



(hökumətlərin) səfirlərinin, nazirlərinin və  işlər müvəkillərinin, onların 

dərəcəsinə, razılığa gələn yüksək tərəflərin  şərəfinə, onları birləşdirən 

səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və (hər birinin) 

ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva bilirlər. Xüsusi protokol 

ilə bu və ya o biri tərəfin  əməl etməsi üçün bu məzmunda mərasim 

qərarlaşdırılacaqdır.  

 

X MADDƏ  



 

Bütün Rusiya həzrətləri və  İran  şahı  həzrətləri hər iki dövlət arasında 

ticarət  əlaqələrinin bərpa olunmasını  və genişlənməsini sülhün bərqərar 

olmasının  ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam 

qarşılıqlı razılıq  əsasında hökm verdilər ki, ticarətə hakimlik edilməsinə 

və qarşılıqlı surətdə  təbəələrin təhlükəsizliyinə aid olan bütün 

sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı surətdə 

müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni güclü 

hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah etsinlər. İran 

şahı  həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin xeyrinə  tələb 

olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək hüququ verir və 

öhdəsinə götürür ki, hər ikisinin məiyyəti on nəfərdən çox olmayacaq 

konsul və agentlərə hamilik göstərsin ki, onlar öz rütbələrinə verilmiş 

şan-şövkət və üstünlüklərdən istifadə etsinlər. Bütün Rusiya imperatoru 

həzrətləri öz tərəfindən  İran  şahı  həzrətlərinin konsul və ya ticarət 

agentlərinə münasibətdə buna tam müvafiq əməl edilməsinə  vəd verir. 

İran hökumətinin Rusiya agentinə və ya konsuluna əsaslı şikayəti olarsa, 

Rusiya naziri (səfiri) və ya onun şah həzrətləri sarayı yanında işlər 

müvəkkili, ya da onların bilavasitə rəisi öz mülahizəsinə əsasən günahkarı 

vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti olaraq digər şəxsə həvalə edə 

bilər.  

 

XI MADDƏ  



 

Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə dayandırılmış 

başqa işlər sülh bağlandıqdan sonra ədalətlə  bərpa olunacaq və  həll 

ediləcəkdir. Qarşılıqlı surətdə  təbəələrin öz aralarında bu və ya o biri 

hökumətin xəzinəsinə müqavilə  təəhhüdləri dərhal və tamamilə  təmin 

edilməlidir.  

 

XII MADDƏ  



 

Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi 

razılığı üzrə qarşılıqlı surətdə  qərara almışdır: onlardan Arazın hər iki 



 

77

tərəfində  tərpənməz  əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, 



onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin 

bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan 

sərdarı Hüseyn xanı, onun qardaşı  Həsən xanı  və keçmiş Naxçıvan 

hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir. 

 

XIII MADDƏ  



 

Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki 

tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa 

əsir düşmüş təbəələri qarşılıqlı surətdə azad edilməli və dörd ay ərzində 

qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin edilməli və 

onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa sərəncam vermək 

üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən ötrü Abbasabada 

göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər iki tərəfdən  əsir 

düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa bir səbəbə  və ya 

vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək bütün hərbi 

əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla yanaşacaqlar. Hər 

iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində özünə dəqiq və qeyri-

məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar aşkar edildikdə və ya 

onlar haqqında tələblər alındıqda qarşılıqlı surətdə onları (bir-birinə) 

qaytarsınlar.  

 

 



XIV MADDƏ  

Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin 

başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan 

satqınların və fərarilərin verilmısini tələb etməyəcəkdir. İran hökuməti bu 

qaçqınlardan bəzilərinin və onların köhnə  həmvətənlərinin və ya 

hakimiyyəti altında olanların arasında qərəzli  əlaqələrdən qarşılıqlı 

surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün, öhdəsinə 

götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad göstərdiyi 

adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının və Qızıl 

Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı hüduddakı 

öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya imperatoru 

həzrətləri öz tərəfindən  İran qaçqınlarının Qarabağ  və Naxçıvan 

xanlıqlarında və  İrəvan xanlığının Araz çayının sağ sahilində yerləşən 

hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir qərarda icazə 

verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq rəsmi rütbə 

daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi nümunələri, 

nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində  və ya 

hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir göstərə bilən 

xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin gücü var və 



 

78

olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə gəldikdə isə, razılığa 



gələn yüksək tərəflər qərara alır ki, hər iki tərəfin bir dövlətdən o birinə 

keçmiş və ya bundan sonra keçəcək təbəələri onların keçdiyi hökumətin 

icazə verdiyi hər yerdə yurd sala və yaşaya bilər.  

XV MADDƏ  

Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən 

hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə 

törədilmiş  bədbəxtlikləri daha da artıra bilən hər  şeyi kənar etmək kimi 

xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin 

bütün  əhalisinə  və  məmurlarına büsbütün və tam bağışlanma  əta edir. 

Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz 

hərəkətinə  və ya müharibə  ərzində  və ya Rus ordusunun adı  çəkilən 

vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə 

görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu 

gündən başlayaraq öz ailəsi ilə birlikdə  İran vilayətindən Rusiyaya 

sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan 

onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və 

vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il 

vaxt verilir. Tərpənməz mülkə  gəldikdə isə, onun satılması  və ya onun 

haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. 

Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək 

məhkəmə  cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil 

edilmir.  

 

 

XVI MADDƏ  



 

Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə 

təxirə salınmadan təcili olaraq, hərbi  əməliyyatların kəsilməsi haqqında 

bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki 

nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, 

onların gerbli möhürləri ilə  təsdiq edilmiş  və qarşılıqlı olaraq bir-birinə 

verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və  İran 

şahı  həzrətləri tərəfindən təsdiq və ratifaksiya edilməli və onların 

imzaladığı ratifikasiya mətnləri təntənəli  şəkildə  hər iki tərəfin 

müvvəkilləri tərəfincdən dörd ay ərzində və ya mümkün olduqca daha tez 

dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci 

ilində Türkmənçay kəndində bağlanmışdır.  

Əslinə qol çəkmişlər: İvan Paskoviç, A. Obrezkov. 

  

 



 

 



 

79

Zülfüqarlı  Məhərrəm Paşa oğlu - 19 avqust 1955 – ci ildə Azərbaycan 



Respublikası Ucar rayonunda anadan olub. Bakı Dövlət Universitetinin tarix 

fak


, Plovdiv, Polşanın Varşava, Lodz, Iranın Tehran, 

ctimai Liderlər" Birliyi Seçki Qərargahına rəhbərlik 

edib. 

Müxtəlif qeyri – hökümət təşkilatları xətti ilə Respublikanın regionlarında 



vətənd

 hüquq və 

adlı

ci qəzet", "Ədalət" və digər qəzetlərdə 



müntə

radağ 


mahal

ığındakı Sumbulan kəndindən təxminən 1920 – 

1923 –

ultəsini və aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2001 – ci ildən 



"Ikinci Respublikanın tarixşünaslığı (1920 – 1991- ci illər)" mövzusunda yazdığı 

doktorluq işi müdafiəyə hazırdır. Müxtəlif dövrlədə Azərbaycan Neft və Kimya 

Institutunun Sumqayıt filialında (hazırda Sumqayıt Dövlət Universiteti), Bakı 

Dövlət Univesitetində, Bakı Biznes Univesitetində "Azərbaycan tarixi" və 

"Siyasi tarix" fənlərini tədris edib. Bakı Biznes Universiteti Magistratura 

şöbəsinin müdiri olub. Azərbaycan MEA Tarix Institutunda elmi işçi, Sumqayıt 

Şəhər Icra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri 

vəzifələrində çalışıb. 

  

Almaniyanın Lidviqsfaxen, Isveçin Stokolm, Rusiyanın Moskva, Samara, 



Bolqarıstanın Sofiya

Gürcüstanın Tbilisi, Bakuryani şəhərlərində elmi – praktik konfranslarda 

müxtəlif  məruzələr edib. 

ABŞ Respublikaçılar Institutu Seçki Akademiyasının məzunudur. Son 

parlament seçkilərində "I

Azərbaycan Avroiteqrasiya Milli Ictimai komitəsinin üzvüdür. 

  

aşlar qəarşısında "Avropa Konvensiyasında müəyyən olunmuş



az

qların təmini", "Azad və  ədalətli seçkilər", "Yerli özünüidarənin 

problemləri", "Azad cəmiyyətin prinsipləri", "Insan haqları  və onun təmini", 

"Milli azlıqların hüquqlarının müdafiəsi", "Korrupsiyaya qarşı mübarizə" və s. 

mövzularda mühazirələrlə çıxış edib. Onun rəhbərliyi və Açıq Cəmiyyət Institut 

– Yardım Fondunun köməkliyi ilə "Elmi işçilərin hüquqlarının müdafiəsi, onlara 

ictimai və  mənəvi dəstəyin təşkili", "Bolqarıstanın ilkin seçki təcrübəsi və 

Azərbaycan" və    "  Təhsil və elm sahəsində mövcud olan korrupsiya və rüşvət 

hallarına qaqşı mübarizədə yeni təhsil qanunu və maarifçiliyin rolu" 

mövzularında layihələr həyata keçirilib. 

25 kitabın, 13 metodiki işin, 33 elmi  və 512 qəzet məqalələrinin 

müəllifidir. 3 kitabı çapa hazırdır. "525-

zəm olaraq məqalələrlə çıxış edir. 

Hazırda "Ictimai Problemlərin Tədqiqi Assosiyasiyası"nın sədridir. 

Evlidir iki övladı var. 

Babası Zülfüqar Məmmədqulu oğlu və  nənəsi Nübar Sadıqova Qa

ının  Əhər  şəhəri yaxınl

 cü illərdə Ucar rayonuna gəlmişlər. 



 

 

 



Document Outline

  •       
  •                     
  •  
  •  
  •  
  •                AZƏRBAYCAN  TARIXINƏ  
  •                                  
  •                              YENI BAXIŞ   
    •                                                                                     Prezidenti 
      •                          
    •               
      • XVIII əsrin əvvəllərində Səfəvi hakimiyyətinin zəifləməsi ilə digər ərazilərdə olduğu kimi, Qubada da üsyan başlamışdı. Üsyana Qubanın Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud başçılıq edirdi. Onun məqsədi Şəki, Şirvan  və Qubada Şah hakimiyyətini ləğv edib, Şirvan dövlətini bərpa etmək idi. 
        •                                                 
        •  
        •  
        •                                                  Nəticə 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə