Азярбайъан Республикасы



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix15.03.2018
ölçüsü0,6 Mb.
#31781
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 

21

tarixinin XVI – XVII əsrlərinə aid qiymətli mənbə hesab olunan bu şah 



əsərin hələ  də Azərbaycan dilinə  tərcümə olunmaması  təəssüf doğurur. 

Fikrimizcə bu əsərin bütövlükdə Azərbaycan dilinə tərcümə edilərək nəşr 

olunmasının vaxtı artıq çoxdan çatmışdır. Bu əsərin Azərbaycan dilində 

nəşri bir sıra qaranlıq məqamların üzərinə işıq salınmasına və orta əsrlər 

tarixinin saxtalaşdırılmasının qarşısını alınmasına yaxından kömək 

göstərə bilər. Bu cür qiymətli tarixi mənbələrin tərcümə edilərək nəşr 

olunması müasir dövrdə    hər iki ölkə  vətəndaşlarının müştərək  şanlı 

tarixlə fəxr etmələrinə, iftixar və qürur duymalarına da yardımçı ola bilər. 

Bundan başqa bu əsərin tərcümə edilərək nəşr olunması müasir dövrdə 

Azərbaycan – Iran münasibətlərinin inkişafında, bu münasibətlərin tarixi 

köklərinin geniş oxucu kütləsi tərəfindən düzgün  qavranılmasına da 

müsbət təsir göstərə bilər. 

XVII  əsrdə  Səfəvilər dövləti inzibati cəhətdən vilayətlərə 

bölünmüşdü. Bu vilayətlərin başında bəylərbəylər dururdu. 

Bəylərbəylərin idarə etdikləri vilayətlərin sayı on üç idi: 1. Şirvan 

(Ustacalı tayfasından olan əmirlər idarə edirdi); 2. Qarabağ  və  Gəncə 

(Qacar tayfasından olan əmirlər idarə edirdi); 3. Azərbaycan (Araz  

çayından cənub  ərazilər) (Təkəli və Türkman tayfasından olan əmirlər 

idarə edirdi); 4.Çuxursəəd (indiki Naxçıvan  ərazisi, Ustaclı tayfasından 

olan  əmirlər idarə edirdi. Etimal olunur ki, indiki Sədərək kəndinin adı 

Çuxursəəd adından götürülmüşdür-M.Z.); 5.Qəzvin; 6. Qələmrov – i Ali 

şəkər (Həmədan); 7.Kuh Giluyə (Fars) (Zülqədər tayfasından olan əmirlər 

idarə edirdi); 8.Kerman ( Əfşar tayfasından olan əmirlər idarə edirdi); 

9.Astrabad (Qacarlar tayfasından olan əmirlər idarə edirdi); 10. Məşhəd-i 

Müqəddəs-i Müəlla; 11. Herat (Şamlı tayfasından olan əmirlər idarə 

edirdi); 12. Mərv – i Şahicahan; 13. Qəndəhar.(37) 

Səfəvi dövlətinin tənəzülü və Nadirin özünü şah elan etməsilə 

dövlətin parçalanmasının  əsasını qoyan ziddiyyətlər yaranmağa başladı. 

Şah II Təhmasibin qoşununda 1726 – cı ildə  sərkərdə kimi fəaliyyətə 

başlamış Nadir xanın  komandanlığı altında qoşunlar Məşhədi 

düşmənlərdən azad etməsi, daha sonra Heratı tutması onun nüfuzunu 

daha da artırmışdı. 

Nadir 1732 – ci ilin avqusunda şah II Təhmasibi devirərək onun 

azyaşlı oğlu III Abbası şah elan etməklə real hakimiyyəti ələ keçirmişdi. 

O, 1733 – cü ildə Bağdad yaxınlığında osmanlıları məğlub etdi. 1735 – ci 

ilin martında Nadirin Gəncə yaxınlığındakı düşərgəsində Rusiya səfiri 

Sergey Qolitsınla müqavilə imzalandı. Bu müqaviləyə  əsasən Bakı  və 

Dərbənddən rus qoşunları çıxarıldı. 1735 – ci ilin 8 iyununda Eçmiədzin 

yaxınlığındakı döyüşdə osmanlılar məğlub oldu və Azərbaycanı  tərk 

etdilər. Bu prosesin Z.Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994 – 

cü ildə  nəşr olunmuş "Azərbaycan tarixi" kitabında  şərhi rus və sovet 

taixşünaslığından fərqlənməyərək demək olar ki, onun təkrarıdır. Kitabda 




 

22

bu barədə belə yazılmışdı: "1735 – ci ilin sonunda türk qoşunu büsbütün 



Ön Qafqazdan qovuldu. Lakin bu, heç də yerli xalq kütlələrinin azadlığa 

çıxması deyildi. Türk qoşununun Ön Qafqazdan qovulması ilə 

Azərbaycan xalqının Iran müstəbidliyinə qarşı azadlıq mübarizəsinin yeni 

dövrü başladı. Azərbaycanda Iran hakimiyyətinin bərpa olunması xalqı 

yenidən Iran zülmünə düçar etdi" (s.513) Fikrimizcə Nadir şahın 

mərkəzləşmiş dövləti möhkəmləndirmək istiqamətindəki fəaliyyətini bu 

cür qiymətləndirmək obyektivlikdən tamam uzaqdır və  məsələyə bu cür 

yanaşılması səhvdir. 

Nadir xan 1736 – cı ilin fevralında Muğan qurultayında özünü şah 

elan etdi. Nadirin şah seçilməsini qanunuz sayan Qacar Ziyadoğlular 

soyundan olan Qarabağ – Gəncə  bəylərbəyləri ona qarşı  çıxdılar. Onlar 

iki yüz ilə yaxın irsən Xram çayının üstündəki "Sınıq körpü" ("Qırmızı 

körpü") - dən Xudafərin körpüsünə kimi uzanan torpaqları, Gəncə şəhəri 

də daxil olmaqla idarə edirdilər. Nadir Ziyadoğlullarına qarşı açıq cəza 

tədbiri həyata keçirməkdən çəkinsə  də, onların gücünü, gəlir və qazanc 

mənbələrini sarsıtmağa çalışdı. O, Qazax və Borçalı əhalisini Gürcüstan 

valisinin tabeliyinə verdi. Qarabağ – Gəncə bəylərbəylərinin arxası olan 

Cavanşir, Otuziki, Kəbirli mahallarının  əhalisini Xorasana sürgün etdi. 

Qarabağın xristian (Vərəndə, Crabert, Gülüstan, Dizak və Xaçın) 

məliklərini bəylərbəylik tabeliyindən çıxarıb birbaşa  şah idarəçiliynə 

qatdı. Tarixçi Mizə Adıgözəl bəy bu münasibətlə yazırdı: " Beləliklə, 

Gəncə xanlarının ixtiyarları tamamilə  əllərindən çıxdı. Səlahiyyətləri 

alındığından, qol qanadları sındı və çox pərişan oldular." (38)  

XVIII əsrin axırlarında Ağa Məhəmməd şah Qacarın Qarabağa və 

Gürcüstana hərbi yürüşlərinin  əsas məqsədi Qacarlar tayfasından olan 

Gəncə xanlarının itirdikləri bu əraziləri geri qaytarmaqdan ibarət 

olduğundan Qacarı  işğalçı adlandırmaq tarixi saxtalaşdırmaqdan başqa 

bir şey deyil.  

Nadir  şah hakimiyyəti  ələ aldıqdan sonra mərkəzləşmiş dövləti 

möhkəmləndirmiş, onun sərhədlərini genişləndirmişdir. O, 1737 - 1739 - 

cu illərdə Əfqanıstana yürüş etmiş, Hindistanda Dehlini tutmuş, 1742 - ci 

ildə Buxara və Xarəzmi ələ keçirmişdi. 

Müharibələr, daxili çəkişmələr və üsyanlar Nadir şaha qarşı sui – 

qəsdə  gətirib çıxardı  və o, 1747 - ci il mayın 9 - da öz sarayında 

öldürüldü. 

Nadir  şah haqqında Kembric Universitetinin professoru Loupensi 

Lokkartın 1938 – ci ildə yazdığı "Nadir şah. Ilkin mənbələr  əsasında 

tənqidi tədqiqat" kitabı 2005 – ci ildə N. Gözəlova tərəifndən rus dilinə 

tərcümə edilərək nəşr olunmuşdur.  Əsərin N. Əbdülrəhmanlı tərəfindən 

azərbaycan dilinə tərcümə edilərək "525-ci qəzetin" 2005 – ci ilin aprel – 

may aylarının şənbə saylarında verilməsi oxucuların Nadir şah şəxsiyyəti 

haqqında dolğun məlumat əldə etməsinə kömək etmişdir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə