Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 

19

Bu illərdə  qərbi Avropa dövlətlərinin səyi və  qızışdırıcı siyasəti 



nəticəsində  fasilərlə 101 il  Səfəvi – Osmanlı müharibələri baş vermiş, bu 

müharibələrdə iki qüdrətli müsəlman dövləti xeyli zəfiləmişdir. Hərbi 

əməliyyatlar 1514 – 1555, 1578 – 1590, 1602 – 1612, 1616 – 1618, 1623 

– 1639, 1723 – 1727, 1730 – 1736 – cı illərdə getmiş və Amasiya ( 29 

may 1955), Istambul ( 21 mart 1590, 20 noyabr 1612),  Mərənd ( 29 

sentyabr 1618), Qəsri – Şirin ( 17 may 1639), Həmədan (4 oktyabr 1727), 

Istambul ( 10 yanvar 1732, 17 oktyabr 1736) müqavilələri ilə başa 

çatmışdır. Səfəvilərlə Osamanlılar arasında 1730 – 1736 – cı illərdə baş 

vermiş  müharibə zamanı  cənubi Qafqaz ərazisi 1732 – ci il Istambul 

sazişinə görə Osmanlıların  əlinə keçmiş, lakin 1736 – cı il yenə  də 

Istambulda bağlanmış sazişlə Irana geri qaytalımışdır.1743 – cü ildə 

Iranla Türkiyə arasında yenidən müharibə başlamışdır. (32) 

Şah I Abbasın (1587 – 1629) hakimiyəti illərində fəal xarici siyasət 

yeritməklə yanaşı, mərkəzləşmiş güclü dövlətin yaradılması üçün bütün 

vasitələrdən istifadə edilmişdir. Lakin bu yolda başlıca maneəni  Şah 

Abbasın özünün də vaxtilə arxalandığı  qızılbaş  əyanları  təşkil edirdi. 

Səfəvilərin hakimiyyəti dövründə kifayət qədər varlanmış  qızılbaş 

əmirləri siyasi müstəqilliyə can atır, mərkəzi hakimiyyətə tabe olmaqdan 

inadla boyun qaçırırdılar. Buna görə  də  Şah Abbasın mərkəzləşmə 

siyasətində başlıca yeri I. P. Petruşevskinin qeyd etdiyi kimi " hərbi 

köçəri qızılbaş  əyanlarının müqavimətini qırmaq və feodal 

pərakəndəliyini aradan qaldırmaq"(33) vəzifəsi tuturdu. I Şah Abbas 

həmin vəzifəni "çar Qroznı  və kral IX Lüdovik kimi eyni qəddarlıqla" 

(34) həyata keçirmiş və bu siyasətin nəticəsində qızılbaş əmirlərinin sayı 

xeyli azalmışdır.  Əgər 1576 – cı ildə tarixi sənədlərdə adı  çəkilən 114 

əmirin 61 – i qızılbaş idisə, 1628 – ci ildə adı çəkilən 90 əmirdən cəmi 35 

– qızılbaş əmiri idi.(35) 

I  Şah Abbas XVII əsrin başlanğıcında qızılbaşların gücünü 

azaltmaq məqsədilə qacarları üç hissəyə bölüb onların birini Xorasanda, 

başqasını Astrabadda (Qorqan çayı üzərində), üçüncü hissəsini isə 

Qarabağda, Gürcüstanla sərhəd rayonlarında yerləşdirmişdi. Iranın siyasi 

həyatında bu qoldan Qorqan qacarları daha fəal rol oynayırdılar. 

Məhəmməd Həsən xan Qacar bu qoldandır. 

I. A. Petruşevski bununla əlaqədar olaraq Səfəvilər dövlətinin XVI 

– XVII əsr tarixini iki dövrə bölmüşdü: 

1. Ilk qızılbaş dövrü ( XVI əsrin əvvəllərindən sonuna qədər) 

2. Son qızılbaş dövrü (XVII əsrin əvvələrindən sonunadək).  

II dövrdən etibarən dövlətdə fars feodallarının rolu gücləndi. 1598 

– 1599 – cu illərdə I Şah Abbas fars əyalətlərində keçirdiyi vergi siyasəti 

nəticəsində Isfahan və onun ətrafı 1617 – ci ilədək vergilərdən azad 

edildi. Bütün bu tədbirlər bir tərəfdən ölkənin iqtisadi vəziyyətini 



 

20

düzəltmək, digər tərəfdən I Şah Abbasın feodal monarxiyası üçün etibarlı 



ictimai dayaq yaratmaq məqsədi güdürdü.(36) 

Fikrimizcə I Şah Abbasın mərkəzləşmiş dövlətin möhkəmlətmək 

məqsədilə atdığı addımları bu günün siyasi prizmasından 

qiymətləndirmək və ona mənfi münasibət bəsləmək düzgün deyil. Məhz 

bu siyasətin nəticəsində dövlətin  ərazisində xarici işğallar üçün şərait 

yaradan feodal çəkişmələrinə son qoyulmuş, dövlətin  ərazilərinə xarici 

təcavüzlərin qarşısını alınmış, işğal olunmuş  ərazilər geri  alınmışdır. I 

Şah Abbasın 1607 – ci ildə Azərbaycanı Osmanlılardan geri alması, 1622 

– cü ildə Avropa ölkələri arasında olan ziddiyyətlərdən məharətlə istifadə 

edərək Ingiltərənin köməkliyi ilə Portuqaliya qarnizonunu məğlub edərək 

Fars görfəzində Keş  və Hörmüzü geri alması,   1624 – cü ildə Bağdad 

uğrunda döyüşlərdə, 1625 – ci ildə gürcülər üzərində  qələbələri və s. 

deyilənləri sübut edir. 

I  Şah Abbasın hakimiyyət illəri haqqında bir çox tarixi mənbələr 

mövcuddur ki, bunlardanda ən samballısı  Isgəndər bəy Münşi "Tarix-i 

aləm aray-i Abbasi" ("Dünya bəzəyi Abbasın tarixi)" əsəridir.  

Isgəndər bəy Münşi (1560 – 1634) peşəkar tarixçi olmaqla yanaşı 

həm də uzun illər sarayda katib (münşi) vəzifəsində  işləmiş, 32 – 33 

yaşlarında I Şah Abbas dəftərxanasının baş katibi olmuşdur.  O, uzun 

müddət "Xülasət  ət – təvarix"  əsərinin müəllifi Qazi Əhməd Qumi ilə 

birlikdə hərbi səfərlərdə iştirak etmişdir. Şahın höküm və fərmanlarını da 

o yazırdı. Müəllif Azərbaycanın bir çox şəhərlərini gəzmiş  və  əsərində 

Təbriz, Ərdəbil, Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, 

Bakı haqqında maraqlı  məlumatlar vermişdir. O, Bağdad, Kərbəla, 

Nəcəfdə  də olmuşdu. Hicri tarixi ilə 1017 ( m.t. 1608-1609) – ci ildə 

Cəlalilər Azərbaycana gələrkən onlarla görüşmüş və baş vəzir Hatəm bəy 

Ordubadinin göstərişi ilə onları siyahıya almışdır.  

XII fəsildən ibarət olan "Tarix-i aləm aray-i Abbasi" ("Dünya 

bəzəyi Abbasın tarixi)" əsəri  Isgəndər Münşinin tarix sahəsində  şah 

əsəridir. Həmin  əsərdə  Səfəvilərin  şəcərəsi verilmiş,  Şah  Ismayıldan 

Sultan Məhəmməd Xudabəndəyə kimi Səfəvilərin siyasi tarixi yığcam 

şəkildə  qələmə alınmışdır.  Əsərdə  Şah I Abbasın (1587 – 1629) 

hakimiyyətinə isə geniş yer verilmişdir.  

Isgəndər bəy Münşi  "Tarix-i aləm aray-i Abbasi" ("Dünya 



bəzəyi Abbasın tarixi)" əsərini bitirdikdən sonra Şah I Səfi (1629 – 

1642) dövrünün tarixini yazmağa başlayır. Ancaq 1634 – cü ildə  vəfat 

etdiyi üçün bu əsər yarımçıq qalmışdır. 

Isgəndər bəy Münşi  "Tarix-i aləm aray-i Abbasi" ("Dünya 



bəzəyi Abbasın tarixi)" əsəri haqqında Azərbaycanda son illərdə çıxan 

bəzi kitablarda bir neçə cümlədən ibarət yalnız qısa məlumat verməklə 

kifayətlənilir. Lakin bu əsər haqqında oxuculara verilən bu qısa məlumat 

əsər haqqında dolğun məlumat  əldə etməyə imkan vermir. Azərbaycan 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə