Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 

17

– Portuqaliya danışıqları rəsmi sazişlə nəticələndi. Lakin bu müqavilənin 



də Səfəvilər üçün real nəticəsi olmadı. Çünki Səfəvi dövlətinin Osmanlı 

imperiyası ilə    toqquşdurub hər ikisini zəiflətmək siyasəti yeridən 

Portuqaliya Şah Ismayıl ordusunu odlu silahla təchiz etmədi. 

Şah Ismayılın Çaldıran döyüşündə  məğlubiyyəti qərb dövlətlərini 

fikirləşməyə  məcbur etdi və onlar öz maraqlarına uyğun olaraq 

taktikalarını dəyişərək Səfəviləri odlu silahlarla təhciz etməyə başladılar. 

Venetsiyanın Kiprdəki canişini Zuan Paolo Qradeniqo 1515 – ci il aprelin 

29 – da Nikoziyadan öz hökümətinə yazırdı: "Təsdiq edirəm ki, senyor 

Sofi (Şah Ismayıl) 100 min nəfərdən çox döyüşçü toplamış və çoxlu top 

əldə etmişdir... Həmçinin deyirlər ki, Sofi Türkiyə  sərhədinə 

yaxınlaşacaq, türklər geri çəkiləcəklər."  

1518 – ci ilə aid digər sənəddə isə göstərilirdi ki, " Sofi 70 min 

döyüşçüsü ilə birlikdə  Təbrizdədir. Portuqaliya kralının göndərdiyi 

tüfənglərlə silahlanmış  əsgərlər və artileriya mütəxəssisləri də onların 

arasındadır." (30) 

Çaldıran döyüşündəki Səfəvilər məğlub olsa da Osmanlılar da 

böyük qüvvə itirmişdilər. Məhz buna görə onlar Səfəi dövlətinin 

içərilərinə doğru irəlləyə bilmədilər. Müasirlərinin yazdığına görə 

Çaldıran döyüşündəki məğlubiyyət I Şah Ismayıla mənfi təsir göstərmiş 

və bundan sonra o, iri hərbi əməliyatlar aparmamışdır. 

I  Şah Ismayılın müxtəlif xalqları birləşdirən geniş vahid dövlətin 

əsaslarını möhkəmləndirmək sahəsindəki fəaliyyəti onu görkəmli dövlət 

xadimi kimi səciyyələndirir. O, mülki və dini rəhbər kimi şəksiz 

nüfuzundan istifadə edir, qızılbaş  əmirlərinin itaətsizliyinin  ən xırda 

əlamətlərinin qarşısını  məharətlə alırdı. Məhz bunun nəticəsində XVI 

əsrin ilk rübündə  mərkəzi hökümətin nüfuzu xeyli yüksəlmişdi. I Şah 

Ismayıl 1524 – cü il mayın 23 – də (hicri 930 – cu il rəcbər ayının 19-u), 

Azərbaycanın Sərab şəhəri yaxınlığında xəstələnərək  37 yaşında vaxtsız 

vəfat etmişdi. Onun cənazəsi Ərdəbilə gətirilərək babası Şeyx Səfiəddinin 

qəbri yaxınlığında dəfn edilmişdi.  

Şah Ismayılın qəfil ölümü mərkəzi hakimiyyətin bir qədər 

zəifləməsinə gətirib çıxartdı. Əli Əkbər Vilayəti öz kitabında Şah Ismayılı 

yüksək qiymətləndirərək yazır: "Şübhəsiz,  Şah Ismayıl Iranın vəhdət və 

istiqlaliyyətini bir daha bərpa etdiyi, müstəqil Iran milləti və dövləti 

yaratdığı  və şiə əqidəsi qanunlarını rəsmi məzhəb səviyyəsinə çatdırdığı 

üçün Iran tarixinin adlı – sanlı  və iranlıların məhəbbət və etiramını 

qazanmış  şəxsiyyətlərdən biri olmuşdur."  Daha sonra o, Şah Ismayılın 

Səfəvi dövlətinin yaranması  və bu dövlətin tarixi əhəmiyyəti haqqında 

aşağıdakıları qeyd edir: 

1. Bu dövlət ən böyük xüsusiyyəti müəyyən bir coğrafi və mədəni ərazidə 

müəyyən və o dövrün böyük Islam imperiyasından ayrı  sərhədləri olan 



 

18

müstəqil bir məmləkət yaratmasıdır ki, Sasanilərin süqutundan o zamana 



qədər misli – bərabəri olmamışdı; 

2.  Şiəliyin rəsmi bir məzhəb adı ilə rəvac tapması və yayılması sahəsində 

meydana gəlmiş bu vəhdət xaricilərin hücumları müqabilində etiqadlı, 

nəzəri və siyasi cəhətdən Iranın müdafiə qüdrətini qüvvətləndirdi; 

3. Bu milli vəhdət və müstəqillik məmləkətdə bir əmin – amanlıq və 

sabitlik dövrü yaratdı ki, əhalinin artması  və iqtisadi çiçəklənmə ilə 

nəticələndi.  Ərdəbil, Təbriz, Xoy, Isfahan və s. kimi şəhərlər inkişaf 

etməyə və abadlaşmağa başladı; 

4.  Şiəlik məzhəbinə  və Osmanlı dövlətinin genişlənməsinə qarşı 

mübarizəyə söykənən müstəqil milli dövlətin yaranması Avropa 

ölkələrinin diqqətini Irana yönəltdi; 

5. Tarixin hökmü ilə  Şah Ismayılın Iranın daxili və xarici siyaətində 

böyük  əhəmiyyətə malik olmasına baxmayaraq, bəzi tarixçilər onu 

Anadolu müridləri ilə  həmfikir və  həmkarlıqda laqeydlik 

göstərməkdə, Osmanlı dövlətinə qarşı Misir və Iranın müştərək işlər 

görməsində  səhlənkarlığa yol verməsində  və  nəhayət, Çaldıran 

savaşında zəif fəaliyyətində tənqid edirlər; 

6. Ümumiyyətlə, demək olar ki, Şah Ismayıl Iranın tarixinin elə nadir 

şəxsiyyətlərindən biri olmuşdur ki, yeniyetməlik çağlarından Iranın 

istiqlal və  vəhdət bayrağını qaldırmış, 24 illik daxili və xarici 

mübarizə müddətində Iranın sərhədlərini Diyarbəkrdən Ceyhun çayı 

sahillərinə qədər, Dərbənddən Oman və Fars körfəzi sahillərinə qədər 

çatdırmış, 12 imama etiqad bəsləyən  şiə  məzhəbini rəsmiləşdirməklə 

bu məzhəbə təzə həyat, etibar və xüsusi əhəmiyyət bəxş etmişdir. Belə 

ki, bütün alimlər onu Allahın və ariflərin yanında etibarlı  şəxs və 

kamil mürşid hesab edirdilər. O, həmçinin alimləri,  şairləri, 

tədqiqatçıları, sənət adamlarını uca tuturdu, özü də türkcə şer deyirdi. 

"Şah Xətai" məqamı ( ləqəbi)  ona mənsubdur. 

"Tarixe  Şah Ismayıl" (Cahaqoşaye – Xaqan) kitabının  əlyazma 

nüsxəsində  Şah Ismayılın  şəxsiyyəti belə  vəsf olunmuşdur: "O həzrət 

özünün həyatı  və hökmranlığı müddətində, rəiyyətləri və  əlinin altında 

olanlarla ədalət və şəfqətlə rəftar edirdi. Onun qorxusundan heç kəs zülm 

qapılarını heç kəsin üzünə açmırdı. Ömrü 38 il, hökümranlıq müddəti 24 

il olub. O həzrət döyüş meydanında cəngavər... idi. O həzrət elm və 

fəzilət sahiblərini uca tuturdu, şeri gözəl deyirdi...Türkcə  və farsca 

şerlərindən ibarət divanları vardır.(31) 

Şah Ismayıldan sonra Səfəvi hökümdarları aşağıdakılar olmuşlar:  

I Təhmasib (1524 – 1576), II Ismayıl (1576 – 1577), Məhəmməd 

Xudabəndə (1578 – 1587), I Abbas (1587 – 1629), I Səfi (1629 – 1642), 

II Abbas (1642 – 1666), Süleyman ( 1666 – 1694), Sultan Hüseyn (1694 

– 1722), II Təhmasib (1722 – 1732), III Abbas (1732 – 1736).  



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə