Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   2   3   4   5   6   7   8   9   ...   32

 

10

bərqərar olması  uğrunda mübarizə aparmaq üçün partiya formasından 



istifadə etməyi məqsədəuyğun sayırıq."  

Buradan belə  çıxır ki, 1990 – cı ilin iyununa qədər sovet 

imperiyasına qarşı aparılan mübarizə şüurlu deyil kortəbii olmuş, AXC – 

nin təsis konfransında qəbul olunmuş proqram və nizamnamə  də bu 

kortəbilliyi özündə əks etdirmişdir. Fikrimizcə ŞADP təsisçiləri atdıqları 

addımlara haqq qazandırmaq üçün bu cür ifadələr işlətmiş  və sonradan 

bunun onların özlərinə qarşı çevriləcəyini nəzərə almamışlar.  

Sual oluna bilər ki, sovet imperiyasına qarşı mübarizə başa 

çatmamış  və dövlət müstəqilliyi  əldə edilməmiş AXC- nin Moskva 

tərəfindən "liberal" adlandırılan qanadının bəzi üzvləri nəyə görə tələsik 

partiyalaşmaya meylləndilər və nəya görə yaratmaq istədikləri partiyanın 

adını  ŞADP qoydular?  Yəni bu zaman başlamış prosesi yarımçıq 

qoyaraq xalqın diqqətini  şimaldan cənuba, yəni Irana yönəltmək nə 

dərəcə düzgün idi?  

 ŞADP – çilərin məntiqindən belə çıxırdı ki, 1990 – cı ilin yayına 

qədər baş vermiş proseselər Sovet Ittifaqına qarşı çevrilmiş kortəbii 

hərəkat olmuş, bundan sonra hərəkatın  şüurlu dövrü SSRI – yə qarşı 

deyil, Irana qarşı yönəlməlidir. Bəziləri bu fikrə etiraz edərək  deyə bilər 

ki, ŞADP – çilər sovet imperiyasına qarşı mübarizəni davam etdirməyin 

tərəfdarı idilər. Onda ortaya belə bir sual çıxır ki, nəyə görə partiyanı 

ADP yox ŞADP adlandırırdılar. Fikrimizcə şimal sözünün bura salınması 

əsas hədəfdən yayınmaq məqsədi daşımışdır ki, bu da 1990 – cı ilin 

iyununda Azərbaycan xalqına deyil Moskvaya hava – su kimi lazım idi.  

Bəs  nəyə görə  ŞADP-nin yaranması prosesini başa çatdırmaq 

mümkün olmadı və ŞADP – çilər 1992 – ci ilin payızından təcili olaraq 

"Müsavat"ı  bərpa etməyə üstünlük verdilər? Fikrimizcə bunun əsas 

səbəbi  ŞADP – çilərin  əksinə olaraq xalqın sovet imperiyasına qarşı 

mübarizə  əzminin güclü olması idi. Lefortovoda saxlanılan siyasi 

məhbusların azadlığa çıxması üçün Azərbaycanın müxtəlif yerlərində, 

hətta Moskvada aclıq aksiyalarının keçirilməsi, 1,5 milyon imzanın 

toplanması deyilənləri sübut edir. ŞADP – çilər xalqın dəstəyini 

qazanmadıqlarına görə AXC daxilində gözləməyi  qərara aldılar və hətta 

bir neçə gün aclıq aksiyalarına da qoşuldular. (16) 

 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra tarixi 

tədqiqatlar sahəsində  əvvəlki problemlər qalmasına baxmayaraq 

 

müştərək tarixi obyektiv əks etdirən bir sıra kitablar və  məqalələr nəşr 



olunması müsbət qiymətləndirilməlidir.(17) Bundan başqa müştərək 

tarixin öyrənilməsində son illər fars dilindən tərcümə olunmuş kitab və 

məqalələrin  də (18)  böyük əhəmiyyəti vardır. 

Sizə  təqdim olunan kitabın yazılmasında müəllifin müxtəlif 

qəzetlərdə dərc olunmuş məqalələrindən də istifadə edilmişdir (19)  



 

11

Azərbaycan tarixinin, Azərbaycan və Iranın müştərək tarixinin 



obyektiv tədqiqinə  qərb ölkələrinin kənar müdaxilələri də öz mənfi 

təsirini göstərir. Azərbaycan Respublikası prezidenti Ilham Əliyevin bu 

məsələ barədə belə demişdir: "Hazırda Azərbaycanla Iran arasında çox 

konstruktiv münasibətlər mövcuddur... Biz Iranla yaxşı münasibətlərin 

olmasını istəyirik və mən belə düşünürəm ki, bu gün buna nail olmuşuq... 

Biz imkan verə bilmərik ki, Azərbaycan müxtəlif ölkələr arasında 

qarşıdurma zonasına çevrilsin. Əgər hansısa ölkələr bir – biri ilə 

qarşıdurmaya girmək istəyirlərsə, onlar bunun üçün başqa yer tapa 

bilərlər. Biz Azərbaycanda  əməkdaşlıq zonası yaratmağa çalışırıq və 

zənnimcə buna nail oluruq."(20)  

Fikrimizcə prezidentin bu sözləri iki dövlət arasında münasitbətlərə 

hər hansı kənar təsirlərin yaxın gələcəkdə aradan qaldırılacağına ümidləri 

artırır. 

I. Əliyevin Iran Islam Respublikasına 2005 – ci ilin 24 – 27 yanvar 

tarixli səfəri və imzalanmış 9 sənəd, Iranın Azərbaycana bir milyon ABŞ 

dolları  həcmində  qrant ayırması  və digər məsələlər iki ölkə arasında 

münasibətlərin daha da inkişafına xidmət edir. Azərbaycanda bu səfərə 

fərqli münasibətlər olmasına baxmayaraq bunların təsiri ilə iki ölkə 

arasında münasibətlərin inkişafını görməmək mümkün deyil. Hətta 

səfərdən dərhal sonra bir neçə  qəzetlərdəki yazılarda (21) iki ölkə 

arasında münasibətlərin inkişafına fərqli yanaşmaq meylləri də özünü 

büruzə vermişdi. Azərbaycan Respublikasının Iran Islam 

Respublikasındakı sabiq səfiri N. Nəsibzadə səfərlə bağlı demişdir: "Qərb 

həmişə yeni müstəqil dövlətlərə qüdrətli qonşularla dil tapmağı məsləhət 

görür... Heç ağıla da sığmır ki, Azərbaycan höküməti Rusiya, yaxud 

Iranla əlaqələri tamam kəssin, onlarla iqtisadi münasibətlərə son qoysun... 

I. Əliyev üstündən xeyli vaxt keçsə də, Vaşinqtona verdiyi vədləri yerinə 

yetirməyib…Ola bilsin ki, ölkə başçısı bununla Amerikaya göstərmək 

istyəir ki, çox sıxmayın, hələ imkanlar qalır, balans siyasətinin 

riçaqlarından istifadə edib oriyentasiyanı tamamilə  dəyişdirə bilər... 

Mövcud iqtidar deyək ki, 60 – ın 40 – a nisbətində  qərbpərəst xətt 

yeridirsə, son bir ildəki fəaliyyəti ilə göstərir ki, hakimiyyətini qorumaq 

naminə Rusiya və Iranla münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmaq 

imkanlarını saxlayır." (22)  

 Fikrimizcə müştərək tarixin obyektiv tədqiqndəki problemlərin 

həlli üçün birinci növbədə  aşağıdakı tarixi dövrlərin yenidən tədqiqinə 

ehtiyac var: 

1. XVI – XVIII əsrlər dövrü 

2. XVIII əsrin ortaları – Türkmənçay müqaviləsinə qədərki dövr.  

3.   1828 – ci ildən XX əsrin əvvəllərinə qədər olan dövr. 

4.  1918 – 1920 – ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü ( I 

Respublika dövrü) 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə