Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   2   3   4   5   6   7   8   9   ...   32

 

14

münasibətin formalaşmasına  səbəb olmuşdur. Bu cür səhv münasibət 



Səfəvilərdən sonra gəlmiş Nadir şaha, Qacarlara, o cümlədən məhşur 

sərkərdə Abbas Mirzəyə da şamil edilməsi müasir dövrdə tarixi 

gerçəkliyin dərk edilməsinə mane olur. Bü cür səhv fikirlərin aradan 

qaldırılması üçün bəşər tarixində  şərəfli yer tutmuş  Səfəvi dövləti  

tarixinin obyektiv öyrənilməsinə böyük ehtiyac var. 

Səfəvi dövlətinin  əsasını  Səfəvi  şeyxlərinin  Ərdəbil hakimliyi 

qoymuşdur. Şah Ismayılın babası Şeyx Cüneyd  və atası Şeyx Heydərin 

XV  əsrin II yarısından mərkəzləşmiş dövlət yaratmaq cəhdləri 

uğursuzluqla nəticələndikdən sonra bu missiyanı 1499 – cu ildən gənc 

Ismayıl həyata keçirməyə başladı. Onun rəhbərliyi altında başlanan şiə – 

qızılbaş  hərəkatı  Səfəvilərin  əvvəlki çıxışlarından  əhəmiyyətli dərəcədə 

fərqlənirdi. I. P. Petruşevski yazırdı: "Əgər  Şeyx Heydər yalnız 

Azərbaycanı birləşdirməyi öz qarşısına məqsəd qoymuşdusa, Ismayılın 

müridləri və  tərəfdarları  məhz qonşu ölkələrdə  fəal çıxışları onun 

qarşısında daha geniş vəzifələr qoydu. O, Azərbaycanı birləşdirdi (1502 – 

ci il üçün) və öz hüdudlarını bir sıra ölkələri də daxil edə biləcək böyük 

şiə dövləti yaratmağa səy göstərən məsləkdaşlarının arzularını da yerinə 

yetirməyə məcbur oldu" (26)  

Şah I Ismayıl qızılbaş tayfalarını öz ətrafında birləşdirmək üçün 

Ərdəbildən  Ərzincana gəldi. 1500 – ci ilin yayında o, şimala doğru 

irəlləyərək Şirvana daxil oldu, Fərrux Yasarın qoşunlarını məğlub edərək 

Bakını tutdu. Daha sonra cənuba qayıdaraq  1501 – ci ildə  Ağqoyunlu 

Əlvənd Mirzənin  qoşunlarını məğlub etdi. Ismayıl bu qələbələrdən sonra  

Təbrizə daxil olaraq, özünü şah elan etdi və  Səfəvi dövlətinin  əsasını 

qoydu.  

 

 




 

15

 



Şiəlik dövlət dini səviyyəsinə qaldırıldı.  Şah I Ismayıl on iki 

imamın adına xütbə oxutdurub, sikkə  kəsdirdi. Sikkənin üstündə 

"Allahdan başqa allah yoxdur, Məhəmməd – Allahın elçisidir, Əli – 

Allahın dostudu" yazdırdı. Pulların üstündə on iki imamın adları  və 

"Müqəddəs şahın( yəni, Əlinin) qulu" ifadəsi ilə, kiçildilmiş formada şah 

Ismayılın adı göstərilmişdi. Şiəliyə dair rəhbərlik üçün şeyx Cəmaləddin 

Mütəhhər Hillinin(1250 – 1325) "Qəvaid – i islam" ("Islamın qaydaları") 

kitabı yeganə rəsmi ədəbiyyat kimi qəbul edildi. 

 Şah Ismayılın ana babası Ağqoyunlu hökymdarı Uzun Həsən, ata 

babası Şeyx Cüneyd olduğuna görə hər iki tərəfin vərəsəsi kimi şah tax – 

tacına oturmağa layiq idi. Şah Ismayıl bu məsələdə ona və qardaşlarına 

düşmənçilik edən doğma dayılarına,  Uzun Həsənin oğlanlarına qarşı 

mübarizə apararaq qalib gəlmişdir. 

 Dövlətin adı I Şah Ismayılın ulu babası  Şeyx Səfiəddinin (1254- 

1334) adından götürülmüşdür.  Şeyx Səfiəddin dövrünün ən hörmətli və 

savadlı  şəxsiyyətlərindən olmuşdur. O, "Qara məcmuə"  əsərinin və 

bundan başqa türkcə  və farsca bir neçə kitabın müəllifi idi. O dövrdə 

müəllimlər və mürşidlər tərəfindən mədrəsələrdə, zaviyələrdə müridlərə 

tədris etmək məqsədilə yazılan kitablara "Qara məcmuə" deyilirdi.(27) 

Bu faktlar onu göstərir ki, Səfəvi dövlətinin adını daşıdığı Şeyx Səfiəddin 

və onun babaları dövrünün məhşur və savadlı şəxsiyyətləri olmuşlar. 

                         

 

              Şah Ismayılın nəsilinin şəcərə cədvəli: (28) 



                 

                    Firuzşah Zərrinqullah(XII əsrin II yarsı) 

                                    Əvəz əl-Həvəşş 

                                Məhəmməd əl-Hafiz 

                                Səlah əd-din Rəşid 

                                Qütb əd-Din Əhməd 

                                       Şeyx Saleh       

                           Əmin əd-Din Cəbrail 

Məhəmməd   Sədah əd- Din Ismayıl     

1) Səfi əd-Din Yaqub əd-Din (1252-1334) Mühyl əd-Din    

2) Sədr əd-Din Əbu Səid Əla əd-Din    Şərəf əd-Din                                                  

3) Hacı Əli Səlah əd-Din Cəmal əd-Din (1427 – də ölüb)     

4) Ibrahim (Şeyxşah) 

 (1447-də ölüb) Cəfər Əbd ər-Rəhman 

 

Əbu Səid Əhməd  Bəyazid Hacıcan-mirzə Ibrahim Haceqi   



5)Cüneyd  (4.III.1460-da ölüb) Hacı Məhəmməd                   

6)Heydər(1460-1488)  Soltan Əli Ibrahim       




 

16

 7) I Ismayıl (17 iyul 1487- 23 may 1524) 



 

 1. 


Şah Ismayıl 1503 – cü ildə  Həmədan yaxınlığında Sultan 

Muradın 70 minlik qoşununu darmadağın etdi və 1505 – 1508 – ci 

illərdən Iran, Iraqi – Ərəb və Kiçik Asiyanın bir sıra vilayətlərini  ələ 

keçirdi. 1510 – cu ildə Şeybanilərin ərazisini tutdu. 

 Osmanlı Sultanı II Bəyazid 1504 – cü ildə Səfəvi dövlətini rəsmən 

tanıdı. Lakin Sultan Səlimin vaxtında Səfəvilərə münasibət dəyişdi və 

düşmənçilik inkişaf etməyə başladı. Sultan Səlim Anadoluda yaşayan 40 

minədək şiəni qılıncdan keçirməklə ziddiyyətləri daha da kəskinləşdirdi. 

Təkə elindən həbs edilən qızılbaşları yeni fəth olunan Medon və Koron 

adalarına sürgün etdi. Bununla Səfəvilərə qarşı müharibəyə hazırlaşan I 

Sultan Səlim yürüş zamanı arxasında baş qaldıra biləcək təhlükəyə son 

qoydu. Bu zaman  Osmanlılarla müharibə  vəziyyətində olan  Venetsiya 

höküməti Səfəvilərləri osmanlılara qarşı  hərbi  əməliyyata cəlb etmək 

imkanlarını öyrənmək üçün öz elçisi Konstantino Laskarini Təbrizə 

göndərdi. O, gənc Ismayılla görüşmüş  və Italiyaya qayıtdıqdan sonra, 

1502 – ci il oktyabrın 14 – də Venetsiya höküməti qarşısında məruzə ilə 

çıxış etmiş və Səfəvi ordusunu artilleriya ilə təchiz etmək vədini olduqca 

yaxşı qarşılamışdır. Səfəvilər  Venetsiya höküməti ilə  əlaqə 

saxlanılmasında Aralıq dənizinin sahilində yerləşən Qaraman 

tayfalarından istifadə etmişdir. Konstantin Laskari qeyd edirdi ki, 

"Sofinin başqa layiqli cəhətlərindən danışarkən əlavə etməliyəm ki, hətta 

türk torpaqlarında da çox adam ona rəğbət bəsləyir və onun hakimiyyəti 

altında yaşamağa can atır"(29) 

1514 – cü il avqustun 23 – də baş vermiş Çaldıran döyüşündə I Şah 

Ismayılın qoşunları Sultan Səlimin qoşunları üz – üzə  gəldi. Döyüşdə I 

Şah Ismayıl və  qızılbaş döyüşçüləri xeyli hünər və  qəhrəmanlıq 

nümunələri göstərdilər. Döyüşün qızğın çağında Ismayıl Osmanlı 

pəhlavanı  Əli bəy Malquq oğlu ilə qarşılaşdı  və ona qalib gəldi. Lakin 

qüvvələr nisbəti eyni olmadığına görə I Şah Ismayılın qoşunları məğlub 

oldu. Səfəvilər  Şərqi Anadolunu həmişəlik itirdilər. Səfəvilərin 

məğlubiyyətinin əsas səbəbi canlı qüvvə və silah cəhətdən Osmanlılardan 

geri qalması idi. Səfəvilərin artileriyası demək olar ki, yox idi. Qərb 

ölkələri söz versə də son anda Səfəvilərə odlu silah vermədilər. Onların 

əsas məqsədi düşmənləri olan Osmanlı imperiyasını  zəiflətməklə yanaşı 

böyük nüfuz qazanmış  Səfəvilərin də güclənməsinə imkan verməmək idi. 

Buna görə də Səfəvi – Osmanlı ziddiyyətlərini daha da qızışdırırdılar.  

Aralıq dənizi vasitəsilə digər qərb ölkələrindən odlu silahlar ala 

bilməyən  Şah Ismayıl Çaldıran döyüşü  ərəfəsi Portuqaliya ilə 

yaxınlaşmağa cəhd göstərirdi. Məqsəd Iran körfəzi vasitəsilə bu 

dövlətdən odlu silahlar, artileriya mütəxəssisləri almaq idi. Buna görə də 

o, Portuqaliyanın Iran körfəzində möhkəmlənməsinə mane olmadı. Səfəvi 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə